Bizi sosial şəbəkələrdən izləyin:
"Dünən siyasi dairələrdə baş nazir Nikol Paşinyanın koronavirusa yoluxması faktı fəal müzakirə olunub və çoxları bunu "şübhəli" adlandırıb. Əgər Paşinyan baş nazirin dəftərxanasının məlumatında göstərildiyi kimi simptomsuzdursa, sual yaranır: o, nə üçün birdən-birə şübhələndi və analiz verdi? Paşinyan niyə heç bir səbəb olmadan müayinədən keçdi və həkimlərə müraciət etdi?"
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında Ermənistanın "Hraparak" nəşri yazıb.
"Bir versiyaya görə, Paşinyan onun üçün arzuolunmaz olan hansısa rəsmi tədbirdə iştirakdan yayınır. Başqa bir daha inandırıcı versiyaya görə, səbəb baş nazirin Ermənistanın ordu gününün qeyd olunacağı tədbirə qatılmaqdan çəkinməsidir. Yanvarın 28-də İrəvandakı idman-konsert kompleksində 44 günlük müharibə veteranlarının da iştirak edəcəyi tədbir nəzərdə tutulub. Deyilənə görə, Paşinyanın iştirakı ilə təsirli səhnələr yaradılması istənilib, lakin iştirakçılar razılaşmayıblar. Odur ki, Paşinyan ordu günü tədbirində şou olmadan iştirak etməyi məqsədəuyğun saymayıb” - erməni qəzeti belə yazır.
Sultan Laçın