ABŞ və NATO Rusiya ilə gizli anlaşıb: Savaş olsa, Ukraynanı Kremlə “hədiyyə” edəcəklər
Oxunub: 1377
26 Jan 2022 | 22:46
ABŞ və NATO Rusiya ilə gizli anlaşıb: Savaş olsa, Ukraynanı Kremlə “hədiyyə” edəcəklər
Rusiyanın Ukraynaya məxsus Xarkov, Dnepr və Odessa bölgələrini işğal edəcəyi, rəsmi Kiyevin Kremllə təkbaşına buraxılacağı ehtimal olunur; ABŞ və Qərbin Rusiyaya qarşı dağıdıcı sanksiya hədələri isə blefdir, çünki Kremldə də belə embarqoların bumeranq effekti verəcəyini, dünya maliyyə-iqtisadi sistemini iflasa uğradacağını anlayırlar...
 
Ukrayna böhranı ətrafında yaranmış beynəlxalq gərginlik artıq həlledici mərhələyə yaxınlaşır. ABŞ və NATO-nun Rusiya ilə qarşıdurmasında qüvvələr nisbəti böyük ölçüdə dəqiqləşmək üzrədir. Və qarşıduran tərəflərdən hansının Ukrayna hərbi-siyasi poliqonundan mütləq üstünlüklə ayrılacağı yəqin ki, ən yaxın günlərdə məlum olacaq.
 
Onu da qeyd etmək lazımdır ki, Ukrayna böhranının qlobal savaşla nəticələnə biləcəyi də qətiyyən istisna deyil. Hazırda Rusiyanın Ukraynaya nə vaxt hərbi müdaxilə edəcəyi ilə bağlı sual beynəlxalq siyasət məkanında əsas gündəm mövzudur. Halbuki Kreml Rusiyanın belə bir niyyətinin olmadığını israrla təkrarlamaqda davam edir.
 
Ancaq Rusiyanın Ukrayna sərhədlərinə çoxlu sayda canlı qüvvə və hərbi texnika cəmləşdirməsi Kremlin israrlı təkziblərinə etimadı zəiflədir. Üstəlik, Rusiya Ukrayna sərhədlərinə cəmləşdirdiyi hərbi qüvvələrlə, xüsusilə də, döyüş təyyarələri ilə təlimlərə başlayıb. Və bu, Kremlin Ukraynaya qarşı savaş ssenarisini sınaqdan çıxartması kimi dəyərləndirilir.
 
Maraqlıdır ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləyə başlayacağı vaxtla bağlı da kifayət qədər ziddiyyətli məlumatlar və iddialar gündəmə gətirilməkdədir. ABŞ hesab edir ki, Rusiya qoşunları Ukrayna sərhədlərini fevralın əvvəllərində keçəcək. Ancaq Ukrayna hərbi dairələri Rusiyanın fevralın ikinci ongünlüyündə savaşa başlayacağını iddia edirlər. Həmin iddialara görə, Kreml fevralın 20-də savaşa başlamaq qərarı verə bilər.
 
Ukrayna poliqonunda savaşa bulaşmaq təhlükəsi olan dövlətlərin son davranışları da bir qədər müəammalı xarakter daşıyır. Həmin davranışlar bir tərəfdən savaşın baş vermə ehtimalının kifayət qədər yüksək olduğunu, digər tərəfdənsə, Ukraynanın bu müharibədə umduğu dəstəyi tam ala biləcəyinə şübhələri daha da artırır. Və bu ziddiyyətlər rəsmi Kiyev üçün o qədər də əlverişli təhlükəsizlik perspektivləri vəd etmir.
 
Məsələ ondadır ki, Avropa Birliyində avanqard mövqeyə sahib olan Almaniya-Fransa cütlüyü ABŞ və NATO-nun Rusiya ilə hərbi-siyasi qarşıdurma kampaniyasını dəstəkləmir. Almaniya ümumiyyətlə, bu qarşıdurmaya qarşı çıxmaqla yanaşı, Ukraynaya silah satmaqdan imtina edib, üstəlik bu ölkəyə hərbi texnika göndərən dünya dövlətlərinə öz hava məkanını qapadıb. Bu, ABŞ və NATO üçün Rusiya ilə qarşıdurmada böyük hərbi-siyasi itki sayıla bilər.
 
Digər tərəfdən, NATO üzvü olan Xorvatiya da Rusiyanın savaşa başlayacağı təqdirdə, öz hərbi kontingentini Ukrayna ilə sərhəd regiondan geri çəkəcəyini bəyanlayıb. Bu isə o deməkdir ki, NATO ölkələri arasında da Rusiya ilə qarşıdurmaya münasibətdə parçalanma və ziddiyyətlər mövcuddur. Və belə vəziyyətdə NATO-dan verilən son açıqlamanın məzmunu da müəmmalı xarakter daşıyır.
 
15522306bc3db94cd75cc9849dbd0d40.jpg (64 KB)
 
Maraqlıdır ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın savaşa başlayacağı təqdirdə, bu hərbi-siyasi alyansın Ukraynaya silahlı qüvvə göndərməyəcəyini bildirib. Rəsmi Kiyev üçün nə qədər gözlənilməz olsa da, ABŞ-ın mövqeyi də məzmunca NATO baş katibinin açıqlamasına paralellik təşkil edir. Çünki, Ağ Evdən bildiriblər ki, prezident Co Baydenin savaş halında, Ukraynaya silahlı qüvvə göndərmək niyyəti yoxdur və ümumiyyətlə, bu barədə düşünmür.
 
Halbuki, Rusiya ilə qarşıdurmanın əsas təşəbbüskarları, eləcə də, ssenari müəllifləri statusunu məhz ABŞ və NATO öz üzərinə çəkmişdi. Ukraynanı da bu qarşıdurmanın mərkəzinə elə ABŞ və NATO yerləşdirmişdi. İndi ABŞ və NATO-nun birdən-birə belə sürətlə geri çəkilməsi kifayət qədər suallarla yanaşı, ciddi şübhələr də doğurur. Və rəsmi Kiyevin Rusiya qarşısında hərbi dəstəksiz, həm də təkbaşına buraxılması Ukrayna üçün böyük fəlakətlə nəticələnə bilər.
 
Belə görünür ki, ABŞ və NATO Rusiya ilə səhnəarxası danışıqlar apararaq, artıq bəzi məsələlər üzrə anlaşıb. Qərb mətbuatının iddialarına görə, ABŞ və NATO Ukrayna, Qazaxıstan və Suriyanı Rusiyaya güzəştə gedib. Kreml bu üç ölkədə və onların yerləşdikləri regionlarda Rusiyanın maraqlarının təmin edilməsində artıq sərbəstdir. Əvəzindəsə, Kreml ABŞ və NATO-nun Şərqi Avropa ölkələrinə yerləşməsinə daha tolerant yanaşacaq. Ona görə də, ABŞ və NATO Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, sadəcə, “passiv dəstək” mövqeyində qalmaq barədə öhdəlik götürdüyü istisna deyil.
 
Yəni, ABŞ və NATO Kremlin tələblərinə baxmayaraq, Rusiyaya “təhlükəsizlik təminatı” verməyəcək. Ancaq Rusiyanın həmin təminatı hərbi güc tətbiq etməklə, özünün əldə etməsinə də əngəl törədilməyəcək. Nəticədə bir tərəfdən, rəsmi Kiyev NATO-ya üzv ola bilməyəcək, digər tərəfdənsə, Rusiya savaşa başlayacağı təqdirdə, Ukrayna parçalanacaq.
 
61b122514cf3861b122514cf39163899860961b122514cf3561b122514cf36.jpg (186 KB)
 
Maraqlıdır ki, Ukraynanın hərbi-siyasi dairələrində hadisələrin belə istiqamət ala biləcəyinə ciddi yanaşırlar. Hətta Ukrayna Müdafiə Nazirliyinə yaxın dairələr Rusiyanın fevralın 20-də hücuma keçərək, ölkənin Xarkov, Dnepr və Odessa bölgələrini ələ keçirə biləcəyini vurğulayırlar. Bunun qarşılığındasa, ABŞ və Qərbin verəcəyi reaksiyanın Ukraynanın Krım yarımadası Rusiya tərəfindən ilhaq edilərkən tutduğu mövqedən qətiyyən fərqlənməyəcəyini düşünürlər.
 
Ona görə də, son günlər rəsmi Kiyevin Kremllə təmaslara və qarşıdurmanı siyasi-diplomatik yolla həllinə daha çox cəhd göstərməsi də qətiyyən təəccüblü deyil. Ancaq Ukrayna üçün Kremllə belə təmasları qura biləcək yalnız Türkiyənin olduğu da diqqəti çəkir. Halbuki, hazırda ABŞ və NATO ilə anlaşdığı ehtimal olunan Kremlin öz üstün mövqeyini danışıqlara başlamaqla, korlamaq istəmir. Yəni, Rusiya Ukrayna ilə danışıqlara da deyil, məhz özünə lazım olan hər şeyi zorla əldə etməyə meyilli görünür.
 
Təbii ki, bütün bunlardan müəyyən nəticələr çıxartmaq olar. Belə anlaşılır ki, ABŞ və NATO Rusiya ilə hərbi toqquşmalara hazır deyil və buna hazırda cəsarəti çatmır. Bu səbəbdən də, Kremllə anlaşaraq, Ukraynanı Rusiyaya qurban verir. Hazırda ABŞ və Qərbin Rusiyanı daha dağıdıcı sanksiyalarla hədələməsi isə əsl reallıqda sadəcə, blefdən başqa bir şey deyil.
 
Məsələ ondadır ki, ABŞ və Qərb Rusiyanı yeni maliyyə-iqtisadi qorxutmağa çalışır. Bəzi məlumatlara görə, həmin sanksiyaların sırasına Rusiyanın beynəlxalq maliyyə-iqtisadi əməliyyatlarını bloklamaq, ixrac-idxal prosesini dayandırmaq, bankların çökdürülməsi, dollarla xarici ticari ödənişlərin aparılmasına qadağaların qoyulması və s. bu kimi addımlar daxildir. Yəni, ABŞ və Qərb əslində, müəyyən mənada, Rusiyanı beynəlxalq maliyyə-iqtisadi sistemdən kənarlaşdırmaqla hədələyir.
 
Ancaq artıq məlum olur ki, ABŞ və Qərb öz hədələrini reallaşdırmaq imkanlarına malik deyil. Rusiyanın beynəlxalq maliyyə-iqtisadi sistemdən qoparılması bu nəhəng ölkəni həqiqən də çökdürə bilər. Halbuki bu addımın bumeranq effekti yarada biləcəyi də qətiyyən diqqətdən qaçırılmamalıdır. Çünki, Rusiyanın bu yolla çökdürülməsi bütün dünya ölkələrinə sarsıdıcı maliyyə-iqtisadi zərbələr vura bilər. Və həmin sarsıdıcı zərbələrin törədə biləcəyi nəticələr Rusiyanın üzləşdiyi dağıdıcı durumdan elə də ciddi şəkildə fərqlənməz.
 
Məsələn, Rusiyanın əsas ixrac sahəsi neft-qaz sektoru ilə bağlıdır. Əgər, Rusiyanın enerji resurslarının dünya bazarına çıxarılmasına qadağa qoyularsa, bu, dünyada neft və təbii qaz böhranı yarada bilər. Xüsusilə də, Avropa Birlıyi ölkələri əsas təbii qaz qaynağını itirmiş olar. Bu isə Avropa Birliyi məkanında kütləvi iğtişaşlar və xaos təhlükəsi deməkdir. Davamındasa, belə vəziyyət həm də Avropa Birliyi ölkələri ilə ABŞ arasında kəskin ziddiyyətlər, hətta qarşıdurma yarada bilər.
 
Belə misalları artırmaq da olar. Hər halda, Kreml də Rusiyanın dünya maliyyə-iqtisadi məkanında olduqca ciddi paya sahib olduğunu bilməmiş deyil. Ona görə də, Rusiya dairələri ABŞ və Qərbin sanksiya xəbərdarlığına həm əhəmiyyət vermir, həm də geri çəkilməyə ehtiyac duymur. Və öz aqressiv mövqeyində maksimum səviyyədə israrlı davranır.
 
Belə görünür ki, ABŞ və NATO bu dəfə Rusiya qarşısında tam geri çəkilməsə də, Kremlə kifayət qədər ciddi güzəştlər etmək məcburiyyətində qalıb. Xüsusilə də, Rusiyanın önünə çıxartdığı Ukraynanı Kremlə qurban verib. Və bu baxımdan, Rusiyanın öz beytnəlxalq rəqibləri ilə qarşıdurmadan bu dəfə də itkisiz çıxa biləcəyini düşünmək olar.(musavat.com)
 
Elçin XALİDBƏYLİ, Siyasi ekspert
Oxşar xəbərlər
N.Tusi adına Klinika
00:45, Bu gün
Rübabə Muradovanın əldən-ələ keçən qavalının aqibəti Moderator.az-ın xüsusi araşdırmasında...
00:42, Bu gün
Sonsuzluqdan əziyyət çəkən qadın 9 uşaq doğdu: "9 tək rəqəmdir, birini də istəyərdim..."
00:23, Bu gün
İsrailin kənd təsərrüfatı naziri: “Azərbaycandan buğda almağa hazırıq”
00:01, Bu gün
Məşhur filmlərin bəstəkarı vəfat etdi
19 May 2022 | 23:41
Bu tərəvəzlər siqaretin zərərini azaltmağa kömək edəcək - Kərəviz, cəfəri və kök...
19 May 2022 | 23:37
“Deyirdi ki, uşaqlar ağlamasın, amma özü bizi ağlar qoyub getdi...” - FOTO
19 May 2022 | 22:45
Broyler toyuqlara iynə vurulur? - Mütəxəssis Şəlalə Zeynalovadan AÇIQLAMA + VİDEO
19 May 2022 | 22:24
“Fəxri adı mənə Zeynəb Xanlarova verdirdi, kənd uşağı olduğuma görə mənə dəstək oldu...”
19 May 2022 | 22:07
İlham Əliyevlə Paşinyanın bu tarixdə Brüsseldə görüşəcəyi iddia edildi...
19 May 2022 | 22:03
ABŞ Ukraynaya əlavə 100 milyon dollarlıq yardım edəcək
19 May 2022 | 22:00
"Mən ona atəş açmaq istəmirdim, anlayırdım ki, qarşımdakı mülki şəxsdir..."
19 May 2022 | 21:47
“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır
19 May 2022 | 20:47
“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib
19 May 2022 | 20:32
BDU-da simvologiya haqqında təlim...
19 May 2022 | 20:30
"İnsanları qidalandıra bilmiriksə, deməli, münaqişələri qidalandırırıq"
19 May 2022 | 20:27
BDU kollektivi DTX-nın “Şöhrət” muzeyini ziyarət edib
19 May 2022 | 20:25
BDU-da “Kimya və kimya texnologiyası” mövzusunda Respublika elmi konfransı
19 May 2022 | 20:23
Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsində...
19 May 2022 | 20:22
BDU-da elmi nəşrlərin beynəlxalq reytinq göstəricilərini yaxşılaşdırmaq imkanları müzakirə olunub
19 May 2022 | 20:18
Bugünədək Mediasiya Şurasına 15018 iş daxil olub
19 May 2022 | 19:19
"İran "Ağıllı kəndlər"in İsrail kəşfiyyatının bazaları olduğundan şübhələnir..."
19 May 2022 | 19:18
Ədliyyə naziri Şəmkirdə ətraf rayonlardan olan vətəndaşların qəbulunu keçirdi
19 May 2022 | 18:55
MN: “Azad edilən ərazilərdə 140 km-dən artıq yeni təminat yolu çəkilib” - FOTO/VİDEO
19 May 2022 | 18:41
SOCAR-ın vitse-prezidenti şirkətdə hansı kadrlara tələbat olduğunu AÇIQLADI
19 May 2022 | 18:30
Azərbaycana qarşı hücumlar və Ermənistanın himayəçiləri - ŞƏRH
19 May 2022 | 18:25
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ
19 May 2022 | 18:22
“Uşaq evində böyüdüm, 8 il həbs yatdım” - Nizami Rəmzinin oğlu
19 May 2022 | 18:21
Səfir: “Ukrayna Finlandiya və İsveç kimi tez bir zamanda NATO-ya üzv ola bilər”
19 May 2022 | 18:20
İki rayona yeni rəis TƏYİN EDİLDİ
19 May 2022 | 18:16
Bakıda oğlan ailə məsələsinə görə özünü öldürmək istədi
19 May 2022 | 18:12
İspaniyanın didərgin düşmüş keçmiş kralı illər sonra vətəninə qayıdır - FOTO
19 May 2022 | 18:05
"Bu gün mütləq şərin rəmzi olan bir ad və ona qarşı birləşən dünya mövcuddur"
19 May 2022 | 18:04
"Azəriqaz" İB-nin xanım əməkdaşı təqaüdə yola salındı
19 May 2022 | 17:54
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Qarabağa səfər edəcək
19 May 2022 | 17:52
“Putini kəsdilər və bu, hələ son deyil... -O, artıq Türkiyəyə uçmayacaq...”-VİDEO
19 May 2022 | 17:50
ABŞ-ın Ermənistandakı səfiri: "Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına..."
19 May 2022 | 17:49
Norveçin keçmiş deputatı Ukrayna uğrunda döyüşlərə qatılıb - FOTO
19 May 2022 | 17:48
ABŞ Rusiyanın neft gəlirlərinə zərbə vurmağa hazırlaşır
19 May 2022 | 17:47
Ukrayna kəşfiyyatı keçmiş deputatın qardaşını saxladı - şəhərdə partlayış planlayırmış
19 May 2022 | 17:40
Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO
19 May 2022 | 17:37
Məşhurlarımızın bilinməyən əsl adları - ARAŞDIRMA + FOTO
19 May 2022 | 17:31
Türkiyə razı olacaq, ancaq bunları alandan sonra...
19 May 2022 | 17:28
Fələstin səfiri: “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə həllini tapacaq”
19 May 2022 | 17:25
Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”
19 May 2022 | 17:23
Bakıda polis maşını qadını vurub? - DYP-dən AÇIQLAMA - VİDEO
19 May 2022 | 17:12
Krım ssenarisi davam edəcək?.. - Kreml Xerson və Zaporojye barədə planlarını açıqlayıb...
19 May 2022 | 17:10
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ - FOTO/VİDEO
19 May 2022 | 17:10
Öhdəliklərə əməl etməyən İrəvan: Anklav, vassal, xidmətçi Ermənistan... - ŞƏRH
19 May 2022 | 17:08
Almaniya kansleri: "Putin daha sülh şərtlərini diktə etməyəcək"
19 May 2022 | 17:04
Sərdar Çam: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”
19 May 2022 | 17:04
Litvanın "INTA" şirkətinin nümayəndələri Azərbaycan-Litva biznes forumu səfəri çərçivəsində Gömrük Akademiyasında olublar
19 May 2022 | 16:59
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
19 May 2022 | 16:56
Bazarda qiymətlər AT BELİNDƏ - Ərzaq böhranından XİLAS YOLU...
19 May 2022 | 16:51
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində İsveçdə keçirilən seminarda təmsil olunur
19 May 2022 | 16:48
Balıqovlama biletinin verilməsi dövlət rüsumuna cəlb olunacaq
19 May 2022 | 16:46
"Deyirlər sən düz söz deyənsən, yalandan tərifləməzsən, eləsi var, az qalır desin ki..."
19 May 2022 | 16:44
Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb
19 May 2022 | 16:43
BSU-da Məmməd Səid Ordubadinin 150 illik yubileyi qeyd olunub
19 May 2022 | 16:40
Türkiyənin tanınmış ədəbiyyatşünas alimi və yazıçısı Ali Kafkasyalı BDU-da
19 May 2022 | 16:40
Qusarda gənc oğlan anasının başını niyə kəsib? – ŞOK TƏFƏRRÜAT
19 May 2022 | 16:39
"Kadırovçular talançı, rusiyalı "spesnaz" daha qəddar və qaniçəndir, Omsk desantçıları isə..."
19 May 2022 | 16:35
Türkiyə və Azərbaycanda imtahan suallarını satan şəxslər həbs edildilər - RƏSMİ
19 May 2022 | 16:34
BDU alimlərinin həmmüəllif olduqları məqalə impakt faktorlu jurnalda çap olunub
19 May 2022 | 16:23
Azərbaycanda hibrid avtomobillərinə güzəştlər tətbiq edilməyə başlanılıb
19 May 2022 | 16:20
TDT-nin baş katibi: “Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyasının qələbəsidir”
19 May 2022 | 16:18
Bakının məşhur parkındakı yaşıllıqlar niyə məhv olur? - AÇIQLAMA
19 May 2022 | 16:17
Aydın Kərimov: “Şuşada birinci yaşayış kompleksinin tikintisi üzərində işlər aparılır”
19 May 2022 | 16:16
Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək
19 May 2022 | 16:11
İrəvan biolaboratoriyaları etiraf etdi: "Yalnız ermənilər çalışır"
19 May 2022 | 16:08
Rusiyalı deputat Finlandiya və İsveçi atom bombası ilə HƏDƏLƏDİ - VİDEO
19 May 2022 | 15:57
“Azəriqaz” İB yanında İctimai Şura növbəti monitorinq keçirib - FOTOLAR
19 May 2022 | 15:51
Çay daşlarından unikal sənət nümunələri yaradan Xaçmaz sakini - VİDEO
19 May 2022 | 15:44
Qənirə Paşayeva Xalq artistini 65 illik yubileyi münasibəti ilə təbrik edib - FOTO
19 May 2022 | 15:40
İndi də “Meymun çiçəyi” virusu yayılır - Ancaq kişilər yoluxur
19 May 2022 | 15:38
Qalmaqallı görüntülərindən danışan Renka: "Bu VİDEOdan sonra məclislərim çoxaldı"
19 May 2022 | 15:34
Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın tərkibini formalaşdırıb
19 May 2022 | 15:22
Hindistanlı turist Azərbaycan dağlarında YOXA ÇIXDI
19 May 2022 | 15:02
Arestoviç Rusiya ilə barışığın yeganə variantını AÇIQLADI
19 May 2022 | 15:01
Rusiya MN müharibədə istifadə olunan "Z" və "V" işarələrinin mənasına aydınlıq gətirib
19 May 2022 | 14:58
Prezident Administrasiyasında bu şöbə ləğv olundu
19 May 2022 | 14:56
“Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da sertifikat və medala layiq görülüblər
19 May 2022 | 14:49
Sabah "Azəriqaz”ın növbəti “Açıq qapı” aksiyası keçiriləcək
19 May 2022 | 14:47
Zelenskinin Putinin qızı ilə görüşdüyü bəlli oldu...-"Der Spiegel” 
19 May 2022 | 14:41
Əli Həsənov Şahbaz Quliyevin ittihamlarına cavab verdi: “Şahbazı tanımıram"
19 May 2022 | 14:38
Azərbaycanlı tələbələr İsrailə səfər edəcəklər
19 May 2022 | 14:36
Ərdoğanın mesajından sonra geri addım – “Ankaranın şərtini yerinə yetirməsək..."
19 May 2022 | 14:36
"Hazırda ruslar səylərini bir şəhərin, bir kəndin, bəzən yolayrıcının ələ keçirilməsinə yönəldib"
19 May 2022 | 14:33
TƏBİB Qadir İbrahimlinin kəskin qaraciyər sirrozu olduğunu açıqlayıb, vəziyyəti ağırdır...
19 May 2022 | 14:33
Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb
19 May 2022 | 14:32
İrəvan "Qazaxıstan ssenarisi"nə hazırlaşır?
19 May 2022 | 14:30
Şuşada beynəlxalq konfrans başlayıb - FOTO
19 May 2022 | 14:28
Paşinyan Azərbaycanı aldatdı? - Ermənistan üçün "ölüm zəngi" ÇALINIR
19 May 2022 | 14:28
BDU-da Beynəlxalq Muzeylər Günü qeyd olunub
19 May 2022 | 14:25
Cabir İmanov biznesə başladı
19 May 2022 | 14:25
BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün yeni imkan
19 May 2022 | 14:14
SOCAR işçisinin adı keçən şok cinayət işi: Yarım milyona yaxın pul... – TƏFƏRRÜAT
19 May 2022 | 14:10
İranda bahalığa qarşı etirazlar qızışır: Tanklar şəhər küçələrində, ölən və yaralananlar var - VİDEO
19 May 2022 | 14:08
Gəncə Avtomobil Zavodu ilə Belarusun iki müəssisəsi arasında memorandumlar imzalanıb - FOTO
19 May 2022 | 14:06
Sabina Katanovanın 130 min manatını mənimsəyən vəkil HƏBS EDİLDİ
19 May 2022 | 14:01
Ərdoğan: “İsveç əsl terror yuvasıdır”
GÜNLÜK
19 May 2022 | 10:26
“Bizi kənddən çıxarmaq istəsələr, silaha sarılacağıq...”-Laçının kəndindəki Andranik...
19 May 2022 | 07:55
Ukrayna aviasiyası Rusiyanın 20-yə yaxın zirehli texnikasını məhv etdi...
19 May 2022 | 11:25
Bizim inşaatçılar ermənilərin arasında Laçın dəhlizinə alternativ yolu belə çəkir...-REPORTAJ
19 May 2022 | 08:32
Rusiyada 12-ci hərbi komissarlıq da yandırıldı...-VİDEO
19 May 2022 | 09:16
10 yaşlı bədii qiraətçi Zəhra İmranlı Azərbaycan radiosunun keçirdiyi müsabiqədə birinci oldu -VİDEO
19 May 2022 | 14:47
Zelenskinin Putinin qızı ilə görüşdüyü bəlli oldu...-"Der Spiegel” 
19 May 2022 | 07:09
"Vaxtlı-vaxtında namaz qılmaq insanın gündəlik həyata uyğunlaşmasını təmin edir..."
19 May 2022 | 09:24
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - Özü açıqladı
19 May 2022 | 09:20
Taleh atasını öldürdüyü qızla 4 ay əvvəl evlənibmiş
19 May 2022 | 08:50
Vitse-spiker: “Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb”
HƏFTƏLİK
17 May 2022 | 01:19
“Zaura dedim ki, mənimlə zarafat etmə, canlı efirdə cavab qaytardım, dedi ki...”
16 May 2022 | 11:45
"Rusiya ordusu Sxinvalidə - Qarabağda ara qarışarsa, ora dəhliz açmaq üçün dayanıb...”
14 May 2022 | 11:25
“Bu dəfə atəşkəsin uzanmaması üçün ən əsas vəzifə Qarabağın məskunlaşdırılmasıdır...”
14 May 2022 | 12:59
Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir?
16 May 2022 | 18:09
“Rusiyanın hazırkı elitası yalnız korrupsioner və oğrulardan ibarətdir...”
14 May 2022 | 17:54
“Hayastan” fondu Tərtər rayonu ərazisində yeni yol çəkilişini davam etdirir...-VİDEO
14 May 2022 | 12:51
"Nə zaman ki “biz” içimizdəki “mən”dən bir az yuxarı olacaq, onda xor oxuyacağıq..."
17 May 2022 | 21:08
Laçın rayonunun Rusiyanın nəzarətində qalan hissəsində son durum...-ARAŞDIRMA
18 May 2022 | 15:06
"Qarabağda erməni və azərbaycanlının belə yaxın dayandığını ilk dəfə gördüm..."-VİDEO
15 May 2022 | 10:21
“Bir gecəyə məşhurlaşdım, mahnımı oxuyaraq arxamca düşürdülər...”  - FOTOLAR
AYLIQ
19 May 2022 | 10:26
“Bizi kənddən çıxarmaq istəsələr, silaha sarılacağıq...”-Laçının kəndindəki Andranik...
19 May 2022 | 07:55
Ukrayna aviasiyası Rusiyanın 20-yə yaxın zirehli texnikasını məhv etdi...
19 May 2022 | 11:25
Bizim inşaatçılar ermənilərin arasında Laçın dəhlizinə alternativ yolu belə çəkir...-REPORTAJ
19 May 2022 | 08:32
Rusiyada 12-ci hərbi komissarlıq da yandırıldı...-VİDEO
19 May 2022 | 09:16
10 yaşlı bədii qiraətçi Zəhra İmranlı Azərbaycan radiosunun keçirdiyi müsabiqədə birinci oldu -VİDEO
19 May 2022 | 14:47
Zelenskinin Putinin qızı ilə görüşdüyü bəlli oldu...-"Der Spiegel” 
19 May 2022 | 07:09
"Vaxtlı-vaxtında namaz qılmaq insanın gündəlik həyata uyğunlaşmasını təmin edir..."
19 May 2022 | 09:24
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - Özü açıqladı
19 May 2022 | 09:20
Taleh atasını öldürdüyü qızla 4 ay əvvəl evlənibmiş
19 May 2022 | 08:50
Vitse-spiker: “Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb”