Monteneqo parlamentinin Təhlükəsizlik və müdafiə komitəsi baş nazir Zdravko Krivokapiç və baş nazirin müavini Dritan Abazoviçi Bar şəhərinin limanında banan yeşiklərinin içində tapılan 500 kq kokainə görə sorğu-sual edəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,bu barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb.
Adı çəkilən şəxslərdən başqa Monteneqronun polis, prokurorluq və Milli Təhlükəsizlik Agentliyinin rəhbərliyi də parlamentdə ifadə verməli olacaqlar. Bununla bağlı müvafiq qərar deputatlar tərəfindən yekdil səslə qəbul olunub.
Yerli “Vijesti” qəzetinin xəbərinə görə, banan qutuları “Voli” supermaketlər şəbəkəsi üçün nəzərdə tutulubmuş. Gömrük işçiləri kokaini aşkar etdikdən sonra Monteneqronun xüsusi dövlət prokurorluğuna və polisə xəbər veriblər.
Bu həmin marketlər şəbəkəsi ilə bağlı ilk hadisə sayılmır. 2018-ci ilin iyun ayında da dəyəri 7 milyon avroya çatan 35 kq kokain yenə də bana qutularının içindən çıxmışdı. 2014-cü ildə isə Monteneqro polisləri Ekvadordan gələn konteynerin içindən 250 kq kokain aşkar edb götürmüşdülər.