İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin Rusiyaya rəsmi səfəri başlayıb.
Seyid İbrahim Rəisi və onu müşayiət edən şəxsləri hava limanında Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak və Rusiya-İran İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının sədri Nikolay Şulqinov qarşılayıb.
Qeyd edək ki, bu gün Kreml sarayında İran və Rusiya prezidentləri arasında görüş planlaşdırılır.
Mənbə: IRIB