“Rusiya prezidenti Vladimir Putinin uğurları Qərbin intellektual və siyasi bacarıqsızlığının göstəricisidir”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu cümlə “The Wall Street Journal” qəzetinin analitiki Uolter Midin yazısında yer alıb.
Müəllifin fikrincə “son on ildə Qərb diplomatları “təmtəraq və lüksdən ibarət narsis duman içində azıblar” və Rusiya liderini “rədd edilmiş keçmişin qalığı” olaraq qəbul ediblər.
“Lakin Putin öz növbəsində bu vaxtdan istifadə edərək “ aciz, yolunu itirmiş, çaşmış və öz problemlərii ilə məşğul olan Qərbin burnunun dibində SSRİ-ni bərpa edir. İndi məhz o, postsovet məkanında “kimin hökmran olacağını, kiminsə göz yaşı axıdacağını müəyyənləşdirir”,-deyə yazıda qeyd olunub.
“Güc siyasətindən istifadə olunmasının yolverilməzliyi” kimi Nuh əyyamından qalma köhnə qaydaları mənimsəyən avropalılar “yumşaq güc” haqqında çərənləməklə məşğul oldular, bunun nəticəsində də ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı danışıqlardan kənar qaldılar. Rusiya və Çin daha güclü, inamlı olduqca və aqressivləşdikcə yalnız amerikalılar “kobud və çirkin qütbləşmə” və “daxili mədəniyyət müharibələri” siyasətini qəbul etdilər”, - deyə Uolter Mid bildirib.
Amerikalı analitikn rəyinə görə, Rusiyaya sanksiyaların tətbiq olunmsı məsələsində yaranan fikir ayrılıqları, habelə rus neft və qazından asılılıq davam etdikcə Putin üçün qorxulu heç bir şey baş verməyəcək.
“Qərb liderləri köhnə illüziyalar dumanından çıxmadığı və effektiv xarici siyasət qabliyyətlərini bərpa etmədikləri müddətcə Rusiya lideri bizim hesabımıza daha böyük uğur qazanacaq”, - deyə məqalənin yekununda qeyd olunub.