Rusiya Ukrayna böhranının həllinə yönəlik son ümidləri məhv etməklə Şimali Atlantika Alyansı və Avropaya təzyiq taktikasını götürüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzetini analitik yazısında bildirilib.
Məqalədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun “danışıqların davam etməsi üçün əsas qalmadığı” sözlərinə diqqət çəkilib.
Yazı müəllifi Robin Dikson rusiyalı diplomatın son bəyanatını “Moskvanın Vaşinqton və Brüssel üzərinə diplomatik” hücumunun davamı adlandırıb. Onun fikrincə, Moskva bu hədələrini Ukrayna sərhədləri yaxınlığında hərbi əməliyyatlar təhlükəsini artırmaqla birlikdə indi Qərbdən Avropanın təhlükəsizlik düzənin və memarlığının radikal şəkildə dəyişdirilməsini tələb edir.
Sergey Ryabkovun söylədikləri ilə bağlı CNN kanalında xüsusi süjet yayımlanıb. Kanalın ekspertləri rus diplomatın sözlərini “soyuq düş”la müqayisə edərək Rusiya tərəfinin kompromisə hazır olmadığını bildiriblər.
“The Guardian” Rusiyanın yüksək vəzifəli şəxslərinin son günlərdə Qərbi “qaranlıq bəyanatlarla yaylım atəşinə tutduğunu” qeyd edib.