Kral Hərbi Dəniz Qüvvələrinin “HMS Prince of Wales” təyyarədaşıyan gəmisi NATO-nun Dənizdə Çevik Cavab Qrupu başda olmaqla, ilk böyük missiyası üçün Hempşir limanını tərk edib. Gəminin kapitanı Stiv Hayemin sözlərinə görə, ekipaja lazım gəldiyi təqdirdə Rusiyanın hərəkətlərinə “cavab verməyə” hazır olmaq əmri verilib.
Moderator.az bildirir ki, bu barədə “Daily Mail” nəşri yazır. 2022-ci il üçün dənizdəki təhdidləri və riskləri aradan qaldırmaq məqsədilə yaradılmış NATO-nun Dənizdə Çevik Müdaxilə İşçi Qrupunun rəhbərliyi Fransadan Böyük Britaniyaya ötürülüb. Qrupun bu il komandanlıq gəmisi olan Kral Hərbi Dəniz Qüvvələrinin “HMS Prince of Wales” təyyarədaşıyan gəmisi Norveçin rəhbərliyi altında manevrlərə başlayacaq irimiqyaslı NATO təlimləri üçün çərşənbə günü Hampşir limanını tərk etdi.
Nəşr qeyd edib ki, Rusiya ilə Qərb arasında gərginliyin artması fonunda təyyarədaşıyan gəminin digər vəzifəsi Rusiyaya güc nümayişi olacaq. Nəşr xatırladır ki, Rusiya Şimali Atlantika Alyansından Ukraynanın bloka qəbul edilməyəcəyinə dair təminat tələb edərək Ukrayna ilə sərhədə yaxın ərazidə 100 min əsgər və ağır silahlar yerləşdirib.
“HMS Prince of Wales”in komandiri kapitan Stiv Hayem vəziyyətin ciddiliyindən xəbərdar olduğunu bildirib və qeyd edib ki, gəmi heyəti “Rusiyanın yaratdığı çətinliyi tam dərk edir” və lazım gələrsə cavab verməyə hazır olacaq. Nəşr kapitanın sözlərini sitat gətirir: "Biz aydın və dəqiq əmr aldıq - cavab verməyə hazır olmalıyıq və hazır olacağıq".
NATO-nun komandanlıq gəmisinin alyansın tərəfdaşları və müttəfiqləri ilə birlikdə dənizdə 200 gün qalması gözlənilir. Hayemin sözlərinə görə, təyyarədaşıyan gəminin əsas üstünlüyü birgə iş olacaq.
“NATO Böyük Britaniyanın müdafiəsinin təməl daşıdır və biz alyansa tam sadiqik və bu il bu mühüm rolu öz üzərimizə götürməkdən şərəf duyuruq. Kral Donanması qlobaldır, müasirdir, NATO-nu bütün səylərində dəstəkləməyə hazırdır və səlahiyyətlidir”, - deyə Kral Hərbi Dəniz Donanmasının komandanı kontr-admiral Mayk Atli bildirib.
“Daily Mail” xatırladır ki, “HMS Prince of Wales” 2019-cu ildə xidmətə girdikdən sonra bir neçə uzunmüddətli təmirə ehtiyacı olduğu üçün dənizdə üç aydan az vaxt keçirib. 2020-ci il ərzində təyyarədaşıyan gəmi may ayında ekipaj ərazisini su basdıqdan və dekabrda isə mühərrik otağına su daxil olduqdan sonra ki dəfə uzunmüddətli bərpa işlərinə göndərilib.
İngiltərə Müdafiə Nazirliyi 3,2 milyard funt-sterlinq dəyərində olan gəminin dənizdə cəmi 87 gün qaldığını etiraf edib. Eyni zamanda, gəmidə mühərrik otağını 24 saatdan çox su basdıqdan və elektrik sistemini zədələdikdən sonra aparılan son təmir işləri 3,3 milyon funt sterlinqə başa gəlib.
Miraslan