Angela Merkelin kansler postundan gedişi ilə bağlı vida mərasimi üçün seçdiyi musiqi almanları təəccübləndirib və onları “bu vaxta kimi onu nə dərəcədə tanıya biliblər” düşüncələrinə qərq edib.
Moderator.az bu barədə İngiltərənin “The Guardian” nəşrinə istinadla xəbər verir.
Müzakirələrə 1970-ci illərdə Şərqi Almaniyada populyarlıq qazanmış pank-rok müğənnisi Nina Hagenin mahnısı səbəb olub: əgər əvvəllər bu kompozisiya sosialist respublikasının gizli tənqidi kimi qəbul edilirdisə, indi almanlar burada Merkelin işini yaxşı yerinə yetirmədiyi üçün kişi həmkarlarını qınamaq cəhdini gördülər.
Angela Merkelin pank-rokçu Nina Hagenin mahnısını seçməsi almanları 16 il onlara rəhbərlik edən kansleri nə dərəcədə yaxşı tanıdıqları baxımından təəccübləndirib. Merkelin sosial-demokrat varisi Olaf Şoltsun gələn həftə kansler kimi and içəcəyi gözlənilir. Merkelin özünə gəlincə, cümə axşamı Müdafiə Nazirliyinin həyətində ənənəvi hərbi vida mərasimi keçiriləcək. Kanslerin “Axşam şəfəqi” təntənəli vida mərasimi koronavirusla bağlı məhdudiyyətlərə görə həmişəkindən daha sadə olacaq. Tədbirdə cəmi 200 qonaq iştirak edəcək.
“The Guardian” yazır ki, Merkelə sələfləri kimi hərbi orkestr paradında hərbi musiqiçilərin ifasında üç mahnı sifariş etmək icazəsi verilib. Lakin Gerhard Şröder və Helmut Kol bu hadisə üçün ənənəvi patetik musiqi əsərlərini - uyğun olaraq Frank Sinatranın “Mənim yolum” və Lüdviq van Bethovenin “Sevinc üçün qəsidə” əsərlərini - seçmişdilərsə, Merkelin bəzi variantları kəşf edilməmiş dərinliklərə işarə edir.
“Großer Gott, wir loben Dich” (Müqəddəs Allah, adına həmd edirik) 18-ci əsrin məşhur xristian himnidir, onun protestant pastorunun qızı kimi tərbiyə olunmasına və partiyasının, Xristian Demokrat İttifaqının (XDİ) dini aspektinə istinad edir.
Qəzet qeyd edir ki, Merkelin ikinci seçimi Hildeqard Knefin “Für
Bununla belə, Nina Hagenin “Du hast den Farbfilm vergessen” (Rəngli filmi unutmusan) mahnısı şərhçilərin diqqətini cəlb etdi və onlar mahnının sözlərində sətiraltı və gizli mesajlar axtarmağa başladılar.
İlk dəfə 1974-cü ildə ənənəvi şlyager hit üslubunda yazılmış mahnı Şərqi Almaniya pop-çartlarının hiti olmuşdu,
Ölkəsi onu təxminən 16 il hakimiyyətdə olan və nadir hallarda şərqi alman tərbiyəsi ilə diqqət çəkən siyasətçi kimi tanısa da, indi özünün şərqi alman kimliyini xatırlatması Merkel üçün xarakterik olmayan bir addımdır.
Sözləri Kurt Demmler tərəfindən yazılmış mahnı Hiddens adasında tətil zamanı Hagenin sevgilisi Mayklı özü ilə yalnız qara və ağ lent götürdüyünə görə qınadığı qəzəbli bir mərsiyədir. Nəticədə o, “buranın necə gözəl olduğuna heç kim inanmayacaq”, - deyə gileylənir.
Mahnı dövlət senzurasına məruz qalmasa da, o zaman onun pərəstişkarları onu sosialist respublikasına, onun boz və sönük gündəlik həyatına qarşı gizli tənqid kimi qəbul edirdilər.
Bəzi şərhçilər vəzifəsini tərk edən kanslerin Hagenin mahnısında daha müasir məna gördüyünü irəli sürür: bu, kişilərin işlərini düzgün yerinə yetirməməsindən məyusluq keçirən Merkelin kişi həmkarlarına vida hücumu kimi də qiymətləndirilə bilər, - deyə “The Guardian” izah edir.
Miraslan