Kral Birgə Müdafiə Tədqiqatları İnstitutunun eksperti Culiana Züss bildirib ki, Rusiyanın peyk əleyhinə raket sınağı zamanı öz peykini vurması müharibənin gələcəyinin necə olacağını göstərir. Xüsusilə, Suessin sözlərinə görə, Moskva kosmosu gələcək “döyüş meydanı” hesab edir və bu üzdən ABŞ-ın imkanlarına qarşı çıxmaq və bu sahədə dünya nailiyyətlərini arxada qoymaq niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Express” nəşri yazır.
Nəşr yazır ki, Rusiya 1982-ci ildə kosmosa göndərdiyi köhnə peykini noyabrın ortalarında peyk əleyhinə raketlə vurduqdan sonra bu ölkənin kosmik layihələri “həyəcanverici dönüş xarakteri aldı”. ABŞ-ın NASA kosmik agentliyinin məlumatına görə, noyabrın 15-də Rusiyanın Plesetsk kosmodromundan buraxılan raket birbaşa “Kosmos-
Beynəlxalq ictimaiyyət Moskvanın hərəkətlərini pisləyib, onların Beynəlxalq Kosmik Stansiya (BKS) üçün təhlükə yaratdığını və həmçinin kosmosun uzunmüddətli sabitliyini təhdid etdiyini qeyd edib. “Daily Express”in qeyd etdiyi kimi, 2007-ci ildə peyk əleyhinə raketin oxşar sınaqları nəticəsində 14 ildən sonra hələ də peyklər və BKS üçün təhlükə olan kosmik tullantılar əmələ gəldi.
“Rusiyanın təhlükəli və məsuliyyətsiz davranışı kosmosun uzunmüddətli sabitliyini təhdid edir və Rusiyanın kosmosun hərbiləşdirilməsinə qarşı bəyanatlarının qeyri-səmimi və ikiüzlü olduğunu açıq şəkildə nümayiş etdirir. Peykin vurulması 1500-dən çox izlənmiş orbital zibil və yüz minlərlə daha kiçik orbital tullantılar istehsal etdi ki, bu da indi bütün ölkələrin maraqlarını təhlükə altına atır”, - deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.
“Rusiyanın peyk əleyhinə raketinin dağıdıcı sınağı kosmosun təhlükəsizliyinə və uzunmüddətli sabitliyinə tam etinasızlıq nümayiş etdirir”, - deyə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. Nazirin sözlərinə görə, yaranan zibil orbitdə peyklər və idarə olunan kosmik gəmilərə uzun illər təhdid olaraq qalacaq.
Eyni zamanda, Kral Birgə Müdafiə Tədqiqatları İnstitutunun eksperti Culiana Züssün fikrincə, Rusiyanın bir anti-peyk raket sınağı naminə öz peykinin məhvinə sərmayə qoyması bizdə gələcək müharibələr barədə təsəvvürlər yaradır. Suessin sözlərinə görə, Rusiya kosmosun rolunun artacağını və çox güman ki, kosmosun tezliklə “münaqişə meydanına çevriləcəyini” gözləyir.
“Rusiya kosmik və pilotlu uçuş missiyalarının geniş miqyaslı tarixini nəzərə alaraq, sınaq keçirmək qərarını verərkən bunun kosmik tullantılarını və həmin vaxt orbitdə olan əcnəbi və rusiyalı mütəssislər üçün yaratdığı riski nəzərə almalı idi”, - deyə “Daily Express” ekspertin sözlərindən sitat gətirir.
Züssün sözlərinə görə, Rusiyada aparılan hərbi islahatlar, eləcə də ölkənin kosmik texnologiyaları sahəsində baş verənlər belə düşünməyə əsas verir ki, “qüvvələr kosmik sistemlərə hücumlar həyata keçirməyə uyğunlaşdırılır” və Amerika Birləşmiş Ştatlarının imkanlarına qarşı yönələrək bu sahədə dünya nailiyyətlərini arxada qoymağa hesablanıb.
Miraslan