Paris Britaniyanın balıqçı gəmilərinə Fransanın altı limanında yük boşaltmağı qadağan edib, sanitar və gömrük nəzarətini gücləndirib və Normand adalarına verdiyi elektrik enerjisinin qiymətində mümkün artımlar barədə xəbərdarlıq edib.
Moderator.az bu barədə “France
Paris Böyük Britaniyaya ticarət müharibəsi elan etməyə hazırlaşır: çərşənbə axşamından etibarən Britaniyanın balıqçı gəmilərinə altı limanında yük boşaltmağı qadağan edən Fransa hökuməti ingilisləri növbəti mərhələdə əlavə sanksiyalar tətbiq etməklə hədələyir. Məsələn, Fransa Cersi və Gernsi adalarına tədarük etdiyi elektrik enerjisinin qiymətini qaldıra bilər.
Qabriel Attal, hökumət sözçüsü: “Bizim haqqımız olan icazələr (balıq ovu üçün – red.) az qala 50 faiz azaldılıb. Bu vəziyyət qəbuledilməzdir və mən açıq-aşkar bəyan edirəm: səbrimiz tükənir. Biz Böyük Britaniyanın Brexit razılaşmasında ayaqlarını silməsinə icazə verməyəcəyik”.
Fransa hökuməti artıq öz sərtliyini nümayiş etdirir. Dünən gecə dəniz işləri naziri Le Havre sahillərində iki Britaniya gəmisinə protokol qoyulduğunu açıqlayıb. Onlardan biri balıq tutmaq icazəsi olmadığına görə sahilə yan almalı olub, sahibini isə yükünün müsadirə olunacağı və hətta Fransada məsuliyyətə cəlb ediləcəyi ilə hədələyirlər.
Münaqişə Brexit razılaşmasından sonra balıq ovuna icazələrin verilməsi ilə başlayıb. Paris Londonu fransız balıqçılara kifayət qədər icazə verməməkdə ittiham edir. Öz növbəsində Britaniya hökumətinin Brexit üzrə naziri Parisin addımının təəccüb və məyusluq doğurduğunu bildirib.
Miraslan