Almaniya, Sloveniya, Niderland, Portuqaliya və Finlandiya ümumavropa çevik reaksiya qüvvələrinin yaradılmasını müdafiə etdikləri sənəd hazırlayıblar. Moderator.az bildirir ki, bu barədə Almaniyanın “Deutschlandfunk” qəzeti xəbər verir. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin sözlərinə görə, Əfqanıstanda baş verənlər göstərdi ki, Aİ ABŞ-ın dəstəyi olmadan hərbi tapşırıqları yerinə yetirməyi öyrənməlidir.
Nəşr Almaniya, Niderland, Portuqaliya, Finlandiya və Sloveniya nümayəndələrinin hazırladıqları ortaq sənədə istinad edərək yazır ki, Əfqanıstanda baş verən son hadisələr Aİ-nin qətiyyətli və tez hərəkət etməyi bacarmalı olduğunu göstərdi. Sənəddə ümumavropa çevik reaksiya qüvvələrinin yaradılmasının zəruriliyindən bəhs edilir.
Almaniya Müdafiə Nazirliyinin rəhbəri Anneqret Kramp-Karrenbauerin sözlərinə görə, Əfqanıstanda baş verənlər göstərdi ki, Avropa ölkələri ABŞ-ın dəstəyi olmadan NATO çərçivəsində vəzifələri həll etmək iqtidarında deyil. Ona görə də indi vəziyyətin yaxşılaşdırılması ilə bağlı təkliflər verilir. Kramp-Karrenbauer həmçinin vurğulayıb ki, Aİ ölkələri alyansı əvəz edən yox, NATO-nu tamamlayan struktur yaratmağa çalışır.
“Deutschlandfunk” yazır ki, bundan əlavə, Kramp-Karrenbauer NATO-nun Rusiyaya qarşı daha sərt kursunun lehinə danışıb,. Nazirin sözlərinə görə, Rusiya rəhbərliyinə başa salmaq lazımdır ki, son məqamda alyans hərbi tədbirlərə də hazırdır. Kramp-Karrenbauer Rusiyanın NATO hava sərhədlərini daim pozduğunu bildirərək hava məkanının qorunmasını xüsusi qeyd edib.
Miraslan