Krımla sərhəd yaxınlığındakı təlim poliqonlarından birində Ukraynanın tank əleyhinə rezerv artilleriyası təlim keçib. Moderator.az “Novin
Ukraynanın tank əleyhinə artilleriya ehtiyatlarının təlimi işğal olunmuş Krımla inzibati sərhəddən uzaq olmayan Herson bölgəsinin döyüş poliqonlarından birində baş tutub.
Tank əleyhinə artilleriya ekipajları yerləşdirmək və hədəflərə atəş açmaq, habelə mövqelərini tez dəyişməkdə praktiki bacarıqlarını nümayiş etdirib. Dəniz piyadaları bölməsi mövqelərini müdafiə edərkən şərti düşmən hücuma keçib. Hücumun qarşısını almaqda dəniz qüvvələrinə tank əleyhinə artilleriya bölməsi köməyə gəlib.
“Hərbçilər atəş açma xəttinə çatdı, mövqelərini bərkitdi, artilleriya kəşfiyyatı aparıb topları hədəfə yönəltdilər”, - deyə Ukrayna Birləşmiş Silahlı Qüvvələrinin komandanı Sergey Naev bildirib. Onun sözlərinə görə, yalnız bölmənin hərəkətlərinin deyil, həm də normativlərə uyğun ardıcıllığını nəzərə alıblar.
Telekanal qeyd edir ki, bu cür tədbirlər döyüş hazırlığı planına uyğun olaraq hər həftə keçirilir. Əsas məqsəd topçuların bilik, bacarıq və döyüş ruhunu yüksək səviyyədə saxlamaqdır. Təlim zamanı tank əleyhinə artilleriya vəziyyət kəskin dəyişəcəyi təqdirdə tapşırığı yüksək keyfiyyətlə yerinə yetirməyə hazır olduğunu göstərib.
Miraslan