Yaşıllar Partiyasının kansler postuna namizədi Annalena Berbok Almaniyanın Rusiya və Çin kimi ölkələrə qarşı daha sərt mövqe sərgiləməli olduğunu söyləyib. Moderator.az xəbər verir ki, o, bunu “Die Welt” nəşrinə verdiyi aşıqlamada bildirib. Berbokun fikrincə, eyni anda həm Rusiyaya qarşı sanksiya tətbiq etmək, həm də “Şimal axını-
“Almaniyanın təkcə ekologiya və qanunun aliliyi sahəsində deyil, həm də xarici siyasət sahəsində əsl sıçrayışa ehtiyacı var”, - deyə qəzet Berbokdan sitat gətirir.
Berbokun sözlərinə görə, son illərdə Berlinin xarici siyasətindəki təşəbbüssüzlüyün Avropaya necə zərər vurduğu açıq-aşkar görünürdü. “Avropa və Almaniya hökumətinin son illərdə buraxdığı boşluqlar Rusiya və Çin kimi avtoritar ölkələr tərəfindən dolduruldu”, - deyə siyasətçi bildirib.
Yaşılların namizədi Almaniya hökumətinin Çin mövzusunda təhlükəsizlik və iqtisadi məsələləri qarışdırdığını qeyd edib. Berbok xüsusilə Angela Merkeli Aİ ilə Çin arasındakı son investisiya razılaşmasıyla bağlı göstərdiyi səylərə görə sərt şəkildə tənqid edib: onun fikrincə, Almaniyanın Çinlə münasibətləri dialoq çərçivəsində qalmalı, eyni zamanda Pekinə qətiyyətli olduğunu göstərməlidir. Berbok həmçinin hökumətdən dəstək alan Çin şirkətlərinin Avropa bazarına sərbəst çıxa bilməyəcəyini də vurğulayıb.
Berbok Almaniya hökumətinin Rusiyaya qarşı hazırkı mövqeyini də sərt sözlərlə tənqid edib. O, “Şimal axını-
Miraslan