Azərbaycana qarşı “Rusiya xofu” yaratmağa çalışanlar - onların gerçək məqsədi...
Oxunub: 467
14 Sep 2021 | 17:22
Azərbaycana qarşı “Rusiya xofu” yaratmağa çalışanlar - onların gerçək məqsədi...
İllər boyunca “Kreml Qarabağı azad etməyə qoymaz” deyənlər yenidən aktivləşib; cəmiyyətdə ruh düşkünlüyü yaratmağa çalışanlar var; deputat Ceyhun Məmmədov: “Əgər həmin insanların dedikləri nəzərə alınsaydı, hələ də torpaqlarımız işğal altında idi”; Akif Nağı: “Azərbaycanda müxtəlif ölkələrin təsir agentləri var, Rusiyanınkılar isə daha fəaldır”
 
Ordumuzun ötən il Ermənistan üzərində qazandığı möhtəşəm qələbəni sinirə bilməyənlər vaxtaşırı müxtəlif iddialarla çıxış edirlər. Azərbaycanın özündə də bəzi qüvvələr var ki, onlar hər fürsətdə Rusiya faktorunu gərəyindən artıq qabardır, ictimai xof yaratmağa çalışırlar.
 
İllər boyunca “Kreml Qarabağı azad etməyə qoymaz” deyənlər 44 günlük döyüşlər nəticəsində ordumuzun Qarabağın böyük hissəsini işğaldan təmizləməsini “unudaraq” yenidən aktivləşiblər. İndi də cəmiyyətdə düşkünlük yaratmağa yönəlik növbəti fikirlər yaymağa çalışırlar. Belə qüvvələrin iddiaları bundan ibarətdir ki, Moskva Azərbaycana Qarabağı tam azad etməyə imkan verməyəcək, nəticədə Xankəndi, Xocalı, Xocavənd işğalda, ya da Rusiya sülhməramlılarının nəzarəti altında qalacaq. Lakin müşahidə etdiyimizi proseslər tam əksini göstərir. Azərbaycan  polisinin Qubadlı istiqamətində, Gorus-Qafan magistralında postlar qurması, gömrükçülərimizin buradan keçən İrana məxsus yük maşınlarından dövlət rüsumu tələb etməsi, ölkəmizin ərazisinə daxil olan yüklərin və sənədlərin yoxlanılması məhz ərazidəki rus sərhədçilərin gözü qarşısında baş verir. Düzdür, erməni rəsmilər Rusiya hərbçilərini əsas gətirərək əhalini təşvişə düşməməyə çağırırlar, ancaq ermənilər kifayət qədər narahatdırlar. Dünənədək Qarabağı əbədi ilhaq etdiklərini düşünənlər bu gün Azərbaycanın sərhədlərin hər qarışı üçün ortaya iradə qoymasından əndişə keçirirlər, ancaq geridönüşü də mümkün saymırlar. Hətta Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan da növbəti dəfə Qarabağın dağlı-aranlı əldən getdiyini elan edib, reallıqla barışmağa çağırıb. Qarabağdakı bir ovuc erməni də qaçmaq üçün fürsət axtarır. Paşinyan və arvadının Rusiya əleyhinə səsləndirdiyi, yaxud nümayiş etdirdiyi kəskin reaksiyalar da Kremlin ermənilərə görə Azərbaycanla düşmən olmaq istəməyəcəyi barədə qənaət formalaşdırmaqdadır.
 
Digər tərəfdən, faktiki olaraq bölgəmizdə Rusiyanın iştirakı olmayan hərbi-siyasi blok yaranıb və Moskva reallığı qəbul etmək zorundadrır. Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi alyansı Qarabağın azad edilməsi prosesində iştirak edib. İndi də növbəti mərhələyə başlayıblar desək, yanılmarıq. Ölkəmizdə Qarabağ məsələsinin tam, birmənalı həllində maraqlı olmayan qüvvələr var, o qüvvələr bu səbəbdən millətin qələbəsinə şübhə toxumu səpir, gözdən salmağa çalışırlar. Belələrinə yönəlik suallar da az deyil: Rusiya amilindən qorxmalı, çəkinməliyikmi? Moskva qarşısında gözüqıpıqmı olmalıyıq?
 
Prezident İlham Əliyev bütün riskləri gözə aldı, Vətən müharibəsi başlatdı, qələbə qazandı. “Rusiya nə edər, Putin nə deyər” məsələsinə qalsaydı, hələ də torpaqlarımız işğaldaydı.
 
Bəzi müşahidələr onu deyir ki, əslində Rusiya da bu böyük anlaşmanın içindədir. Bunu fərq etməmək mümkün deyil. Sadəcə, Putin elə bir mövqe tutmaq məcburiyyətindədir ki, müstəqil, heç bir bloka, ittifaqa qoşulmayan imici qalsın. Bu, bizə də lazımdır. Rusiyanın neytral qalması kifayətdir ki, yerdə qalan torpaqları azad edək, Xankəndinə bayrağımızı sancaq. Moskvanın neytral qalmasının faydasını 44 günlük Vətən müharibəsində gördük...
 
“Əgər xatırlayırsınızsa, Vətən müharibəsindən əvvəlki dövrdə də Azərbaycan cəmiyyətində belə bir fikir təbliğ olunurdu ki, Azərbaycan Ermənistanla müharibə edə bilməz, çünki Rusiya buna icazə verməz. İddia olunurdu ki, Ermənistanla müharibə Rusiya ilə müharibə etməyə bərabərdir”. Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deputat Ceyhun Məmmədov söylədi. Millət vəkilinin sözlərinə görə, əgər həmin insanların dedikləri nəzərə alınsaydı, hələ də torpaqlarımız işğal altında idi: “Prezident İlham Əliyev bütün riskləri nəzərə alaraq, müharibəyə başladı. Bu mərhələdə Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyi də ciddi rol oynadı. Ancaq Vətən müharibəsində qələbə göstərdi ki, bu fikrin ciddi əsası yoxdur”. C.Məmmədov bildirdi ki, bu gün Azərbaycan öz müttəfiqləri ilə birgə Rusiyanın iştirakı olmadan yeni hərbi-siyasi blok yaradıb: “Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi alyansı Qarabağın azad edilməsi prosesində iştirak ediblər. İndi də növbəti mərhələyə başlayıblar. Günü-gündən bu əməkdaşlıq müxtəlif birgə təlimlərlə daha da gücləndirilir. Heç şübhəsiz ki, bu əməkdaşlıq və birgə təlimlər nəticəsində Azərbaycan işğalda olan digər ərazilərini də qısa müddətdə azad edərək bayrağını Qarabağa sancacaq. Bu məsələ artıq qarşısıalınmaz prosesə çevrilir”.
 
İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Qaxmaqlı bildirdi ki, Azərbaycan ictimai rəyindəki ehtiyatlılıq təəccüb doğurmur: “44 günlük savaşdan öncə də Azərbaycan ictimai fikrində Rusiyanın nə deyəcəyi və nə edəcəyi ilə bağlı fikirlər vardı və böyük əksəriyyət Rusiyanın buna imkan verməyəcəyi yönündəydi. Amma Azərbaycanın əlində elə arqumentlər vardı ki, biz onlardan vaxtında və məqamında yararlanıb Rusiyanın bu işə qarışmasının qarşısını aldıq. Sadəcə olaraq, Azərbaycan BMT-nin qətnamələrini yerinə yetirmək tədbirləri gördü və Rusiya məcburən neytral qalmalı oldu. Burada, şübhəsiz, siyasi, diplomatik və digər faktorlar da rol oynadı. İndi də Azərbaycanın əlində həmin arqumentlərdən biri - ərazi bütövlüyünün tam təmin edilməsi haqqı var və bu haqqı bizim əlimizdən heç bir qüvvə - o cümlədən Ermənistanın strateji müttəfiqi olan Rusiya ala bilməz”. Q.Çaxmaqlı qeyd etdi ki, biz duruma uyğun istənilən an yeni antiterror əməliyyatlarına başlaya və  istədiyimizə nail ola bilərik: “Bu işi gecikdirmək həmin hədəfimizdən uzaqlaşmaq olardı. İndi bölgədə Azərbaycan - Türkiyə - Pakistan  Alyansı mövcuddur. Qarşıya qoyulan hərbi vəzifəmizi yerinə yetirmək imkanlarımız var. Rusiya bu işə mane ola bilməz. Həm də ona görə ki, indi dünyada Rusiyanın mənfi imici var, onun üzərinə bütün dünya gəlir. Həm də Rusiya Qarabağ məsələsində proseslərin içindədir, reallıqlarla hesablaşmaq məcburiyyəti qarşısındadır. Rusiya niyə buradadır? Sülhü təmin etmək üçün, deyilmi? Xankəndi və digər ərazilərimizdə Azərbaycan dövlətinə qarşı təhdidlər aradan qaldırılmayıbsa, deməli, sülhdən danışmaq olmaz. Bəzi prinsipial məsələlərdə nala-mıxa vuran Rusiya rəsmilərinin mövqeyi təbii ki, bizi qane etmir, onun sülhməramlı missiyası da getdikcə effektiv olmur. Rusiya anlamalıdır ki, Azərbaycan bütün ərazisində dövlət suverenliyini təmin etməkdə sərbəstdir və bunu nə vaxtsa edəcək. Ermənistana gəlincə, bu dövlətin bizim iradəmizə tabe olmaqdan başqa çarəsi yoxdur. Ermənistan  get- gedə anlayır və qəbul edir ki, artıq Qarabağ Azərbaycanındır”.
 
QAT sədri Akif Nağı hesab edir ki, Rusiyanın regionla bağlı mövqeyi nəzərə alınmalıdır, amma bu, onların dediyi ilə hərəkət etmək anlamına gəlməməlidir: “Regionda Azərbaycan, Türkiyə və Pakistanın daxil olduğu yeni güc mərkəzi yaranıb, Moskva da bu reallıqla hesablaşmaq zorundadır. İkinci Qarabağ müharibəsi də Rusiyanın xəbəri olmadan başlandı. Son 200 il ərzində Rusiya özünü elə aparıb ki, dörd tərəfdə baş verənlər yalnız onun icazəsi ilə ola bilər. Rus şovinizminin belə bir tezisi var idi ki , ”bir top belə bizim xəbərimiz olmadan atəş aça bilməz". Azərbaycan bəlkə də ilk ölkə idi ki, sentyabrın 27-də bu ssenarini pozdu. Həmin gün Azərbaycan topları sükutu pozdu və istədiyinə nail oldu. Kreml də bunu Azərbaycana bağışlaya bilmir". A.Nağı Rusiya təhlükəsi ilə bağlı deyilənlərdə başqa izlər axtarmağın tərəfdarıdır: “Azərbaycanda müxtəlif ölkələrin təsir agentləri var, rusiyanınkılar isə daha fəaldır. Onlar müharibənin başlanmasına qarşı da təbliğat aparır, cəmiyyəti rus amili ilə qorxudurdular. Biz onların bu təbliğatını heçə endirə bildik. İndi də iş başındadırlar, amma istəklərinə nail ola bilməyəcəklər. Qələbədən ruhlanan, öz gücünə inanan xalqı, dövləti artıq heç nə ilə dayandırmaq olmaz”. QAT sədri 44 günlük müharibədə neytral qalmağı səbəbsiz saymır: “Rusiya özxoşuna ”neytral" qalmadı, onu Azərbaycan və Türkiyənin birgə iradəsi məcbur etdi. Rusiya əslində çox kiçik güzəştlə kifayətlənməli oldu, sülhməramlı adı altında hərbi qüvvələrini Azərbaycan ərazisinə yeritdi. Bu, ona o qədər də əlavə imkanlar vermir. Təbii ki, arxayınlaşmalı deyilik. Rusiya qüvvələrinin oradan çıxarılması daim gündəmdə olmalı, beş il gözləməli deyilik. Kremlin buradakı təsir agentləri ictimai rəyə yeritməyə çalışırlar ki , 5 il gözləməliyik. Amma o qədər gözləməyə ehtiyac yoxdur, daha tez, yaxın 2 ildə ruslar bölgəni tərk etməlidir! Buna hökmən nail olmalıyıq, işlərimiz bu istiqamətdə getməlidir".
 
Konfliktoloq Elxan Mehtiyev də bu mövzu ilə bağlı maraqlı arqumentlərini bölüşüb. “44 günlük savaşda göstərdiyi döyüş qabiliyyəti, sahib olduğu müasir texnika və texnikaya yiyələnmə baxımından və müharibə zamanı nümayiş etdirdiyi qarşılıqlı, hərbi, idarəetmə baxımından ordumuza yanaşsaq, ordumuz çoxlarının sürprizinə rəğmən çox-çox ön sıralardadır. Mənim NATO və MDB ölkələrinin ordularını da ayrı-ayrılıqda analiz edərək gəldiyim nəticə odur ki, Azərbaycan Ordusu yuxarıda qeyd etdiyim kriteriyalara görə keçmiş sovet məkanında Rusiyadan sonra ikinci ordudur”, - E.Mehtiyev Moderator.az-a deyib. Ekspertin sözlərinə görə, NATO ölkələri ilə müqayisədə, Azərbaycan Ordusu 9-cu yerə çıxır. Ancaq ekspert deyir ki, bu, bizi əsla arxayınlaşdırmalı deyil, əksinə, ordunun fəaliyyəti daimi təlim və müasir texniki təminatla müşayiət olunmalıdır. “Azərbaycan ordusu Azərbaycanın təhülkəsizliyinin və ərazi bütövlüyünün təminatçısıdır. Biz  sabah Ermənistanla sülh müqaviləsi imzalasaq da, Azərbaycan Ordusu öz mahiyyətini dəyişməli deyil. Mahiyyət etibarilə, Azərbaycan ordusu güclü və çevik ordu olmalıdır. Bunu onun coğrafi məkanı və üzləşdiyi son tarixi təcrübə və qarşıdakı problemlər tələb edir. Bu ordu müdafiə ordusu yox, ölkəyə qarşı bütün təhdidlərə vaxtında cavab verə bilən çevik ordu olmalıdır. Ordumuz yüksək dərəcədə təlim keçmiş çoxfunksiyalı xüsusi, peşəkar qüvvələrlə və güclü kəşfiyyatla yanaşı, ən müasir hərbi avadanlıq və texnikaya yiyələnməlidir. Yuxarıda qeyd etdiyim kimi, torpaqlarının işğalı, indiki durum və Azərbaycanın geniş enerji resursları və nəqliyyat şəbəkəsinə sahib olması, onu təhlükəsizliyi prioritet edən ölkəyə çevirmişdir. Bu baxımdan Azərbaycanda ordu və təhlükəsizlik qüvvələrinin xüsusi yeri olmalıdır”.
 
E.Mehtiyev hesab edir ki, Azərbaycan artıq yeni təhlükəsizlik konsepsiyası və yeni hərbi doktrina qəbul etməlidir.
 
Görüləcək işlər çoxdur, amma hansısa ölkənin barəsində mif yaradıb da, ümummilli hədəflərimizdən çəkindirməyə səy göstərmək, insanlarımızın əlini işdən soyutmaq qəti şəkildə yolverilməzdir!(musavat.com)
Oxşar xəbərlər
N.Tusi adına Klinika
11:31, Bu gün
Putin Paşinyanı təbrik etdi
11:27, Bu gün
Sudanda dövlət çevrilişinə cəhd edildi
11:21, Bu gün
Azərbaycan və Türkiyə qırıcıları İstanbul səmasında uçuşlar keçiriblər - FOTO
11:19, Bu gün
Azad olunmuş ərazilərdə bələdiyyə seçkisi nə vaxt olacaq?
11:18, Bu gün
“Aborta gələn 15-17 yaşlı qızların çoxu...” - Həkimdən sensasion açıqlama 
11:14, Bu gün
Perm Universitetində qətliam zamanı yaşanan qeyri-adi hadisə OMON qüvvələrini şoka saldı - FOTO/VİDEO
11:11, Bu gün
Ermənistanda partiya sədri saxlanıldı
11:09, Bu gün
Nazir müavini: "İşğal dövründə 52 yataq istismar olunaraq talan edilib"
11:06, Bu gün
“Şuşaya gedəndə Cəbrayılı yuxuda gördüm dedi ki, bura soyuqdur, üşüyürük...”
11:00, Bu gün
Bundan sonra onlar “Üç Qardaşın Dəmir Yumruğu” ilə qarşılaşma ehtimalını nəzərə almalı olacaqlar...
10:45, Bu gün
"Murovdağ tunelinin 500 metrlik hissəsinin tikintisi yekunlaşmayıb" - AAYDA
10:44, Bu gün
Bakıda daha bir xəstəxananın həkimlərinə cinayət işi açıldı
10:35, Bu gün
Dünyanın məşhur şousu Azərbaycanda
10:35, Bu gün
Putin yenə sualtı qayıqlar göndərir - Əsəd ordusu İdlibə hücuma hazırlaşır?
10:31, Bu gün
Nikol Kidman 30 il sonra Tom Kruzla boşanmalarının sirrini açdı
10:25, Bu gün
İran maşınları İrəvana indi də bu yolla yük daşıyır - VİDEO
10:24, Bu gün
Elnur Əşrəfoğlu EKMO-ya qoşuldu
10:23, Bu gün
Müavinət, təqaüd və kompensasiyaların ödəniləcəyi vaxt məlum oldu
10:13, Bu gün
Tanınmış jurnalist mətbuat katibi təyin edildi
10:09, Bu gün
"Sürix protokolundan sonra çox şey dəyişsə də İrəvanın Türkiyəyə düşmənçiliyi dəyişməyib"
10:01, Bu gün
“Der Spiegel”: Ukrayna ittifaq təlimlərinə ev sahibliyi etməklə NATO-ya yaxınlaşmağa çalışır
10:01, Bu gün
Murovdağ tunelinin bir hissəsi TAMAMLANDI - VİDEO
09:59, Bu gün
Ağdamda “Körpü-Bina-Tikinti”nin əməkdaşı minaya düşüb
09:56, Bu gün
Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının təlimi başa çatıb - VİDEO
09:54, Bu gün
Hikmət Mirzəyev xüsusi təyinatlılardan danışıb: “Tapşırıqları uğurla yerinə yetirdilər”
09:52, Bu gün
Sabahdan Azərbaycanda payız fəsli başlayır
09:50, Bu gün
"Azərxalça"nın sabiq sədrinin 30 milyon manatlıq əmlakına həbs qoyulub
09:39, Bu gün
Rusiya baş nazirinin müavini: "Zəngəzur dəhlizi məsələsi müzakirə olunmur..."
09:21, Bu gün
“Mümkünsüz heç nə yoxdur” - Menni Pakyao Filippin prezidenti kreslosu uğrunda yarışacaq
09:11, Bu gün
Ərdoğan-Putin görüşündə sürpriz olacaq - Marçilyano
09:04, Bu gün
Rusiya Dövlət Dumasına seçkilərin tam nəticələri açıqlanıb
09:01, Bu gün
Azərbaycanda türk bazası bu cür qurularsa... - Alman ekspert
08:59, Bu gün
Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?
08:56, Bu gün
Britaniyada “uşaq çatışmazlığı” yaşanır
08:54, Bu gün
Sabahdan məktəblər açılır
08:44, Bu gün
“Bu festival Azərbaycan ruhunun və mədəniyyətinin Qarabağa yenidən qayıdışıdır”
07:55, Bu gün
Erməni milyarder Ermənistanda 3 rəsmi dil qəbul olunmasını təklif etdi...
07:16, Bu gün
Xədicə Beynəlxalq Mətbuat İnstitutunun ilk xanım və müsəlman sədri oldu...-FOTO
06:40, Bu gün
Quran oxunan evdə nə baş verər?..
01:27, Bu gün
Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...
01:25, Bu gün
"Gürcüstandan olan jurnalistləri, blogerləri və akademikləri salamlamaqdan məmnunam”
01:19, Bu gün
"Aktyoru təqaüdə göndərmək onun ölümünə imza atmaq kimi bir şeydir, ona görə də..."
00:22, Bu gün
Sabiq XİN başçımız “şirin quyruğu ilə oynayan" hüllükbaz ayətullaha quyruqlu sığal çəkdi...
00:14, Bu gün
"Lazım olanda bizi küçələrə tökürlər, amma indiki festivallarda heç kimin yadına düşmürük"
20 Sep 2021 | 23:55
Türkiyə prezidentilə BMT Baş katibi arasında görüş keçirilib - FOTO
20 Sep 2021 | 23:52
Aparıcı Vüsalədən ürək ağrıdan sözlər: "Kömək edin, nə olar" - FOTO
20 Sep 2021 | 23:25
Ərdoğan: “Türk Evi ABŞ-da yaşayan qohum xalqlara və dost cəmiyyətlərə xidmət göstərəcək”
20 Sep 2021 | 23:22
"Türkiyə Azərbaycanda quracağı baza Rusiyanı hədəfləməyəcək..."
20 Sep 2021 | 22:32
Bakının keçmiş baş memarı: “Lazım gəlsə, rəy alıb, Qız Qalasını da sökmək olar”
20 Sep 2021 | 21:40
Ermənistan üçün çalınan “İran təranələri”...
20 Sep 2021 | 21:37
"Azərxalça”nın sabiq rəhbərinin cinayət işi məhkəməyə göndərilib
20 Sep 2021 | 21:32
"Texnofest-2022" festivalı Azərbaycanda keçiriləcək
20 Sep 2021 | 21:32
"Kəlbəcərdə elə bir müdafiə rayonu qurmuşuq ki, ermənilər min il də əlləşsə,  yara bilməz…”
20 Sep 2021 | 21:30
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
20 Sep 2021 | 21:23
Səni doğan ananın və əkən kişinin zatına lənət!!!
20 Sep 2021 | 20:48
Qazaxıstanda atışma: 5 nəfər həlak oldu
20 Sep 2021 | 20:22
"Cəsarətli axunda ehtiyacımız var ki, Amuliyə faktlarla cavab versin, o da ki, hələ yoxdur"
20 Sep 2021 | 20:18
Nazirlik də qazi Farizlə bağlı açıqlama yaydı
20 Sep 2021 | 18:57
Şeyximiz “şir” dedikləri məxluqatın quyruğunda sürünən cahil mollaların cavabını niyə vermir?..
20 Sep 2021 | 18:44
Peyvənd olunanların sayı açıqlanıb
20 Sep 2021 | 18:42
Azərbaycanda koronavirusa yoluxanların sayı mindən aşağı düşüb, 22 nəfər ölüb
20 Sep 2021 | 18:21
Bu il Ceyhan limanından 142 milyon bareldən çox BTC nefti nəql edilib
20 Sep 2021 | 17:58
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
20 Sep 2021 | 17:32
Ərinə xəyanət edən qadın atasını təhqir etdi: "Sən burnunu soxma" – Dəhşətli olay
20 Sep 2021 | 17:28
Eldar Həsənov özünü pis hiss etdiyindən məhkəmə prosesi növbəti dəfə təxirə salındı...
20 Sep 2021 | 17:26
Azərbaycanın Ermənistana qaytardığı şəxslərin adları açıqlandı - RƏSMİ
20 Sep 2021 | 17:23
İranın müdafiə naziri: “Rəqibə sarsıdıcı zərbə endirəcəyik”
20 Sep 2021 | 17:22
Çinin xarici siyasətində Koreya yarımadasının yeri...
20 Sep 2021 | 17:03
Die Welt”: Yaşılların namizədi Berlini Moskvaya qarşı yumşaq davranışına görə tənqid etdi...
20 Sep 2021 | 16:47
"İlham Əliyev təyin etdiyi hər iki icra başçısına futboldakı kimi sarı kart göstərdi ki...”
20 Sep 2021 | 16:46
"Təkcə mən yox, çox adamlar təhdid olunub və düşünürəm ki, bizi istintaqa çağıracaqlar"
20 Sep 2021 | 16:44
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
20 Sep 2021 | 16:37
Dövlət Komitəsində İsveç Krallığında fəaliyyət göstərən bir qrup jurnalistlə görüş keçirilib
20 Sep 2021 | 16:29
BDU alimlərinin məqaləsi Q4 kvartil kateqoriyalı jurnalda dərc edilib
20 Sep 2021 | 16:19
"Bir ana kimi qızımın səhvlərini qəbul etmək çətindir"
20 Sep 2021 | 16:17
“Üç qardaş - 2021” beynəlxalq təlimində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib - VİDEO
20 Sep 2021 | 16:00
Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşulub - FOTOLAR
20 Sep 2021 | 15:58
Azad edilən ərazilərdə 15 tarix-memarlıq abidəsi pasportlaşdırılıb
20 Sep 2021 | 15:50
Qərbi Kaspi Universiteti ÖMÜRBOYU TƏHSİL proqramı üzrə kurslara start verir
20 Sep 2021 | 15:48
“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb - FOTO
20 Sep 2021 | 15:47
BMT-nin İnkişaf Proqramı ilə birgə əlilliyi olan şəxslər üçün kiçik bizneslər yaradılır
20 Sep 2021 | 15:44
“O mahnıdan sonra “Gedək Təbrizə-Təbrizə”ni hazırlayırdıq ki, Yaqub bəy dünyadan köçdü...”
20 Sep 2021 | 15:41
Azərbaycanda kişilərin erkən ölümüylə bağlı qorxunc statistika: “Arvadlar ürəklərini partladır“
20 Sep 2021 | 15:35
Rusiyada universitetə silahlı basqın edən şəxsin vurulma görüntüləri -  ANBAAN VİDEO
20 Sep 2021 | 15:30
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib
20 Sep 2021 | 15:28
Şuşaya otuz illik məsafədən azad baxış...
20 Sep 2021 | 15:26
Dumaya seçkilər: 5 partiya parlamentə düşdü
20 Sep 2021 | 15:01
Universitetdə qətliam törədən 18 yaşlı şəxsin ŞOK açıqlaması
20 Sep 2021 | 15:00
Mingəçevir Xəstəxanası xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildirib
20 Sep 2021 | 14:54
"Qorxuram, başıma bir iş gəlsə, onlar cavabdeh deyil"
20 Sep 2021 | 14:52
Ermənistan hökumətinin sözçüsü: “Türkiyə ilə dialoqa hazırıq”
20 Sep 2021 | 14:43
Azərbaycanda gənc oğlan özündən 21 yaş böyük sevgilisinin başına oyun açdı - ŞOK FAKTLAR
20 Sep 2021 | 14:36
Netanyahu Baydenin yuxulamasına eyham vurdu, partiyası təkzib etdi- QALMAQAL
20 Sep 2021 | 14:34
General Bakı merinin müşaviri oldu
20 Sep 2021 | 14:16
“Zəfər yolu” “4.4 Qısa Tamaşalar Festivalı”nda...
20 Sep 2021 | 14:15
Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib
20 Sep 2021 | 14:14
Tanınmış azərbaycanlı aparıcı: “Evliliyi düşünmürəm” - VİDEO
20 Sep 2021 | 14:11
Rusiyaya Azərbaycan şoku: “Bu, aysberqin görünən kiçik hissəsidir”
20 Sep 2021 | 14:10
Ərdoğan Rusiyaya səfər edəcək
20 Sep 2021 | 14:08
“Azəriqaz” Zirə sahibkarlarının problemini dinləyəcək
GÜNLÜK
20 Sep 2021 | 14:03
“İranla qarşıdurma olsa, Türkiyədən başqa digər dövlətlər də yanımızda olacaq“
20 Sep 2021 | 12:22
Fox News”: Kabil “Amerikaya ölüm!” qışqırır, əcnəbilər Əfqanıstanı tərk etməyə çalışırlar…
20 Sep 2021 | 13:40
Azərbaycanlı tankçı Əfqanıstanda azərbaycanlı kişini xilas etməklə özü də ölümdən qurtuldu... 
20 Sep 2021 | 21:32
"Kəlbəcərdə elə bir müdafiə rayonu qurmuşuq ki, ermənilər min il də əlləşsə,  yara bilməz…”
20 Sep 2021 | 16:46
"Təkcə mən yox, çox adamlar təhdid olunub və düşünürəm ki, bizi istintaqa çağıracaqlar"
20 Sep 2021 | 11:48
"Ermənilər harda varsa, orda təhlükə var, heç zaman biz onlarla bir yerdə yaşaya bilmərik..."
20 Sep 2021 | 12:23
Əlikram Bayramov dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO
20 Sep 2021 | 18:57
Şeyximiz “şir” dedikləri məxluqatın quyruğunda sürünən cahil mollaların cavabını niyə vermir?..
20 Sep 2021 | 13:40
Məktəbə getmək neçəyə başa gəlir? - Moderator.az-ın araşdırması göstərdi ki...
20 Sep 2021 | 15:44
“O mahnıdan sonra “Gedək Təbrizə-Təbrizə”ni hazırlayırdıq ki, Yaqub bəy dünyadan köçdü...”
HƏFTƏLİK
17 Sep 2021 | 11:31
General Kosobokov gələn kimi Laçın “dəhlizi”nə nəzarəti genişləndirdi... - XƏRİTƏLƏR...
15 Sep 2021 | 13:58
ABŞ-ın master diplomunu aldı, Azərbaycana köçmək istəməyən arvadından boşandı...
16 Sep 2021 | 14:09
Xəstə olan arvadını qonşu kişi ilə tutdu: "Çarpayının altında..." – Təfərrüat
17 Sep 2021 | 11:17
"Burda restoranda çalışıram, amma vətən üçün də darıxıram..."
16 Sep 2021 | 08:16
Ermənistan Laçın şəhərinə və “dəhliz”dəki 8 kəndimizə iddia etdi... - Bu, nə deməkdir?!.
17 Sep 2021 | 08:53
Rusiya MN Ağdam rayonu ərazisini "Azərbaycan sərhədi" kimi qəbul etdi...-FOTOLAR
18 Sep 2021 | 22:27
66 yaşlı xəstə atam bunu haqq edir…
17 Sep 2021 | 00:27
“Məşhurlardan biz də bezmişik, tamaşaçılar da, verilişimi adi insanlarla edəcəm...”
15 Sep 2021 | 09:41
"Bacılarımın doğum günü təmtəraqla qeyd olunurdu, məni isə bir gəlinciklə yola verirdilər..."
18 Sep 2021 | 10:16
Tağı Əhmədovun təhlükəli "biznes"inin günahı hakim işləyən oğluna necə sıçradı..? - AQİBƏT
AYLIQ
20 Sep 2021 | 14:03
“İranla qarşıdurma olsa, Türkiyədən başqa digər dövlətlər də yanımızda olacaq“
20 Sep 2021 | 12:22
Fox News”: Kabil “Amerikaya ölüm!” qışqırır, əcnəbilər Əfqanıstanı tərk etməyə çalışırlar…
20 Sep 2021 | 13:40
Azərbaycanlı tankçı Əfqanıstanda azərbaycanlı kişini xilas etməklə özü də ölümdən qurtuldu... 
20 Sep 2021 | 21:32
"Kəlbəcərdə elə bir müdafiə rayonu qurmuşuq ki, ermənilər min il də əlləşsə,  yara bilməz…”
20 Sep 2021 | 16:46
"Təkcə mən yox, çox adamlar təhdid olunub və düşünürəm ki, bizi istintaqa çağıracaqlar"
20 Sep 2021 | 11:48
"Ermənilər harda varsa, orda təhlükə var, heç zaman biz onlarla bir yerdə yaşaya bilmərik..."
20 Sep 2021 | 12:23
Əlikram Bayramov dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO
20 Sep 2021 | 18:57
Şeyximiz “şir” dedikləri məxluqatın quyruğunda sürünən cahil mollaların cavabını niyə vermir?..
20 Sep 2021 | 13:40
Məktəbə getmək neçəyə başa gəlir? - Moderator.az-ın araşdırması göstərdi ki...
20 Sep 2021 | 15:44
“O mahnıdan sonra “Gedək Təbrizə-Təbrizə”ni hazırlayırdıq ki, Yaqub bəy dünyadan köçdü...”