Braziliyada dünyanın ikinci ən böyük Budda heykəlinin rəsmi açılışı oldu
Dünya
3801
29 Aug 2021 | 23:11

Braziliyada dünyanın ikinci ən böyük Budda heykəlinin rəsmi açılışı oldu

Braziliyada dünyanın ikinci ən böyük Budda heykəlinin rəsmi açılış mərasimi keçirilib. Moderator.az bu barədə “Remonews”-a istinadla xəbər verir.

 

Ağırlığı 350 ton, hündürlüyü 35 metr olan metal və betondan hazırlanmış nəhəng heykəl Espiritu-Santo ştatının şimalındakı İbirasu zen-buddist monastırında qoyulub. Yeni Budda Rio-de-Janeyrodakı kürsü nəzərə alınmadan hündürlüyü 30 metr təşkil edən Xilaskar Məsihin heykəlindən daha böyükdür.

 

Heykəl 2020-ci ildə yaradılsa da, koronavirus pandemiyası səbəbindən açılışı təxirə salınmışdı. Dekabr ayında buddistlərə görə abidəyə ruh verən “gözlərin açılması” adlanan ayin keçirilmişdi.

 

Dünyanın ən böyük oturmuş Budda heykəli Leşan şəhərindəki qaya üzərindədir. Çindəki Buddanın hündürlüyü 71 metrə çatır, barmağındakı dırnaq insan boyundan daha böyükdür.

 

Xatırladaq ki, iyul ayında Taylandda kahinlər yanan şamlardan kosmosdan görünə bilən nəhəng Budda portretini yaratmışdılar. Aksiya kahinlərin üç ay meditasiya ilə məşğul olduqları buddist orucunun başlanmasına təsadüf etmişdi.

 

Miraslan

Link kopyalandı!
Son xəbərlər