Bizi sosial şəbəkələrdən izləyin:
PKK-nın Türkiyənin İstanbul şəhərində planlaşdırdığı terror aktının qarşısı alınıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.
O, qeyd edib ki, PKK terrorçularının avtomobilin altına yerləşdirdikləri 5 kiloqramlıq partlayıcı vasitə ələ keçirilib, bununla yanaşı, 2 nəfər saxlanılıb.
“Bu gün İstanbul polisi çox ciddi bir qətliamın qarşısını aldı. Polisimizin avtovağzalda ayıq-sayıqlığı və kəşfiyyatımız 5 kiloluq partlayıcını aşkar etdi. Onları yerləşdirənləri də tutdular. İki nəfər həbsdədir", - Türkiyənin daxili işlər naziri deyib.