BDU nəzdində Konfutsi İnstitutunda Ay təqvimi üzrə Çin Yeni İl tədbirinin keçirilib
1159
10 Feb 2021 | 16:46

BDU nəzdində Konfutsi İnstitutunda Ay təqvimi üzrə Çin Yeni İl tədbirinin keçirilib

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda 09 fevral 2021-ci il tarixində saat 11:00 – 12:30 radələrində distans formatda Ay (Şərq) təqvimi üzrə Çin Yeni İl tədbiri keçirilmişdir.Tədbirdə ÇXR-in Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Guo Min, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Xəzər Universitetinin rektoru İradə Xəlilova, Bakı beynəlxalq dəniz ticarəti limanı baş direktorunun müşaviri, Azərbaycan-Çin əməkdaşlığı ictimai birliyinin sədri Rəşad Kərimov, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev, Bakı Dövlət Universitetinin xarici əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və digər qonaqlar iştirak etdilər.
 
Tədbirdə Çin haqqında video-film nümayiş etdirildikdən sonra ÇXR-in Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Guo Min təbrik nitqi ilə çıxış etdi. Səfir tədbir iştirakçılarını Çin Yeni İli münasibətilə təbrik edərək hamıya can sağlğı və işlərində uğurlar arzuladı.
 
Sonra BDU nəzdində Konfutsi İnstitutunun Azərbaycan Respublikası tərəfindən direktoru, BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri prof. Oqtay Cəlilbəyli çıxış etdi. O.Cəlilbəyli çıxışında tədbir iştirakçılarını Çin Yeni İli – 4719-cu il münasirətilə təbrik edərək, Ay təqvimi üzrə Çin Yeni İl bayramının tarixindən və ənənələrindən danışdı. Azərbaycanda da Ay təqvimi üzrə qeyd edilən Bahar bayramı – Novruz haqqında məlumat verdi. O qeyd etdi ki, çinlilər kimi, azərbaycanlılar da yeni ili iki dəfə, Qərb və Şərq təqvimləri üzrə qeyd edirlər. Hər iki bayramın qədim sivilizasiyanın əlamətləri olduğunu qeyd edərək, oxşar cəhətlərinin olduğunu qeyd etdi. O.Cəlilbəyli BDU nəzdində Konfutsi İnstitutunun cari ildə əldə etdiyi nailiyyətlər haqqında da qısa məlumat verdi.
 
Çixışlardan sonra Konfutsi İnstitutunun tələbələri Çin dilində mahnı və rəqs proqramları ilə çıxış etdilər. Tədbirin gedişi zamanı uduşlu lotereya yarışları keçirildi.
 
İştirakçılar Çin Yeni İli - 4719-cu il münasibətilə keçirilən tədbirdən yüksək əhvalı-ruhiyyə aldılar və, beləliklə, “Novruzda görüşərik” şüarı ilə tədbir bağlı elan edildi.
Link kopyalandı!
Son xəbərlər