Rüşvət alsaydım, Zəbi Quliyev olmazdım
Cəmiyyət
Oxunub: 5530
24 Jun 2015 | 12:49
Rüşvət alsaydım, Zəbi Quliyev olmazdım

Haqqında söhbət açdığım Zəbi Quliyevin ömür yolu bu gün təbiətin və cəmiyyətin taleyinə biganə qalan, vəzifədən yalnız özünəxidmət vasitəsi kimi istifadə edən milli dovlət məmurları üçün bir örnək və əsl kişilik məktəbi ola bilər...

...Zəbi 1910-cu ildə Masallının Hacıtəpə kəndində dünyaya göz açmışdı. Atası axund Əhəd dövrünün ziyalısı və din xadimi kimi tanınmış, Ərdəbil şəhərində orta, Nəcəfdə ali ruhani təhsili almışdı. O vaxt heç kimin ağlına gəlməzdi ki, ruhani ailəsində dünyaya gələn Zəbi Quliyev gələcəkdə tanınmış ictimai - siyasi xadim olacaq. Zəbi də yaşıdları kimi, ilk təhsilini molla yanında almışdı. Atası axund da olsa, oğlunun dünyəvi biliklərə sahib olmasına çalışırdı. 1924-cü ildə Zəbi doğma Hacıtəpə kəndində məktəb olmadığı üçün qonşu Xırmandalı kəndində yeddiillik, Masallıdakı Ağ məktəbdə isə orta təhsilini başa vurub.

... Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra təhsilli adamlara daha çox ehtiyac duyulurdu. Odur ki, 1928-ci ildə Zəbi Lənkəran Pedaqoji məktəbinə göndərilir. 1931-ci ildə Bakıda partiya-sovet məktəbini bitiən Zəbi Masallı gənclərinin firqə təşkilatlarında əmək fəailliyyətinə başlayır.

1931-ci ildən 1941-ci ilə kimi Zəbi Quliyev Göynükdə (indi Şəki rayonunun inzibati ərazisinə daxildir), Şəki, Masallı, Samux rayonlarında gənclər ittifaqının 1-ci katibi vəzifələrində çalışıb. 1941- ci ildə Azərbaycan KP MK-nın sərəncamı ilə Samux rayonuna RPKnın 1-ci katibi təyin edilib. Böyük Vətən müharibəsin ilk günlərində MK onu Tbilisi şəhərinə hərbi-siyasi məktəbdə təhsil almağa göndərdi. 1942-ci ilin aprelində Z.Quliyev 416-cı dviziyanın 1373-cü atıcı alayına siyasi rəhbər təyin olundu. Ağır döyüşlərin birində alay faşistlər tərəfindən mühasirəyə alındı. Uzun müddət 416-cı dviziyanın komandanlığı ilə əlaqə kəsildi. Bu zaman Azərbaycan rəhbərliyinə ”“ şəxsən Mircəfər Bağırova Zəbi Quliyevin almanlara könüllü əsir düşməsi barədə əsassız məlumatlar göndərilir. Deyilənlərə görə, Bağırovun göstərişi ilə alayın siyasi rəhbəri olduğu üçün Z. Quliyevin Hacitətəpə kəndində 72 nəfər qohum -əqrabasını Sibirə sürgün etmək üçün NKVD əməkdaşları siyahıya alırlar.

Elə həmin ilin noyabrında Z.Quliyevin də rəhbər olduğu alay mühasirəni yarır. Z.Quliyev həmin döyüşdə başından yaralanaraq müalicə üçün Tbilisi hərbi hospitalına gətirilir. Müalicədən sonra Bakiya dönən Zəbi Quliyev M.Bağırovun göstərişi ilə bir neçə günlük Masallıya ”“ doğma kəndinə gedir. Əslində bu

qısamüddətli səfər Zəbi haqqında camaat arasında dildə-ağızda gəzən yalançı söz-söhbətlərə son qoymaq xarakteri daşıyırdı.

Sonra Zəbi Azərbaycan KP aparatında işə başlayır. 1943-1952-ci illərdə Şəki şəhər partiya komitəsində 2-ci, Göyçay, Tovuz rayonlarında RPK-nın 1-ci katibi vəzifələrində əqidəsinə sadiq dövlət xadimi kimi ləyaqətlə çalışır. Dürüstlüyü, saflığı yenə ona havadar olurdu. Z.Quliyev qiyabi təhsillə APİ-nin tarix fakültəsini bitirəndən sonra 1952-c ildə Moskvaya Ali Partiya məktəbinə göndərilir. 1952-53-cü illərdə Gəncə vilayət komitəsində şöbə müdiri, 1953-63- cü illərdə Balakən və Şəkidə RPK-nın 1-ci katibi vəzifələrində işləyir.

1963-cü ildən təqaüdə çıxana qədər Azərbaycan Ali Sovetində çalışıb. Zəbi Quliyev onu tanıyanların xatirələrində öz xalqını, el-obasını sonsuz məhəbbətlə sevən, halal, təmənnasız, təmiz şəxsiyyət kimi canlanır. Söhbətlərdən məlum olur ki, Zəbi Quliyev Masallının İstisuyunu elmi əsaslarla tədqiq edib, alim, həkim, bəstəkar, şair Mir Kazım Aslanlıyla çox möhkəm dostluq əlaqələri olub. Masallı İstisuyunda kurort yaradılması hər iki vətənpərvər insanın arzusu idi. İstisuyun sanatoriya kimi təyinatında şəxsən Z.Quliyevin böyük rolu vardı. 50-ci illərin sonu o vaxt Azərbaycan KP MK-nın birinci katibi olan İmam Mustafayevi İstisuya gətirərək belə gözəl müalicə suyunun nə qədər böyük əhəmiyyətli olmasını ona inandırmışdı. Sanatoriya hazır olanda İ. Mustafayevi də dəvət etmişdi. Bəli, yalnız insanlıq adını, vətən andını, duz-çörək haqqını uca tutan, mənəviyatca təmiz, əqidəcə saf olan şəxsiyyətlərin əhatəsində gözəl işlər görüb, həyata keçirmək mümkündür! İnsan həyatının mənası onun xalqa, Vətənə xidməti ilə ölçülür. Həyat da, vəzifə də insanlara xoş niyyətlə, xeyirxah əməllərlə xidmət edəndə daha mənalı olur... Zəbi Quliyev ömrü boyu vəzifəyə pul, rüşvət mənbəyi kimi baxmayıb, qeyrəti, təssübkeşliyi başına bəlalar, açsa da, öz yolundan dönməyib.

Kişi kimi bir sözü olub: “Rüşvət alsaydım, Zəbi Quliyev olmazdım!..” Zəbinin mərdanəliyi, heç kimə əyilməməyi, yeri gələndə sözünü özündən yuxarılara da kişi kimi deməyi onu tanıyanlar üçün örnək idi. Z. Quliyev səhvə görə öz doğma övladına belə güzəştə getməyən, haqqı, ədaləti təmənnalı dostluqdan üstün tutan bir şəxsiyyət olub.

Barəsində eşitdiyim söz-söhbətlərdən 3 fraqment:

1-ci fraqment: 30-cu illərdə Z.Quliyev Masallıda gənclər təşkilatının rəhbəri işlədiyi vaxtlar qız-gəlin qarşısında özünü açıq-saçıq (abırsız) aparan raykom katibinin üstünə silah çəkir: “Sən özündən başqalarını kişi saymırsan?” ”“ deyə ondan rayondan rədd olub getməsini tələb edir. Özünün “müəmmalı” işlərinə Zəbinin əngəl olduğunu görən raykom katibi donosbazlıqla onu “NKVD”-nin zirzəmisinə saldırır. Mircəfər Bağırov qısa müddətdə işi araşdırır və Zəbinin haqlı olduğunu dəqiqləşdirərək onu azad edir, vəzifəsindən sui-istifadə edən günahkar katibi isə dərhal işdən çıxardır.

2-ci fraqment: Bir dəfə raykom katiblərinə Mərkəzi Komitə xüsusi forma geyinmək üçün paltarlıq parça verirmiş. Mircəfər Bağırov parçalar paylandıqdan xeyli sonra anbardardan soruşur: “Sənə neçə nəfər raykomun borcu qalıb?” Anbardar deyir: “İki nəfərin!”. M. Bağırov deyir: “Bilirəm, onun biri Zəbi Quliyev olacaq!..”

3-cü fraqment: Zəbi Quliyev Ali Sovetdə işlədiyi vaxtda oğlu Bakı Soveti İcraiyyə Komitəsində məsul vəzifədə çalışırmış. Deyilənlərə görə, bir gün oğlunun vəzifə başında etdiyi yaxşılığın qarşılığında bəxşiş aldığını eşidən Zəbi Quliyev həmin Bakı Soveti İcraiyyə Komitəsinin sədrindən (Əliş Lənbaranskidən) xahiş edir ki, onu dərhal işdən azad etsin. Oğlu Tofiq İK-də təlimatçı, sonra Respublika “ Məsul” İdman Cəmiyyətində sədr müvini işləmişdir.

Zəbi Quliyevin dürüstlüyündən, vətənpərvərliyindən Azərbaycan Respublikası DTK-nın rəhbəri Heydər Əliyev də xəbərdar idi. O, Azərbaycan KPMK-nın birinci katıbi seçiləndən sonra, Zəbi Quliyev təqaüdə çıxsa da, onun ünvanına məktub yollayır. Ona etimad göstərərək MK aparatına işə dəvət edib deyir: “Biz sizi yaxşı tanıyırıq”. Lakin qocaman partiya və dövlət xadiminə səhhəti işləməyə imkan vermir. Vətənə ləyaqətlə xidmətlərinə görə bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif olunan Zəbi Quliyev 1972-ci ilin sentyabrında 62 yaşında vəfat edib və Bakıda dəfn olunub. Respublika rəhbərliyinin, görkəmli dövlət və mədəniyyət xadimlərinin imzaladığı nekroloqda Zəbi Quliyevin xalqına necə sədaqətllə xidmət etdiyi, dürüst insan olduğu vurğulanırdı.

”¦“Çağırış” qəzetinin 1989-ci il 14 fevral sayında “Bir insan ömrü” məqaləmdə yazmışdım: “Məncə, haqqında söhbət açdığımız adamları təkcə yaddaşlarda yaşatmaq azdır. Gələn il Z. Quliyevin 80 illiyi tamam olur. Yaxşı olar ki, Masallı şəhərində salınan yeni yaşayış massivlərindəki küçələrdən birənə Z. Quliyevi adı verilsin...” Təklif oxucular tərəfindən bəyənilsə də, uzun müddət arzu olaraq qaldı. Nəhayət, 2005-ci ildə Masallı şəhərindəki küçələrdən birinə Zəbi Quliyevin adı verildi. Doğma elinə ünvan olan əsl azərbaycanlı kişisinin adını daşıyan həmin küçədən təkrar-təkrar keçəndə, düşünürsən, həyatda təkrar keçiləsi mümkün olmayan bir yol var: ÖMÜR YOLU... Zəbi Quliyev bu yoldan şərəflə keçib-getdi!
Nurəddin ƏDİLOÄžLU
Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib