"Şəhid ailəsi və Qazilərimizin problemlərinin həllinə yardım etmək vəzifə borcumdur"
Cəmiyyət
Oxunub: 2794
05 Feb 2022 | 11:01
Son dəfə artırılan təqaüdlərdən sonra bəzi hərbçilər məni pensiyaların təqauddə olan hərbçilərə aid olmadığına fikir bildirməməkdə günahlandırır. Əslində mən bu barədə ehtiyatda olan zabitlərin onlarla şəxsi sorğularına, bəzilərinin isə dəfələrlə verdiyi suallara açıqlama vermişəm. Onlara dediklərim ilə aşağıda yazdıqlarım arasında nöqtə qədər fərq yoxdur. 
 
Prezident İlham Əliyev tərəfindən 23 dekabr 2021-ci il tarixdə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Fərman imzalayıb.
 
Fərmana əsasən, "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 2727 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin əlavənin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməliyyat briqadalarının və əlahiddə ümumqoşun ordusunun tabeliyində olan xüsusi təyinatlı briqadaların hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edildi.
Bundan başqa dövlət baçşısı tərəfindən imzalanan digər Fərmanlar ilə digər güc strukturlarında xidmət edən hərbi qulluqçuların maaşlarına da əlavələr edildi. Digər artımlar isə əsasən şəhid ailələrini, əlilləri, az gəlirli kateqoriyadan olan kitabxana və təhsil işçilərini, tələbələri, valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarını (himayəçilərini), əmək və yaşa görə təqaüdə çıxan mülki vətəndaşlarımızı əhatə etdi. Dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləği də 300 manata çatdırıldı. Son artımda əsasən minimum əmək haqqı alanlar, əlillər, az maaş və təqaüd alan kateqoriyanın nəzərə alındığını müşahidə etmək də çətin deyildi.  Xidmət edənlərin hərbçilərin xidmət şəraitini nəzərə almaqla vəzifə maaşlarına edilən əlavələr isə daha çox  təhlükəsizlik ilə bağlı olduğunu düşünürəm. Hərbçilərdən kim istəsə bu barədə 070 241 45 69 nomrəsi ilə əlaqə saxlaya bilər və ona mətbuat üçün nəzərdə tutlmayan qısa açıqlama da verə bilərəm. Halbuki hərbidən kənar mövzularda mənə müraciətlər olanda, açlqlama verməkdən imtina edirəm.
 
Erməni işğalı 30 il Qarabağda övladlarımızı uddu, bundan sonra da şəhidimizin olmayacağına və təxribatların bitəcəyinə də zəmanət yoxdur. İndi isə erməni vandalizminin nəticələri, onların aradan qaldırılması və Qarabağın bərpası milyardlarla vəsaitimizi udur. Belə bir vəziyyətdə mənim də maraqlarıma xidmət edəcək pensiya artımı barədə nəsə yazmağımın doğru olmadığına əminəm. İndiyə qədər olan artımlar kiminsə bu barədə müraciət etməsi, status və ya məqalə yazması nəticəsində baş vermədiyini, bunun bü gün də belə olduğunu hər kəs görür. 
 
Hesab edirəm ki, istənilən halda pensiya artımı ilə maliyyəçilər, məhkəmə iddiaları ilə peşəkar hüquqşünaslar məşğul olmalıdır. Əks halda hüquqi müstəvidə uğurlu nəticəyə nail olmaq mümkün deyil və buna da hamımız bir daha əmin olduq. Bu işlə məşğul olanlar, təqaüdün artırılmamasına görə icraçı qurum olan ƏƏSMN-i ittiham etmələri də ciddi təəccüb doğurdu. ƏƏSMN-nin yanlışları olub, indi də var,  məsələn saxta əlillik üçün qərar qəbul edən həkimlərin və bu qərarları təsdiq edən qurum rəhbərlərinin əksəriyyəti hələ də həbsdə deyil. 
 
ƏƏSMN ilə veteran və əlil problemlərinə görə əlaqə qururam, müəyyən problemlər hələ də mövcuddur. Nəticə əldə olunmayanda şikayətçiyə məhkəməyə müraciət hüququndan istifadə etməyi təklif edirəm. Amma ehtiyatda olan hərbçilərin icraçı qurum olan ƏƏSMN-dən hesabat tələb etməsi tam yalnışdır. Ehtiyatda olan hərbçilər ƏƏSMN-dən daha çox Müdaiə Nazirliyinə yaxın deyilmi? Şəbəkə təqaüdlə bağlı zabitlərin MN-ə deyil, ƏƏSMN-ə ünvanlaması da diqqəti cəlb edir. Hamıya gün kimi aydındır ki, ehtiyatda olan hərbçilər məhz Müdafiə nazirinin rəhbərliyi altında xidmət edib. Bəzi zabitlərin məlum səbəblərdən müraciətlərində Müdafiə Nazirliyinə deyil, ƏƏSMN-ə müraciət etməsi yalnış hesab edirəm. Bunun ƏƏSMN-nin asanlıqla işin altından çıxması da nümayiş etdirdi. Əslində maaşların artırılmasına dair büdcəyə düşəcək əlavə yük və gələcəkdə xərclənməsi nəzərdə tutulan vəsaitlərin maliyyə ekspertizasının Müdafiə Nazirliyinin Maliyyə İdarəsində aparıldığı, maaş artımının yalnız xidmət edənlərə aid edilməsi təklifi də bu qurumdan verildiyi və Maliyyə Nazirliyi ilə razılaşdırıldığı şübhəsizdir. Müdafiə Nazirliyinin təklifinin də qismən əsassız olmadığını bilirəm, amma bu ehtiyatda olanların diqqətdən kənarda qalmasına imkan vermir.  
 
Bu ilin ilk ayında dəfələrlə artıma nail olunması və pensiyanın yenidən hesablanması barədə əsassız xəbərlər medaiada geniş paylaşıldı, proseslərin əhatə dairəsinin kimə aid olduğunu araşdırmayan bəzi hərbçilər də bu xəbərləri “Nəticə əldə etdik” başlığı ilə müəyyən fasilələrlə bir neçə dəfə tirajladılar. Mən isə buna ciddi reaksiya vermədim, çünki artımın və ya pensiyanın yenidən hesablanmasının kimə aid olduğu rəsmi məlumatda konkret olaraq göstərilmişdi və bunun ehtiyatda olan hərbçilərə aid olmadığı aşkar idi. ƏƏSMN bu il ilk dəfə fəaliyyətlərində mövcud olan çatışmazlığı rəsmən etiraf eməsini də müşahidə etdik. Amma bunu elan etmədən də fəaliyyətinə davam edə bilərdi. 
 
Əgər 23 dekabr tarixli Fərmanla ehtiyatda olan hərbçilərin pensiyasının artırılması məqsədi olsaydı, “vəzifə maaşına əlavə” əvəzinə hər dəfə olduğu kimi bu dəfə də “vəzifə maaşın artırılması” yazılardı. “Əlavə”lərin pensiyada nəzərə alınması müvafiq qanunda yer alsa da, bu söz üzərində manipulyasiya, məhkəmə qərarının qəbul edilməsi ilə əhəmiyyətini itirdi. Xidmətdə olanların daha yüksək maaş almasında maraqlı olan dövlətin məqsədlərini peşəkar hərbçilər tərəfindən  anlaşılması elə də çətin məsələ olmalı deyildi.  
 
Vəzifə maaşlarına əlavə təqaüddə olan hərbçilərə aid edilməməsi Konstitutsiya məhkəməsinin qərarı ilə təsdiqlənibsə, bu qərardan üst məhkəmələrə, o cümlədən AİNM-yə şikayət üçün peşəkar hüquqşünasların bu işlə məşğul olması zərurəti yaranır. Əgər bu müraciətlə təqaüdün artırılmasına 1 faiz ümidim olsaydı, əvvəlcədən yenə də hansısa şəkildə bu məsələyə reaksiya verərdim. İndi bu barədə yazmağımda məqsəd, sadəcə hörmət bəslədiyim zabit yoldaşların xahişini yerinə yetirməkdən ibarətdir. Amma bu o demək deyil ki, mən bu istiqamətdə tamamilə fəaliyyətsiz qaldım. Aidiyyəti qurumlarla, deputatlarla müzakirələr apardım, sorğular göndərdim, canlı efirlərə qoşulub müvafiq vəzifəli şəxslərlə ehtiyatda olan hərbçiləri maraqlandıran suallara cavab almağa çalışdım. Son dəfə “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlunun müəllifi və aparıcısı olduğu “Dərin Təhlil”-in 11-ci yayımında qonaq olan Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa Quliyevə də ehtiyatda olan hərbçilərin təqaüdünün artılmaması, ərazaq əvəzinə ödənilən kompensasiyanın məbləği və müharibədə yaralandığınına görə xidmətdən tərxis olunan, lakin əlil olmayan hərbçilərin iş və təqaüd təminatı ilə bağlı suallarımı verdim. Ümumilikdə aldığım cavab bundan ibarət oldu ki, yaxın zamanda ehtiyatda olan hərbçilərin təqaüdünün artılması məsələsinə baxılacaq. Mən bu məsələlər ilə bağlı aidiyyəti qurum və şəxslər ilə görüşlərimi davam etdirirəm. 
 
Cavablar barədə səhifəmdə paylaşım etmişəm. Tanış olmaq istəyənlər aşağıdakı linkin 21.14-cü dəqiqəsindən sonrakı hissəsini izləyə bilərlər
 

 

 
Yeri gəmişkən bir haşiyə də çıxım: Mənim atam 40 illik staj ilə məndən 2.5 dəfə az, anam isə 5 uşaq böyütməklə atamdan da az, mən isə onların hər ikisinin aldlğından iki dəfə çox təqaüd alıramsa, mən öz təqüdüm barədə nəsə yazmağım və ya bu pensiya miqdarına üsyan etməyim şəxsim adına etikadan kənar hərəkət ola biləcəyinə də inanıram. Amma ehtiyatda olan hərbçilərin və ya digər təqaüdçülərin gəlirlərinin azalmalı olmadığını, ən azı illik inflyasiyaya uyğun indeksləşmə aparılmasının da tam tərəfdarıyam. 
 
Hərbçilər daim dövlətin təhlükəsizliyinin qarantı, vuran qolu, görən gözü, etibarlı dayağı olub. Azərbaycan dövlətinin ən həssas dönəmdən keçdiyini də nəzərə almalıyıq. Hesab edirəm ki, hər birimiz hərbçi belə bir dönəmdə əvvəllər olduğu kimi imkanlarımızı 7 cəbhədə üstümüzə gələn düşmən və rəqibləri neytrallaşdırmağa yönəltməliyik. Mən ağlım kəsən gündən bütün imkanlarım ilə daim dövlətimizin, Qarabağımızın və hərbçilərimizin yanında olmuşam. Mənim bu fəaliyyətimdə əsas rəqiblərim düşmən Ermənistanın hərbi-siyasi rəhbərliyi, işğalçı erməni ordusu, dövlətimizin və ordumuzun nüfuzuna ziyan vurmağa cəhd edənlərdir.   
 
Əsas fəaliyyət istiqmətim bundan sonra dəyişməz olaraq qalacaq: 
 
düşməni və onun silahlanmasını izləmək, onun mümkün fəaliyyət istiqamətlərini proqnozlaşdırmaq;
 
münaqişə və müharibələr, tətbiq edilən yeni silahlı mübarizə vasitə və üsulları ilə bərabər oxucuları Qarabağda baş verənlər haqqında dəqiq məlumatlarla vaxtında təmin etmək.  
Şəhid ailəsi, əlil və vetranlarımızın problemlərinin həllində isə əlimdən gələni daim etmişəm və bunu özümə vəzifə borcu hesab edirəm. Bundan sonra da bu vəzifə mənim üçün prioritet olaraq qalacaq. Adı çəkilən kateqoriyadan olan vətəndaşlarımızın problemlərini dinləmək və həlli istiqamətində addımlar atmaq üçün telefonum 24 saat açıqdır. Bu fəaliyyətimdə mənə yardım edənlər də az deyil, onların arasında ayırca vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız az deyil. YASAT fondu, REAl.TV-nin
QAZİ verilişi, Moderator.az İnformasiya Agentliyi, Azvizion.az saytı, Səngər TV və digərləri bu istiqamətdə mənim və maraqlarını təmsil etdiyim kateqoriya üçün xüsusi əhəmiyyət daşıyır. Onların hamısına dərin təşəkkür edirəm.  
 
Əbəttə ki, ölkədə vətəndaşların, o cümlədən hərbçilərin pensiyalarının artırılmasına zərurət yaranıb. Kommunal xidmətlər, ərzaq və ümumilikdə həyat bahalaşıb, bunu da ölkədə hər kəs bilir. Cənab Ali Baş Komandan İ.Əliyev hər bir zaman hərbçilərimizin hərtərəfli təminatını diqqət mərkəzində saxlayıb, bunun gələcəkdə də belə olacağına heç bir şübhəm yoxdur, cünki Prezidentimizin bir nəfər şərəfli Azərbaycan zabitindən ötrü bütün Avropanın hüquq sisteminin altına üstünə çevirdiyini heç zaman unuda bilmərik. Təkbaşına dünyanın nəhəng media qurumları ilə təkbaşına savaşan və hamımızın müqəddəs arzusu olan Qarabağ zəfərinin memarı olan Ali Baş Komandan, ölkəmizin təhlükəsizliyində mühüm rol oynayan ehtiyatda olan hərbçilərin təqaüdlərini də mütləq nəzərə alacaq. 
 
Diqqətə almalıyıq ki, bu artımların bütün ölkə vətəndaşlarını və güc strukturlarını paralel əhatə etməsi asan vəzifə deyil. Pandemiyanın yaratdlğl maliyyə yükünü, Qarabağın bərpasına xərclənən milyardları nəzərə almalıyıq. Azad edilən ərazilərin bərpasına keçən il Ermənistan ordusunun illik büdcəsinin 2 qatı qədər vəsait sərf olunub, bu il üçün bundan da çox vəsait nəzərdə tutulub. Getdikcə xərclərin artacağı da gözlənilir. Bütün bu ağır xərclərə baxmayaraq, ümid edirəm ki, ehtiyatda olan hərbçilərin təqaüdlərinin artırılması üçün dövlətimiz tərəfindən yaxın aylarda müsbət addımlar atılacaq. 
 
Hazırda hər bir vətəndaşımızın, xüsusilə də hərbçilərimiz əsas vəzifəsi son iki yüz ildə əlimizə düşən tarixi şansdan yararlanıb, bütün Qarabağda Azərbaycan hakimiyyətinin möhkəmlənməsinə, sərhədlərimizin düşmən tərəsindən rəsmi tanınmasına, Zəngəzurdan Naxçıvana ikitərəfli əlaqənin bərpasına, sülh müqaviləsinin imzalanmasına nail olmaqdan ibarət olmalıdır. Ətrafımda olan onlarla ehtiyatda olan hərbçilər, o cümlədən də müraciəti tərtib edənlər müxtəlif sahələrdə, məsələn güc strukturlarında, icra strukturlarında, dövlət qulluğunda, KİV-lərdə, tikintidə, əmlak bazarında, yol inşaatında, daşınmada, aqrar, ərzaq və ticarət sahəsində çalışırlar. Bəziləri azad olunan ərazilərin bərpa işlərində yaxından iştirak edirlər. Qanun hazırda təqaüdçülərə çalışmağı və əlavə qazanc əldə etməyi qadağan etmir. Halbuki əvvəllər təqaüdçü çalışmağa davam edəndə təqaüd ya azaldılırdı, ya da verilmirdi. 
 
Hamımız Azərbaycan üçün, gələcəyimiz olan övladlarımız üçün çalışmaqda davam etməliyik, hökümətimiz isə vətəndaşların, o cümlədən ehtiyatda olan hərbçilərimizin maliyyə imkanlarının yaxşılaşdırılması üçün əlindən gələni etməlidir. Vətən Müharibəsində 7 cəbhədə 7 düşmənlə savaşaraq qalib gələn Azərbaycan vətəndaşları üçün bir neçə ay sonra ödəniləcək 50-100 manat üçün bölünmək deyil, birləşmək və Qarabağ uğrunda ədalətli mübarizəmizi sona çatdırmaq zamanıdır. Tamamilə əminəm ki, bu gün şəhidlərimizin sayəsində əldə etdiyimiz nailiyyətlər üçün çoxlarımız nəinki yuxarıdakı ikirəqəmli məbləğdən, hətta canından belə keçməyə hazır idi. Sözümüz və əməlimiz bir olmalıdır. Problemlərimiz isə zamanla həll olunacaq. 
 
Ədalət Verdiyev, hərbi ekspert
Oxşar xəbərlər
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”