“Rusiyanı inandırmaq lazımdır ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpasına mane olmasın”
Oxunub: 2969
27 Jan 2022 | 10:58
“Rusiyanı inandırmaq lazımdır ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpasına mane olmasın”
Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib.
 
Dünya gündəminin aktual mövzularını da əhatə edən, Qarabağla bağlı vətəndaşlarımızın narahatlığına səbəb olan məsələlərlə əlaqədar maraqlı məqamların yer aldığı müsahibəni təqdim edirik:
 
- Qüdrət bəy, bugünlərdə dünyanın diqqəti Ukrayna ətrafında baş verənlərə yönəlib, “havadan barıt qoxusu gəlir”, yanaşması sərgiləyən, həyəcanlı xəbərdarlıqlar edənlərin sayı artır. Sizin proqnozunuz nədən ibarətdir? Rusiya və Qərb Ukraynada toqquşacaqmı?
 
- Mən ümid edirəm ki, sağlam düşüncə sonda qalib gələcək və müharibədən yayınmaq mümkün olacaq. Çünki böyük müharibə başlasa, onun nüvə müharibəsinə çevrilməyəcəyinə heç kim təminat verə bilməz. Nüvə müharibəsinin də nə ilə nəticələnəcəyini hər kəs təsəvvür edə bilər.  Həm də, sözün doğrusu, iki slavyan xalqı arasında müharibəni təsəvvür etmək də çətindir. Əminəm, ruslar fikirləşirlər ki, bu müharibədən sonra rus saydıqları ukraynalılarla  necə barışıq əldə etmək olar? Bu baxımdan  sonda 1962-ci ilin oktyabrında, Karib böhranı zamanı SSRİ ilə ABŞ anlaşa bildiyi  kimi, indi də ABŞ-la Rusiya hansısa formada anlaşacaq. Ola bilsin beynəlxalq ictimaiyyətə bu haqda geniş məlumat verməyəcəklər, amma pərdə arxasında elan olunmamış razılıqlar əldə olunacaq. 
 
- Yəni Moskva Ukraynaya hərbi müdaxilə etməyəcək? Amma bu qədər hazırlıqlar görülür, qoşunlar, hərbi sursatlar, texnika daşınır...
 
- Mən Rusiyanın Ukraynanı asanlıqla işğal edəcəyini düşünmürəm. 2014-cü ildən sonra Ukraynada pis-yaxşı ordu qurulub və müasir silahlarla təchiz edilib. İkincisi, Krımın və Şərqi Ukraynanın ilhaqından sonra əhalinin mütləq əksəriyyəti  psixoloji cəhətdən sonadək Rusiya ilə döyüşməyə hazırdır. Başqa bir tərəfdən, Ukraynanın ərazi bütövlüyünə Budapeşt memorandumuna görə təminat verən ABŞ və Böyük Britaniya əsgəri yardım etməsə də  2014-cü ildən fərqli olaraq, bu dəfə Ukraynaya  hərbi sursat verir, müasir silahlar göndərirlər. Buna görə müharibə Rusiya  üçün ağır nəticələr doğura bilər, hətta sonda qalib gəlsə də. Düşünürəm Rusiya təzyiqlər yolu ilə Ukraynada siyasi böhran yaratmaq, NATO-dan təhlükəsizliyinə təminat almaq istəyir.
 
- Təəccüblüsü budur ki, Rusiya əhalisində bu hərbi müdaxilə hazırlıqlarına hər hansı müqavimət yoxdur. Sizcə, ruslar nədən bu qədər sakitdir, axı müharibə böyük itkilər, tabutlar deməkdir...
 
- Açığı, təbliğat nəticəsində əhali sanki keçmiş Çar Rusiyasının ərazilərinin bərpasını istəyir. Bu baxımdan hökumət müharibəyə başlasa, əhalinin böyük hissəsi, rus cəmiyyəti onu müdafiə edəcək. Bu, imperiyalar qurmuş  böyük xalqlara xas olan xüsusiyyətdir.
 
- Qüdrət bəy, nəzəri cəhətdən yanaşsaq, Rusiya-Ukrayna müharibəsinin baş verməsi, yaxud “soyuq müharibə”nin davam etməsi Azərbaycana nə vəd edir? Qarşımıza qoyduğumuz hədəflərə çatmağımıza mane olan proseslər cərəyan edə bilərmi? Yoxsa bu gərginliklərdə Rusiyanın və dünyanın başının qarışması bizim üçün faydalıdır, əlavə imkanlar yaradır?
 
- Burada da hər şey yaranacaq şəraitdən və həmin şəraitdən necə istifadə etməkdən asılı olacaq. Həmin əlverişli şərait yaranarsa, onu görmək, həm də cəsarətli qərarlar qəbul etmək lazımdır. Əlverişli şərait yaranacaqsa, əlbəttə, Azərbaycan hansısa addımlar atmalıdır. Həmçinin Rusiya ilə əməkdaşlıq və danışıqlar daha da gücləndirilməlidir.
 
- Gücləndirilməli?
 
- Bəli. Beynəlxalq birliyin Rusiyaya qarşı olmasına baxmayaraq, Bakı Moskva ilə münasibətləri inkişaf etdirməlidir. Ona görə ki, Rusiya böyük qonşumuzdur və bəzi adamların qəbul edib-etməməsindən asılı olmayaraq, Qarabağ məsələsində  əsas söz sahibi Rusiyadır.  Ona görə də Rusiya ilə danışmaq, onu inandırmaq lazımdır ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpasına mane olmasın.  Azərbaycan XİN yubanmadan açıq bəyanatla çıxış etməlidir ki, əgər Ermənistan özünün 10 noyabr öhdəliklərini yerinə yetirməsə və Rusiya bu istiqamətdə İrəvana hər hansı  formada təzyiq etməsə, o halda 5 ilin tamamında sülhməramlılar Qarabağdan çıxarılacaq, müddət uzadılmayacaq. Biz görürük ki,  1 il 3 ay vaxt keçib, amma Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində bir addım da olsa, atılmayıb.  Rusiya bu istiqamətdə heç nə etmir.
 
““Şuşa ili”dir və Şuşa Bəyannaməsinin ratifikasiyası vacibdir”
 
Azərbaycan özü bu istiqamətdə təşəbbüsdə olmalıdır. Qarabağdakı erməni icmasının nümayəndələri ilə müxtəlif görüşlər təşkil oluna bilərdi, necə ki, Ermənistan və Azərbaycan ziyalıları arasında belə görüşlərdən biri  bu yaxınlarda  Moskvada keçirildi. Münaqişədən sonra mətbuata verdiyi ilk açıqlamada Putin  bəyan etdi ki,  Dağlıq Qarabağın statusunu gələcək rəhbərlər həll edəcək. Biz bunu gələcək nəsillərə saxlamamalı, indi həll etməliyik.
 
- Azərbaycan Prezidenti isə bəyan edib ki, münaqişə bitib...
 
- Amma Qarabağa nəzarət edən Putin də “gələcək rəhbərlər” status məsələsini həll edəcək söyləmişdi. Belə çıxır ki, ən azı özündən sonrakı Rusiya prezidentinin dönəmində məsələ həll oluna bilər. Bu, onu deməyə əsas verir ki, Putin hələ 2024-dən sonra da 12 il müddətində hakimiyyətdə qalmağı düşünürsə, deməli, ən azı 2036-cı ilədək bugünkü status-kvonu saxlamaq istəyir. Bu mənada Azərbaycan indidən bəyan etməlidir ki, konkret addımlar atılmayacağı təqdirdə, sülhməramlıların müddəti uzadılmayacaq. Bir var təbii proses gedir, Azərbaycan sülhməramlıların çıxmasının tez olduğu qənaətinə gəlir və müddəti 1-2 il, yaxud daha beş il  artırır, amma bir də var ki, bu istiqamətdə heç bir addım atılmır.
 
- Nəinki addım atılmır, hətta erməni separatçıları himayə olunur, bütün səylər ermənilərin sayının artırılmasına yönəlib...
 
- Bəli. Əslində onlar darmadağın olmuşdular, qaçıb getmişdilər. Ancaq indi  qondarma rejimin  strukturları bərpa olunur, onlara köməklik göstərilir. Açığı, sanki oranı özlərinin hərbi bazasına çevirirlər. Erməni əhali də həmin hərbi bazaya qulluq edəcək, xidmət göstərəcək, onlar üçün kənd təsərrüfatı məhsulları yetişdirəcək, bunların hərbi hissələrində işləyəcəklər. Söhbət 25-30 min nəfərdən gedir.  Mən hesab edirəm ki, fevral-mart aylarında rəsmi Bakı məsələni qəti şəkildə qoymalıdır ki, bu istiqamətdə konkret addımlar atılmalıdır. Bununla bağlı Ermənistana da xəbərdarlıq edilməlidir, Rusiya da məlumatlandırılmalıdır, beynəlxalq ictimaiyyət də. Qəti addımlar atılmayacağı təqdirdə, səmimi deyirəm, Qarabağda bizim suveren hüquqlarımızın necə bərpa olunacağını təsəvvür edə bilmirəm. Məsələn, mən təsəvvür edirdim ki, saziş imzalanandan sonra yavaş-yavaş orada Azərbaycanın milli valyutası bərpa olunacaq, dövlət strukturlarımız oraya daxil olacaq. Yəni ruslar da o proseslərdə iştirak edəcəklər ki, zorakılıq olmasın, təmaslar olsun və s. Yəni düşünürdüm ki, Rusiya Qarabağın Azərbaycana inteqrasiya olunmasına yardım edəcək... Biz 2004-cü ilin 6 fevralında Rusiya ilə Moskva bəyannaməsi imzalamışıq. Düz iki ay sonra Azərbaycan Prezidenti Milli Məclisdə qəbul olunmuş, həmin sazişi təsdiq edən qanunu imzalayıb.  Həmin bəyannamə ilə  Rusiya üzərinə öhdəlik götürür ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu problemin həllinə töhfə verməyə çalışacaq. Amma hansı formada bu töhfə verilir, hansı iş görülür?
 
- Unutmayaq ki, bizim qardaş Türkiyə ilə imzaladığımız Şuşa Bəyannaməsi də var...
 
- İyun ayının 15-də Şuşa Bəyannaməsinin 1 ili tamam olacaq, amma hələ ratifikasiya olunmayıb. Milli Məclisdə  ratifikasiyadan sonra Prezident bu barədə qanunu imzamalıdır.  Moskva bəyannaməsi kimi, Şuşa Bəyannaməsi də tezliklə ratifikasiya olunmalıdır.  Bu il “Şuşa ili”dir və Şuşa Bəyannaməsinin təsdiqlənməsi də vacibdir. Həm də bu, konstitusiyanın tələbidir. Hər halda, bu sənədin ratifikasiya olunmasının özü də Şuşa Bəyannaməsinin hüquqi qüvvəyə minməsi demək olacaq. Konstitusiyaya görə, dövlətlərarası müqavilələr Milli Məclisdə təsdiq olunmalıdır, ondan sonra hüquqi qüvvəyə minir. Bu barədə qanunvericiliyin də təkmilləşdirilməsinə ciddi ehtiyac var. O cümlədən xarici əsgərlərin Azərbaycana çağırılması proseduru, qanunların hansı müddətə ratifikasiya olunması məsələsi, konstitusiya ilə ratifikasiya olunmalı dövlətlərarası müqavilələrin  qüvvəyə minməsi qaydası qanunvericiliklə tənzimlənməlidir.
 
- Gələn həftə başlayacaq, yaz sessiyasında bu məsələ gündəliyə salına bilərmi?
 
- Hər halda,  ümid edirəm. Mən çalışacağam ki, təklif də verim  məsələ yaz sessiyasının gündəliyinə salınsın. Gündəliyə salınmırsa, ən azı aydınlıq gətirilsin. Türkiyə tərəfimi  imtina edir, ya başqa səbəb var.
 
- Ola bilərmi ki, Rusiya tərəfdən hansısa maneçilik, təzyiq var?
 
- Bilmirəm, istənilən halda, aydınlıq gətirilməlidir.  Türkiyənin də ratifikasiya etməsini eşitməmişəm. Mətbuatda oxumadım ki, Türkiyə Şuşa Bəyənnaməsini ratifikasiya edib. 
 
- Türkiyə Azərbaycan məsələsində çox açıq və birmənalı siyasət sərgiləyir, müdafiə naziri Hulusi Akar bu günlərdə növbəti dəfə Azərbaycanın yanında olduqlarını açıqladı. Həmçinin Ankara Qətərlə hərbi əməkdaşlığını yüksək səviyyədə davam etdirir. Bəs buna nə deyirsiniz?
 
-  Hər halda, Türkiyə  Şuşa Bəyannaməsini təsdiq etməyib. Hesab edirəm ki,  Azərbaycan hökuməti ictimaiyyətə açıqlama verməlidir, aydınlıq gətirməlidir ki, Qarabağın Rusiya hərbçilərinin təsir zonasında olan torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpasını hansı formada görür? Biz görürük ki, atəşkəsdən bir il üç ay keçir amma  Qarabağdakı ermənilər səngər qazır, müdafiə istehkamları qururlar. Ona görə də ictimaiyyətə deyilməlidir ki, bu  proses təqribən nə vaxt, necə başlayacaq, hökumət bu məsələlərin həllini necə təsəvvür edir? Ümumilikdə hökumətin bütün bunlarla bağlı ictimaiyyətə bir açıqlaması olmalıdır...
Oxşar xəbərlər
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT