50 ildən artıq zaman ərzində “qağa” deyə müraciət etdiyim iş yoldaşım, yolgöstərənim...
Cəmiyyət
Oxunub: 4163
23 Jan 2022 | 21:22
50 ildən artıq zaman ərzində “qağa” deyə müraciət etdiyim iş yoldaşım, yolgöstərənim...
Şah İsmayıl Xətainin sevdiyi alimlər, şairlər, sərkərdələr, müridlər içərisindən pərvazlanmış  Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub  Onun ulu babası Yaqubla Şah İsmayılın babası Şeyx Səfiəddin  arasında  çox mökəm dostluq əlaqələri olduğundan  sonrakı illərdə də  hər iki nəslin törəmələri  bu dostluğu, qardaşlığı  böyük sevgi və məhəbbətlə davam etdirmişlər. 
       
Məlumat üçün bildirirəm ki, Hüseyinin babası Cəfər, atası Məhəmməd  Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin ideyalarının yaranmasına və yayılmasına  nail olmuşlar. Onlardan dərs almış Hüseyn  də belə bir mühütdə  müqəddəs nəslin tarixi,  mənəvi-dini missiyasını həyata keçirmək üçün bütün varlığı ilə çalışmış və  Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının bünövrəsini qoymuşdur.  Beləliklə də  Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapmış və  təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik, saflıq  gətirmişdir.
     
Böyük talanta,  saza, sözə, sənətə, elmə, tək olan  allaha sidq ürəklə   aşiq olan Miskin Abdal ulu babası Yaqub kimi özünün sədaqəti ilə  Şah İsmayılın doğması kimi sarayın  vəzir-vəkillərindən biri olmuşdur. Şadman, Əli, Həsən,Məleykə adlı dörd  övladı olmuşdur.   Əli və Həsən cavan yaşlarında vəfat etmişlər. Belə bir  tarixi şəxsiyyətin 500 illik qollu-budaqlı nəsil şəcərəsini bu günümüzə gətirib çatdıran onun oğlu  Şadmanın, qızı  Məlekənin  törəmələri olmuşlar. Bu şəcərədən törəyənlərin sonrakı yüzilliklər boyu  da  dünyanı dərk etməkdə   talant sahibləri olması ataların “Ot kök üstə bitər və ya Su gələn arxdan bir də gələr “ dəyərli  deyimini  bir daha təsdiqləmişdir.
       
Miskin Abdal şəcərəsindən olan tanınmışlar   haqqında söhbətlər  açsaq  yəqin ki, bir ömür kifayət etməz. Odur ki bu şəcərənin kəlbəcər eli  ilə bağlı olan qol-budağının kimliyindən  söz açmağı vacib hesab etdim. . 
       
“Şərəf Nişanı” ordenli respublikanın “Əməkdar İncəsənət xadimi” şair  Məmməd Aslanın Dədə Şəmşirin “O Kürün, Arazın Tərtəriyəm mən” adlı kitabına yazdığı ön sözə istinad edərək  sizlərə  çatdırıram ki, qüdrətli Miskin Abdal ocağı 500 il ərzində ədəbiyatımıza üç unudulmaz möhtəşəm klassik  şairi;- Miskin Abdalın özünü, xıx əsrin axırlarında  dərin kamallı və kəlamlı   Ağdabanlı şair Qurbanı, xx əsirdə də bu sənət ocağına böyük hünərlə sahib çıxmış  “Dədəlik”  zirvəsinə yüksələn  şair Qurban oğlu Aşıq Şəmşiri  bəxş etmişdir.   
       
Miskin Abdal ocağının bu  üç görkəmli şəxsiyyətinin törəmələri sırasında  müxtəlif  zamanlarda    saza,  sözə bağl olan, dəyərli ağsaqqallar, alimlər, tarixçilər, ədəbiyyatçılar, dövlətin idarə edilməsində bilavasitə iştirakı olan şəxsiyyətlər yetişdilər və  onlar da  bu tanınmış törəmənin dəyərinə dəyər qatdılar..   
       
Mən bu şəxslərdən biri  haqqında;- O,şəxsdən ki, o, Kəlbəcərimdə  uzun müddət məktəbli  gənclərin təlim-tərbiyəsində müəllim kimi böyük rol oynadı.  Yaşa dolduqcan da  rayon əhalisinin mötəbər ağsaqqallarından biri  oldu və  hər bir  işin düzələn istiqamətdə getməsinə rəvac verdi.  Bu böyük ürək sahibi  elimin-obamın  ümüd yeri kimi qəbul edildi, xalqın xeyir-duası ilə  rayonumuzun rəhbərlərindən biri oldu, ən ümdəsi  mənim kimi həyat təcrübəsi az olanların    “həyat yolunun ” yol yoldaşı, kəhkəşanı olub yoluna  işıq saçdı. 20 ilədən artıq bir müddətdə   həyat dərsi aldığım o böyük aqil, kamil, nadir insan  ustadım, müəllimim Qənbər Şəmşir oğlu Qurbanov idi.  
       
Qənbər Qurbanov 13 yaş məndən böyük olsa da  atası Aşıq Şəmşirlə  atam Qaraçənli  Kamran Abdulla oğlu   yaxın dost, qardaş məhəbbətində  olduqlarından mən onu həm  ata dostunun ovladı kimi, həm də  rayon partiya komitəsinin  işçisi kimi 10-12  yaşımdan  uzaqdan-uzağa  tanıyırdım. Uzun boylu, gülər üzlü, ləngərli yerişli,səliqəli geyimli, telli-toqqalı gözəl saz çalan,  şeirlər yazan  bu cavan oğlan  haqqında rayonumuzda  uzun müddət  birinci katibi olmuş  Səfər Verdiyevin mənimlə bir sinifdə oxuyan  oğlu  Aqil çox danışardı.  Səfər Verdiyev saz-söz vurğunu olduğundan və özü də gözəl  saz çalıb şeir yazdığından  o, partiya komitəsinin təbliğat-təşviqat  şöbəsinin  müdir i  vəzifəsinə  işə götürdüyü  Qənbər Şəmşiroğlunu tez-tez evlərinə gətirər, sazlı-sözlü süfrə başında sənət və sənətkarlar  haqqında maraqlı söhbətlər apararmış. Birdə ki, Səfər Verdiyev Aşıq Şəmşir ruhunu, sazını, sözünü, ədəb-ərkanını çox sevdiyindən  gizlin-gizlin yazdığı şeirlərini ilk olaraq ona oxuyub qiymətini alarmış.  
     
Saza, sözə böyük hörmətin, ehtiramın nəticəsi idi ki, Səməd Vurğununla  Aşıq Şəmşir kimi iki böyük duhanı  ilk dəfə   görüşdürən  də   elə qədirbilən  Səfər Verdiyevimiz  olmuşdur.
       
1955-ci ildə  Səməd Vurğun İstisuya müalicə almağa gələrkən  Səfər Verdiyev rayonun Boyaxlı turşsuyunda şairin gəlişi ilə əlaqədar sazlı-sözlü məclis  təşkil edərkən  Səməd Vurğun ondan;- 
                          “Səni qarı gördüm, bağrım qan oldu, 
                           Mənim saqqalımın çal vədəsində.
                           Qəlbimə dəydiyin yadıma düşdü,
                           Çox dedim könlümü al vədəsində.
demiş aşığın sağ olub olmadığını soruşanda və onunla görüşmək istədiyini bildirəndə  Səfər müəllim də öz xidməti maşınını aşığın dalısınca  Ağdaban kəndinə göndərmiş və   sürücüsü Əliasdana da gələn   qonaq haqqında bir kəlmə də olsun söz açmaması tapşırığını da  verdiyindən aşıq sazını götürmədən çağrışa gəlmişdir . 
       
Xeyirxah  şair  bu görüşdə aşığı dinləmək üçün ona  meydan verəndə o da zəngüləli, təkrarolunmaz səsi ilə bədahətən;-
                            Elimin, günümün böyük şairi
                            Gətirib dağlara səfa, xoş gəlib.
                            Gözlərdik yolunu biz intizarla,
                            Eyləyib əhdinə vəfa, xoş gəlib.     
deyərək  şairə öz ehtiramını bildirəndə  şair də  “Kazbekt” qutusunun üstünə 
                           “Aşıq Səmşir, Dəlidağdan keçəndə
                            Kəklikli dağlardan xəbər al məni.
                            “Ceyran bulağı”ndan qızlar içəndə 
                             Saz tutub, söz qoşub, yada sal məni.- məşür beytini yazaraq aşığa verir.                                             
 Aşıq Şəmşir də  bu şeirə qarşı məclisdə oxuyan aşığın sazını götürüb yenə də bədahətən üç bənddən ibarət olan şeirini;
                             Qoşqarla yanaşı duran adın var,
                             Bizim el tanıyır uca dağ səni.
                             Yanır yolumuzda sənət çırağın,
                             Bilirik şeirdə bir mayak səni.- deyərək məclisə isti nəfəs gətirir.  
       
Sonralar dillər əzbəri olan  bu görüşdəki  deyişmələr  kəlbəcər  aşıqları tərəfindən dastanlaşdırılaraq  toylarda, dövlət  tədbirlərində  söylənilərdi  və  bu günümüzdə də söylənilməkdədi.
       
Belə  tarixi anları   söyləməkdə məqsədim Qənbər Qurbanovun həyat yolundan və hansı ailədən, hansı mühütdən rəhbər işlərə  gəlişi haqqında  yaddaşımdakı  həqiqətləri  sizlərə çatdırmağa  ayaq vermək üçün  bilərəkdən xatırladıram.
       
Qənbər müəllim 1966-cı ilin iyun ayınından  Ağdaban kənd səkgizilik məktəbin direktoru vəzifəsindən  Kəlbəcər rayon qəsəbə orta məktəbinin direktoru vəzifəsinə irəli çəkilmişdir.  O,1971-ci ilin iyul ayından 1974-cü ilin  avqust  ayınadək  Kəlbəcər rayon Partiya Komitəsinin  ikinci Katibi, həmin tarixdən 1989-ci  ilin aprel ayınadək Kəlbəcər rayon İcraiyyə Komitəsinin Sədri, 1989-cu ildən sonra  Gədəbəy rayon İcraiyyə Komitəsinin Sədri,  az müddətdən sonra isə birinci Katibi vəzifələrində işləmişdir. 1993-cü ildə qıssa bir müddət   Azərittifaq İdarə Heyəti sədrinin Baş Müşaviri və həmin tarixdən 1995-ci ilədək   doğma yurdundan  məcburi köçgün, qaçqın düşmüş Kəlbəcər rayonuna İcra Başçısı vəzifəsinə təyin edilmişdir.
         
1996-cı ildə səhəti ilə əlaqədar İcra Başşısı vəzifəsindən çıxsa da, 1997-ci ilin oktyabr ayında  quşçuluq, heyvandarlıq, arıçılıq, pambıqçılıq, yemçilik və bir sıra istiqamətlərdə fəaliyyət göstərən fermer təsərrüfatı yaradaraq qaçqın, köçgün el-obası üçün iş yeri açaraq özünün xeyirxah əməllərini yenə də davam etdirmişdir.. 
           
Ötən illərin 1965-70 –ci illərinə qayıdaraq xatırlatmaq istəyirəm ki, Qənbər müəllim istər kənd, istərsə də  qəsəbə orta məktəbin direktoru vəzifələrində  işlədiyi zamanlar pedeqoq, müəllim adının saflığının  qorumasına çalışdığından şagird- müəllim  arasında yaranmış ünsiyyət  təhsil sahəsində  nailiyyətlərin əldə edilməsinə zəmin yaratdı. Müəllim kollektivi hər zaman olduğu kimi yenə də öz saflığını qoruyub saxlaya bildi. Çalşqan, savadlı  müəllimlərin əməyinə verilən qiymət  şagirdlərin təlim-tərbiyyəsində böyük rol oynadı. Onun direktor olduğu illərdə orta məktəbi bitirənlər içərisindən  dünya, respublika əhəmiyyətli alimlər;-  elmlər namizədləri, elmlər  doktorları, müəllimlər, həkimlər, mühəndislər, şairlər, yazıçılar, hüqyqşunaslar,  hərbiçilər və  yüzlərlə  müxtəlif  peşə sahibləri yetişdilər və bu gün də  xalqımız  onlarla fəxr edirlər.
         
Təcrübəli, təşkilatçı,  yaddaşlarda əbədi qalan bu nəcib insan hələ 1970 –ci illərdən etibarən  Kəlbəcər şəhərinin abadlaşması işlərini iməcilik yolu ilə həyata keçirən rayon rəhbərliyinə kömək məqsədi ilə müəllimlərin nəzarəti altında  məktəbin 9-10-cu siniflərində oxuyan 450-500 nəfərlik  bir “ordu” ilə mütamadi olaraq iməcliklərdə iştirak edərək şəhərimizin gözəlləşməsinə çalışmışdı.
         
1971-ci ilin iyun ayında rayon partiya komitəsinin II katibi vəzifəsinə seçildikdən sonra onun imkanları daha da artdı. O, rayon əhalisinin  televiziyaya , nömrə yığmaqla telefonlaşmaya,  maye qaza olan  tələbatına  idarə rəhbərlərinin gücünü  səfərbərliyə alan   idealoji  sahənin   rəhbəri  kimi  nail ola bildi.
         
15 dekabr 1983-cü il zəlzələsi baş verdikdən sonra onun rayon icraiyyə komitəsinin sədri kimi  fəaliyyəti  haqqında danışmaq xüsusi ilə vacibdi.   Həmin gün  Azərbaycan respublikası Nazirlər Sovetinin Sədri Həsən Seyidovla olan telefon danışığı  həmən günün səhərisi seysimoloqlardan,  sığorta orqanlarından, tikinti nazirliklərindən, ticarət orqanlarından ibarət olan  böyük bir heyətin rayonumuza gəlməsini təmin etdi. Gələnlər dəymiş zərəri və bu zərərin aradan qaldırılması üçün lazım olan vəsaiti  hesablayaraq  respublika hökümətinə çatdırdılar.  Azərbaycan höküməti də  SSRİ höküməti qarçısında məsələ qaldırsa  da çox çətinliklərlə qarşılaşıldı.
         
Bu çətinliyin aradan qaldırılması  və vəsaitin alınması üçün Qənbər müəllim gün ərzində  bəzən iki dəfə Bakı-Moskva  marşurutu ilə ucan təyyarənin sərnişini olardu. Bu əsəb doğuran  hal altı aydan çox  davam etsə də,  son nəticədə nəzərdə tutulan vəsait  alındı və bu vəsait  hesabına əhaliyə maddi köməklik göstərildi.  
           
Həmin vəsait hesabına Kəlbəcərin “Yuxarı düz” adlanan sahəsində layihə-smeta sənədli, memarlıq şərtlərinə cavab  verən  5 mərtəbəli  yaşayış binaları, üç  mərtəbəli  boyük rabitə evi,  üç mərtəbəli tələblərə cavab verən mehmanxana, iki mərtəbəli  geniş zallı müasir  görkəmli kitabxana,  iki mərtəbəli musiqi məktəbi,  üç mərtəbəli mərkəzi xəstəxana, rayon partiya və icraiyyə komitəliri üçün günün tələblərinə cavab verə biləcək  üç mərtəbəli, geniş zalları olan inzibati bina  müxtəlif nazirlikləri təmsil edən idarələr üçün  binalar,  içməli su üçün anbar, 25 km məsafədən  ikinci içməli su xətti, kanalizasiya xətləri, isti su və otapleniya üçün  mərkəzi qazanxana, xüsusi layihəli geniş parkı  olan “Yeni şəhər” yarandı. Bu şəhərin  salınmasında Qənbər Qurbanov adı silahdaşları ilə  kəlbəcər   tarixinin  səhifələrinə  qızıl hərflərlə yazıldı.
           
Bu gün ki yaşlı nəsil  Kəlbəcər  adı ilə bağlı olan acılı-şirinli həqiqətləri gələcək nəsillərə çatdırmağa borcludular. 
         
Gələcək nəsillər  bilməlidir ki, yaxşını yamandan seçmək üçün ilahinin  qəzəbindən, nifrətindən  yaranmış  erməni  adlı bir millətin  məkrindən  canlarını qurtarmaq üçün “nicat yolu” hesab etdikləri Murovdağın 3260 metr hündürlüyündəki  “Ömər” aşrımından  keçən  Kəlbəcər-Göygöl, Kəlbəcərin 2700 metr hündürlüyündə olan sıra dağlarının “Bazardüzü”  zirvəsindən keçən Kəlbəcər - Laçın yollarının  çəklişinin əsas  ideya müəlliflərindən biri   Qənbər müəllim olmuşdur. O, həmçinin bu yolların tikintisinin maliyə dəstəkçisi, mexanizatorların, digər sənət sahiblərinin  ilhamçısı, şəxsi vəsaiti hesabına  “mükafat” verəni olmuşdu.   
         
Unudulmamalıdır ki, bu yollarla iki yüz mindən çox Qərbi Azərbaycandan, Zəngəzur, Göyçə  mahallarından qaçqın düşən soydaşlarımız, otuz mindən çox Laçınlı  qardaş-bacılarımız,  altmış mindən çox Kəlbəcər elim keçib gələrək  arxalı düşmənin ağılagəlməz işgəncələrindən  xilas ola bildilər. Yeri gəlmişkən bildirirəm ki, əgər bu yolların çəklişinə  gələcəkdə qiymət verən bir hakimiyyət  olarsa  məncə  nəticəyə görə Murov dağının zirvəsində Qənbər Şəmşir oğlu  Qurbanovun  və onun orta məktəb yoldaşı, həmfikri, 50-60 ildən artıq dostluq  etdiyi silahdaşı rayon partiya komitəsinin ikinci  katibi Təhməz  İlyas oğlu Cəfərovun yanaşı hekəlləri qoyulsa  allaha da, bəndəyə də xoş olar.  
         
“Kəlbəcərsiz ömür yoxdu” deyən, Qənbər müəllim biz həmvətənləri ilə keçirdiyi tədbirlərdə, yığıncaqlarda tövsiyyə edərək deyirdi  ki;- Vətənə  gedəcəyimiz  günləri həsrətlə sayan  ey “Böyük Köcümüz”ün  hər bir üzvü, daşı-daş  üstə qalmamış  yeni tikilən  kəlbəcərimizin  küçələrinə, meydanlarına  Murov dağına, Bəylik- Laçın  torpağına  yol çəkmək üçün  ilk buldozer bıçağı vuran Nəsrəddinin, Çingizin, Telmanın, Əzizin, Vahidin, Mətləbin  və onlara tay olan başqa mexanizatorların, sənət sahiblərinin, mühəndislərin  adlarının verilməsini unutmayın. Onlar kişilərin başında papaq, qadınların başında yaylıq qalması üçün SSRİ  kimi bir qüdrətli dövlətin 60-70 il ərzində görə bilmədiyi işləri bir neçə ilə hökümətin xəbəri olmadan görən əfsanəvi qəhrəmanlardılar. Onları tarixin səhifələrində  yaşatmağa hər bir insan oğlu borcludur. 
       
Müdrük  müəllimimizin, elimizin ağsaqqalının  arzularının  ağır və məsuliyyətli yük kimi çiynimizə düşməsi   bizlərin qüvvəsini bir daha  səfərbərliyə almaqla kəlbəcər tarixinə vurulan naxışlardan biri kimi əbədiləşər.       
         
Onu da xatırlatmalıyam ki, sinəsində neçə qatı açılmamış kitablar yatan bu saz-söz sərrafını   həyat  müəllimimiz  kimi qəbul  etdiyimizdən onun çevrəsində  saza-sözə, yaradıcılığa  olan meylimiz bu gün də zirvədədi.    Biz ondan dözümü, səbri, təmkini, saflığı, xeyirxahlığı, qurub-yaratmq həvəsini, pisliyə qarşı yaxşılıq etmək xasiyyətini  öyrənə-öyrənə cəmiyyət tərəfindən  vətənpərvər, dərd anlayan, yol göstərən  ziyalı kimi  qəbul edildik. 
         
Qənbər Şəmşiroğlu cəmiyyətdə, xalq arasında təkcə bir rəhbər işçi kimi deyil,  əyən yükü düzəldən, dərdlərə şərik olub çarə tapan xeyirxah insan  kimi tanınardı. Təzə evlənənlərin, ayrı ocaq olmaq istəyən gənclərin, ziyalıların,  yaşlıların tələb və  tələbatlarını öyrənib  ödəməyə çalışan idi. Onun sərəncamı ilə Kəlbəcər şəhərində, rayonun  kəndlərində  fərdi  evlərin, içtimai yaşayış binalarının tikintisi  ən ümdə məsələ kimi həll olunar, qocalar, imkansızlar, fərdi təqaüdçülər, müharibə veteranları üçün dövlət səviyyəsində iş aparılırdı.  
         
Dostluda sədaqətli, eldə hörmətli olan Qənbər müəllim,  kəntdə,  eldə-obada, cəmiyyətin bütün təbəqələrində müəllim adını şərəflə adının sonuna yazdığı kimi, ailəsində də müəllim kimi qəbul edilmişdi. Qiymətləndirməliyik ki, Dədə Şəmşir də, Güllü nənə də ona Qənbər müəllim,  bacı- qardaşlar da “qağam” deyə müraciət edərdilər. 
         
Haşiyə.!! (Mən Qənbər müəllimin qardaşı  Ələsgərlə Politexnk institunda bir oxuduğuma, tələbə yataqxanasında bir qaldığıma, bir yoldaşlıq etdiyimə görə ondan öyrənib  Qənbər müəllimə “qağa”deyə müraciət edərdim. Bu deyim rəsmi yerlərdən başqa son günümüzədək dəyişmədi.)
         
Onun mənə qarşı olan diqqəti və qayğısı  son dərəcə yüksək idi.  Mənim rəhbər işə gəlməyimdə və inkişafımda  onun təklifi yetərincə olduğundan  25 yaşımdan rayon rəhbərlərindən biri kimi xalqım tərəfindən  tanındım.  Bütün titullarıma görə hər zaman həyat  müəllimimə minnətdar olmuşam və onun adını uca tutaraq qürur hissi keçirmişəm.
       
Bu böyük yaradıcı insanın yazdığı kitabların hər bir cümləsi yol göstərənimiz, çəkdiyi misallar xəzinədən payımız, mənliyi, vüqarı qürurumuz,  göstərdiyi düz yol  həyatımızın mənası, xeyirxahlığını yaşatmağımız  səxa-səxavətimizdi.
           
Aşıq Şəmşirin ailəsində 10 övlad dünyaya gəlib. Bu övladların əksəri də saza-sözə vurğun olduqlarından  onların hər biri bədahən şeir,  bayatı deməyə qadir  idilər.  Bu gün  onların törəmələri də bu fitri istedadların davamçılarıdılar. 
           
Heç də təsadüfü deyil ki, Aşıq Ələsgər  öz övladlarına və yaxın simsarlarına;- “Miskinli  törəməsi  şair Qurban qançəkənləri ilə sazla-sözlə qarşılaşmayın” deməsi, bu ocağın son nümayəndələrinin  hansı qüdrətə malik olmasından xəbər verir. 
       
Qənbər müəllim də ürəyi istəyənlərlə bir süfrə başında xüdmani məclis keçirəndə “Qara sazı” dilləndirər, ya da saz çalmaq bacarığı olanlara meydan verərdi. Elə bu səbəbdən də, övladları, nəvə-nəticələri, bu şəcərə üstə köklənmiş doğmaları da   ata-baba sənətini yaşatmaqdadırlar.
       
Şeirlərinə müsiqilər  bəslənən  Çavidin, Cabirin, sehirli  barmaqları ilə  telli sazın pərdələrində möcüzələr yaradan  Ələsgərin, Vüqarın,  istedad sahibləri  Gültacın, Nüşabənin,  Bəhlulun,  Zaminin, Qabilin  və onlarla belə istedad sahiblərini dünyaya bəxş edən  Aşıq Şəmşir ocağına  “pir” deyib inac gətirməyimizin özü də təbii qəbul edilməlidir. Çün ki, bu hikməti, bu qüdrəti verən yalnız yaradandı. 
       
Qənbər  Qurbanov  və  onun vəfalı həyat yoldaşı  Füruzə xanım “məktəbinin” qanunlarını hələ uçaqlıq çağlarından dərk edib mənimsəyən övladları, el-obası, xalqı  üçün gərəkli olmalarını böyüyüb vəzifə sahibləri olarkən əməli işləri ilə sübuta yetirdilər.  Ailənin ilki, iki ali təhsilli  Cavid  Qurbanov Azərbaycan  İnşaat və  Memarlıq  Universitetini və Elm Təhsil Mərkəzi Təfəkkür universitetini bitirərək  mühəndis kimi tikinti idarələrində  bir sıra rəhbər vəzifələrdə işləmişdir.  Son iş yeri “Azəryolservis” ASC –nin sədri vəzifəsindən  də daha məsuliyyətli  Azərbaycan Dəmir Yolları QSÇ-nin rəisi vəzifəsinə dəyişdirilmişdi. O, rəhbər işdə işləməklə bərabər elm sahəsini, nə də  içtimai fəaliyyətini unutmadığından  texniki  elmlər  namizədidi olmaqla yanaşı,  iki çağrış 123 saylı Kəlbəcər seçki Dairəsindən  millət vəkili seçilmişdi. 
       
Mübaliğəsiz bildirirəm ki, qaçqın-məcburi köçgün düşmüş elinə-obasına  onun qədər həyat şəraiti yaradan çox az sayda  millət vəkili,  vəzifə sahibi tanıyıram. İkinci övlad elinin-obasının  sevimlisi ilqarlı, etibarlı  İlqar,- həkim, üçüncü  övlad Vüqar müəllim, polis kapitanı, birinci Vətən Müharibəsi veteranı, dördüncü övlad Şəhriyar  polis polkovniki, rayon  polis şöbəsinin rəisi, Aypara xanım müəllimədi.       
       
Qənbər müəllim iştirak edən məclislərdə hamı onun danışmasını, toylarda gənclərə  xeyir-dua verməsini gözlərdi. Sinəsi söz, şeir kürəsi olan  şəkər dilli bu insan da öz böyüklüyünü, səxa-səxavətini  əsirgəməzdi.
     
Yuxarıda qeyd etdiyim kimi  Qənbər müəllim şair-publisist olmaqla yanaşı çox dəyərli, təcürbəli,  bacarıqlı rəhbər dövlət işçisi, ağıllı, tədbirli el ağsaqqalı idi. Onun rayon  rəhbəri  olduğu dövrlərdə rayonumuzun kəndləri arasında avtomobil yolları  genişləndi, yeni yollar çəkildi, çaylar üzərində  körpülər salındı, ən ucqar kəndlər, binələr  elektirik enerjisi, radio, telefonla, maye qazla təchiz edildi, televiziya ilə əlaqədar rayon ərazisinin bir neçə hündür dağlarında ötürüçü stansiyalar  quraşdırıldı.  Respublikanın əksər şəhər və rayonlarından fərqli olaraq  rayonumuzun ən ucqar kəndlərinin  hər bir vətəndaşının  evindən  SSRİ adlı ölkənin ən uzaq yerləri ilə nömrə yığmaqla danışmaq mümkün oldu.
       
50 ildən artıq zaman ərzində “qağa” deyə müraciət etdiyim  iş yoldaşım, yolgöstərənim, ağsaqqalım,  uzun müddət  müəllim, məktəb direktoru, rəhbər partiya, dövlət vəzifələrində çox böyük hörmətlə  işləmiş  şair-publisist,  “Aşiq Şəmşir” Mədəniyyət Ocağı İçtimai Birliyinin  sədri, respublika Ağsaqqallar Məclisi İdarə Heyətinin  və Azərbaycan Yazıçılar Birliyinin üzvü, kəlbəcər elinin qiymətli  sərvətlərindən biri,  Aşıq Şəmşir  yadigarı,  xalqdan qiymətini almış  insan haqqında düşüncələrimi sizlərlə paylaşdığımdan  az da olsa öz mənəvi borcumu  verməyə çalışdığımdan ruhən   bir az yüngülləşsəm də, səd heyif ki, 30 dekabr 2021-ci ildə qartalları qıyya çəkən, başı ağ çalmalı, diş göynədən buz bulaqlı  Murov, Sarıdağ, Dəlidağ, Çiçəkli  dağlarının  hönkürtüsünə şirin laylalı Tərtərim, çoşub çağlayan Tutqunçayım, axarlı-baxarlı  Ayrım çayım kədərli bayatıları ilə  Misgin Abdal şəcərəsindən olan Qənbər Şəmşir Oğlu Qurbanovun  bizlərdən əbədi olaraq ayrılması xəbərini  xalqımıza, kəlbəcər elimizə  bəyan elədi.
       
Yetmiş minlik kəlbəcər elindən olanlar, Qənbər Şəmşiroğlu adına hörmət və ehtiram göstərən respublikamızın müxtəlif bölgələrindən gəlmiş  minlərlə dostlar, qardaşlar   qəlblərdə həmişə  çıraq yandırmış  bənzərsiz xeyirxah insanın dünyadan əbədi ayrılan köçünə qoşularaq  son dəfə etiramlamla;-  “Məzarın nurla dolsun,”  Allah sənə rəhmət eləsin” ey cənnətini bu dünyada qazanmış insan   deyərək, acı göz yaşlarını axıtdılar.
                                           
Əli Uluxanlı Abdullayev
Bakı şəhəri 19 yanvar  2022-ci il
Oxşar xəbərlər
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub