Yalnız jurnalistlərmi obyektiv, qərəzsiz və vicdanlı olmalıdır?
Cəmiyyət
Oxunub: 2849
23 Jan 2022 | 15:49
Yalnız jurnalistlərmi obyektiv, qərəzsiz və vicdanlı olmalıdır?
Niyə məhz Azərbaycan televiziyası?
 
Obyektiv, qərəzsiz və vicdanlı olmaq yalnız jurnalistlərin deyil, məmurlar başda olmaqla bütün cəmiyyətin ən ali prinsipi olmalıdır...
 
Bu gün sosial şəbəkələr, eləcə də internet telekanallarının tüğyan etdiyi bir dönəmdə ənənəvi televiziya kanallarının adəti üzrə yalnız məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək kimi öz funksiyalarını yerinə yetirməsi çoxmilyonlu tamaşaçını qane etmir. Elə məhz bu üzdəndir ki, teleseyricilər arasında sosial sorğu keçiriləndə, onların əksəriyyəti “mən yerli televiziya kanallarına baxmıram”, deyə birbaşa öz etirazlarını bildirirlər. Sorğu iştirakçıları bu etirazları ilə əslində ənənəvi televiziya kanallarından daha çox onları narahat edən sosial problemlərin işiqlandırılmasını tələb edirlər. Başqa sözlə desək, əksər insanlar sosial media, həmçinin internet televiziya kanallarına ünvanladıqları sosial xarakterli problemlərinin ənənəvi televiziya kanallarında yayınlandığı zaman daha tez həll olunabiləcəyinə böyük ümid bəsləyirlər. Çünki, tamaşaçılar yaxşı bilir ki, onların problemlərinə biganə yanaşan bəzi məmurlar sosial media və internet telekanallarına heç də ciddi yanaşmırlar. Sözsüz ki, bu yerdə tamaşaçıların haqlı olduğunu qəbul etməmək ən azı ədalətsizlik olar. 
Ancaq nəzərə almaq lazımdır ki, ölkə Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində medianın həm də ictimai nəzarət funksiyasını önə çəkməsi, Azərbaycan media qurumlarının, eyni zamanda jurnalistlərinin üzərinə çox ciddi bir vəzifə qoymuş oldu.   
 
Diqqət edin, əgər Prezident, “Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”, deyirsə, demək vətəndaşların sosial problemlərinin işıqlandırılması, həmçinin həll olunmasında obyektiv, qərəzsiz və vicdanlı olmaq yalnız jurnalistlərin deyil, məmurlar başda olmaqla, elə həm də bütün cəmiyyətin ən ali prinsipi olmalıdır. 
 
Əlbəttə, bu sahədə yazılı mediadan fərqli olaraq vizuallığına və təsirlilik gücünə  görə ən böyük iş televiziyaların, xüsusən də bir saylı televiziyamız olan Azərbaycan televiziyasının üzərinə düşür. Niyə məhz Azərbaycan televiziyası? Bu suala iki aspektdən yanaşaraq şərtləndirmək olar: birinci, Azərbaycan televiziyası dövlət tərəfindən maliyyələşdirildiyindən o, digər telekanallarda olduğu kimi sosial problemlər adı altında məişət yönümlü məsələləri işıqlandırıb reytinq xatirinə şou yaratmayacaq. İkinci, artıq hər kəsin dilində AzTV kimi səslənən Azərbaycan televiziyası fəaliyyətə başladığı ilk gündən dövlətçiliyə, xalqın dilinə, ictimai-siyasi dünyagörüşünə, milli düşüncəsinə, ədəbiyyatına, tarixinə, musiqisinə və ümumilikdə milli mədəniyyətinə öz töhfəsini heç vaxt əsirgəməyib. Bu mənada xalqla hökumət arasında süni narazılıq yaratmağa cəhd edən bəzi məmurların özbaşınalıqlarının qarşısını almaq üçün, vətəndaşların sosial problemləri məhz bu televiziya kanalında yayınlansa, onun həllinə daha tez nail olunar. Çünki, burada həm də bütün məmurlar ən azı öz sahələri ilə yanaşı, ölkə xəbərlərindən – Prezidentin sərəncamlarından, fərmanlarından və qərarlarından məlumatlı olmaq üçün AzTV-ni mütəmadi olaraq izləyirlər. Bu isə kreslosunu itirmək istəməyən məmurları süründürməçilik hallarına son qoymağa məcbur edəcək.  
 
Bu arada, Azərbaycan televiziyasında əvvəlki dövrlərdən fərqli olaraq baş verən yeniliklərə nəzər yetirməmək haqsızlıq olar. Gəlin etiraf edək ki, bu gün tamaşaçı olaraq digər televiziya kanallarında görə bilmədiklərimizi AzTV-də seyr edə bilirik. Televiziyadan az-çox anlayışı olanlar yaxşı bilir ki, efirə verilən xəbərlər operativliklə yanaşı, həm də dinamikliyi sevir. Artıq bugünkü AzTV illər öncə öz tamaşaçısını standart qəlibə salınmış soyuq “roborta” bənzər teleaparıcılarla qarşılamır. Gün ərzində səkkiz dəfə müxtəlif dillərdə efirə çıxan “Xəbərlər” informasiya proqramının aparıcıları ölkədə və dünyada baş verən olayları bizə yüksək peşəkarlıqla çatdırırlar. Onların xəbəri təqdim edərkən hərəkətli olmaları və yerli-yerində jestlərdən istifadə etmələri, tamaşaçını ekrana cəlb edir və efiri sözün əsl mənasında canlı göstərir. “Xəbər” aparıcılarının nitq etikasına və ya ədəbi dil normalarına riayət etməsi, səs tembri tamaşaçıya həqiqətən də zövq verir. Xarakterindən asılı olaraq hər bir xəbəri duyaraq çatdırmaları isə teleseyriciləri təqdim olunan xəbərdəki hadisənin az qala canlı şahidinə çevirir. 
 
Azərbaycan televiziyasının “xəbər”ində süjetlərini təqdim edən reportyorların yeni, xüsusən gənclərdən ibarət olması da, 66 yaşlı AzTV-ni xeyli gənc və çevik göstərir. Cəsarət Qəmbərli, Leyla Abbasova, Röya Qarabağlı, Vüsal Qaraca, Vasif Acalov və digər gənc reportyorlar öz stendaplarında dinamiklikləri ilə təqdim etdikləri materialı olduqca maraqlı edirlər.    
 
Ölkənin bir saylı televiziyasının proqramları zənginliyi və rəngarəngliyi ilə də digər telekanallardan seçilir. İctimai-siyasi proqramlar redaksiyasının təqdim etdiyi “Günün nəbzi”, elə bu qocaman televiziyanın gənc rəhbəri - Rövşən Rafiqoğlunun təqdimatında hər bazar efirə gedən “Həftə” proqramı, Tofiq Abbasov, Rüfət Həmzəyev, Ətayə Ələmdarqızı və Elnar Məmmədli kimi peşəkar teleaparıcıların təqdimatında “Əsas məsələ” ictimai-siyasi tok-şousu, gənclərin fərdi inkişafını, dünyagörüşünü, təfəkkürünü formalaşdıran “GƏNCSƏN”, tamaşaçıları ölkəmizdə və dünyada baş verən ən maraqlı hadisələrlə, həmçinin bu hadisələrin yaranma səbəbləri ilə tanış edən “BELƏ-BELƏ İŞLƏR", milli-mənəvi dəyərlərimizin qorunmasını təbliğ edən “ƏSLİNDƏ BİZ” və digər bu kimi maraqlı proqramlar  AzTV-ni öz tamaşaçılarına daha da yaxın edir.  
 
Ancaq bu teleproqramların sırasında özünəməxsusluğu ilə seçilən “Çıxışa Doğru”, AzTV-nin əsl tapıntısıdır desək, yanılmarıq. Peşəkar telejurnalist Nailə Babayevanın təqdimatında həftədə beş dəfə canlı efirə gedən bu proqramın hər verilişində gündəmdə olan ən aktual məsələlər müzakirə olunaraq, mümkün çıxış yolları axtarılır. Bildiyimiz kimi canlı efirin öz tələbləri və çətinlikləri olur. Ancaq proqramı təqdim edən teleaparıcı televiziya mədəniyyətini özündə əks etdirməyi məharətlə bacarır. Ekspertlərə öz fikirlərini bildirmək üçün eyni şəraiti yaradır. Müzakirələrə bəzi hallarda özü də münasibət bildirsə də, amma etik qaydalara yüksək dərəcədə üstünlük verərək şəxsi mövqeyini digərlərinin mövqeyindən üstün tutmur. Hər kəsin fikrinə hörmətlə yanaşaraq verilişin balansını peşəkarlıqla qoruya bilir. Əlbəttə, televiziya “məhsulu” kollektiv əməyin “məhsulu” olur. Bu mənada canlı efiri təqdim edən kollektiv – redaktor, rejissor, operatorlar və digər texniki heyət istənilən çətinlikdən məharətlə çıxış yolu tapa bilirlər. Bu, heç şübhəsiz ki, onlarının ayrı-ayrılıqda peşəkarlıqlarının göstəricisidir. 
 
Ancaq “Çıxışa doğru”nu tamaşaçıya sevdirən əsas cəhətlərə gəlincə isə, burada tamaşaçıları maraqlandıran məsələlərin müzakirəyə çıxarılması və verilişdə  ekspertlərin öz fikirlərini sərbəst, açıq, bir çox hallarda müzakirə mövzusu olan problemə cavabdeh şəxslərin ünvanına haqlı tənqidi fikirlər səsləndirmələrinə şəraitin yaradılmasıdır. 
 
Bu baxımdan yuxarıda qeyd edilən şərtləri əsas götürərək, ölkə Prezidentinin ictimai nəzarət kontekstində medianın üzərinə qoyduğu vəzifənin öhdəsindən şərti adı “İradlar və təkliflər” olmaqla, tamaşaçı məktublarının, video görüntülərinin, telefon bağlantılarının əsasında yeni bir teleproqramın ərsəyə gəlməsini məhz səmərəliliyinə görə Azərbaycan televiziyası həyata keçirə bilər. Nəticədə təqdim edilən proqram ölkədə məmur özbaşınalığına, rüşvətxorluğa və korrupsiyaya qurşanmış, bu xüsusda xalqla hökumət arasında süni narazılıqlar yaratmaq istəyənlərin arzusuna son qoymuş olar.  
 
Mübariz Əhmədov, BSU-nun jurnalistika kafedrasının dosenti, müstəqil jurnalist
 
Oxşar xəbərlər
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:02, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:00, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 13:27
Bakıda evdə partlayış: Ölən var
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
19 Apr 2024 | 13:24
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 13:27
Bakıda evdə partlayış: Ölən var
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
19 Apr 2024 | 13:24
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb