İctimai narazılıq yarandı, media yazdı, Prezident vəzifədən azad etdi - Həmin məmurların SİYAHISI
Oxunub: 2170
16 Jan 2022 | 20:51
İctimai narazılıq yarandı, media yazdı, Prezident vəzifədən azad etdi - Həmin məmurların SİYAHISI
Son zamanlar Azərbaycanda ciddi kadr islahatlarının aparıldığı heç kimə sirr deyil. Ölkə başçısının rəhbərliyi ilə hökumətdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq addımlar atılıb.
 
Elə ötən gün prezident İlham Əliyevin məmurlarla bağlı çıxışı da diqqət çəkən məqamlardan oldu. Belə ki, prezident jurnalistlərə müsahibəsində ictimai nəzarətin bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcəyini vurğuladı:
 
"Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.
 
Həqiqətən də, indiyə kimi etdiyi qanunsuzluqlar mediada öz əksini tapan və ictimai qınaq obyektinə çevrilən yüksək vəzifəli şəxslər barədə ciddi tədbirlər görülüb.
 
Moderator.az Sfera.az-a istinadən son illərdə işində nöqsanlara yol verən, tənqidlərə məruz qalan və nəticədə vəzifəsini itirən məmurların siyahısını təqdim edir:
 
 
7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyev mediada mütəmadi olaraq tənqid edilən, elə vətəndaşların da narazı olduğu məmurlardan biri olub. Məhz bunun nəticəsidir ki, Mehdiyev 2019-cu ildə vəzifəsini itirib. Mehdiyevin xüsusi karantin rejimində nəvəsinə toy etdiyi üçün cəmiyyətdə haqlı etirazlar yaratdığı yəqin ki, hər kəsin yadındadır.
 
 
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov zaman-zaman qalmaqallarla gündəmə gələn, sonda vəzifəsini itirən məmurlardandır. O, düz 24 il idi ki, Prezident Administrasiyasında çalışırdı. Həsənov Prezidentin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin edilmişdi. Amma onun vəzifəsinin ömrü  2019-cu ilin noyabrına qədər davam etdi. Ölkə başçısının imzaladığı sərəncamla Əli Həsənov Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi — şöbə müdiri vəzifəsindən azad edilməklə yanaşı, bu şöbə ümumiyyətlə ləğv edildi. Onun vəzifədən getməsi sosial mediada da geniş müzakirə edildi. Həsənovun rəhbərliyi dövründə baş verənlərin detalları hələ də gündəmi məşğul etməyə davam edir.
 
 
Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun da öz səhvinə görə işdən çıxarıldığını desək, yanılmarıq. 16 il ölkənin xarici siyasətinə məsul olan Məmmədyarovun ən vacib məqamlarda səssiz qalması onun vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Məlum oldu ki, ölkə rəhbərliyinin, o cümlədə hökumətdə təmsil olunanların gecə-gündüz çalışdığı bir vaxtda Məmmədyarov evdən işləyirmiş.
 
 
Mütəmadi olaraq həm sənət adamları, həm də vətəndaşlar tərəfindən tənqid edilən, nəticədə "kreslo”sunu itirən məmurlardan biri də sabiq mədəniyyət naziri Əbülfəs Qarayev idi. O, 2020-ci il mayın 21-də vəzifəsindən azad edilib. Sabiq məmur "Azərbaycan mədəniyyətini çökdürən nazir” kimi xatırlanır. Nazir vəzifəsindən uzaqlaşdırılandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin  Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatı da yəqin ki, hər kəs xatırlayır. Bu məlumatın ardınca, keçmiş nazirin həbs edilməsinin mümkünlüyü də ehtimal edilirdi.
 
 
Uzun illər Azərbaycanın səhiyyə sisteminə rəhbərlik edən Oqtay Şirəliyevin ötən ilin aprelində vəzifədən azad edilməsi də  yaddaqalan hadisələrdən oldu. Onun özəllikdə koronavirusun dünyada tüğyan etdiyi bir vaxtda səssiz qalması ictimaiyyət arasında haqlı narazılıqlar yaratmışdı. 20 oktyabr 2005-ci ildən etibarən nazir vəzifəsini icra edən Şirəliyevin səhiyyə sisteminə vurduğu zərər onun əleyhinə işlədi və nazir 2021-ci ildə postunu itirdi.
 
 
10 ildir "Azərsu” ASC-yə rəhbərlik edən Qorxmaz Hüseynov da sözügedən məmurlar sırasında yer alır. Ötən ilin mayında vəzifəsindən azad edilən Hüseynov bir müddət öncə öz dəbdəbəli malikanəsi ilə gündəmə gəlmişdi. Onun hazırda nə işlə məşğul olduğu məlum deyil.
 
 
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə istefası ilə yadda qalanlardan olub. İstefasını özünün Tvitter hesabında elan edən Bayramlı bildirib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağı üçün ərizə ilə müraciət edib. Maraqlıdır ki, onun fəaliyyəti dövründə Səhiyyə Nazirliyi ilə TƏBİB arasında müəyyən anlaşılmazlıqların baş verdiyi barədə məlumatlar yayılırdı. Eyni zamanda, tibb işçilərinin də koronavirus pandemiyası dövründə onlara hesablanmış maaşlar barədə narazılıqları var idi.
 
Ümumiyyətlə, pandemiya dövründə ölkədə ən çox tənqid edilən qurumlardan biri Səhiyyə Nazirliyi, digəri də TƏBİB idi və dolayısı ilə də ona rəhbərlik edən Ramin Bayramlı tənqidlərin əsas hədəfinə yerləşmişdi. Ramin Bayramlının istefasından əvvəl elə bir gün yox idi ki, TƏBİB-in verdiyi qərarlar həm ənənəvi mediada, həm də sosial mediada tənqid obyektinə çevrilməsin. 
 
 
2021-ci ildə külli miqdarda mənimsəməyə görə həm vəzifəsini itirən, həm də həbs edilən yüksək vəzifəli məmurlardan biri də "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradov oldu.
 
Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edildi, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildi. Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ də açıqlanıb: 3 milyon 572 min 427 manat.
 
 
Ötən il vəzifəsini itirən məmurlar siyahısında 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışan Əhməd Əhmədzadə də olub. 76 yaşlı sabiq məmur Prezident sərəncamı ilə tutduğu vəzifədən azad edildi. Sabiq sədrin Baş nazir Əli Əsədovun müşaviri təyin edilməsi ilə bağlı xəbərlər yayılsa da, bu barədə rəsmi təsdiq gəlmədi.
 
 
Nə az, nə çox - düz 20 il Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsini daşıyan Zakir Qaralov 2020-ci il mayın 1-də "kreslo"sunu itirdi.  Sabiq baş prokurorun zamanında bir sıra hay-küylü hadisələr baş verib və onun haqqında  tez-tez mübahisəli fikirlər dolaşıb. Digər tərəfdən, Qaralovun 20 il eyni vəzifədə qalmasına  da ictimaiyyət birmənalı münasibət bəsləmirdi.
 
 
Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov da mütəmadi olaraq tənqid edilən məmurlardan idi. Onun fəaliyyəti demək olar ki, hər zaman narazılıqlar yaradıb. Məhz bunun nəticəsidir ki, Sadıkov 2021-ci ildə vəzifəsindən azad edildi. Belə ki, nazirlik yanvarın 28-də verdiyi açıqlamada Nəcməddin Sadıkovun hərbi xidmətdə olmadığını bəyan etdi. Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarıldı.
 
 
Rüstəm Usubov da istefaya göndərilən məmurlar sırasındadır. 12 avqust 2005-ci ildə Baş prokurorunun birinci müavini təyin edilən Usubov 21 may 2020-ci ildə prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edildi.
 
Onun adı bir sıra qalmaqallı hadisələrdə, o cümlədən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində hallanıb.
 
Xatırladaq ki, H. Məmmədov adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, daha sonra həbs ikən intihar edib. 
 
Nizaməddin Quliyev, Qoca Səmədov, İsmayıl Vəliyev, Mahir Quliyev, Vilyam Hacıyev, Alimpaşa Məmmədov və s. kimi icra başçılarını da ictimaiyyətdə yaranan narazılıqlardan sonra vəzifəsini itirənlər siyahısına yazmaq olar. 
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO