"Bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir"
Oxunub: 799
07 Dec 2021 | 18:21
Azərbaycan 30 ilin işğalına 44 gündə son qoydu. Bu, böyük şücaətin, qəhrəmanlığın, ən əsası düşünülmüş siyasətin, torpaq, Vətən sevgisinin nəticəsidir. Artıq Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur. 30 il dünyaya bəyan edilən Qarabağ həqiqətlərinin fonunda formalaşan möhkəm hüquqi baza Azərbaycanın döyüş meydanında da üstünlük qazanmasını şərtləndirdi. İşğalçı Ermənistan və ona havadarlıq edənlər ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu qəbul etməli oldular. Azərbaycan yeni reallıqlar yaratdı, diktə edən tərəf kimi hər kəsdən bu reallıqlarla barışmağı tələb edir. Azərbaycanın ərazi bütövlüyünün bərpasının təqdimatı olan 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanları olan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.
 
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərdilər. Ölkəmizdə hərbi qulluqçuların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsidir.
 
Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.
 
Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması da ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Artıq Fondun fəaliyyətinin bir ili tamam olur.
 
Bəzi mühüm məqamlara diqqət yetirək. Ötən ilin 8 noyabr tarixində Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi olan Şuşamızın işğaldan azad edilməsi müjdəsini dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hansı məkandan xalqımıza çatdırdı? Təbii ki, Şəhidlər xiyabanından. Bu, müharibənin qəhrəmanı olan şəhidlərimizin ruhuna böyük hörmət idi. 44 günlük müharibə Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdıqdan sonra dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk görüşünə gəldikləri kimlər oldu? 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilər. Bu görüşdə Müzəffər Ali Baş Komandan “Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq” söyləyərək bildirmişdir ki, ona görə bu gün, müharibə başa çatandan dərhal sonra sizə öz hörmətimi ifadə etmək üçün gəlmişəm: “Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.” Möhtərəm Prezidentimiz dəfələrlə bu məqamı qeyd etmişdir ki, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.
 
Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin birində ölkə Prezidenti İlham Əliyevin “Müharibə hələ davam edir. Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavabını da yada salmaq istərdik. “Ən çox kədərləndirən bizim itkilərimizdir” söyləyən dövlət başçısı bildirmişdir ki, gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız üçün, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür, istər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı bizim soydaşlarımızdır, bizim övladlarımızdır, qardaşlarımızdır: “Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir… İnsanlar yaşayır. Yəni, bu erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.”
 
Şəhidlərimiz qanı ilə, döyüşçülərimiz sağlamlıqlarını itirərək, eyni zamanda, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi sayəsində tariximizə Zəfər səhifəsi yazıldı. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr tarixinin Zəfər Günü, 27 sentyabrın Anım Günü kimi təsis olunması da bütün bu məqamları özündə ehtiva edir. Şəhidlərimizin, qazilərimizin götərdikləri qəhrəmanlıq, Vətən, torpaq sevgisi gənclərimiz üçün bir nümunə, məktəbdir. Azərbaycan xalqı bu Zəfəri ilə bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Bir daha sübut olundu ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.
 
Şəhid ailələrinə, hərbçilərimizə diqqət və qayğı daim dövlət siyasətinin əsasını təşkil edir. Onların sosial problemlərinin həlli hər zaman dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Qələbənin əbədiləşdirilməsinə xidmət edən addımlarına diqqət yetirək. Vətən müharibəsində Qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermis Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri orden və medallarla təltif edilib və bu proses hazırda da davam edir.
 
Prezident İlham Əliyevin tarixi Qələbəmizdən sonra imzaladığı Fərman və Sərəncamların say tərkibinə və mahiyyətinə diqqət yetirəndə bir daha aydın olur ki, atılan addımlarda əsas məqsədlərdən biri şəhidlərimizin, döyüşçülərimizin vətənpərvərliyini unutmamaq, onların göstərdikləri şücaətdən qürurlanmaq, keçdiyi həyat yolunu hər bir gəncin özü üçün vətənpərvərlik məktəbi kimi dəyərləndirməsinə nail olmaqdır. “Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
 
Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb. Dövlət hər bir vətəndaşının yanındadır. Xüsusilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası yolunda canından keçən şəhidlərimizin ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsasında dayanır. Dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşı, dövlət və özəl qurumlar bu kateqoriyadan olan insanlara, qazilərimizə diqqət və qayğı ilə yanaşmağa, onlara dəstək olmağa borcludurlar. Xalqımızın 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi birliyi istər şəhid ailələrinə, qazilərimizə diqqət və qayğıda, istərsə də soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərimizin bərpa və quruculuq işlərində görürük. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. “YAŞAT” Fondunun yaradılmasında da məqsəd qeyd etdiyimiz kimi, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir, onların həyat yolu vətənpərvərlik məktəbidir. Ulu öndər Heydər Əliyevin “Gənclərimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Belə fədakarlıq, şücaət göstərib
 
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhidlərimizin ailələrinə təmənnasız dəstək göstərmək hər birimizin borcudur.
 
“YAŞAT” Fondunun yaradılmasından ötən bir ildə görülən tədbirlərə və əldə edilən nəticələrə statistik rəqəmlər əsasında diqqət yetirməklə bir daha birliyimizin, həmrəyliyimizin, xalqımızın xeyirxahlıq və könüllülük prinsipinə sadiqliyinin şahidi olarıq. 2 dekabr 2021-ci il tarixinədək Fondun hesabına 64 773 763.77 AZN vəsait mədaxil olub. Ölkə ərazisində 2 916 şəhidin ailə üzvləri, habelə 4 946 yaralı olmaqla ümumilikdə 16 348 şəxslə görüşərək ehtiyacları qeydə alınıb və 10 781 şəxsin 15 644 müraciəti icra olunub. Məişət şəraitinin yaxşılaşdırılması üzrə ümumilikdə 8 403 müraciət təmin edilib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1000 manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5000 manat məbləğində depozit hesabı açılıb. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 137 və yaralıların 20 müraciəti olmaqla ümumilikdə 157 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 222 822 manat vəsait qarşılanıb. 2 dekabr 2021-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi, Dünya məktəbi və “Dərs evi” tədris mərkəzi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədilə niyyət protokolu imzalanıb. 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 manat təsis edilib.
 
Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 2 988 və yaralıların 2 473 müraciəti olmaqla ümumilikdə 5 461 müraciət təmin edilib. Ümumilikdə 150 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 117-si ölkəyə geri qayıdıb. Hazırda 33 ağır yaralının müalicəsi Türkiyədə davam edir. “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən “RGO” ortopedik cihazları ölkəmizə gətirilib.
 
Təbii ki, qeyd etdiklərimiz görülən işlərin yalnız az bir hissəsidir. Bu rəqəmlər “YAŞAT” Fondunun fəaliyyətinə işıq salmaqla yanaşı, vətəndaşlarımızın təmənnasız, könüllü dəstəyinin, şəhid ailələrinə, qazilərmizə diqqət və qayğılarının aydın mənzərəsini yaradır. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyub, milli qürurumuzu, kimliyimizi özümüzə qaytaran, işğaldan azad edilən ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanmasını, torpaqlarımızın öz sahibinə qayıtmasını təmin edən, öz qanları, canları ilə tarix yazan şəhidlərimizin ailələrini, qazilərimizi yaşatmaq üçün “YAŞAT” Fonduna dəstək olaq. Belə təşəbbüslər bizi daha da birləşdirir, həmrəy edir.
 
Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru
Oxşar xəbərlər
N.Tusi adına Klinika
10:13, Bu gün
"Şuşa" adını dəyişdirib, "Buta" etdilər - Utancverici hadisənin təfərrüatı - VİDEO
10:05, Bu gün
Koronavirusla bağlı son STATİSTİKA
09:54, Bu gün
“Qazaxıstan inqilabı” bayraqdarının kimliyi bilindi... -Komadan çıxdı-FOTOLAR+VİDEO
09:34, Bu gün
Türkiyədə 3+3 formatında görüş planlaşdırılır
09:33, Bu gün
Bu gün Xarici İşlər Nazirliyində xidmətə qəbul üçün test imtahanı keçiriləcək
09:32, Bu gün
Yaponiyada güclü zəlzələlər barədə XƏBƏRDARLIQ
00:07, Bu gün
Ermənilər Fransada cinayət törətdilər
22 Jan 2022 | 23:52
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
22 Jan 2022 | 23:47
Pərviz bu gündən “Survivor”a qoşuldu
22 Jan 2022 | 23:09
Alimlər insan ölümünü 3, 5 ilədək dəqiqliklə qabaqcadan proqnozlaşdırmağı ÖYRƏNDİ...
22 Jan 2022 | 23:00
Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
22 Jan 2022 | 22:59
Azərbaycanlı musiqiçi intihar etdi - FOTO
22 Jan 2022 | 22:15
Ərdoğan və Rəisi telefonla danışdılar
22 Jan 2022 | 21:59
Uşağın doğulmasından öncə valideynlərin cavab tapmalı olduğu 10 SUAL - MARAQLI 
22 Jan 2022 | 21:43
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ
22 Jan 2022 | 21:35
Qazaxıstan Nazarbayevin dağıdılmış abidəsini bərpa etməyi planlaşdırmır
22 Jan 2022 | 21:24
Paşinyan Putinə niyə zəng etdi? - “Göstərmək istəyir ki...”
22 Jan 2022 | 21:12
Gəncənin icra başçısı yeni rəis təyin etdi
22 Jan 2022 | 21:08
“Tərəf müqabili kimi qardaşım İlhamdan yoxdur”
22 Jan 2022 | 20:59
Bərdədə 31 yaşlı kişi güllələnib
22 Jan 2022 | 20:56
"Ukraynaya PUA tədarükünə görə Türkiyəni günahlandırmaq olmaz" - Akar
22 Jan 2022 | 20:41
Koronavirusdan daha qorxunc: peyvənd edilmədən bəşəriyyəti nə gözləyir- Bill Qeyts
22 Jan 2022 | 20:39
İnsanlar 130 ilə qədər yaşayacaq - Şok araşdırma
22 Jan 2022 | 20:34
Kişi orqanizminə Viaqra kimi təsir edən məhsullar
22 Jan 2022 | 20:27
"Uğurlarımıza sevinməyənlərin çoxu..." - Millət vəkilinin qızı söz atdı
22 Jan 2022 | 20:19
Azərbaycanlı tiktokerlər arasında canlı yayımda qalmaqal - VİDEO
22 Jan 2022 | 20:17
Heydər Əliyevin çətin günlərindən danışdığı - Nadir videosu
22 Jan 2022 | 20:07
Erməni kilsəsi Qarabağda mövqelərini gücləndirməyə başladı - Təhlükəli gediş...
22 Jan 2022 | 19:49
“Paşinyan sındırılıb, özünü də sakit aparır, amma heç nə öyrənməyib”
22 Jan 2022 | 19:45
"Belə davam etsə, bir gün Sünik İrəvanın mərkəzində partlayacaq"
22 Jan 2022 | 19:44
Nəyə görə yeməkdən sonra çimmək olmaz?
22 Jan 2022 | 19:42
Blinken kanadalı həmkarı ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib
22 Jan 2022 | 19:03
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib - FOTO
22 Jan 2022 | 18:53
Rəşad Dağlının dostunu güllələyən şəxs hökmdən narazıdır
22 Jan 2022 | 18:41
Çin lideri Putindən Ukraynaya “hücum”u təxirə salmasını istəyib
22 Jan 2022 | 18:20
Texnoblogerdən valideynlərə xəbərdarlıq: “Azyaşlılar bank kartlarınızla tiktokerləri “yemləyir”
22 Jan 2022 | 18:18
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
22 Jan 2022 | 18:05
Çin dövlət televiziyası “Alibaba” şirkətinin rəhbərini korrupsiyada ittiham edib
22 Jan 2022 | 18:01
“Rusiya Qarabağda yeni “sürpriz” hazırlayır” - ŞOK İDDİA
22 Jan 2022 | 18:00
İnfeksionistdən xəbərdarlıq: "Yeni virusun simptlomları..."
22 Jan 2022 | 17:57
DİM imtahan keçirdi
22 Jan 2022 | 17:55
Kreml  tarixdən dərs ALMALIDIR
22 Jan 2022 | 17:47
Sərhədlərin açılması: Qars sakinləri səbrsizliklə gözləyir, Yerevanda isə...
22 Jan 2022 | 17:42
Bu yol 30 ilə yaxındır ki, keçilməz haldadır - VİDEO
22 Jan 2022 | 17:38
“Soyqırımının ildönümündə Xocalını azad etməliydik - Əfsus ki, təxribatlar...”
22 Jan 2022 | 17:38
DİN rəsmisindən gənclərə çağırış: “Narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilə bilərlər”
22 Jan 2022 | 17:35
Günorta yuxusunun inanılmaz faydaları: Yüksək təzyiqi olanlar...
22 Jan 2022 | 17:33
"Xəngəlin dadına doya bilmədik" - Məşhur türkiyəli sənətçilər Bakıda
22 Jan 2022 | 17:24
Ebru Gündeşin sirr kimi saxladığı qızı ilk dəfə üzə çıxdı – FOTO
22 Jan 2022 | 17:22
Göyçayda evin zirzəmisində çətənə yetişdirən şəxs TUTULDU – FOTO+VİDEO
22 Jan 2022 | 17:18
“Legiya” Mahir Emreli üçün 400 min avroluq təklifə “yox” dedi
22 Jan 2022 | 17:17
“Lavrovu tənqid etməyim mənə qarşı təqiblərə səbəb oldu” - Eldar Həsənovun son sözü...
22 Jan 2022 | 17:17
Zaxarova hiddətləndi: “İkinci Dünya Müharibəsinin təbliğatını xatırladır”
22 Jan 2022 | 17:15
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
22 Jan 2022 | 17:07
Azərbaycan millisi Avropa çempionatındakı ilk oyununa çıxır - VİDEO
22 Jan 2022 | 17:04
AMEA-nın çarəsiz qərarı - "Mübarizəmi bu sistemin öz daxilində aparacağam" - Kərim Şükürovdan istefası ilə bağlı açıqlama
22 Jan 2022 | 16:58
"Memati"nin həyat yoldaşı görənləri heyran etdi - FOTO
22 Jan 2022 | 16:53
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
22 Jan 2022 | 16:42
Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı mühüm addım - VİDEO
22 Jan 2022 | 16:39
Bakıda narkotacirlər və narkokuryerlər saxlanılıb - VİDEO
22 Jan 2022 | 16:38
Azərbaycanda daha 1614 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb
22 Jan 2022 | 16:37
60 yaşlı qadın intim hislərinə qurban getdi
22 Jan 2022 | 16:36
Anarın “800 cüt ayaqqabı açıqlaması”na cavab: “Bunlar mənəvi baxımdan zəngin olmayan insanlardır”
22 Jan 2022 | 16:33
Hadisə və sevgilisinin videosunu lağa qoydular - VİDEO
22 Jan 2022 | 16:27
“Trendyolun hədəfi Azərbaycan deyil” - Mütəxəssislər Türkiyə nəhəngi haqda
22 Jan 2022 | 16:25
"Yeri gələndə nəvələrim döyülür də" - Mehriban Xanlarova
22 Jan 2022 | 16:25
Türk ordusu hərəkətə keçdi: Dronlar hədəfləri məhv etdi
22 Jan 2022 | 16:20
“Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən” deyib qohumunu öldürdü - Bir qətlin TƏFƏRRÜATI
22 Jan 2022 | 16:17
“Hesab edirəm ki, bundan sonra karantin qaydalarını sərtləşdirməyə ehtiyac yoxdur...”
22 Jan 2022 | 15:47
“Atam xəstəxanaya çatdırılanda liftdə keçindi, heç bir xəstəliyi də yox idi...”
22 Jan 2022 | 15:42
Qurban Qurbanov: "Mən də bundan razı qaldım" - VİDEO
22 Jan 2022 | 15:39
“Caliber”: Əzablı yollarla və ya iranlı sürücülər Görus-Qafan magistralı barədə - VİDEO
22 Jan 2022 | 15:34
Komando hərbi hissəsində təlim məşqləri keçirilib - VİDEO
22 Jan 2022 | 15:28
Prokuror köməkçisi həbs edilən ilahiyyatçının ailəsindən də 50 min alıb - Cəzasını azaldacaqmış
22 Jan 2022 | 15:24
Azərbaycanda karantin nəzarətinə götürülmə qaydası dəyişdi
22 Jan 2022 | 15:20
Le Figaro: "NATO Rusiya ilə müharibəyə hazırlaşır"
22 Jan 2022 | 15:15
“Malikanəsində həftədə 5 dəfə qrup seks təşkil edilir, qadınlar donuza bənzədilirdi” - FOTO
22 Jan 2022 | 15:14
Bakıda yarımtikilidə güclü yanğın - VİDEO
22 Jan 2022 | 15:13
Polisin üstünə avtomobil sürən narkotacir saxlanıldı - VİDEO+FOTO
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
22 Jan 2022 | 14:58
Azərbaycanda sürətlə yayılan xəstəliklər: “Omikron”, yoxsa “influenza”?
22 Jan 2022 | 14:57
Rumıniya Rusiyanı “dəmir pərdə” yaratmaqda suçladı
22 Jan 2022 | 14:50
“Rusiyaya toya gedəndə bildim ki, qayıdanda atamı görməyəcəm, vidalaşıb getdim”
22 Jan 2022 | 14:47
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
22 Jan 2022 | 14:40
Ötən il Bakıda yol qəzalarında 197 nəfər həlak olub
22 Jan 2022 | 14:37
Agentlik: “Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir”
22 Jan 2022 | 14:34
Sumqayıt sakini Bakıda maşın oğurlayıb aeroporta apardı
22 Jan 2022 | 14:28
Oğlu Baloğlan Əşrəfovdan danışıb ağladı - VİDEO
22 Jan 2022 | 14:28
Son bir ildə 114 uşaq övladlığa verilib
22 Jan 2022 | 14:25
"Krım heç vaxt Ukraynaya qaytarılmayacaq" - Almaniya rəsmisindən İLGİNC AÇIQLAMA
22 Jan 2022 | 14:25
Ələt-Astara yolunda TIR qəzaya düşüb - VİDEO
22 Jan 2022 | 14:21
Monteneqro baş naziri 500 kiloqramlıq kokain işində ifadə verəcək
22 Jan 2022 | 14:21
ASALA-nın təhdidini gözardı etmək olmaz: Bakı və Ankara hərəkətə keçməlidir
22 Jan 2022 | 14:18
“Kərim Şükürovu məcburi olaraq vəzifədə saxlamaq qanuna ziddir”
22 Jan 2022 | 14:18
“Gənclərimizin əksəriyyəti tara bağlıdır, ona qarşı özlərində məhəbbət yaradıblar...”
22 Jan 2022 | 14:17
“Toya gedəndən 1 saat sonra ordan qaçmaq istəyirsən” - Fazil Mustafa
22 Jan 2022 | 14:08
DSX-nin matrosu Hərbi Hospitalda intihar etdi
22 Jan 2022 | 14:05
"Azərbaycanda koronavirusdan ölənlərin 90%-i vaksin olunmayanlardı"
22 Jan 2022 | 13:52
Ukraynadakı ağlasığmaz inflyasiyada koronavirus və Putin günahkardır...
22 Jan 2022 | 13:43
""Omikron"a yoluxmusan? Boğazını araqla qarqara elə..." - Rusiyalı akademikdən məsləhət
GÜNLÜK
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
22 Jan 2022 | 12:12
“Orda ikinci erməni dövləti olmayacaq, Azərbaycan olacaq, vəssalam!” - Tofiq Zülfüqarov
22 Jan 2022 | 11:55
Rusiya və Çinin təhdidlərinə qarşı... - Pompeo ABŞ-ı Reyqan dövrünə müraciət etməyə çağırdı
22 Jan 2022 | 10:40
Nəyə görə Osmanlı dövlətində dilənçi yox idi?..-ARAŞDIRMA
22 Jan 2022 | 12:27
Bu qidalar insanları kütləvi şəkildə ağılsızlaşdırır...-İNGİLİS ALİMLƏRİ
22 Jan 2022 | 12:33
Boyundan asılır, virusu tutur: SARS-CoV-2 detektoru necə işləyir… 
22 Jan 2022 | 15:47
“Atam xəstəxanaya çatdırılanda liftdə keçindi, heç bir xəstəliyi də yox idi...”
22 Jan 2022 | 11:32
Əfqanıstanın tək erotik film ulduzu - Bəlkə də, videolarımı izləyən talibançılar... - FOTOlar
22 Jan 2022 | 13:52
Ukraynadakı ağlasığmaz inflyasiyada koronavirus və Putin günahkardır...
22 Jan 2022 | 17:38
“Soyqırımının ildönümündə Xocalını azad etməliydik - Əfsus ki, təxribatlar...”
HƏFTƏLİK
16 Jan 2022 | 11:49
"Bədənimi görməyinizi istəyirəm" yazıb yarıçılpaq şəklini yaydı - FOTO
16 Jan 2022 | 11:27
Əxlaqsız filmlərə çəkildi, 8 il sonra ərə getdi, xərçəngdən öldü - FOTO
19 Jan 2022 | 11:16
"Üç həftəyə Azərbaycanda qırğın günlər başlayacaq" - Vasif İsmayıldan xəbərdarlıq...
16 Jan 2022 | 13:33
Sərhədə yaxın bazada 24 bombardmançı göründü, ”İsgəndər”lər də gedir...
16 Jan 2022 | 14:23
20 Yanvardan öncə Bakının yarıdan çoxu erməniləşibmiş...-XƏRİTƏ
19 Jan 2022 | 19:15
“Putin Lavrovu Bakıya göndərəcək, Azərbaycan Süniki işğal edəcək, sonra isə...” - ŞOK SSENARİ
21 Jan 2022 | 14:07
"Laçın dəhlizində qayda müəyyənləşdirmək səlahiyyətini ölü daşıyan rus generalına kim və nə zaman verib?"
17 Jan 2022 | 12:50
“Səlcuq Bayraktara burada təhsil verdiyimiz üçün utanıram”
17 Jan 2022 | 09:55
"Hesab edin ki, Qırğızıstanın prezidenti onu xilas edib..."
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
AYLIQ
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
22 Jan 2022 | 12:12
“Orda ikinci erməni dövləti olmayacaq, Azərbaycan olacaq, vəssalam!” - Tofiq Zülfüqarov
22 Jan 2022 | 11:55
Rusiya və Çinin təhdidlərinə qarşı... - Pompeo ABŞ-ı Reyqan dövrünə müraciət etməyə çağırdı
22 Jan 2022 | 10:40
Nəyə görə Osmanlı dövlətində dilənçi yox idi?..-ARAŞDIRMA
22 Jan 2022 | 12:27
Bu qidalar insanları kütləvi şəkildə ağılsızlaşdırır...-İNGİLİS ALİMLƏRİ
22 Jan 2022 | 12:33
Boyundan asılır, virusu tutur: SARS-CoV-2 detektoru necə işləyir… 
22 Jan 2022 | 15:47
“Atam xəstəxanaya çatdırılanda liftdə keçindi, heç bir xəstəliyi də yox idi...”
22 Jan 2022 | 11:32
Əfqanıstanın tək erotik film ulduzu - Bəlkə də, videolarımı izləyən talibançılar... - FOTOlar
22 Jan 2022 | 13:52
Ukraynadakı ağlasığmaz inflyasiyada koronavirus və Putin günahkardır...
22 Jan 2022 | 17:38
“Soyqırımının ildönümündə Xocalını azad etməliydik - Əfsus ki, təxribatlar...”