Azərbaycanın Baş nazirinə edilən xain SUİ-QƏSDİ...
Oxunub: 1327
07 Dec 2021 | 11:47
Azərbaycanın Baş nazirinə edilən xain SUİ-QƏSDİ...
Bu işi də ermənilər həyata keçirmişdilər...
 
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən və qurucularından biri, tanınmış dövlət xadimi Fətəli xan Xoyskinin doğum tarixidir.
 
Modern.az-ın məlumatına görə, Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxada - indiki Şəki şəhərində anadan olub. O, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olub, sonralar Şimali Azərbaycana - Şəkiyə köç etmiş məşhur Xoyskilər nəslindəndir.
 
Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli xan Moskva Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirib və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olunub.
 
Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət Dumasının müstəqil millət vəkili seçilib.
 
O, hüquqşünas kimi fəaliyət göstərdiyi dövrdə milli əməlləri ilə Qafqaz-Azərbaycan türklərinin böyük etimadını qazanmışdı. Bu etimadın nəticəsi də olaraq Fətəli xan 1907-ci ildə Gəncə Quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilmişdi.
 
O, Dövlət Dumasının iclaslarında «Müsəlman fraksiyası» adından dəfələrlə çıxış edərək, çar Rusiyası əsarəti altında yaşayan müsəlmanların-türklərin milli haqq və hüquqlarını müdafiə üçün çalışırdı. Xoyski çar hökümətinin ucqarlardakı milli və dini ayrı-seçkilik ideologiyasına qarşı çıxırdı. Bu mənada o, Rusiyada milli və dini ayrı-seçkiliklərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət Dumasına təqdim edilmiş qanun layihəsini imzalayanlar arasında olmuşdu.
 
2-ci Dövlət Duması buraxıldıqdan sonra (1907) Xoyski bir müddət Gəncədə andlı iclasçı kimi işləyib, 1913-cü ildən etibarən isə eyni vəzifəni Bakıda həyata keçirib.
 
 
Çar Rusiyası tamamilə süquta uğradıqdan sonra 1917-ci ilin noybarında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaşafqaziya Seymi yarandı. Həmin Seymin tərkibinə seçilən 44 müsəlman-türk fraksiyasının üzvlərindən biri də Fətəli xan idi. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra onun ədliyyə naziri olan Xoyski daim Qafqaz birliyinin tərəfdarı olmuşdu. Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan edəndə bu məsələyə münasibət bildirən Xoyski demişdi:
 
«Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birləri ilə elə sıx bağlıdırlar ki, onların ayrılması asan olmayacaqdır. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır».
 
Zaqafqaziya seymi dağıldıqdan sonra mayın mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaratdı ki, onların sıralarında Fətəli xan da var idi. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Fətəli xan Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçildi.
 
Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqilliyi bəyan olundu və müstəqil dövlətin ilk baş naziri vəzifəsinə bütün Şura üzvlərinin yekdil səsi ilə Fətəli xan gətirildi. Beləliklə, Fətəli xan baş nazir olmaqla yanaşı, daxili işlər naziri vəzifəsini də icra etməyə başladı.
 
Xoyski Azərbaycan Cümhuriyyətinin baş naziri olduğu illərdə onu ləyaqət və şərəflə təmsil edib. Doğrudur, onun dövründə Azərbaycan üçün xoşagəlməz bir neçə hadisə də baş verib. Həmin hadisələrdən biri də İrəvanın ermənilərə güzəştə gedilməsidir. Belə ki, 1918-ci il mayın 29-da  Tiflisdə keçirilən Azərbaycan Milli Şurasının növbəti iclasında Xoyski Şura üzvlərinin Azərbaycan və erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqlar barədə məlumat vermişdi. 
 
Tarixi mənbələrə görə, Xoyski erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyini bildirib.
 
Həmin iclasda Azərbacan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul edib. Elə həmin gün (1918, 29 may) baş nazir Xoyski xarici işlər naziri M.H.Hacınskiyə rus dilində ünvanladığı məktubundakı İrəvanın Ermənistana güzəştə gedilməsi qismində yazırdı:
 
«Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onalara güzəştə getdik».
 
İrəvanın ermənilərə güzəştə gedilməsi indiki şəraitdə ciddi siyasi səhv sayılsa da, həmin dövrdə Azərbaycan Cümhuriyyətinin liderlərinin, o cümlədən Xoyskinin bunu etməmək üçün böyük imkanları yox idi. Onlar bu addımı atdıqları dövrdə Azərbaycan Cümhuriyyəti 1 əsgərə də malik deyildi. Üstəlik, Azərbaycanın Bakı kimi mühüm sənaye və siyasi mərkəzi də başda olmaqla Şərq hissəsi rus-erməni birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan Milli Şurasının erməni milli şurasının bu təklifi qarşısında dirənməsi vəziyyəti daha da gərginləşdirə bilərdi. Bunu, arxalarında bir sıra beynləxlaq qüvvələrlə yanaşı, Sovet Rusiyasının dayandığı erməni milli şurası da yaxşı anlayır, məhz Azərbaycan üçün son dərəcə əlverişsiz bir şəraitdə İrəvanı ondan istəyirdi. Bunu, Fətəli xan parlamentdəki ilk çıxışında da dolayısıyla etiraf etmişdi:
 
«Hökumətimiz öylə bir zamada təşəkkül etmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irzi, namusu, canı, mali əmniyyətdə deyildi… İdarələrin adı var isə də, özü yox idi. Hərə başına beş-on addam yığıb bir hökumət, bir qanun düzəltmiş idi. Güclü olanlar özünü ağa hesab edirlərdi».
 
Heç bir əsgəri qüvvəyə malik olmayan Azərbaycan Milli Şurası bir tərəfdən Azərbaycaın Şərq hissəsində faktiki hakimiyyətə malik olan Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnaklara, digər tərəfdən Azərbaycanın Qərb hissəsində İrəvan, Naxçıvan və ona yaxın ərazilərdə işğalçılıqla məşğul olan Andranikin quldur qüvvələrinə qarşı mübarizə aparmalıydı.
 
Bu mənada Milli Şuranın o cümlədən, Fətəli xanın rəhbərlik etdiyi ilk hökumətin böyük uğurları ilə yanaşı, onların iradəsinə zidd olan, ancaq məcburiyyət qarşısında «İrəvanın ermənilərə güzəştə gedilməsi» kimi bəzi uğursuzluqları da olmuşdu. Ancaq bu məsələdə o da nəzərə alınmalıdır ki, Milli Şura müəyyən şərtlərlə - ermənilərin Naxçıvan və digər ərazilərmizə iddialardan əl çəkməsi və müharibəni dayandırması halında belə bir güzəştə getmişdi.  Ermənilərin buna əməl etməyəcəyi təqdirdə isə Milli Şuranın həmin qərarı qüvvədən düşmüş hesab olunacaqdı.
 
Hər halda, Fətəli xan Xoyski və onun silahdaşları (M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b.) həmin dövrdə Azərbaycan xalqı, Azərbaycan dövləti üçün mümkün olan nə var idisə, onu da etdilər. Bununla da onlar müəyyən uğursuzluqlara baxmayaraq, adlarını tarixin qızıl səhifəsinə yazdılar. Şübhəsiz, bunların arasında ən alisi Azərbaycan Cümhuriyyyətinin istiqlalı idi.
 
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclasında Fətəli xan Xoyski bununla bağlı çıxışında deyirdi:
 
«Bugünkü gün Azərbaycan üçün böyük əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi».
 
Xoyskinin çıxışının ana məzmunu o idi ki, Azərbaycan xalqı artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası olan müstəqil bir dövlətdir:
 
«Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyyəti».
 
Fətəli xan Azərbaycan Xalq Cumhuriyyətinin ilk hökümətini formalaşdırıb. İlk dəfə olaraq o, Azərbaycanda ali təhsil ocağının yaranmasının vacibliyini qeyd edib. Fətəli xan Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin təşəbbüskarıdır. Ən nəhayət məhz o Azərbaycanda baş nazir idarə formasının əsasını qoyub və Azərbaycanın ilk baş naziri kimi tarixə düşüb. 
 
1918-ci il iyunun 17-də M.Ə. Rəsulzadənin sədrliyi altında Azərbaycan Milli Şurasının iclası oldu, yeni hökuməti təşkil etmək Fətəli xan Xoyskiyə tapşırıldı. O, Azərbaycan Respublikasının ikinci Nazirlərr Kabinetini təşkil etdi. F.Xoyski ikinci kabinetdə Nazirlər Şurasının sədri və ədliyyə naziri vəzifələrini yerinə yetirdi.
 
Fətəli xan Xoyski sonralar Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918-1919 və 1919-1920) vəzifələrində çalışdı.
 
Fətəli xan yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi idi. 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da, vəzifədən getməyə üstünlük verdi.
 
Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyəti dövründə üç dəfə hökumət kabinetini formalaşdırmaq etimadını qazanmışdı. 1919-cu ilin dekabrında isə Nəsib Yusifbəylinin təşkil etdiyi hökumətdə xarici işlər naziri vəzifəsini tutmuş və 1920-ci ilin aprel hadisələrinə qədər həmin vəzifədə çalışmışdı...
 
 
Fətəli xan Xoyski 1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransının iştirakçı dövlətləri (Fransa, İngiltərə, ABŞ və b.) tanınmasını böyük sevinclə qarşılamış və bununla bağlı parlamentdəki çıxışında demişdi:
 
«Bu yalnız bizim üçün deyil, ümum türk miləlti və türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri-millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlaycağına əminəm».
 
1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Fətəli xan Gürcüstana-Tiflisə getməyə məcbur oldu.
 
O dövrdə Məhəmməd Əmin Rəsulzadə Lahıcda gizli həyat yaşamağa məcbur olarkən, Fətəli xan Xoyski, Həsən bəy Ağayev Azərbaycanı tərk etməli oldular. Çünki başa düşürdülər ki, onlara qarşı ciddi cəza tədbirləri görüləcək.
 
O zaman Gürcüstan hələ bolşeviklər tərəfindən işğal edilməmişdi. Onlar düşünürdülər ki, orada qalacaqlar və özlərinin siyasi fəaliyətlərini davam etdirəcəklər. Yenidən Azərbaycanın bütövlüyü üçün çalışacaqlar. Fətəli xan Xoyski də bu istəklə Gürcüstana üz tutdu.
 
Amma Tiflisdə bolşeviklər onu təqib etməyə başladılar. Bu iş xain ermənilərə həvalə olunmuşdu.
 
Nəhayət erməni quldurları 1920-ci il iyun ayının 19-da Fətəli xanı qətlə yetirdilər. Qatillər "Daşnaksütyun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idi, onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açaraq öldürdülər. Onu şəhid etdilər.
 
Fətəli xan indiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilib. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirib.
 
 
Fətəli xan Xoyskinin ailəsi də 1920-ci ildən sonra təqib olunub. Fətəli xan sonralar islamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilyevna ilə evli idi.
 
Fətəli xan Xoyskinin üç övladı olub: qızı Tamara (1902-1990), iki oğlu Murad (1910-1973) və Ənvər (1914-1935).
 
Maraqlıdır ki, qızı Tamara xanım məşhur bolşevik, sonralar Azərbaycan SSR-də müxtəlif vəzifələrdə çalışmış Mirzə Davud Hüseynova ərə getmişdi. Mirzə Davud Hüseynov 1930-cu illərdə represiyaya uğradıqdan sonra Xoyskinin qızı Tamara xanımı 10 il müddətinə həbs etdilər.
 
Böyük oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər isə diabet xəstəliyi ilə əlaqədar Moskvada əməliyyat olunduqdan sonra narkozdan oyanmamışdı... 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
00:07, Bu gün
Ermənilər Fransada cinayət törətdilər
22 Jan 2022 | 23:52
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
22 Jan 2022 | 23:47
Pərviz bu gündən “Survivor”a qoşuldu
22 Jan 2022 | 23:09
Alimlər insan ölümünü 3, 5 ilədək dəqiqliklə qabaqcadan proqnozlaşdırmağı ÖYRƏNDİ...
22 Jan 2022 | 23:00
Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
22 Jan 2022 | 22:59
Azərbaycanlı musiqiçi intihar etdi - FOTO
22 Jan 2022 | 22:15
Ərdoğan və Rəisi telefonla danışdılar
22 Jan 2022 | 21:59
Uşağın doğulmasından öncə valideynlərin cavab tapmalı olduğu 10 SUAL - MARAQLI 
22 Jan 2022 | 21:43
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ
22 Jan 2022 | 21:35
Qazaxıstan Nazarbayevin dağıdılmış abidəsini bərpa etməyi planlaşdırmır
22 Jan 2022 | 21:24
Paşinyan Putinə niyə zəng etdi? - “Göstərmək istəyir ki...”
22 Jan 2022 | 21:12
Gəncənin icra başçısı yeni rəis təyin etdi
22 Jan 2022 | 21:08
“Tərəf müqabili kimi qardaşım İlhamdan yoxdur”
22 Jan 2022 | 20:59
Bərdədə 31 yaşlı kişi güllələnib
22 Jan 2022 | 20:56
"Ukraynaya PUA tədarükünə görə Türkiyəni günahlandırmaq olmaz" - Akar
22 Jan 2022 | 20:41
Koronavirusdan daha qorxunc: peyvənd edilmədən bəşəriyyəti nə gözləyir- Bill Qeyts
22 Jan 2022 | 20:39
İnsanlar 130 ilə qədər yaşayacaq - Şok araşdırma
22 Jan 2022 | 20:34
Kişi orqanizminə Viaqra kimi təsir edən məhsullar
22 Jan 2022 | 20:27
"Uğurlarımıza sevinməyənlərin çoxu..." - Millət vəkilinin qızı söz atdı
22 Jan 2022 | 20:19
Azərbaycanlı tiktokerlər arasında canlı yayımda qalmaqal - VİDEO
22 Jan 2022 | 20:17
Heydər Əliyevin çətin günlərindən danışdığı - Nadir videosu
22 Jan 2022 | 20:07
Erməni kilsəsi Qarabağda mövqelərini gücləndirməyə başladı - Təhlükəli gediş...
22 Jan 2022 | 19:49
“Paşinyan sındırılıb, özünü də sakit aparır, amma heç nə öyrənməyib”
22 Jan 2022 | 19:45
"Belə davam etsə, bir gün Sünik İrəvanın mərkəzində partlayacaq"
22 Jan 2022 | 19:44
Nəyə görə yeməkdən sonra çimmək olmaz?
22 Jan 2022 | 19:42
Blinken kanadalı həmkarı ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib
22 Jan 2022 | 19:03
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib - FOTO
22 Jan 2022 | 18:53
Rəşad Dağlının dostunu güllələyən şəxs hökmdən narazıdır
22 Jan 2022 | 18:41
Çin lideri Putindən Ukraynaya “hücum”u təxirə salmasını istəyib
22 Jan 2022 | 18:20
Texnoblogerdən valideynlərə xəbərdarlıq: “Azyaşlılar bank kartlarınızla tiktokerləri “yemləyir”
22 Jan 2022 | 18:18
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
22 Jan 2022 | 18:05
Çin dövlət televiziyası “Alibaba” şirkətinin rəhbərini korrupsiyada ittiham edib
22 Jan 2022 | 18:01
“Rusiya Qarabağda yeni “sürpriz” hazırlayır” - ŞOK İDDİA
22 Jan 2022 | 18:00
İnfeksionistdən xəbərdarlıq: "Yeni virusun simptlomları..."
22 Jan 2022 | 17:57
DİM imtahan keçirdi
22 Jan 2022 | 17:55
Kreml  tarixdən dərs ALMALIDIR
22 Jan 2022 | 17:47
Sərhədlərin açılması: Qars sakinləri səbrsizliklə gözləyir, Yerevanda isə...
22 Jan 2022 | 17:42
Bu yol 30 ilə yaxındır ki, keçilməz haldadır - VİDEO
22 Jan 2022 | 17:38
“Soyqırımının ildönümündə Xocalını azad etməliydik - Əfsus ki, təxribatlar...”
22 Jan 2022 | 17:38
DİN rəsmisindən gənclərə çağırış: “Narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilə bilərlər”
22 Jan 2022 | 17:35
Günorta yuxusunun inanılmaz faydaları: Yüksək təzyiqi olanlar...
22 Jan 2022 | 17:33
"Xəngəlin dadına doya bilmədik" - Məşhur türkiyəli sənətçilər Bakıda
22 Jan 2022 | 17:24
Ebru Gündeşin sirr kimi saxladığı qızı ilk dəfə üzə çıxdı – FOTO
22 Jan 2022 | 17:22
Göyçayda evin zirzəmisində çətənə yetişdirən şəxs TUTULDU – FOTO+VİDEO
22 Jan 2022 | 17:18
“Legiya” Mahir Emreli üçün 400 min avroluq təklifə “yox” dedi
22 Jan 2022 | 17:17
“Lavrovu tənqid etməyim mənə qarşı təqiblərə səbəb oldu” - Eldar Həsənovun son sözü...
22 Jan 2022 | 17:17
Zaxarova hiddətləndi: “İkinci Dünya Müharibəsinin təbliğatını xatırladır”
22 Jan 2022 | 17:15
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
22 Jan 2022 | 17:07
Azərbaycan millisi Avropa çempionatındakı ilk oyununa çıxır - VİDEO
22 Jan 2022 | 17:04
AMEA-nın çarəsiz qərarı - "Mübarizəmi bu sistemin öz daxilində aparacağam" - Kərim Şükürovdan istefası ilə bağlı açıqlama
22 Jan 2022 | 16:58
"Memati"nin həyat yoldaşı görənləri heyran etdi - FOTO
22 Jan 2022 | 16:53
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
22 Jan 2022 | 16:42
Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı mühüm addım - VİDEO
22 Jan 2022 | 16:39
Bakıda narkotacirlər və narkokuryerlər saxlanılıb - VİDEO
22 Jan 2022 | 16:38
Azərbaycanda daha 1614 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb
22 Jan 2022 | 16:37
60 yaşlı qadın intim hislərinə qurban getdi
22 Jan 2022 | 16:36
Anarın “800 cüt ayaqqabı açıqlaması”na cavab: “Bunlar mənəvi baxımdan zəngin olmayan insanlardır”
22 Jan 2022 | 16:33
Hadisə və sevgilisinin videosunu lağa qoydular - VİDEO
22 Jan 2022 | 16:27
“Trendyolun hədəfi Azərbaycan deyil” - Mütəxəssislər Türkiyə nəhəngi haqda
22 Jan 2022 | 16:25
"Yeri gələndə nəvələrim döyülür də" - Mehriban Xanlarova
22 Jan 2022 | 16:25
Türk ordusu hərəkətə keçdi: Dronlar hədəfləri məhv etdi
22 Jan 2022 | 16:20
“Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən” deyib qohumunu öldürdü - Bir qətlin TƏFƏRRÜATI
22 Jan 2022 | 16:17
“Hesab edirəm ki, bundan sonra karantin qaydalarını sərtləşdirməyə ehtiyac yoxdur...”
22 Jan 2022 | 15:47
“Atam xəstəxanaya çatdırılanda liftdə keçindi, heç bir xəstəliyi də yox idi...”
22 Jan 2022 | 15:42
Qurban Qurbanov: "Mən də bundan razı qaldım" - VİDEO
22 Jan 2022 | 15:39
“Caliber”: Əzablı yollarla və ya iranlı sürücülər Görus-Qafan magistralı barədə - VİDEO
22 Jan 2022 | 15:34
Komando hərbi hissəsində təlim məşqləri keçirilib - VİDEO
22 Jan 2022 | 15:28
Prokuror köməkçisi həbs edilən ilahiyyatçının ailəsindən də 50 min alıb - Cəzasını azaldacaqmış
22 Jan 2022 | 15:24
Azərbaycanda karantin nəzarətinə götürülmə qaydası dəyişdi
22 Jan 2022 | 15:20
Le Figaro: "NATO Rusiya ilə müharibəyə hazırlaşır"
22 Jan 2022 | 15:15
“Malikanəsində həftədə 5 dəfə qrup seks təşkil edilir, qadınlar donuza bənzədilirdi” - FOTO
22 Jan 2022 | 15:14
Bakıda yarımtikilidə güclü yanğın - VİDEO
22 Jan 2022 | 15:13
Polisin üstünə avtomobil sürən narkotacir saxlanıldı - VİDEO+FOTO
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
22 Jan 2022 | 14:58
Azərbaycanda sürətlə yayılan xəstəliklər: “Omikron”, yoxsa “influenza”?
22 Jan 2022 | 14:57
Rumıniya Rusiyanı “dəmir pərdə” yaratmaqda suçladı
22 Jan 2022 | 14:50
“Rusiyaya toya gedəndə bildim ki, qayıdanda atamı görməyəcəm, vidalaşıb getdim”
22 Jan 2022 | 14:47
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
22 Jan 2022 | 14:40
Ötən il Bakıda yol qəzalarında 197 nəfər həlak olub
22 Jan 2022 | 14:37
Agentlik: “Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir”
22 Jan 2022 | 14:34
Sumqayıt sakini Bakıda maşın oğurlayıb aeroporta apardı
22 Jan 2022 | 14:28
Oğlu Baloğlan Əşrəfovdan danışıb ağladı - VİDEO
22 Jan 2022 | 14:28
Son bir ildə 114 uşaq övladlığa verilib
22 Jan 2022 | 14:25
"Krım heç vaxt Ukraynaya qaytarılmayacaq" - Almaniya rəsmisindən İLGİNC AÇIQLAMA
22 Jan 2022 | 14:25
Ələt-Astara yolunda TIR qəzaya düşüb - VİDEO
22 Jan 2022 | 14:21
Monteneqro baş naziri 500 kiloqramlıq kokain işində ifadə verəcək
22 Jan 2022 | 14:21
ASALA-nın təhdidini gözardı etmək olmaz: Bakı və Ankara hərəkətə keçməlidir
22 Jan 2022 | 14:18
“Kərim Şükürovu məcburi olaraq vəzifədə saxlamaq qanuna ziddir”
22 Jan 2022 | 14:18
“Gənclərimizin əksəriyyəti tara bağlıdır, ona qarşı özlərində məhəbbət yaradıblar...”
22 Jan 2022 | 14:17
“Toya gedəndən 1 saat sonra ordan qaçmaq istəyirsən” - Fazil Mustafa
22 Jan 2022 | 14:08
DSX-nin matrosu Hərbi Hospitalda intihar etdi
22 Jan 2022 | 14:05
"Azərbaycanda koronavirusdan ölənlərin 90%-i vaksin olunmayanlardı"
22 Jan 2022 | 13:52
Ukraynadakı ağlasığmaz inflyasiyada koronavirus və Putin günahkardır...
22 Jan 2022 | 13:43
""Omikron"a yoluxmusan? Boğazını araqla qarqara elə..." - Rusiyalı akademikdən məsləhət
22 Jan 2022 | 13:41
“Haqqıma girin, hesabım məhşərə qalsın”
22 Jan 2022 | 13:38
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
22 Jan 2022 | 13:36
Putinlə Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsini müzakirə edib
22 Jan 2022 | 13:25
Sizcə...
22 Jan 2022 | 13:24
Birinci vitse-prezidentə və vitse-prezidentlərə ömürlük diplomatik pasport verilməsi təsdiqlənib
22 Jan 2022 | 13:22
Ayda 950 dollara 9 "kvadrat": Nyu Yorkdakı ən kiçik mənzil necə görünür... - FOTO
GÜNLÜK
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
22 Jan 2022 | 12:12
“Orda ikinci erməni dövləti olmayacaq, Azərbaycan olacaq, vəssalam!” - Tofiq Zülfüqarov
22 Jan 2022 | 11:55
Rusiya və Çinin təhdidlərinə qarşı... - Pompeo ABŞ-ı Reyqan dövrünə müraciət etməyə çağırdı
22 Jan 2022 | 10:40
Nəyə görə Osmanlı dövlətində dilənçi yox idi?..-ARAŞDIRMA
22 Jan 2022 | 12:27
Bu qidalar insanları kütləvi şəkildə ağılsızlaşdırır...-İNGİLİS ALİMLƏRİ
22 Jan 2022 | 12:33
Boyundan asılır, virusu tutur: SARS-CoV-2 detektoru necə işləyir… 
22 Jan 2022 | 15:47
“Atam xəstəxanaya çatdırılanda liftdə keçindi, heç bir xəstəliyi də yox idi...”
22 Jan 2022 | 13:52
Ukraynadakı ağlasığmaz inflyasiyada koronavirus və Putin günahkardır...
22 Jan 2022 | 11:32
Əfqanıstanın tək erotik film ulduzu - Bəlkə də, videolarımı izləyən talibançılar... - FOTOlar
22 Jan 2022 | 10:18
İsrail qırıcıları Tehrana qarşı irimiqyaslı təlimlər keçirir
HƏFTƏLİK
16 Jan 2022 | 11:49
"Bədənimi görməyinizi istəyirəm" yazıb yarıçılpaq şəklini yaydı - FOTO
16 Jan 2022 | 11:27
Əxlaqsız filmlərə çəkildi, 8 il sonra ərə getdi, xərçəngdən öldü - FOTO
19 Jan 2022 | 11:16
"Üç həftəyə Azərbaycanda qırğın günlər başlayacaq" - Vasif İsmayıldan xəbərdarlıq...
16 Jan 2022 | 13:33
Sərhədə yaxın bazada 24 bombardmançı göründü, ”İsgəndər”lər də gedir...
16 Jan 2022 | 14:23
20 Yanvardan öncə Bakının yarıdan çoxu erməniləşibmiş...-XƏRİTƏ
19 Jan 2022 | 19:15
“Putin Lavrovu Bakıya göndərəcək, Azərbaycan Süniki işğal edəcək, sonra isə...” - ŞOK SSENARİ
21 Jan 2022 | 14:07
"Laçın dəhlizində qayda müəyyənləşdirmək səlahiyyətini ölü daşıyan rus generalına kim və nə zaman verib?"
17 Jan 2022 | 12:50
“Səlcuq Bayraktara burada təhsil verdiyimiz üçün utanıram”
17 Jan 2022 | 09:55
"Hesab edin ki, Qırğızıstanın prezidenti onu xilas edib..."
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
AYLIQ
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
22 Jan 2022 | 12:12
“Orda ikinci erməni dövləti olmayacaq, Azərbaycan olacaq, vəssalam!” - Tofiq Zülfüqarov
22 Jan 2022 | 11:55
Rusiya və Çinin təhdidlərinə qarşı... - Pompeo ABŞ-ı Reyqan dövrünə müraciət etməyə çağırdı
22 Jan 2022 | 10:40
Nəyə görə Osmanlı dövlətində dilənçi yox idi?..-ARAŞDIRMA
22 Jan 2022 | 12:27
Bu qidalar insanları kütləvi şəkildə ağılsızlaşdırır...-İNGİLİS ALİMLƏRİ
22 Jan 2022 | 12:33
Boyundan asılır, virusu tutur: SARS-CoV-2 detektoru necə işləyir… 
22 Jan 2022 | 15:47
“Atam xəstəxanaya çatdırılanda liftdə keçindi, heç bir xəstəliyi də yox idi...”
22 Jan 2022 | 13:52
Ukraynadakı ağlasığmaz inflyasiyada koronavirus və Putin günahkardır...
22 Jan 2022 | 11:32
Əfqanıstanın tək erotik film ulduzu - Bəlkə də, videolarımı izləyən talibançılar... - FOTOlar
22 Jan 2022 | 10:18
İsrail qırıcıları Tehrana qarşı irimiqyaslı təlimlər keçirir