Diasporla İş Üzrə Dövlət Komitəsinin, Qarabağ Azadlıq Təşkilatı və Beynəlxalq Qarabağ Forumunun təşkilatçılğı ilə keçirilən “Arsak:tarix və müasirlik” mövzusunda konfrans öz işini bölmələrdə məruzələrin dinlənilməsi ilə davam etdirib.
Birinci bölmədə tarix elmləri doktoru, profesor Qasım Hacıyevin (Azərbaycan) Nə Qarabağın, nə də Arsakın ermənilərə (haylara) heç bir aidiyyatı yoxdur, tarix doktoru, dosent Ramin Əlizadənin (Azərbaycan) Alban Ərsaklar sülaləsinin mənşəyi və Qarabağın qədim əhalisi, tarix doktoru, professor Gürsoy Solmazın(Türkiyə) Karabağ ve civarına hakim küçük arsaklılar hakkında kısa bir literatür malumatı, tarix elmləri doktoru, professor, akademik İsmayıl Hacıyevin(Azərbaycan) Qafqaz Albaniyasının Arsak əyaləti və Qarabağ, tarix elmləri doktoru, professor Fərhad Turanlının(Ukrayna) Qarabağ Vətən Müharibəsi: müqavilələr, mütarəkələr və bəyannamələr, iqtisad elmləri doktoru, professor Kərəm Karabuludun(Türkiyə) Türkiye-Azerbaycan ilişkileri, Zengezur koridoru ve Kars-Ardahan-Iğdır demiryolunun önemi, tarix doktoru, dosent Akif Nağının (Azərbaycan) Azərbaycan dövlətçiliyi tarixinin qədim dövrünə dair, tarix doktoru, professor Firdovsiyyə Əhmədovanın (Azərbaycan) tarixi toponimlərlə siyasi möhtəkirlik, Leyla Orucova magistr (Azərbaycan), Ümumtəhsil məktəblərinin VIII sinfində Azərbaycan tarixi dərsliyində “Qarabağ - bəylərbəylikdən xanlığa” mövzusunun tədrisində beyin həmləsi metodunun tətbiqi məruzələri dinlənildi, həmin məruzələr ətrafında müzakirələr keçirildi.