Nizami Gəncəvi: Ədalət hikmət xəzinəsinin açarı kimi...
Cəmiyyət
Oxunub: 4164
06 Dec 2021 | 13:07
Nizami Gəncəvi: Ədalət hikmət xəzinəsinin açarı kimi...
Nizami ili bitmək üzrədir. Ancaq onun təkcə bizlərə deyil, bütün bəşər üçün yadigar qoyduğu tükənməz hikmət xəzinəsi hələ də qapalı qalır. Çünki onun açarına yaxın gəlmək istəyən azdır, bir qisim isə səxavətli Hatəmin bacarıqsız qardaşı kimi özünü gündəmdə saxlamaq üçün “vətənpərvərlik” libasına bürünərək bu məbədi korlayır. Bu səbəbdən əsas diqqət Nizaminin hikmət və düşüncə karvanının açıqlamasına deyil, onun genetika və sür-sümüyünə yönəlib. Heç bir sənədli dəlil olmadan şair üçün uydurma şəcərə düzəltmək, onun söz və düşüncələrini təhrif edərək hətta ata-ana və babasını təftiş etmək, bütpərəstliyi, o cümlədən, atəşə sitayişi rədd edən, bütün vücudu ilə pak tövhid etiqadına sahib bu şeyxin əsl-nəsəbini çaqqal cinsindən olan qurd toteminə bağlamaq kimi cəfəng cəhdlər çox acınacaqlıdır. Yazıq Nizami!!! Axı qurd həmişə mənfur və yırtıcı kimi tanınıb. Nizami də hər əsərində dəfələrlə onu lənətləyib. Bunlar hətta Qədim türklərin tək Tanrı inancına malik olmasından da xəbərsiz imişlər. Bir sözlə. həkim və şeyx Nizamiyə dar qəbilə, tayfa və mağara psixologiyası ilə yanaşmaq, onu sağa-sola, aşağı-yuxarı təhrif etmək dünyanın cadu sözlü şairini, fərqli düşüncələr və mədəniyyətlər arasında dialoq qurmağa qabil olan arif və mütəfəkkiri kiçiltməkdən başqa bir şey deyildir. Nə isə...
 
Gəlin Nizami ətrafında bəsit hay-küyü və şounu bir kənara qoyaraq qısaca da olsa, onun hikmət xəzinəsindən həmişə önəmli olan bir məqamla tanış olaq. Nizaminin bəhs etdiyi həmin xəzinəsinin açarı və təməli ilahi ədalətdir ki, bütün kainat, varlıq aləmi, insanlıq və cəmiyyət bununla nəfəs alır. Nizami “Sirlər xəzinəsi”ndə bu xəzinənin açarını Allahın Rəhman və Rəhim adında tapır:
 
Bismillah ir-Rəhman ir-Rəhim
 
Həkim xəzinəsinin açarıdır.
 
Həkim sözü hikmət sahibi deməkdir, Quran və Allahın adlarından biri həkimdir. Nizami də bu adla tanınmışdır. Onun əsəri ilahi sirlər xəzinəsindən və Qurani-məciddən qaynaqlanan hikmət, ədalət və əxlaq toplusudur.
 
Allahın Rəhman sifəti bütün kainata və varlıq aləminə, ruhlar və cisimlərə, canlı və cansızlara, insanlara və hər kəsə şamil olur. Uca Allah Rəhman sifəti ilə yanaşı, həm də Rəhim sifəti ilə tanınır və həmin rəhmətdən iradə sahiblərinə pay düşür. İlahi ədalət kainat, insan və cəmiyyəti qoruyan tarazlıq qanunudur. Bu qanun pozulanda təbiətdə fəlakətlər başlayır, insan xəstələnir, cəmiyyət əmin-amanlığını itirir. Məşhur Qərb şərqşünası Gibb digər tanınmış islam filosofu Nəsrin kitabına yazdığı girişdə bildirir ki, “Ouran cəmiyyət üçün müəyyən edilən ali hədəfi ona xatırladır ki, bu da yer üzərində bütün bəşər qarşısında İlahi Ədalət prinsipini təmin etməkdən ibarətdir. Gerçəklik, harmoniya və həqiqətin bütövlyü bununla bağlıdır. Ədalətdən kənar heç bir gerçəklik, harmoniya və həqiqət düşünülməz. Burada hüquqi təsisatlar sadəcə insanlar tərəfindən yaradılan qanunların siyasi və hüquqi icrası ilə məhdudlaşmır və həmin qanunlar hər hansı zümrənin istək və maraqları üzərində köklənə bilməz, onların arxasında ali mənəvi meyarlar dayanır. Ədalət nizam-intizam, hər şeyi layiq olduğu yerə qoymaq və tarazlıq prinsipidir. Belə halda cəmiyyət öz ehtiyaclarını üç yolla təmin edir:
 
a. universal dəyərləri ehtiva edən idrak və mərifət;
 
b. hər şeyin düzgün, yerli yerində və məntiqlə işlənməsini təmin edən
 
hikmət;
 
c. hökumət tərəfindən cəmiyətin bütövlüyünün qorunması, onun
 
yaşamının harmonik tənzimlənməsi.
 
İslamda yer alan ədalət, harmoniya və nizamlı düzən konsepsiyası bütün kosmosa şamil edilir, onun bütün ünsürləri arasında onların öz təbiətlərinə xas tarazlıq vardır və onlar arasında əlaqə yuxarıdan aşağı, doqquzuncu göy təbəqəsindən ən aşağıda olan yeraltı minerallara qədər hər şeyi əhatə edir”. Deməli, bütün varlıq aləminə şamil edilən hikmət hər şeyi yerli yerində qoymaq, harmonik nizam və düzən yaratmaqdır ki, bu da ədalətlə mümkündür. Həmin prinsip ictimai münasibətlərə və insani əlaqələrə də şamil edilir. Ədalət əməl ilə təmin edilir və Qurana görə elm, iman və saleh əməl bir-birini tamamlayır, yəni saleh əməl olmasa, iman naqisdir. Əməl isə əxlaqi fəzilətlərlə bağlıdır. Nizami ilk əsərində bir-biri ilə bağlı olan hikmət, ədalət və əxlaqı bir araya gətirir ki, bu da təsadüfi deyildir. Bəs din nədir? İlk baxışda sadə adamlar güman edə bilərlər ki, din ancaq ibadətdən ibarətdir. Ancaq belə deyil, iman və ibadət insanın batinində kök salan fitri Allah və Haqq sevgisidir. Din isə doğru yol, Allahın qoyduğu və nəfsdən uzaq olan ədalətli qanun və əxlaqi fəzilət deməkdir ki, bunlar əməl ilə təsdiqlənir. Nizami insana xitabən qarşıya belə bir sual qoyur:
 
Söylə: din və diyanətin xəbəri haradadır?
 
Biz haradayıq, əmanət haradadır?
 
Əmanət Allahın insan üzərinə qoyduğu mənəvi borc və məsuliyyətdir. Sual olunur: Bunlardan xəbəriniz varmı və onlara əməl edirsinizmi?
 
Allahın bəyəndiyi əxlaq və ona uyğun əməl yoxdursa ortaya riyakarlıq gələr, din yolunda olduğunu iddia edənlər bu yoldan azar ki, bu da insan və cəmiyyət üçün ən böyük bəla və fəlakətdir. Nizami bu barədə belə xəbərdarlıq edir:
 
Bir zəmanədə ki, din əhli alçaqlıq edər
 
Yusiflər qurd, zahidlər isə məst olar.
 
Yəni doğru yolu qorumağa məsul olan din əhli pis işlərə qurşanırsa, belə bir mühitdə Yusif kimi günahsızlar canavarlaşır, nəfsdən çəkinən zahidlər isə məst olurlar. Başqa sözlə, riyakarlıq mühitində canavarlar özünü Yusif peyğəmbər kimi günahsız, məstlər isə zahid kimi göstərərlər. Şair ilk əsərində peyğəmbərə xitab edərək dövrünün acınacaqlı ictimai mühitini açıqlayır:
 
Bu asudələrin taxtını altından çək,
 
Bu minbəri gühaha bulamışlardan təmizlə.
 
Div və ifritə yuvasını dağdıb məhv et,
 
Onları torbaya qoyub yoxluğa at.
 
Taxta əyləşən əmirlər xalqın vəziyyətindən xəbərsizmiş kimi asudə yaşayır, minbərdə möizə oxuyanlar isə riya və günaha batmışlar.
 
Ədalətin mühüm şərtlərindən biri doğru danışmaqdır, bunun əksi yalan isə ən böyük qəbahətdir. Nizami yalana qarşı çox kəskindir:
 
Əyri danışmaqdan sözün qədir-qiyməti azalar,
 
Kim doğru danışarsa, o, möhtəşəm olar.
 
Bəzən yalanı doğruya büründürür,
 
Bəzən də zəhəri bala qatırlar.
 
Ədalətin təminatı üçün həm də ixlas (səmimiyyət) lazımdır:
 
Yetərincə xas (seçmə) xəzinələr açdım,
 
Həm də ixlasdan başqa açar tapmadım.
 
Söhbət adi yoldan deyil, haq və doğru yoldan gedir: “Bir dinin hak ola bilməsi hər şeydən öncə Uca Haqqı və Onun hökmlərini tanımaqla mümkün olur. Allahın
 
haqqına ehtiram bəsləmək eyni zamanda Onun bəndələrinin, hər kəsin və hər şeyin haqqını tanımaq deməkdir. Haqqı gözləməyənlər həqiqi dindar ola bilməzlər. Onlar haqqa təslim olmaz, haq və hüququ tanımaz, halal və haramı seçməzlər” (Hamdi Yazır). Deməli, haqqı və ədaləti tanımaq üçün doğruluq və səmimiyyət lazımdır.
 
Bəşər tarix boyu həmişə haqq və ədalət təşnəsi olub və bu gün də bu məsələ ən önəmli problem kimi qarşıda durur. Nizaminin “Xəmsə”sində ədalət təməl mövzu kimi diqqəti cəlb edir, çünki bunsuz sağlam və mədəni cəmiyyət düşünülməz. “Sirlər xəzinəsi”ndə ədalət barədə ayrıca bölmə vardır. “Sultan Səncər və qarı” hekayəsindən öncə deyilir:
 
Dünyaya zülm ilə sahiblik etmək olmaz
 
Mülk və məmləkəti insafla saxlamaq olar.
 
Ədalətdən kənar nə varsa səni yaddaşdan silər,
 
İnsafdan uzaq nə varsa səni yelə verər.
 
Ədalət ilahi bir əmirdir, onunla ağılı sevindir
 
Onu işə salmaqla məmləkəti abad et.
 
Məmləkət ədalətlə sabitlik və davamlılıq tapar,
 
Sənin işin sənin ədalətinlə qərar tapar.
 
İstər kainat və təbiətdə, istərsə də cəmiyyətdə harmonik düzən ədalətlə təmin edilir. Kainatdakı vəhdət və harmoniya Allahın birliyinə dəlalət edir və Allah hər şeyi yaradarkən ona ölçü (qədər) və mizan verib, Göy təbəqələrini, Günəş və Ayı, Yeri və Yer üzərindəki dağları, çayları, bitkiləri nizamla yaradıb. Allahın sünnət və qanununda dəyişiklik yoxdur (Əhzab: 62, İsra: 77, Fatir: 43). Mülk surəsi, 2-3-cü ayələrdə buyurulur: “Yeddi göyü (bir-birinin üstündə) qat-qat ahənglə yaradan Odur. Sən Rəhmanın yaratdığında heç bir nizamsızlık və uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir qüsur görə bilərsənmi?!”
 
Nizami həmin harmonik düzəni belə ifadə edir:
 
Bircə yanlış hərf buraxmadın,
 
Onda bircə zərrə xəta etmədin.
 
İmam Qəzali Allahın xilqətindəki harmoniyaya nümunə olaraq insanın öz vücudunu misal gətirir və yazır: “Bütün dünyada olan ağıllar birgə çalışsalar da, bundan gözəl, bundan mükəmməl və bundan ahəngdar düzən yarada bilməzdilər”.
 
Allah Kitab və mizan-tərəzi, yəni Haqq və ədalət divanı nazil edib (Şura: 17; Hədid: 25). Allah ədalət tərəzisini ona görə qoyub ki, insanlar ölçü və mizanı aşmasın, tərəzini düz tutsunlar (Rəhman:7-9). Nizami deyir:
 
Rahat yata bilməyən bütün hökmdarların işləri
 
Ölçünü və həddi bilməməkdən xarab oldu.
 
İnsanlar həmişə haqsızlıq və kəskin sosial təbəqələşmədən əzab çəkmişlər:
 
Ac qarına olanın qarşısında oturub çörək yemə,
 
Əgər yeməli olsan hamını süfrəyə otuzdur.
 
O birisi xəzinə üzərinə ayaq qoyur,
 
Bu birisi isə bir tikə çörəyə görə əzaba qatlaşır.
 
Bəzən sual olunur: ağıl və düşüncə sahibi insanların qoyduqları qanunlar niyə tez-tez dəyişir və bir çox hallarda onlara etimad edilmir?. Hətta BMT və digər mötəbər beynəlxaq təsisatların qanunları kağız üzərində qalır. Bəs ədalət harada qaldı? Çünki insanların yaratdıqları qanunların arxasında ayrı-ayrı güc və sərvət
 
sahiblərinin marağı dayanır. Harınlar isə qanunları rahatcasına pozurlar. İstər təbiət, istər cəmiyyətə mövcud olan qanunlar insanlar tərəfindən qoyulmur, belə olarsa onlar düzgün sayılmaz. “Arximed hidrostatik qanunu, Nyüton cazibə qanunun yaratdı” demək yanlışdır, bu qanunlar əvvəldən təbiətdə mövcuddur, alimlər yalnızca onu kəşf edirlər. Bunun kimi “Əbu Hənifə fiqh (hüquq) qanunlarını qoydu” demək də yanlışdır. Bu qanunlar Allahın qanunudur, gerçək və düzgün qanun Allahın qoyduğu qanundur, insan əli olan qanun tez pozular (Hamdi Yazır). Ona görə Nizami meyar olaraq vəhylə nazil olmuş Allah kəlamını qəbul edir. O, bütün hökmdarlara nəsihət edərək onları Alahın buyurduğu ədalətə, doğru yola, bilik və hikmətə səsləyir.
 
“Xosrov və Şirin”də Azərbaycanın dağlıq Ərmən vilayətinin hakimi Şirin Xosrova öyüd verərək onu ədalətə səsləyir və xəbərdarlıq edir:
 
Şahların əlində tutduğu cox-çox aynalar
 
Məzlumların ədalət naləsindən qaraldı (kölgələndi).
 
Əsərin sonunda isə Xosrov sandıqdakı kitabədə sonuncu peyğəmbərin gəlişi ilə səltənətin çökməsi və yeni düzənin yaranması xəbərini oxuyur:
 
Millətlərdən padşahlığı götürər
 
Onun şəriəti ilə Allahın milləti düzən tapar.
 
Orijinal mətndə “mellət-xodayi” tərkibi Allahın qoyduğu ədalətli yol ilə yaşayan cəmiyyət mənası bildirir. “İsgəndərnamə” əsərində isə buna bənzər “keşvər-xodayi” və “doulət-xodayi” tərkibləri işlənir ki, onların mənası Allahın qoyduğu ədalət ilə idarə olunan ölkə və ya dövlət deməkdir.
 
Nizami ədalətdən bəhs edərkən tarixdən ibrət dərsi almağa çağırır: istər Əxamənilərin, istərsə Sasanilərin, istərsə də dünyanın böyük qismini fəth edən İsgəndərin taxtının çöküşünün səbəbi harınlıq və ədalətsizlik olmuşdur.
 
Müdriklər Daranın yerində taxta əyləşən İsgəndəri özündən əvvəlki padşahın aqibəti barədə açıq şəkildə xəbərdar edirlər:
 
Ürəyini boş düyünlərdən azad et
 
Zalım deyilsənsə, ədalət et, ədalət et!
 
Bax, o (Dara) zaman-zaman əkdiyindən nə gördü
 
Sən də elə etmə ki, onun aqibətini görəsən.
 
İsgəndər isə onlara belə vədə verir:
 
İşləri din və biliklə icra edərəm
 
Hər bir məsələdə ədalətə önəm verərəm.
 
Ona görə bu taxtın başına gəlmişəm ki,
 
Əlsiz-ayaqsızların əlindən tutam.
 
Əlbəttə, unutmaq olmaz ki, bu sözlər Nizaminin istəyidir.
 
İsgəndərə ən böyük ibrət dərsini isə Bərdə hökmdarı Nüşabə verir:
 
Kimlər ki, bu daşları (sərvəti) topladılar,
 
Yemədilər və daş kimi qoyub getdilər.
 
Sən də ey daşla (sərvətlə) özünü sınayan kişi,
 
Ayaq üstə dayanmaq üçün daşı yüngül et.
 
Quran ayəsinə görə (Qəsəs: 88), Allahın zatından savayı hər şey fanidir, tarixdə qalmaq üçün daş-qaşla dolu nəfs yükünü yüngül et.
 
Çin xaqanı da Yunan hökmdarına xəbərdarlıq edir:
 
Cümlə cahanı aşağı-yuxarı ələ keçirdin,
 
Hələ ürəyin savaşdan doymayıb.
 
Cilovu çək ki, əjdaha yolu pusur.
 
Sonda doğrudan da həmin əjdaha, yəni əcəl İsgəndəri yaxalayır: böyük hakimiyyət və qoşun, sərvət və filosoflar ona yardım edə bilmir.
 
Nizaminin axtardığı uca ədalət isə İsgəndərin dünyəvi hakimiyyətində deyil, peyğəmbər Zülqərneynin rast gəldiyi fəzilətli icmada tapılır. Şair bütün ölkələr üçün müjdə olacaq bu modeli Meybodinin Quran təfsirindən götürüb və ondan qısa bir parça ilə tanış olaq: “Zülqərneyn Məşriq və Məğrib səfərindən, Yəcuc və Məcuc səddini yaradandan sonra xasiyyət və təbiət cəhətdən oxşar olan bir qövmə (qəbiləyə) rast gəlir. Onlar bəyənilmiş yol-ərkan və yaşam tərzinə, ləyaqətli əməl və əxlaqa malikdirlər; bir-birinə mehriban olmaqla sözləri birdir, burada nə hakim var, nə qazı, hamı ata-oğul kimi bir-birinə şəfqətlidir, nə biri varlı, nə də biri kasıbdır, hamısı bərabər və eyni sərvət sahibidir, təbiətlərində savaş meyli yoxdur, pis sözlər söyləməzlər, rəftarlarında pislik, aralarında bəd xasiyyət yoxdur. Dedi: - Ey qövm, Siz nə qövmsünüz? Mən quruda və suda Məşriq və Məğribi dolaşdım, sizlər kimisini görə bilmədim. Sizin yaşam tərzinizdən başqasını bəyənmədim. Soruşdu ki, niyə qapılarda qıfıl yoxdur? Dedilər, bizdə hamı əmin-amandır, kimsə kimsədən qorxub çəkinmir. Yenə soruşdu, necə olur ki, sizdə əmir və qazı yoxdur? Dedilər ki, biz savaş və zülm etmirik ki, onlara ehtiyac olsun. Dedi, necə olur ki, sizin ömrünüz uzun, başqalarınınkı qısadır? Dedilər, çünki haqla çalışır, haqq söyləyir və haqdan vaz keçmirik, yalnız ədalət və doğruluqla yaşayırıq. Dedilər, atalarımız da həmişə yoxsullara yardım edir, xəstələrə qayğı göstərir, acizlərin əlindən tuturdular, xəta edənləri əfv edirdilər, pisi yaxşılıqla qarşılayırdılar. Allah onları yaxşılıqla apardı və bizi onların yerinə gətirdi”.
 
Biz əyrilik qapısını dünyaya bağlamışıq,
 
Bu düzgünlüklə dünyadan (nəfsdən) qurtulmuşuq.
 
Bizi saxlayan Allahdır, vəssalam,
 
Kimsəyə yox, Allaha pənah gətirərik.
 
Kainatda olan düzən Allahın ədalət və hikmətinə dəlalət edir. İnsanda olan hikmətin təməli Ona iman etmək, Onun ədalət və hikmətini tanımaqdır. İnsanın ən böyük vəzifəsi Onun qurduğu düzəndə yer alan ali qanun və qaydalara əməl etmək, onlara uyğun davranmaq, Allahın əxlaqı ilə əxlaqlanmaq və hər bir işdə nəfsə uymadan ilahi ədalət prinsipinə riayət etməkdir. Bir məmləkətdə deyil, bütün dünyada əmin-amanlığın zəmanəti riya və ikili standartlardan uzaq ədalətdir.
 
Nəsib Göyüşov, filologiya elmləri doktoru
Oxşar xəbərlər
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”