Qazilər – “Torpağın  tacı  vətənin” məğrur başları
Cəmiyyət
Oxunub: 830
03 Dec 2021 | 16:41
Qazilər – “Torpağın  tacı  vətənin” məğrur başları
Qazilər kimdir? Şərəfli ömür yaşayan bu insanlar barədə suala dolğun cavab axtarışı zamanı fikirlər haçalandı. Kimi bu müqəddəs sözü dinlə, inancla bağladı, kimi məğlub ölkənin əsgərinə “qazi” adı yaraşmır dedi. Fikirləşdim ki, bunu səngər, qan-qada qoxusu duyanlar, görənlər, ölümlə, itki ilə nəfəs-nəfəsə dayananlar mükəmməl bilər. 
 
Qazi-şair Rəfail Tağızadənin Vətən, torpaq, həsrət, nisgil, səngər, qan qoxulu şeir və poemalarından bəhrələnərək bildim ki, qazilər “sərhədlərə bölünmüş məmləkətin” əzəli sərhədlərini bərpa edənlərdi, Vətəni müqəddəs qanı ilə suvarıb azadlıq, bütövlük toxumunu azad edilmiş yurd yerlərində yenidən səpib göyərdənlərdi, “məğlub vətəndaş adından” utanmaqdan canımızı qurtaranlardı, doğma yerlərə hər birimizi “həbsxanada dəmir barmaqlıqlar arasındakı balana baxan kimi baxmaq” dustaqlığından azadlığa qovuşduranlardı, Vətənin içindəki səngərləri dağıdıb səngərin o üzünü də  yenidən Vətən torpağına çevirənlərdi, qisası qiyamətə saxlamayanlardı, “qaçqın qəbristanlığındakı nigaran və narahat ruhları sevindirənlərdi, “hər ölən əsgərlə ölsə də sol böyrü üstə yata bilməyən” dirilərdi, “mənzilə çatmayan vaqonları, vaqonların altındakı beşikdə böyüyən uşaqları” dünyaya göz açdığı duracağa – əsirlikdən canını qurtarmış el-obaya aparan Simurq, Səməndər quşlarıdı, azadlığı qandan, ölümdən keçən ”Vətənin sərhəd keşikçiləridi, sərhəddə dayanan sıra dağların əzəmətli zirvələridi, üstümüzdəki qanlı ləkəni təmizləyənlərdi, “torpağın tacı Vətənin” məğrur başlarıdı, “qılınclarımızı qında çürüməyə, ocaqlarımızı sönməyə” qoymayan Babəklərdi, Poladlardı, Prometeylərdi.
 
Qazilər Vətənlə təndi, artıq müzəffər, qalib Vətənin müqəddəs savaşının ərənləridir. Onlar qanı-canıyla bu haqqı qazanan Vətən oğullarıdır.
 
Rəfail Tağızadənin “Qarabağ qazisi haqqında ballada” poeması elə bir ağrı ilə başlayır ki, bu ağrı qan və gen yaddaşımızdır:
 
Məni məndən alan torpaq, 
səndə bir ayağım qalıb.
Söykənməyə divarım yox,
səndə son dayağım qalıb.
 
Əlim qalxmır görüşməyə
üzünü görə bilmirəm.
Qoltuğumda ayaqlarım
dizimi görə bilmirəm.
 
“Ağrılı toy” bənzətməm qəribə səslənir, bilirəm. Toy şadlıqdı, sevincdi, bayramdı, bəs ağrı hardandı?  Rəfail müəllim bir qazi toyunu təsvir edir. Bu toyda sevinclə kədər, təbəssümlə ağrı qolboyundur. “Dost toyunda bir qazi bir el havasına oynaya bilmir”. Toy düşüncələri acı ilə şirinin arasında azır. Toydakıların  fikri və gözləri döyüş yollarındadı:
 
Olmasa da qollarım
atmağa güllələri.
Mərmiləri kürəkdə,
belimdə daşıyaram.
Daha gücüm çatmasa
partladıb minaları
dağların sinəsindən 
sizə yollar açaram.
Mən bunu bacararam.
 
Qarabağda qazi toyunu gözünüzün önünə gətirin. Bu toyun o tayında “qazinin tək qalan qıçı oynayır”, “qollar rəqs eləyir, qıç təpik çalır, bir pəncə ortadan çıxmaq istəmir”. Bu toyda
 
Yerində oynayan süzənindən çox,
yerdən təbrik edən gəzənindən çox,
saqqallı gələni bəzənəndən çox...
... Başları üstündə qoltuq ağacı,
yellənir boş, qıçsız şalvar balağı...
... Tək əl ovcun döyür çəpik yerinə,  
çəliklər səs salır təpik yerinə...
 
Qazi toyunun o qədər ürəksızladan “özəllikləri” var ki, heyrətdə qalırsan. Şairin lirikası ilə ağrısının vəhdəti qeyri-adi ovqat yaradır. Bilmirsən sevinəsən, yoxsa qəmlənəsən.  Rəfail müəllimin balladası lirik və kövrək kədər duyğularıdır:
 
Dolaşan ruhlar da oynayır bu gün,
 itən arzular da oynayır bu gün...
... Çəngəllər, bıçaqlar əllərdən artıq,
Susanı danışan dillərdən artıq...
Göylərə ucalan tək qol oynayır  
yanında oynayan bir xəyal qolla...
 
Bir qazi yığıncağının iştirakçısı olan qazi-şair bizi də xəyalla (bu günümüzün dili ilə onlayn) o yığıncağa aparır. 
Qazilər yığıncağında “hamı oturaraq danışır, yerindən qalxan yox, tribunaya çıxan yox”:
 
Döşəməni döyəcləyən tək ayaqlar 
küncdə qoltuq ağacları... 
 
Qarabağda isə 
 
Əzalar düzülüb yola 
yol gəlir.
Qollar dirsəklənə-dirsəklənə, 
bələdçi qıçlar irəlidə,  
arxada pəncələr tullana-tullana  
düşüb ağ yola  
yol gəlir, 
yalançı sərhəddə sarı.
 
Daha bir ağrılı yerimiz: Vətən sadə xalqındı və bir də səngərdəki igidlərin...
Çox qəribə və qeyri-adi abidələr, heykəllər görmüşük. Rəfail Tağızadənin təxəyyülünün tişəsi ilə yaratdığı heykəl-kitabə isə inanmıram hansısa heykəltəraşın ağlına gəlsin. Şairin  abidə-kitabəsinin qarşısında sükuta qərq olub ehtiramla baş əydim. Dünyada müqəddəs bir abidə vardısa, onun ikincisini Rəfail müəllim yaradıb: “Qıç başdaşı”. 
 
Ayın işığında  
kölgən mürgülər, 
boş qəbirə keşik çəkən 
qıç başdaşı.  
Gözün sahibinin yolunu gözlər 
farağat komandasında. 
Dizin yox bir az rahatlanasan,
40 santlıq canlı başdaşı.
 
Tək addım səsini eşidirsənmi?
 
Rəfail müəllimin baş qazimiz Etimad Əsədovun əziz xatirəsinə yazdığı essedən:
 
“Qazilər bəzən himnimizi də göz yaşı ilə oxuyurlar. “Qələbə marşı”nda oxunası himni səninlə vidalaşanda oxuduq. Bu canlı himn heç vaxt olmamış kimi, elə səlis, elə gur alındı ki... Çünki bu səs ruhumuzun səsi idi. Sən çiyinə qalxanda ruhlarımız da səninlə birlikdə, səni yola salmağa qalxdı. Qarabağsız köçdün bu dünyadan...
 
Kaş ki, Vətən heç olmasa son anda “Vətən sevdalı”larını Qarabağa aparaydı.
Onda bəlkə Qarabağ ağrılı ölümləri unutdurardı”...
 
Baş qazinin dəfnində əllər əvəzinə çəliklər çəpik çalırdı. Sanki bu hüznlü çəpiklər qəhrəmanlıq simfoniyasının partiturasıydı...
 
Qazi çəpiyi səsləndi sükutdan başqa heç nə eşitməyən  qulaqlarımda: “əl qıçı şappıldadır”. Sükut içində alqış. Belə sürəkli alqış eşitməmişdim.
 
Rəfail müəllimin “ürəyinin qanı ilə yazdığı sətirlər” (Adil Mirseyid) “yaralı nəğmələr”di:
 
Neçə ildi gəzdiyim
itiyim özü gəlib, 
məni güllədən alan 
dostumun gözü gəlib.
 
Sənsiz izim dəyişib 
yerində boşluq qalıb, 
məni yollar tanımaz 
nöqtələr cığır salıb.
 
Özüm gedə bilməyən 
yerlərdən gəlir qıç, qol, 
üstündəki tər izi 
bizim kəndə gedən yol.
 
Kəndə gedən yollarımızı sahiblərinə həsrət qalan qıç, qol açdı, Rəfail müəllim. “Qıç başdaşı”lar məşələ dönüb yollarımızı nurlandırdı...
 
“Nöqtələr cığır salıb” misrası nəhəng qazi tablosunu yaratmaq istəyən rəssamlara yönəldilən ideyadır:
 
Bu nə izdi bu məhlədə
Çəlik hər izə bir nöqtə qoyur,  
torpaqmı ayaqdan doyur? 
 
Rəfail Tağızadənin qələminin mürəkkəbi şəhid, qazi qanı qədər müqəddəsdi. O, Tanrının “alnına bütöv Vətən coğrafiyasının xəritəsini cızdığı”, tökülən qanı, səngərdə itirdiyi sağlamlığıyla “azadlıq yazan qazidi – “ürəyi Vətən torpağı kimi cadar-cadar” qazi Qarabağın özüdü...
 
Ey “polad adamlar, beldən aşağı farağat adamlar, oralar, yaralar, gəzən şəhid ruhları, şəhid qəbirləri – Vətən çağırır bizi!” Bu şairin Vətən harayıdı. 
Şəhid, qazi Vətəni müqəddəsləşdirən ölümsüzlərdir. “Zamanın sözünü yazmaq amacı” ilə bir şərəfli yola çıxan Rəfail Tağızadə əmindir ki, “zaman zamanında deyilmiş sözləri sevir, zamanın sözü olduğu kimi, sözün də zamanı var”. Onun Vətən, Qarabağ poeziyası zamanın həssas barometridi, “məmləkətin havasıdı”.
 
Uzaq əsrlərdən hayqırtısı eşidilən qəhrəmanlarımızdan fərqli olaraq bu günkü qazilər  real qəhrəmanlardır. Nə yaxşı ki, biz onlarla həmvətənik, eyni havanı udur, eyni torpaqda gəzirik. Qazilər “xəritədə bölgə-bölgə can verən” Vətəni bütövləşdirənlərdir. 
 
Şəhidlərin və qazilərin eşqi onları və Vətəni ölümsüz edər.
 
Rəfail Tağızadə poeziyası da yaradıcısı kimi azaddır. Bu poeziyanın iki qanadı – azadlıq və məhəbbət iki ayrılmaz sevgili kimi həmişə qol-boyundu.
 
“Ədəbiyyat xalqın maddiləşmiş yaddaşıdır” (U.Folkner). 
Rəfail Tağızadə kimi söz adamları xalqın qan və gen yaddaşını yaradanlardır.
 
Rəfail Tağızadənin ürəyi “bir partlamamış mərmidi”. Nə yaxşı ki, partlamayıb. Yoxsa, çox olmayan Vətən sevdalılarının  biri də azalardı. 
 
Vaqif  Osmanov
mart  2021
Oxşar xəbərlər
19:45, Bu gün
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
19:37, Bu gün
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19:35, Bu gün
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
19:34, Bu gün
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
19:27, Bu gün
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
19:24, Bu gün
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
19:23, Bu gün
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
19:20, Bu gün
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
19:18, Bu gün
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
19:14, Bu gün
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
19:05, Bu gün
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
18:57, Bu gün
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
18:54, Bu gün
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
18:49, Bu gün
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
18:47, Bu gün
Bakıda külək elektrik stansiyası tikiləcək
18:45, Bu gün
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:38, Bu gün
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
18:33, Bu gün
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
18:30, Bu gün
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:24, Bu gün
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:18, Bu gün
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:16, Bu gün
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
18:10, Bu gün
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
18:08, Bu gün
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
18:07, Bu gün
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
18:03, Bu gün
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
17:57, Bu gün
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
17:54, Bu gün
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
17:48, Bu gün
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
17:46, Bu gün
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
17:45, Bu gün
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
17:42, Bu gün
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
17:40, Bu gün
Qan laxtalanması riski kimlərdə olur?
17:38, Bu gün
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
17:35, Bu gün
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
17:30, Bu gün
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
17:26, Bu gün
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
17:23, Bu gün
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
17:19, Bu gün
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
17:19, Bu gün
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
17:15, Bu gün
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
17:10, Bu gün
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
17:05, Bu gün
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
17:00, Bu gün
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16:56, Bu gün
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16:52, Bu gün
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
16:48, Bu gün
"ABŞ İran dronları kimi Rusiya dronlarını vurmayacaq" - Con Kirbi
16:44, Bu gün
Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”
16:40, Bu gün
Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO
16:35, Bu gün
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir - FOTO
16:30, Bu gün
YAP Xətai rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir
16:25, Bu gün
Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
16:22, Bu gün
Tiktoker "Semka" həbs edildi
16:20, Bu gün
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək - FOTOLAR
16:15, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi
16:11, Bu gün
BDU-da təlim: “Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili” - FOTO
16:07, Bu gün
"Əl-ayağımı, ağzımı bağlayıb, 10 min manat istədi"
16:05, Bu gün
“Bakcell” böyük yeniliklərə hazırlaşır
16:04, Bu gün
Vladimir Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - FOTO
16:02, Bu gün
Brüssel “sxodka”sının ŞOK gizlini açılır – Tələdəki pendir yemək üçün deyil!
16:00, Bu gün
Bakıda evdən meyit tapıldı
15:57, Bu gün
Xəzərdə süni torpaq sahəsinin yaradılması parlamentdə müzakirə olundu - FOTO
15:53, Bu gün
50 milyardlıq iş müqabilində 16 milyon əmək haqqı alan əsirlər – SENSASİON DETALLAR
15:48, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:43, Bu gün
BDU-da “Gənclik həftəsi” keçirilir - FOTO
15:39, Bu gün
"Elə müasir silahlarımız var ki, İranı daş dövrünə qaytara bilər..."
15:36, Bu gün
BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir - FOTO
15:32, Bu gün
"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə
15:30, Bu gün
Maksimum bal toplayan Bakı məktəbliləri - FOTO
15:28, Bu gün
Şimal-qərb regionunun daha 2 məktəblisi maksimum nəticə göstərdi
15:23, Bu gün
ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib - FOTO
15:19, Bu gün
FHN qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
15:15, Bu gün
Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər
15:13, Bu gün
Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy və…
15:12, Bu gün
Elşad Qarayev canlı efirdə AĞLADI: Ürəyi daş... - FOTO
15:10, Bu gün
Danimarkanın 400 illik mədəni irsi alovlar içində - VİDEO
15:09, Bu gün
İsrail və İranın aramsız savaş anonsu: Müharibə riski nə qədər ciddidir? - ŞƏRH + FOTO
15:08, Bu gün
Bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb - VİDEO
15:07, Bu gün
DİN baş redaktor və müxbirin həbsi ilə bağlı məlumat yaydı
15:05, Bu gün
Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı
15:04, Bu gün
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfələr verəcək - RƏY
15:02, Bu gün
Hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı komissiya iclası keçirilib
15:01, Bu gün
Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli oldu
15:00, Bu gün
İnfarktı əvvəlcədən necə müəyyənləşdirmək olar? - MÜTƏXƏSSİS DANIŞDI
14:59, Bu gün
Ən çox balı onlar topladı - SİYAHI
14:57, Bu gün
Azərbaycan elektromobil idxalını 2 dəfə artırıb
14:55, Bu gün
Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO
14:53, Bu gün
"Terror hər yerdə məğlub edilməlidir" - Zelenski
14:47, Bu gün
Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir - FOTO
14:46, Bu gün
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
14:44, Bu gün
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
14:42, Bu gün
İntibah dövrü yaşayan Füzuli - VİDEO
14:38, Bu gün
Oğuzda inşasına başlanılan su anbarından kimlər faydalana biləcək? - FOTO
14:33, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə olunub
14:29, Bu gün
Biznes subyektləri və potensial sahibkarlar biznes təlimlərindən yararlanıblar - FOTO
14:25, Bu gün
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:23, Bu gün
Gəncədə şagirdlər arasında DAVA: Xəsarət alan var - YENİLƏNİB
14:21, Bu gün
Kənddə biabırçılıq: ərli qadın yad kişilərlə gəzdi, içki məclisi qurdu, atası isə... – ŞOK
14:17, Bu gün
Prezident Türkiyə-Azərbaycan Universiteti ilə bağlı fərman imzaladı
14:13, Bu gün
Prezident: “Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb”
GÜNLÜK
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək