UNEC İqtisadi Forumunun ikinci günü: “Postpandemiya dövründə elm və təhsil” və “İqtisadiyyatın rəqəmsal transformasiyası”
Oxunub: 691
02 Dec 2021 | 18:54
UNEC İqtisadi Forumunun ikinci günü: “Postpandemiya dövründə elm və təhsil” və “İqtisadiyyatın rəqəmsal transformasiyası”
Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021 dekabrın 2-də öz işini davam etdirib.
 
Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, UNEC rektoru professor Ədalət Muradov, Nobel mükafatı laureatı professor Aziz Sancar, Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar, Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, elm və təhsil üzrə xarici və yerli eskpertlər iştirak ediblər.
 
“Postpandemiya dövründə elm və təhsil” mövzusuna həsr olunan panelin açılışında şəhidlərin xatirəsi yad edilib və Dövlət himni səsləndirilib.
 
 
UNEC rektoru professor Ədalət Muradov forum iştirakçılarını salamlayaraq, panelin postkovid dövründə elm və təhsilə elmi baxış mövzusuna həsr olunduğunu deyib. Pandemiyanın elm və təhsilə baxışları dəyişdirdiyini və gələcəklə bağlı cavabı gözləyən çoxsaylı sualları ortaya qoyduğunu diqqətə çatdıran rektor, böhranın ilk dövründə distant təhsilə keçidin yaranan problemləri aradan qaldıracağı düşüncəsini formalaşdırdığını bildirib: “Bütövlükdə təhsil sistemində atılan addım onu deməyə əsas verir ki, məsafədən təhsil həll yolu kimi qəbul edilmir. Məsafədən təhsillə təhsilin davamlılığı təmin edilsə də, elmdə fərdiçiliyə sanki “yaşıl işıq” yandırıldı. Elmin gələcəyi ilə bağlı yeni elmi kommunikasiyalar və onların formaları ilə bağlı ciddi suallar var”. Rektor panellərdə bu sualların həlli istiqamətində müzakirələrin aparılacağını, forumun ölkəmizin gələcək inkişafı ilə bağlı əhəmiyyət kəsb edən sualların cavablandırılması üçün platforma rolunu oynayacağını deyib.
 
Sonra Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Aziz Sancar pandemiya dövrünün elm adamları üçün yaratdığı problemlərdən söz açıb. Həmin dövrdə tədqiqat qruplarının daim elmi axtarışlarda olduğunu deyən alim, işçilərin qapalı şəraitdə çalışdığını, psixoloji durumlarında ciddi problemlər yaşandığını deyib.
 
 
Forumda çıxış edən təhsil naziri Emin Əmrullayev forumun dövlət müstəqilliyinin bərpasına və böyük Zəfərə həsr olunmasının özünəməxsus əhəmiyyəti olduğunu xüsusi vurğulayıb. Ölkənin bundan sonrakı elm və təhsil sahəsində fəaliyyətinin məhz müstəqillik və zəfərlə bağlı olduğunu deyib. Postpandemiya dövründə təhsil sahəsində yaranan problemlərdən və onların həlli yollarından söz açan nazir, elm və təhsil sahəsində dövlətin qərarvermə modeli üzərindən məsələyə yanaşıb. O, pandemiya dövründə verilən emosional və rasional qərarlar arasındakı fərqi təhlil edərək, rasional qərarların daha ciddi dəlillərə əsaslandığını diqqətə çatdırıb.  Nazir təhsil və elm siyasətinin qarşısında duran əsas məqsədin bu sahədə əlçatanlığın və keyfiyyətinin artırılması, müxtəlif sosial qruplardan olan insanlara bərabər imkanların yaradılması olduğunu bildirib. Təhsilin keyfiyyətinə yeni baxışın formalaşmasının vacibliyini diqqətə çatdıran E.Əmrullayev aidiyyatı olan dövlət və digər müstəqil qurumların keyfiyyətə nəzarət mexanizmlərinin olmasının labüdlüyünü bildirib. Nazir ali təhsilin keyfiyyətinin ölçülməsi meyarlarını da açıqlayıb: “Hazırda bir çox problemlərin həlli elmi-tərəqqi və tədqiqatlardan asılıdır. Başa düşməliyik ki, resurslar məhduddur. Bu məhdudiyyətlə hansı sahələri necə inkişaf etdirməyi düşünməliyik. Prosesə bu gün başlamalıyıq ki, nəticəni 20-30 ildən sonra görə bilək. Bilik və bacarıq kafi şərtlərdir, əsas motivasiyadır. Pandemiya göstərdi ki, dünyada dəyər zəncirləri necə kövrəkdir".  Nazir pandemiya dövrünün önəmli məsələlərindən birinin də ayrı-ayrı sosial iqtisadi qrupların öyrənmə prosesinin monitorinq məsələsi olduğunu bildirib.
 
 
Türkiyənin Ali Təhsil Şurasının rəhbəri rəhbəri Erol Özvar pandemiyanın ali təhsil sahəsində yaratdığı təsirlərindən danışıb. Bu böhranın bütün sahələrdə olduğu kimi, təhsil sahəsində yeni vərdişlər yaratdığını, ali təhsil paradiqmasının dəyişməsinin qaçılmaz olduğunu deyib. Distant təhsilin alternativinin olmadığını və bır sıra çağırışlarla xarakterizə edildiyinə diqqət çəkən YÖK rəhbəri, ali təhsildə insan amilinin dəyişməli olduğunu bildirib. E.Özvar rəqəmsal informasiya cəmiyyəti və rəqəmsal iqtisadiyyatın tələblərindən də söz açıb: “Rəqəmsal transformasiya nəticəsində insan resurslarına tələblər dəyişib. Rəqəmsallaşma məşğulluq sahəsində də ciddi dəyişikliklər yaradıb. Ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun olaraq, rəqəmsal bacarıqların artırılmasına yönəldilən  tədris proqramlarına daha çox üstünlük verməlidirlər”.
 
Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev ölkələrin inkişafında elm və təhsilin rolundan söz açıb. O, bəşəriyyətin gələcəyi üçün təhsilin, elmin və mədəniyyətin rolunun əvəzedilməz olduğunu, təhsil sistemində və tədris mühitində ən vacib faktorun tələbə olduğunu deyib: “Belə bir ana deyimi var ki, “Mən öyrəndiklərimin bir çox hissəsini müəllimlərdən, daha çoxunu həmkarlardan, ən çoxunu isə tələbələrdən öyrənmişəm”. Alim pandemiyanın yaratdığı yeni vərdişlərdən, süni zəka və V sənaye inqilabının tələblərindən də danışıb.
 
Çıxışlardan sonra panel məruzəçiləri iştirakçıların suallarını cavablandırıblar.
 
 
Forum çərçivəsində UNEC alimlərinin müəllifi olduqları “Elektron ticarət və elektron ixracat”, “Sosial elmlərdə tədqiqat metodları”, “Rəqəmsal marketinq və sosial media” kitablarının təqdimatı olub. Bildirilib ki, “SABAH” magistratura layihə çərçivəsində yazılan və tədris prosesində istifadə olunacaq “Rəqəmsal marketinq və sosial media” və “Elektron ticarət və elektron ixracat” dərslikləri Azərbaycan dilində hazırlanmış ilk ədəbiyyatdır. Kitabın əsas özəllikləri onların yerli, beynəlxalq özəl sektor və akademik bazaya aid bir çox xüsusiyyəti özündə əks etdirməsidir.
 
Forumda UNEC ilə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti (TSNUK) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 
UNEC rektoru professor Ədalət Muradov ilə T.Şevçenko adına Kiyev Milli Universitetinin (TSNUK)  rektoru professor Volodimir Bugrov arasında imzalanan müqavilədə birgə elmi-tədqiqat təcrübəsi və araşdırmaların aparılması, bakalavr, magistratura və doktorantura proqramlarının hazırlanması, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsi və inkişaf etdirilməsi, birgə elmi nəşrlər hazırlanması və mübadiləsi nəzərdə tutulub.
 
Sonra “SPRİNGER” nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Kristian Rausçerin tədqiqatçılarla görüşü keçirilib.
 
Forum Holon Texnologiya İnstitutunun (H.I.T) Kiber şöbəsinin rəhbəri dr. Harel Menaşrinin moderatprluğu ilə keçirilən “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda Panel 3 çıxışları ilə davam edib.
 
 
Paneldə çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Forumda müzakirə olunan mövzuların Prezident cənab İlham Əliyevin ölkəmizin 2030-cu ilədək inkişaf istiqamətləri ilə bağlı müəyyən etdiyi milli prioritetlərdən irəli gələn məsələlərin effektiv icrası üçün mühüm platforma olduğunu deyib. Nazir Azərbaycanda rəqəmsal transformasiyanın səmərəliliyinin təmin olunmasından və  rəqəmsallaşmanın iqtisadi inkişafa verəcəyi töhfələrdən söz açıb: “Cəmiyyətin inkişafını təmin edən yeganə vasitə innovasiya və texnologiyaların inkişafıdır. Azərbaycanda belə bir cəmiyyətin qurulması əsas hədəflərdəndir və bu istiqamətdə məqsədyönlü addımlar atılır. Reallıq odur ki, bu gün Azərbaycan iqtisadiyyatı təbii resurslardan hələ də asılıdır. Qarşımızda duran əsas məsələ rəqəmsal transformasiyadan maksimum istifadə edərək zaman kəsiyini qısaltmaqdan ibarətdir. Bu vizyonu həyata keçirmək üçün həmin ekosistem yaradılmalıdır. Bu yol isə yalnız qanunun aliliyindən, sağlam fəaliyyət göstərən hökumətin mövcudluğundan, sabit infrastrukturun yaradılmasından keçir. Bunlar təmin edildikdən sonra ölkədə birmənalı şəkildə elmin və təhsilin inkişafına daha çox diqqət ayıra bilərik”.
 
Sonra Türkiyənin əmək və sosial təminat nazirinin müavini Lütfi Alpkan rəqəmsal transformasiyanın iş dünyasında tətbiqindən danışıb. Süni intellektin, rəqəmsal transformasiyanın üstünlüklərinə, eləcə də yaratdığı problemlərə toxunan nazir müavini, trendləri də açıqlayıb. O, dünyanın böyük dövlətlərinin bu istiqamətdə təcrübəsini paylaşaraq, müqayisəli təhlillər aparıb.
 
Kanadanın Engelands İnstitutunun həmtəsisçisi, baş əməliyyat direktoru Danel Kerimi texnologiyalardakı çatışmazlıqlar, eləcə də texnoloji tullantıların səmərəli istehsalı barədə ətraflı məlumat verib.
 
BP-nin Sistem arxitekturası üzrə rəhbəri Qaret Key isə smart texnologiyalar və onların neft və qaz sənayesindəki tətbiqindən danışıb.
 
UNEC İqtisadi Forumu dekabrın 3-də öz işini davam etdirəcək.
Oxşar xəbərlər
N.Tusi adına Klinika
01:17, Bu gün
Türkiyə Ermənistana "böyük qardaş" olacaqmı?
00:03, Bu gün
“Rusiya qoşunlarının hərəkəti ilə bağlı təşvişə əsas yoxdur”
24 Jan 2022 | 23:50
Çin dünyadan nəyi gizlədir? - FOTO
24 Jan 2022 | 23:29
Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçiriblər
24 Jan 2022 | 23:25
Fatma Səttarova: “Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım”
24 Jan 2022 | 22:12
Körpəsinə süd verən qadına ərinin dəstəyi sosial mediada gündəm oldu
24 Jan 2022 | 22:10
Ah, İstanbul... - FOTOLAR
24 Jan 2022 | 22:05
"Komanda üzvlərimiz buraxdıqları bu acınacaqlı səhvə görə xalqın nifrətini qazandılar"
24 Jan 2022 | 21:39
Paşinyan: “Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”
24 Jan 2022 | 21:35
DGK sədrinin müavini onlayn seminara qatıldı
24 Jan 2022 | 21:33
Zaur Baxşəliyev koronavirusa yoluxdu
24 Jan 2022 | 21:30
Kişilərin tərəfini saxlayan qadın psixoloq kimdir? - VİDEO
24 Jan 2022 | 21:28
Baş Prokurorluq Eldar Mahmudovun həbsdən çıxan əmisi oğlu ilə bağlı protest verdi
24 Jan 2022 | 20:59
Ekspertlər şirin şeylərə həvəsə asanlıqla üstün gəlməyin sirlərini açdı...
24 Jan 2022 | 20:58
Paşinyan Sarkisyanın istefasına münasibət BİLDİRDİ
24 Jan 2022 | 20:57
Ərdoğan Ukraynaya səfərindən sonra Putinlə görüşə bilər
24 Jan 2022 | 20:54
Şuşadan çörək alıb Bakıya aparan Kamil dayının təəssüratları - VİDEO
24 Jan 2022 | 20:48
Kəlbəcərdə xidmət edən erməni keşişlər Xankəndində mükafatlandırıldı…-FOTO
24 Jan 2022 | 20:31
Zelenski ilə Şarl Mişel arasında telefon danışığı oldu
24 Jan 2022 | 20:11
“Kurtlar Vadisi”nin Şemosu vəfat etdi
24 Jan 2022 | 19:53
Paşinyan Qarabağda su anbarı, su kəməri, ev tikintisinə 290 mln. dollar ayırdı...-VİDEO
24 Jan 2022 | 19:46
Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri saxlanılıb
24 Jan 2022 | 19:44
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu - FOTO
24 Jan 2022 | 19:14
“Onlar həyatımızdan oğurladıqları hər ilə, hər günə, hər saata görə cavab verməlidirlər”
24 Jan 2022 | 18:59
Peyvənd olunanların sayı açıqlanıb
24 Jan 2022 | 18:56
"Bu önəmli vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn hər şeyi etməyə çalışacağam"
24 Jan 2022 | 18:55
Müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilibsə...
24 Jan 2022 | 18:50
Azərbaycanda daha 757 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
24 Jan 2022 | 18:38
“Ölümdən həm də çox qorxuram...” - Məşhur aktrisanın son müsahibəsi...
24 Jan 2022 | 18:36
Azərbaycan - Türkiyə...
24 Jan 2022 | 18:30
Afrikadan Niderlanda təyyarənin şassisində uçaraq möcüzə nəticəsində sağ qalıb
24 Jan 2022 | 18:27
Zelenski Milli Təhlükəsizlik və Müdafiə şuralarını toplayır
24 Jan 2022 | 18:24
ABŞ və NATO Rusiyanın tələblərini rədd etdi
24 Jan 2022 | 18:03
Rasim Balayevdən türk aktrisası haqda etiraf: "Bir dəfə Ərzurumda..."
24 Jan 2022 | 18:00
"Sərkisyan uzun illər Britaniyada yaşayıb, istefa səbəbi..."
24 Jan 2022 | 17:53
AFFA Ermənistan Futbol Federasiyası ilə bağlı UEFA-ya müraciət etdi
24 Jan 2022 | 17:48
İlham Əliyevdən 100 yaşlı Fatma Səttarova ilə bağlı SƏRƏNCAM
24 Jan 2022 | 17:47
Məşhur model: “Yetkinlik vaxtı da milyarderlərlə görüşmüşəm”
24 Jan 2022 | 17:38
Almaniyada çalışan azərbaycanlı həkimlərin forumu keçiriləcək
24 Jan 2022 | 17:36
Qarabağ qazisinin "Adını sen koy" kitabının təqdimatı keçirildi - FOTOLAR
24 Jan 2022 | 17:36
Nazir polis polkovnikini yeni vəzifəyə təyin etdi
24 Jan 2022 | 17:35
“Rusiya və Qərb “elmi dairələri” daim Ərsakiləri Azərbaycana, türkə yad  kimi qələmə verib...”
24 Jan 2022 | 17:34
Alimlər az qala 70 il yuyunmayan kişinin "ideal sağlamlığı"na heyran oldular...
24 Jan 2022 | 17:28
AŞPA-nın yeni prezidenti seçilib
24 Jan 2022 | 17:24
Mətanətin keçmiş gəlini: "Deyir, Yasamala gəl, saçlarını yolacam"
24 Jan 2022 | 17:23
Müəllimlər niyə keyfiyyətli dərs keçə bilmir? - Yazı-pozu xəstəliyi
24 Jan 2022 | 17:20
Buraxılış imtahanlarının tarixləri AÇIQLANDI - VİDEO
24 Jan 2022 | 17:07
Bakıda mağazada baş verən oğurluq kameralara düşdü - ANBAAN VİDEO
24 Jan 2022 | 17:04
"İnanmazdım ki, bu qədər pul qazanacam" - VİDEO
24 Jan 2022 | 17:02
Azərbaycanda tələbə müəllimini "peşman etdi" - VİDEO
24 Jan 2022 | 17:00
Putin Aysel Teymurzadəyə və Araşa “Avroviziya” səhnəsində nə deyib? - VİDEO
24 Jan 2022 | 16:53
İsmayıllıda arıçılıq məhsullarının sərgisi olub - VİDEO
24 Jan 2022 | 16:50
İran ABŞ ilə məhbus mübadiləsinə hazır olduğunu bildirib
24 Jan 2022 | 16:49
Sabiq icra başçısı qanunsuz silah saxlamaqda ittiham olunur
24 Jan 2022 | 16:45
Türkiyənin Egey dənizi sahili yaxınlığında güclü zəlzələ baş verib
24 Jan 2022 | 16:44
Tacir Şahmalıoğlu: "Fərhad Bədəlbəyli məni konservatoriyadan qovub" - VİDEO
24 Jan 2022 | 16:39
Rusiyalı ekspert: “Biz Ukrayna ilə müharibə istəmirik”
24 Jan 2022 | 16:37
Karantin müddəti hansı halda uzadıla bilər? - İnfeksionist açıqladı
24 Jan 2022 | 16:34
Almaniya XİN başçısı: "Ukraynada diplomatik fəaliyyətimiz davam edir"
24 Jan 2022 | 16:30
Dəmir yolu stansiyasının hasarına “göz dikən” şəxs saxlanıldı - FOTO
24 Jan 2022 | 16:27
Şuşaya gedən azərbaycanlıları niyə İsa bulağına buraxmırlar? - Açıqlama
24 Jan 2022 | 16:25
Qərb ikiyə bölünür, Kiyev təklənir, Putin güclənir
24 Jan 2022 | 16:23
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari
24 Jan 2022 | 16:22
Azərbaycanda problemli kreditlər 20%-ə yaxın azalıb
24 Jan 2022 | 16:19
İtkin düşən indoneziyalının qalıqları nəhəng timsahın mədəsində aşkar edildi - DƏHŞƏT
24 Jan 2022 | 16:18
Azərbaycandan Türkiyəyə 1 milyardlıq DƏSTƏK
24 Jan 2022 | 16:15
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək
24 Jan 2022 | 16:12
Mədəniyyət Nazirliyindən KVN-lə bağlı AÇIQLAMA
24 Jan 2022 | 16:07
Azərbaycanda amnistiyaya düşən qadın və yeniyetmələrin sayı açıqlanıb
24 Jan 2022 | 15:55
Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün  mərkəz açdı...
24 Jan 2022 | 15:49
Almaniyada azərbaycanlı həkimlərin forumu keçiriləcək
24 Jan 2022 | 15:45
3 il əvvəl açılan bağça hələ də istifadəyə verilməyib - SƏBƏB
24 Jan 2022 | 15:43
Xan: “Rusiyanın Azərbaycandan öyrənəcəyi çox şey var” - MÜSAHİBƏ
24 Jan 2022 | 15:40
Hansı məhsullar ƏDV-dən azad olunub?
24 Jan 2022 | 15:39
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
24 Jan 2022 | 15:38
TƏBİB-də yeni kadr təyinatı olub
24 Jan 2022 | 15:28
Bayden "Putinin kandarı"nda 5 minədək əsgərin yerləşdirilməsi imkanını götür-qoy edir...
24 Jan 2022 | 15:27
Vəzifəli şəxs Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edib - VİDEO
24 Jan 2022 | 15:23
“İlk dəfə narkotiki anam mənə verdi” - VİDEO
24 Jan 2022 | 15:18
İran təyyarəsi Füzuli aeroportunda - İLK DƏFƏ
24 Jan 2022 | 15:18
Koronanın gələcək variantları omikrondan daha yoluxucu ola bilər - ÜST eksperti
24 Jan 2022 | 15:13
"Qarabağ" 1 milyon avroya futbolçu alır?
24 Jan 2022 | 15:11
Meksikada qubernatora qarşı iddianı udan jurnalist qadın qətlə yetirildi
24 Jan 2022 | 15:02
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
24 Jan 2022 | 14:54
Azərbaycanın tanınmış idmançısı polis idarəsinin həyətində qarət olundu
24 Jan 2022 | 14:52
Roberto Mançini daha iki braziliyalı futbolçunu İtaliya millisinə cəlb edir
24 Jan 2022 | 14:49
Azərbaycanda karantin müddəti niyə azaldıldı? - SƏBƏB AÇIQLANDI
24 Jan 2022 | 14:49
60 yaşlı kişidən məktəbli qıza əxlaqsız təklif: "Sən atanın canı, gəl..." – Şok təfərrüat
24 Jan 2022 | 14:47
“Vmedia”: “Erməni kilsəsi “Həvari” kilsəsi adlana bilməz” - VİDEO
24 Jan 2022 | 14:43
Bakıda uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü
24 Jan 2022 | 14:40
Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçirib
24 Jan 2022 | 14:36
Aleksandr Lukaşenko: "Belarusun işğalına imkan vermərəm"
24 Jan 2022 | 14:30
Fikrət Qocanın qızı: “Ruhəngiz Qasımova atamın qadın cildində kişi dostu idi” - MÜSAHİBƏ
24 Jan 2022 | 14:25
İranlı nazir və nümayəndə heyətinin təyyarəsi Füzuliyə endi - VİDEO
24 Jan 2022 | 14:22
“Zəngilanda “Ağıllı kənd” çərçivəsində bir sıra qurumlar, sahibkarlar fəaliyyət göstərir”
24 Jan 2022 | 14:19
Qohumlarından Ronaldonun Corcinası haqda şok sözlər
24 Jan 2022 | 14:17
“Biz haray çəkib etirazımızı bildirəndə, onlar özlərini görməməzliyə vururdu”
24 Jan 2022 | 14:12
Avtomobilini yolun hərəkət hissəsində saxlayanlar 40 manat cərimələnəcək
24 Jan 2022 | 14:09
Gürcüstanın tanınmış azərbaycanlı jurnalisti vəfat edib
24 Jan 2022 | 14:04
Bakı polisi əməliyyat keçirib, daha 11 nəfər saxlanılıb - VİDEO
GÜNLÜK
24 Jan 2022 | 10:47
Sezen Aksu Ərdoğana cavab qaytardı: “Əzə bilməzsən“
24 Jan 2022 | 11:46
Rusiyanın Ukraynaya müdaxiləsi Amerikanın bütün müttəfiqlərinə hücum deməkdir... - ŞƏRH
24 Jan 2022 | 12:33
“Hamısı qələt edirlər, başlarını daşa döyürlər"- Müşfiq Abbasovdan tənqidlərə reaksiya
24 Jan 2022 | 11:26
Sərkisyanın istefasının şok səbəbi: “Paşinyan tezliklə Azərbaycanla...”
24 Jan 2022 | 09:16
"ABŞ rəsmiləri Ukrayna ərazilərinin 8 il əvvəl işğal edildiyini unutmalı deyil"
24 Jan 2022 | 07:38
"Prezidentin istefası Ermənistanın xarici siyasətini dəyişməyəcək..."-Rusiya deputatı
24 Jan 2022 | 08:39
Təmizləyici robot oteldən qaçdı və ulduza çevrildi...
24 Jan 2022 | 19:53
Paşinyan Qarabağda su anbarı, su kəməri, ev tikintisinə 290 mln. dollar ayırdı...-VİDEO
24 Jan 2022 | 14:00
"De ki, mənim adım “Şuşa”dır, qəbul edirsən et, etmirsən etmə, çıx gəl..."
24 Jan 2022 | 16:23
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari
HƏFTƏLİK
19 Jan 2022 | 11:16
"Üç həftəyə Azərbaycanda qırğın günlər başlayacaq" - Vasif İsmayıldan xəbərdarlıq...
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
21 Jan 2022 | 14:07
"Laçın dəhlizində qayda müəyyənləşdirmək səlahiyyətini ölü daşıyan rus generalına kim və nə zaman verib?"
19 Jan 2022 | 19:15
“Putin Lavrovu Bakıya göndərəcək, Azərbaycan Süniki işğal edəcək, sonra isə...” - ŞOK SSENARİ
23 Jan 2022 | 15:37
Gəlin bir şilləyə görə toyu ləğv etdi və ertəsi gün öz qohumuna ərə getdi...
23 Jan 2022 | 13:05
"Anar Məmmədxanova "Şuşa"nın adını dəyiş desəydilər..."
23 Jan 2022 | 16:12
Polis "parkovşiklərə" qarşı reydlərə başlayır: "Pul ver" deyənlərdən canımız qurtaracaq...
19 Jan 2022 | 09:04
“Azərbaycanda qaldığım otelə silahlı basqın olmuşdu, qorxsam da geri çəkilmədim”
21 Jan 2022 | 08:05
Qazaxıstan dövlət telekanalı Nazarbayev prospektini keçmiş adı - rus yazıçının adı ilə verdi...
21 Jan 2022 | 18:01
Cavid Qurbanov dünyasını dəyişmiş atasına şeir həsr etdi, xalq şairi həmin şeirə nəzirə yazdı...
AYLIQ
24 Jan 2022 | 10:47
Sezen Aksu Ərdoğana cavab qaytardı: “Əzə bilməzsən“
24 Jan 2022 | 11:46
Rusiyanın Ukraynaya müdaxiləsi Amerikanın bütün müttəfiqlərinə hücum deməkdir... - ŞƏRH
24 Jan 2022 | 12:33
“Hamısı qələt edirlər, başlarını daşa döyürlər"- Müşfiq Abbasovdan tənqidlərə reaksiya
24 Jan 2022 | 11:26
Sərkisyanın istefasının şok səbəbi: “Paşinyan tezliklə Azərbaycanla...”
24 Jan 2022 | 09:16
"ABŞ rəsmiləri Ukrayna ərazilərinin 8 il əvvəl işğal edildiyini unutmalı deyil"
24 Jan 2022 | 07:38
"Prezidentin istefası Ermənistanın xarici siyasətini dəyişməyəcək..."-Rusiya deputatı
24 Jan 2022 | 08:39
Təmizləyici robot oteldən qaçdı və ulduza çevrildi...
24 Jan 2022 | 19:53
Paşinyan Qarabağda su anbarı, su kəməri, ev tikintisinə 290 mln. dollar ayırdı...-VİDEO
24 Jan 2022 | 14:00
"De ki, mənim adım “Şuşa”dır, qəbul edirsən et, etmirsən etmə, çıx gəl..."
24 Jan 2022 | 16:23
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari