Gənc Vətənpərvərlər “Ictimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması ”adlı layihə çərcivəsində konfrans keçirib. Konfransı giriş sözü ilə acan GVİB-n KİV üzrə koordinatoru P.Səfərov layihə barəsində, görülən işlər haqqında geniş ətraflı məlumat verib.
O, qeyd edib ki, layihə müddəti üc aydır, 27 sentyabr 2021-ci il tarixindən 27 dekabr 2021-ci il tarixinə kimidir. Layihə çərcivəsində bir çox konfrans, dəyirmi masalar və idman tədbirləri keçirməklə yanaşı, noyabr-dekabr aylarında gənclər arasında vətənpərvərlik mövzusunda könüllü olaraq 16-35 yaş arasında milli və hərbi vətənpərvərlik hisslərinin aşılanması ilə bağlı Bakı şəhərində 500 nəfər arasında layihə üzrə təşkilat komitəsinin üzvləri və könüllülər tərəfindən respondentlər arasında sosioloji sorğu keçirilib.
Sorğuda 95% respondentlər milli –nizami ordumuzun beynaxalq ordu standartlarına cavab verdiyini bildirdilər. Milli qəhrəmanların həyatı haqqında 10% respondentin məlumatsız olduğu bəlli olub. “Ölkənin hərbi qüdrətini artırmaq üçün nə etmək lazımdır” sualına sorğuda iştirak edən respondentlər 95% intellektual səviyyənin artması olduğu təklifini dəstəkləyib. “Əgər yenidən səfərbəylik olarsa, harada xidmət etmək istəyərdiniz” sualına respondentlərin 96% “Vətən cağrışına xidmət yeri secilmir” deyə bildiriblər. Ordu sıralarına getmək arzusu gənclərin 100% təşkil edir. İstəkləri Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, FHN və Daxili Qoşunlarında qulluq etməlidir. Hərbi Akademiyalara təhsil almaq istəyənlər 80% təşklil edib. Səfərbərlik olarsa, gənclərin 95% orduya getməyə hazır olduqlarını bildirir.
Layihə rəhbəri M.Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda İkinci Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanların təbliğ olunması, işğaldan azad edilmiş torpaqlarda məskunlaşmada gənclərin marağın artırılması, Azərbaycanın qazi və qəhrəmanlarının həyat və yaradıcılığından,onların fədakarlıqla döyüşmələrindən bəhs edən verlişlərin hazırlanmasına görə hər bir telekanala təşəkkür edib. Təşkilat olaraq istəyirik ki, bütün televiziya kanallarında Vətənə, hərbə, doğma Azərbaycana aid video çarxlar və şəhərin müxtəlif yerlərində manitorlarda qazi və şəhidlər haqqında qısa metrajlı sujetlər göstərilsin. Bu, gənclər arasında vətənpərvərlik hisslərinin güclənməsinə təkan verər. Çünki TV-lərin imkanları digər KİV-n imkanlarından qat-qat çoxdur, çünki TV-yə hər kəs baxır. Amma demək olmaz ki, hər kəs internetə girir, qəzetləri oxuyur.
Konfrans diskussiya şəraitində başa catıb, KİV tərəfindən verilən suallar cavablandırılıb.
GVB-n KİV şöbəsi