Koreyalı Stalinin qızı... - Şamanların cazibəsi, milyonlarla rüşvət və həbsxana...
Oxunub: 5970
29 Nov 2021 | 19:06
Koreyalı Stalinin qızı... - Şamanların cazibəsi, milyonlarla rüşvət və həbsxana...

 

Pak Kın He Cənubi Koreyanın maliyyə cinayətlərinə görə məhkum edilmiş üçüncü prezidentidir. O, hakimiyyəti illərində falçılar və şarlatanlarla oturub-durur, yaxın rəfiqəsi ilə birlikdə dəbdəbə içində üzür və ölkənin ən böyük şirkətlərinin sahiblərindən milyonlarla dollar rüşvət tələb edərdi. Sonra isə siyasətçi korrupsiya, rüşvətxorluq və hədə-qorxu ilə pul tələb etdiyinə görə 24 il həbsə və 16,8 milyon dollar məbləğində cəriməyə məhkum edildi.

 

Moderator.az “lenta.ru”-nun bütün dövrlərin və xalqların siyasi xadimləri silsiləsindən Pak Kın He və onun ailəsinin həyatı haqqında dərc etdiyi materialı oxucularına təqdim edir.

 

Şamanların və alfonsların əhatəsində

 

“Prezidentin yaxın çevrəsinə falçılar və məzhəbçilər daxil idi, onun əsas müşaviri isə qadın şaman idi”, - deyə Pak Kın Henin arxasından pıçıldayardılar. Dövlət başçısının administrasiyası onun müşavirlərin fikrinə məhəl qoymamasından, yad adamlara qulaq asmasından şikayətlənərdi. Tezliklə ən pis qorxular təsdiqləndi: jurnalistlər öyrəndilər ki, bu qadın hakimiyyətdə olarkən siyasətlə heç bir əlaqəsi olmayan savadsız dostlarının diktəsi ilə qərarlar verirmiş. Prezidentin lütfü sayəsində onların ölkənin məxfi sənədlərinə çıxışı var idi.

 

Pak Kın Henin tanışları tərəfindən atılmış formatsız sərt disklərə malik kompüterlər tapıldı. Bu kompüterlərdə prezidentin rəsmi çıxışlarının məxfi məlumatları və qeydləri saxlanılırdı.

 

Beləliklə məlum oldu ki, ölkənin xarici siyasətini falçılar, məzhəbçilər, alfonslar formalaşdırıb. Məsələn, dövlət başçısının yaxın ətrafında əvvəlcə idman karyerası quran, sonra isə eskorta keçən qırx yaşlı qadın düşkünü Ko Yen The də var idi. Onun xidməti, adətən, varlı orta yaşlı qadınlar müraciət edirdi: beləliklə də o, dövlət başçısının rəfiqəsi, anası yaşında olan Çhve Sun Sillə münasibət qurdu.

 

Çhve Sun Sil ölkənin boz kardinalı və ya cənubi koreyalı Rasputin adlanırılırdı. O, Pak Kın He ilə 1970-ci illərdə, hər ikisi iyirmi yaşında ikən tanış olmuşdu. Çhve Sun Silin atası qeyri-qanuni dini bizneslə məşğul olsa da, Pak Kın Henin atası - o vaxtkı prezident Pak Çjon Hinin etibarını qazana bilmişdi. Şarlatan dövlət başçısının depressiyada olmasından istifadə etmişdi.

 

Cənubi koreyalı Stalin

 

Pak Çjon Hi hakimiyyətə 1961-ci ildə hərbi çevrilişlə gəlib. Əvvəlcə o, sərt bir iş adamı, Koreya iqtisadi möcüzəsinin qurucusu və bütövlükdə demokratik siyasətçi kimi görünürdü. Onun dövründə əhalinin liberal azadlıqları və birbaşa gizli səsverməyə əsaslanan seçki sistemi qorunurdu, parlament və çoxpartiyalı hakimiyyət sistemi fəaliyyət göstərirdi.

 

Pak Kın He atası, prezident Pak Çjon Hi ilə

 

Pak Kın Henin uzun müddət rəfiqəsi olan Çhve Sun Sil 2017-ci il yanvarın 16-da Seul Konstitusiya Məhkəməsində Cənubi Koreya prezidentinin impiçmenti üzrə dinləmələrə gətirilir

 

Lakin bir müddət keçdikdən sonra Pak Çjon Hi avtoritar rejimi təbliğ etməyə başladı və “cənubi koreyalı Stalin” ləqəbini qazandı. O, kommunistlərlə əlaqədə şübhəli bilinən hər kəsə qarşı amansız idi. Bir çox koreyalılar məhkəməsiz və istintaqsız həbs edilirdi. Media ciddi senzuraya məruz qalırdı: hakimiyyət onların azadlıqlarını məhdudlaşdıran 20-yə yaxın qanun qəbul etdi. Bundan əlavə, ölkədə Şimali Koreyaya simpatiya nümayiş etdirən, həmçinin yapon və ya həddən artıq erotik olan ədəbi əsərlər qadağan edildi.

 

Prezident gənclərin əxlaqi xüsusiyyətlərini, zahiri görkəmini diqqətlə izləyirdi. Polis qızların ətəklərinin uzunluğunu xətkeşlə ölçürdü - əgər dizdən 20 santimetrdən yuxarı olardısa, bu, qanuna tabe olmamaq sayılırdı. Gənclərin saçlarının uzunluğuna da nəzarət edilirdi - qaydalar pozulduqda onları elə yerindəcə kəsirdilər.

 

1974-cü ildə prezident Pak Çjon Hiyə ictimaiyyət qarşısındakı  çıxışlarından birində sui-qəsd cəhdi oldu. Terrorçu siyasətçiyə tapança ilə atəş atsa da, güllə onun həyat yoldaşına dəydi. Beş saatdan sonra ölkənin birinci xanımı xəstəxanada dünyasını dəyişdi.

 

Hadisənin şahidlərindən olan amerikalı jurnalist Riçard Halloran danışırdı ki, atışma başlayanda prezident dərhal podiumun arxasına yıxıldı, sonra cinayətkar dövlət başçısının mühafizəçilərini nişan alarkən güllə hələ də yerində oturub qalmış qadına dəydi.

 

Mavi ev - Cənubi Koreya prezidentinin rəsmi iqamətgahı

 

ABŞ lideri Barak Obama və Koreya prezidenti Pak Kın He Mavi evdən bağçaya gəzintiyə çıxır, 25 aprel 2014-cü il, Seul

 

Niderland kralı Villem Aleksandr və Cənubi Koreya prezidenti Pak Kın He Seulda, 3 noyabr 2014-cü il

 

Cənubi Koreya prezidenti Pak Kın He 4 noyabr 2016-cı il, Mavi evdə xalqa müraciət edərkən

 

Turistlər Mavi ev ətrafında Çhon Va De çəmənliklərinin şəklini çəkirlər, 2020-ci il

 

Beləliklə, birinci xanımın vəzifələri Pak Kın Henin çiynlərinə düşdü. O, dövlət başçısının iqamətgahında - Mavi evdə məskunlaşdı. Çhve Sun Sil və onun atası ailənin tez-tez qonağı olurdular. Prezidentin etimadını qazanan qohumlar onun arxasınca qeyri-qanuni planlar həyata keçirməyə başladılar, xüsusən də koreyalı iş adamlarından rüşvət tələb edirdilər. Lakin belə vəziyyətlərdə Pak Kın He atasının qarşısına keçərək münaqişələri tez yoluna qoyardı.

 

Arvadının faciəvi ölümündən 5 il sonra diktatorun özü də həlak oldu. Dövlət başçısını müğənnilərin və modellərin əhatəsində olduğu özəl ziyafət zamanı mühafizə xidmətinin rəhbəri güllələmişdi.

 

O, eyni ayaqqabı on ildən artıq geyinə bilərdi

 

Pak Kın He tək qaldı. İnsanlarla çətinliklə ümumi dil tapa bilirdi və özünə ailə qura bilmədi. Atasının bir çox dostları və sirdaşları da qızdan üz döndərdilər, ona görə də o, şaman kultunda təsəlli tapmağa çalışırdı. Həmişəki kimi Çhve Sun Sil və atası ona tənhalığın öhdəsindən gəlməyə kömək edirdilər.

 

O zaman Çhve Sun Sil artıq atasının yolu ilə gedir və dini fəaliyyətlə bərabər fəal şəkildə bizneslə də məşğul olurdu. Qohumları xristianlıqla şamanizmin qarışığından ibarət olan “Ensere” adlı mistik təriqət təşkil etmişdilər. Pak Kın He tezliklə fırıldaqçıların təsiri altına düşdü və kor-koranə onların məsləhətlərinə əməl etməyə başladı. Çhve Sun Silin atası Pak Kın Heyə müəllimlik edərək qızı əmin etdi ki, anası yuxuda onun yanına gəlib və kömək istəyib. Pak Kın Henin bu adamla təkcə mənəvi deyil, həm də cismani münasibətlərdə olduğu barədə şayiələr yayılırdı. Ancaq gələcək prezidentin həyatında bu dövr haqqında çox az şey məlumdur - o, demək olar ki, qapalı həyat sürürdü.

 

Lakin 1998-ci ildə ölkə iqtisadiyyatı maliyyə böhranı ilə sarsılanda hər şey dəyişdi - öldürülən diktatorun qızı siyasətlə məşğul olmaq qərarına gəldi. Qısa müddətdə Pak Kın He başgicəlləndirici karyera qurdu: 2012-ci ildə o, ölkənin ilk qadın prezidenti seçildi. Ona əsasən Pak Çjon Hinin dövründə olduğu kimi, ölkənin “güclü əl” tərəfindən idarə edilməsinə inanan yaşlı orta təbəqə səs verdi.

 

Cənubi Koreya prezidenti Pak Kın He  andiçmə mərasimində, 25 fevral 2013-cü il

 

Cənubi Koreya prezidenti Pak Kın He və Böyük Britaniya kraliçası II Yelizaveta Bukingem sarayında dövlət ziyafətində, 5 noyabr 2013-cü il, London

 

Pak Kın He Fransa lideri Fransua Ollandı Yelisey sarayında onun şərəfinə verilən nahar yeməyində salamlayır, 3 iyun 2016-cı il

 

Pak Kın He ilə birlikdə onun ən yaxın rəfiqəsi də prezident iqamətgahında məskunlaş - məşhur Mavi evdə o, gizli mistik rituallar həyata keçirirdi. Çhve Sun Sil vəziyyətdən özü, ailəsi və dostları üçün üstünlük əldə etmək üçün çalışırdı. Böyük şirkətlərdən ianələr toplayardı - ümumilikdə yüz milyonlarla dollar onun cibinə axmışdı. Şirkət sahibləri qadınların sıx əlaqəsini bilirdilər və pul müqabilində imtiyazlara ümid edirdilər.

 

Rəsmi olaraq bu vəsait idmana və mədəniyyətə dəstək olmalı idi, amma əvəzində prezidentin rəfiqəsi onu xaricdə daşınmaz əmlak almağa və qızının təhsil haqqını ödəməyə xərcləyirdi.

 

Dövlət başçısının özü isə xalqa çox qapalı görünürdü. Onun nəzərə çarpan sevgi münasibətləri olmadığına, zərif geyim tərzinə riayət etdiyinə, eyni zamanda çox qənaətcil olduğuna inanılırdı - o, eyni ayaqqabını on ildən çox geyinə bilərdi. Bir çox koreyalılar Pak Kın Henin verdiyi xarici siyasət qərarlarından narazı qalırdılar. Onun Şimali Koreya ilə münasibətlərdə atdığı addımları xüsusilə qəribə hesab edilib. Sonradan məlum oldu ki, şaman qadınlardan biri prezidenti yaxın bir neçə ildə Cənubi və Şimali Koreyanın birləşəcəyi proqnozuna inandırıbmış.

 

Bu məlumat mediaya sızandan sonra cənubi koreyalılar Pak Kın Henin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirdilər. Siyasətçi alovlanan qalmaqallar üzündən Almaniyaya qaçmaq qərarına gəldi. Lakin o, tezliklə geri qayıtmağa məcbur oldu: lider impiçment nəticəsində hakimiyyətdən uzaqlaşdırıldı, sonra isə həbs olundu.

 

Heç bir peşmanlıq əlaməti göstərmirdi

 

2018-ci ilin aprelində Pak Kın He 24 il həbs və 16,8 milyon dollar cərimə cəzasına məhkum edildi. O, korrupsiya, dövlət sirrinin açıqlanması, rüşvət tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla 18 maddədən 16-sı üzrə təqsirli bilindi. Hakimin sözlərinə görə, Pak peşmanlıq əlamətləri göstərməyib və günahı öz tabeliyində olanların üzərinə atmağa çalışırdı. O, hətta xəstəlik bəhanəsiylə hökmün oxunmasına belə gəlmədi.

 

İstintaq sübut edib ki, rəfiqəsi Çhve Sun Sil tək hərəkət etmirdi - prezident baş verənlərdən xəbərdar olub və onunla əlbir idi. Qadınlar Koreyanın böyük firma rəhbərlərini ağlasığmaz məbləğdə rüşvət verməyə məcbur edirdilər: məsələn, “Samsung” firması onlara 6,8 milyon dollar, “Lotte” 6,5 milyon dollar, “SK Group” isə 8,3 milyon dollar vermişdi.

 

Çhve Sun Silə 20 il həbs və 17 milyon dollar cərimə cəzası verildi. Onun korrupsiya sxemlərinə 53 şirkət, eləcə də onlara sahib olan milyarderlər cəlb edilmişdi. Onların bəziləri də dəmir barmaqlıqlar arxasına düşdü. Belə ki, “Samsung Electronics” şirkətinin vitse-prezidenti Çhve Sun Silin 22 yaşlı qızı üçün atçılıq məşqi və ləvazimatları üçün 6 milyon dollardan çox, həmçinin İspaniyadan at alıb gətirmək üçün 850 min dollar verdiyini etiraf etdi.

 

Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın He məhkəmədə, 27 iyul 2017-ci il

 

“Samsung” firmasının vitse-prezidenti Li Ce Yon rüşvət ittihamı ilə istintaqda

 

“Samsung”un baş direktoru Li Kun Hi

 

Cənubi Koreyada siyasi çəkişmələrə öyrəşiblər. Dövlət başçılarının ətrafında tez-tez qalmaqallar alovlanardı: bəziləri öldürülür, bəziləri devrilir, bəziləri isə rüşvətxorluqda ittiham olunduqdan sonra canına qəsd edərdi. Eyni zamanda, prezidentlərin ailə üzvləri də tez-tez korrupsiya ittihamları ilə müttəhimlər kürsüsündə oturublar.

 

Lakin Pak Kın Henin başına gələnlər yerli sakinlər arasında xüsusi qıcıq yaradıb. 2012-ci ildə onu bu qədər fəal dəstəkləyən insanlar siyasətçidən üz döndərdilər. Yaşlı nəsil etiraf edirdi ki, onu həmişə atası ilə müqayisədə çox zəif hökmdar hesab ediblər, gənclər isə onu diktatorun dəli qızı kimi qəbul edərdilər. Dövlət başçısının korrupsiya qalmaqalında əli olduğu məlum olan kimi onun reytinqi 59 faiz aşağı düşdü. Hələ 2016-cı ilin noyabrında bu, 63 faiz idi, bir ay sonra isə 4 faizdən yuxarı qalxmadı.

 

Bir neçə ay ərzində bir milyondan çox koreyalı hər həftəsonu “toyuq” adlandırdıqları prezidentin istefasını tələb edərək etiraz aksiyası keçirirdilər. Bundan sonra yerli yeməkxanalarda qızardılmış toyuq yeməklərinə tələbat artdı: yemək sifariş edərkən ziyarətçilər gülür və siyasi şüarlar səsləndirirdilər.

 

Tərcümə və təqdim etdi: Miraslan

 

Oxşar xəbərlər
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu