İraqdan Bakıya gətirilən 12 ailə öldürülən İŞİD-çıların başsız qalan yaxınlarıdır - İddia
Cəmiyyət
Oxunub: 1086
28 Nov 2021 | 20:03
İraqdan Bakıya gətirilən 12 ailə öldürülən İŞİD-çıların başsız qalan yaxınlarıdır - İddia
Hüquqşünas: “Qadınların, uşaqların terror dəstələrində iştirakları aydınlaşdırılır və müvafiq qərarlar verilir”
 
Noyabrın 24-də Azərbaycan Suriyada düşərgədə saxlanılan 12 vətəndaşını ölkəyə qaytarıb. Bu haqda BBC-nin Azərbaycan redaksiyası məlumat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, ölkəyə gətirilən azərbaycanlılar Suriyada Cerablus şəhərindəki Amerna düşərgəsində olublar.
 
Nazirlik bildirib ki, hökumətin “mərhələli və əlaqələndirilmiş tədbirlər”i nəticəsində azərbaycanlıların qaytarılmasına nail olunub. Qurumun məlumatına görə, əvvəlcə ölkəyə gətiriləcək şəxslərin yeri, şəxsiyyəti müəyyən edilib. “Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız ”Azərbaycan Respublikasına qayıdış şəhadətnamə"ləri ilə təmin edilib və 24 noyabr tarixində qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib", - Azərbaycan XİN bildirib. Nazirlik elan edib ki, ölkəyə gətirilən vətəndaşların reabilitasiyası və reinteqrasiyası üçün tədbirlər görüləcək.
 
Ötən ayın sonunda Azərbaycan İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 uşağı ölkəyə qaytarıb. XİN həmin vaxt elan edib ki, ölkəyə İraqdan 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşı gətirilib. İraq düşərgələrindən gələnlər İŞİD-çi döyüşçülərin arvad-uşaqları olması ehtimalı böyükdür. 2019-cu ildə o ailələrin Bakıdakı doğmaları “Yeni Müsavat”a müraciət edərək, hökumətdən vətənə dönmələri üçün xahiş edirdilər. O dövrdə onların qayıdışına isti baxılmırdı. İndi isə vətəndaşlarımızın geri qayıtmaları və reabilitasiyadan keçmələri üçün şərait yaradılır.
 
Dəyişən nədir? Bunlar hansı şərtlər altında reallaşır? İraqdan gələnlər İŞİD-çi döyüşçülərin ailələridirsə, onların potensial, gizli terrorçu olmamalarına zəmanət varmı? İraq düşərgələrindən gələnlər İŞİD-çi döyüşçülərin arvad-uşaqlarıdırmı?
 
Əvvəllər xaricə gedən və bu cür terrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunur. Bunun üçün ölkəmizdə xüsusi reabilitasiya mərkəzi yaradılıb. Həmin reabilitasiya mərkəzində digər qurumlarlarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri də ölkəmizə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edirlər.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov mətbuata açıqlamalarında Suriyada, İraqda döyüşən azərbaycanlılarla bağlı məsələnin hüquq-mühafizə orqanlarının, xüsusi xidmət orqanlarının nəzarətində olduğunu açıqlamışdı. Bildirmişdi ki, bu məsələ hüquq mühafizə orqanları üçün prioritet fəaliyyət sahəsidir. O, İŞİD-ə qoşulanlar və onların ailə üzvlərinin sayı ilə bağlı rəqəmləri də açıqlamışdı. Sitat: “Bu hesablama əlbəttə ki, təqribidir. Bugünkü statistikaya görə, o münaqişəyə qoşulmuş 300-ə yaxın azərbaycanlı ölüb. Ümumilikdə götürsək, 900-ə yaxın azərbaycanlının və onların ailə üzvlərinin bu münaqişələrə qoşulması haqqında məlumat var. Bəzisi döyüşçü kimi, bəzisi onun ailə üzvü kimi gedib. 300-ə yaxının öldüyü barədə məlumat var, 92 nəfər haqqında məhkəmə hökmü qüvvəyə minib, o cümlədən, 260-a qədər adamın Azərbaycan vətəndaşlığı ləğv edilib. Yeni şəxslər də müəyyənləşib ki, onların da vətəndaşlığı ləğv olunacaq. Yəni onlar ölkəyə qayıda bilməyəcəklər. Qayıtdıqları təqdirdə artıq onlar ölkəyə buraxılmayacaqlar. Sağ qalanların üçüncü ölkələrdə gizlənməsi barədə məlumatlarımız var. Bu barədə aidiyyəti qurumlar tərəfdaş ölkələrlə birgə iş aparır”.
 
Hüquqşünas Natiq Ələsgərova görə, çalışmaq lazımdır ki, həmin şəxslər Azərbaycana gətirilsin, qanun qarşısında cavab versinlər: “Burada həm Azərbaycanın imkanlarından istifadə edilməlidir, həm də beynəlxalq aləmdə terrorizmlə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlıq imkanlarından istifadə olunmalıdır. Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının terrorçuların hansı ölkələrdə olmalarından asılı olmayaraq, onları ölkəyə gətirmək imkanları var. Bir növ hər kəs anlayır ki, Azərbaycanın əli uzundur. Bu eyni zamanda, ölkəmizin həm xüsusi xidmət orqanlarının, həm də bir dövlət orqanının nüfuzunun güclənməsinə gətirib çıxara bilər. Buna müsbət bir amil kimi baxmaq lazımdır. Terroristlərin, yaxud beynəlxalq terror təşkilatları sıralarında vuruşanların, terrorizmdə şübhəli bilinənlərin vətəndaşlıqdan çıxarılması problemin köklü həllindən yayınmaqdır. Xüsusi xidmət orqanları onların saxlanılmasına, həbs edilməsinə və ölkəyə gətirilməsinə, hüquq-mühafizə sistemlərinin bu istiqamətdə çalışmasına diqqət verməlidirlər. Onlar Azərbaycan qanunvericiliyinə əsasən, haqq-ədalət mühakiməsinə çıxarılmalı və cavab verməlidirlər”.
 
Hüquqşünas deyir ki, İŞİD-çilərin ailə üzvləri ölkəyə gətiriləndən sonra onlarla bağlı reabilitasiya tədbirləri həyata keçirilir: “Terrorçu dəstələrdə döyüşmüş şəxslərin ailə üzvləri xüsusi yoxlamadan keçirilir. Qadınların, uşaqların terror dəstələrində iştirakları aydınlaşdırılır, buna müvafiq qərarlar verilir”.
 
Natiq Ələsgərovun sözlərinə görə, bu gün Azərbaycan xüsusi xidmət orqanları həm öz imkanları çərçivəsində, həm də beynəlxalq əməkdaşlıq, yaxud ikitərəfli, çoxtərəfli əməkdaşlıq çərçivəsində müxtəlif xüsusi xidmət orqanları ilə informasiya mübadiləsi aparırlar:  “Bu imkanlarından yararlanıb terror təşkilatlarında, qanunsuz silahlı birləşmələrdə olmuş Azərbaycan vətəndaşlarının yerini müəyyən edib saxlayır, ölkəyə gətirə bilir. Onlar ekstradisiya ediləndən sonra Azərbaycan qanunları çərçivəsində mühakimə olunurlar. Onların təhlükəli olduqlarına gəlincə isə, əlbəttə, ciddi potensial təhlükədirlər. Onlar şəxsiyyət vəsiqələrini dəyişdirib, ya saxta, ya da qanuni yollarla müxtəlif ölkələrin vətəndaşlığını aldıqdan sonra yenidən Azərbaycana gələ bilərlər. Yaxud üçüncü ölkələrdən qanunsuz yolla Azərbaycana gələ bilərlər. Müxtəlif qrupların tərkibində onların ölkəmizə gəlmək imkanları da var. Düzdür, hazırda şəxsiyyətin müəyyən edilməsi üçün daha dəqiq metodlar var, amma yenə də açıq yerlər qalır və onlar bundan istifadə edə bilərlər. Bu məsələnin köklü həlli o şəxslərin şəxsiyyətlərinin müəyyən olunması, hansı ölkələrdə olmaları və həmin ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqla o terrorçuların həbs edilib, ölkəyə ekstradisiyalarına, burada mühakimə edilmələrinə nail olmaqdan keçir”.
 
Qeyd edək ki, bu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb və ölkəmizə gətirilib. Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan Respublikası vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.(musavat.com)
Oxşar xəbərlər
18:45, Bu gün
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:38, Bu gün
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
18:33, Bu gün
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
18:30, Bu gün
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:24, Bu gün
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:18, Bu gün
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:16, Bu gün
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
18:10, Bu gün
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
18:08, Bu gün
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
18:07, Bu gün
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
18:03, Bu gün
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
17:57, Bu gün
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
17:54, Bu gün
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
17:48, Bu gün
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
17:46, Bu gün
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
17:45, Bu gün
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
17:42, Bu gün
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
17:40, Bu gün
Qan laxtalanması riski kimlərdə olur?
17:38, Bu gün
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
17:35, Bu gün
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
17:30, Bu gün
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
17:26, Bu gün
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
17:23, Bu gün
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
17:19, Bu gün
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
17:19, Bu gün
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
17:15, Bu gün
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
17:10, Bu gün
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
17:05, Bu gün
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
17:00, Bu gün
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16:56, Bu gün
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16:52, Bu gün
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
16:48, Bu gün
"ABŞ İran dronları kimi Rusiya dronlarını vurmayacaq" - Con Kirbi
16:44, Bu gün
Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”
16:40, Bu gün
Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO
16:35, Bu gün
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir - FOTO
16:30, Bu gün
YAP Xətai rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir
16:25, Bu gün
Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
16:22, Bu gün
Tiktoker "Semka" həbs edildi
16:20, Bu gün
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək - FOTOLAR
16:15, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi
16:11, Bu gün
BDU-da təlim: “Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili” - FOTO
16:07, Bu gün
"Əl-ayağımı, ağzımı bağlayıb, 10 min manat istədi"
16:05, Bu gün
“Bakcell” böyük yeniliklərə hazırlaşır
16:04, Bu gün
Vladimir Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - FOTO
16:02, Bu gün
Brüssel “sxodka”sının ŞOK gizlini açılır – Tələdəki pendir yemək üçün deyil!
16:00, Bu gün
Bakıda evdən meyit tapıldı
15:57, Bu gün
Xəzərdə süni torpaq sahəsinin yaradılması parlamentdə müzakirə olundu - FOTO
15:53, Bu gün
50 milyardlıq iş müqabilində 16 milyon əmək haqqı alan əsirlər – SENSASİON DETALLAR
15:48, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:43, Bu gün
BDU-da “Gənclik həftəsi” keçirilir - FOTO
15:39, Bu gün
"Elə müasir silahlarımız var ki, İranı daş dövrünə qaytara bilər..."
15:36, Bu gün
BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir - FOTO
15:32, Bu gün
"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə
15:30, Bu gün
Maksimum bal toplayan Bakı məktəbliləri - FOTO
15:28, Bu gün
Şimal-qərb regionunun daha 2 məktəblisi maksimum nəticə göstərdi
15:23, Bu gün
ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib - FOTO
15:19, Bu gün
FHN qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
15:15, Bu gün
Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər
15:13, Bu gün
Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy və…
15:12, Bu gün
Elşad Qarayev canlı efirdə AĞLADI: Ürəyi daş... - FOTO
15:10, Bu gün
Danimarkanın 400 illik mədəni irsi alovlar içində - VİDEO
15:09, Bu gün
İsrail və İranın aramsız savaş anonsu: Müharibə riski nə qədər ciddidir? - ŞƏRH + FOTO
15:08, Bu gün
Bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb - VİDEO
15:07, Bu gün
DİN baş redaktor və müxbirin həbsi ilə bağlı məlumat yaydı
15:05, Bu gün
Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı
15:04, Bu gün
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfələr verəcək - RƏY
15:02, Bu gün
Hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı komissiya iclası keçirilib
15:01, Bu gün
Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli oldu
15:00, Bu gün
İnfarktı əvvəlcədən necə müəyyənləşdirmək olar? - MÜTƏXƏSSİS DANIŞDI
14:59, Bu gün
Ən çox balı onlar topladı - SİYAHI
14:57, Bu gün
Azərbaycan elektromobil idxalını 2 dəfə artırıb
14:55, Bu gün
Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO
14:53, Bu gün
"Terror hər yerdə məğlub edilməlidir" - Zelenski
14:47, Bu gün
Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir - FOTO
14:46, Bu gün
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
14:44, Bu gün
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
14:42, Bu gün
İntibah dövrü yaşayan Füzuli - VİDEO
14:38, Bu gün
Oğuzda inşasına başlanılan su anbarından kimlər faydalana biləcək? - FOTO
14:33, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə olunub
14:29, Bu gün
Biznes subyektləri və potensial sahibkarlar biznes təlimlərindən yararlanıblar - FOTO
14:25, Bu gün
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:23, Bu gün
Gəncədə şagirdlər arasında DAVA: Xəsarət alan var - YENİLƏNİB
14:21, Bu gün
Kənddə biabırçılıq: ərli qadın yad kişilərlə gəzdi, içki məclisi qurdu, atası isə... – ŞOK
14:17, Bu gün
Prezident Türkiyə-Azərbaycan Universiteti ilə bağlı fərman imzaladı
14:13, Bu gün
Prezident: “Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb”
14:10, Bu gün
Bu günün ən xoşbəxt bürcü: Əkizlər üçün şanslı olacaq
14:07, Bu gün
Prezident hökumətinin qarşısında duran əsas infrastruktur layihələri AÇIQLADI
14:04, Bu gün
Bu ölkədə 3 avqust – yezidi kürdlərin soyqırımı günü elan olundu...
14:02, Bu gün
İlham Əliyev bu qanuna dəyişiklikləri təsdiqlədi
14:00, Bu gün
Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
13:57, Bu gün
İlham Əliyev: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”
13:55, Bu gün
Prezident Aydın İbadovu vəzifəsindən azad etdi - FOTO
13:54, Bu gün
300 bal toplayanlardan 14-ü Bakı, 25-i region məktəblərinin şagirdləridir
13:53, Bu gün
Prezident: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq”
13:52, Bu gün
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
13:50, Bu gün
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
13:48, Bu gün
Ekspert: “COP29 iqlim məqsədlərinə çatmaqda təməl daşı ola bilər”
13:45, Bu gün
Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var”
13:42, Bu gün
Şair Salam Sarvan yenidən əməliyyat olunacaq
13:39, Bu gün
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi
GÜNLÜK
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."