“İnsanlar hələ də ədalətsizliklə qarşılaşırlar..."
Cəmiyyət
Oxunub: 994
28 Nov 2021 | 10:38
“İnsanlar hələ də ədalətsizliklə qarşılaşırlar...
Ədliyyə naziri ilə ətraflı söhbətin sonuncu hissəsi məhkəmələrin fəaliyyətinə həsr olundu. Bütün hüquq-mühafizə orqanları kimi məhkəmələr də istənilən ölkənin ictimaiyyətində böyük maraq doğurur.  Cəmiyyətdə hamı məhkəmələrin fəaliyyətindən razı qala bilməz, kiminsə hüququ qorunursa, qarşı tərəf öz hüquqlarının pozulduğu qənaətinə gəlir.  Bu, problemin obyektiv tərəfidir. Subyektiv tərəf də var - sosialist qanunçuluğundan  hakimiyyətin qollarının bölgüsünü nəzərdə tutan əsl huquqi və demokratik qanunçuluğa keçid. Və Azərbaycanda bu keçid yetərincə ağrılı olmaqla, böyük problemlərlə və bəzən də dövlətlə vətəndaşların maraqlarının toqquşması ilə müşayiət olundu.
 
Ancaq mən nazirin qarşısında birbaşa, narahatlıq doğuran və ümumiyyətlə, cəmiyyətin əksər hissəsinin cavab axtardığı aktual suallar qoymağa çalışdım.
 
Beləliklə, Ədliyyə naziri, Məhkəmə-hüquq Şurasının rəhbəri Fikrət Məmmədovla söhbətin üçüncü hissəsini təqdim edirik.
 
- Kütləvi informasiya vasitələrində tez-tez məhkəmələrin fəaliyyəti tənqid olunur.  Milli məhkəmə sistemində problemlər toplanıb. Məhkəmələrin işindəki problemlərin və neqativ halların aradan qaldırılması üçün hansı tətbirlər görülür?
 
- İstənilən demokratik cəmiyyətdə müstəqil və effektiv məhkəmə sistemi müstəsna rol oynayır. Bəllidir ki, ədalətli məhkəmə olmadan hüquqi dövlət yoxdur, onun əsas elementi isə müstəqil məhkəmə sistemidir.  70 il ərzində totalitarizmdən əziyyət çəkmiş Azərbaycan üçün “ədalətli məhkəmə” sözü xüsusilə böyük əhəmiyyət daşıyır.  Təsadüfi deyil ki, müstəqilliyimizin bərpasının ilk dövrlərində ümummilli lider Heydər Əliyev məhkəmə-hüquq islahatlarına şəxsən başçılıq etdi və indiki məhkəmə sistemi onun xeyir-duası ilə fəaliyyətə başladı.
 
2003-cü ildə hakimiyyətə gələn prezident İlham Əliyev zamanın çağırışlarını nəzərə alaraq özünün ilk qərarlarından biri ilə məhkəmə sisteminin modernləşməsini və bu sahədə yeni islahatları elan etdi.
 
Maraqlıdır ki, Avropada və hətta köhnə demokratiya ölkələrində də milli məhkəmə sisteminin təkmilləşdirilməsi məsələsi aktuallaşıb və Avropa ədliyyə nazirlərinin bir neçə konfransı bu problemə həsr olunub. Bundan əlavə, Avropa insan haqları məhkəməsi 2010-2015-ci illərdə bu məsələ ilə bağlı 5 xüsusi konfrans təşkil edib.
 
Göründüyü kimi, bizim prezidentimiz demokratik dəyərlərə möhkəm bağlılıq nümayiş etdirməklə bu məsələdə qoca Avropanı qabaqlayıb.
 
O vaxt başlayan islahatlar kompleks xarakter daşıyırdı, bütün aspektləri - qanunvericilik, institusional, təşkilati, kadrlarla bağlı, sosial və praktik tədbirləri əhatə edirdi.
 
Qısa zaman ərzində “Məhkəmələr və hakimlər haqqında” qanuna əhəmiyyətli dəyişikliklər olundu, “Məhkəmə-hüquq Şurası haqqında” yeni qanun və bir sıra digər normativ aktlar, o cümlədən prosedurların maksimum şəffaflığını nəzərdə tutan hakimliyə namizədlərin seçilməsi Qaydaları qəbul edildi.  İki müstəqil institut  təsis olundu:  Məhkəmə-hüquq Şurası - bu, məhkəmə hakimiyyətinin özünüidarə orqanıdır və onun tərkibinə hakimlər üstünlük təşkil etməklə hakimiyyətin hər üç qolunun nümayəndələri daxil oldu. Və ikincisi - Hakimlərin seçilməsi Komitəsi. Bu təsisatların hər ikisi artıq 15 ildir effektiv fəaliyyət göstərir. Buna məhkəmə özünüidarə orqanının səlahiyyətlərinin daima genişləndirilməsi və demək olar ki hər il qanunvericiliyə edilən əhəmiyyətli dəyişikliklər də imkan yaratdı. Məhkəmələrin müstəqilliyinin, fəaliyyətinin şəffaflığının və effektivliyinin möhkəmlənməsinə yönəlmiş bu cür mütərəqqi düzəlişlərin sayı artıq 60-a çatıb.
 
Əgər artıq sürətlə həyata keçmiş bütün islahatları əhatə etməli olsaq, inanın ki, söhbətimiz çox uzanacaq.  Odur ki, mən keçdiyimiz yolun daha əhəmiyyətli mərhələləri və əsas problemlər üzərində dayanmaq istərdim.
 
Məlumdur ki, məhkəmə sisteminin effektivliyinin tanınması üçün ilk növbədə onun real müstəqilliyi təmin olunmalı, o, şəffaf və əhali üçün əlçatan olmalı, həmçinin cəmiyyətin etmadını qazanmalıdır. Sonuncusunu məhkəmə sisteminin qiymətləndirilməsində əsas kriteri saymaq olar.
 
Hakimlərin real müstəqilliyinin təmin olunması üçün dünya praktikasında olduğu kimi onların müddətsiz təyinatı qanunvericilikdə təsbit edilib, bununla yanaşı müxtəlif instansiyalar üçün konkret yaş limiti də müəyyənləşdirilib.
 
Bundan əlavə, məhz bu məqsədlə hətta hakimlərin maaşlarının azaldılmasını qadağan edən qanun da qəbul olunub. Təəssüf ki, qlobal iqtisadi böhran və digər subyektiv faktorlarla bağlı hətta Avropa ölkələrində də bu cür neqativ meyllər müşahidə olunub.
 
Məhkəmələrin əlçatanlığından danışarkən qeyd olunmalıdır ki, ölkədə cəmi 117 məhkəmə fəaliyyət göstərir, o cümlədən, onların üçdə biri və ya 36-sı yenidən yaradılmış məhkəmələrdir. Yeni məhkəmələrdən 34-ü bölgələrdədir.  Buraya apellyasiya məhkəmələri, inzibati və kommersiya, habelə hərbi cinayətlərlə bağlı məhkəmələr aiddir.  Onların hər birinin təşkili xeyli maliyyə xərcləri, habelə bir sıra logistik, təşkilati, kadr, sosial və praktik məsələlərin həllini tələb edir.
 
Burada bizim üçün tamamilə yeni olan, 2011-ci ildən fəaliyyət göstərən və vətəndaşların hüqularının müdafiəsində vacib rol oynayaraq onların dövlət orqanlarına olan şikayətlərinə baxan inzibati ədliyyəni ayrıca qeyd etmək istərdim.
 
Bu məhkəmələrin fəaliyyətini gerçəkləşdirmək üçün çox mühüm normativ akt - İnzibati-prosessual kodeks qəbul olunub, beynəlxalq praktika öyrənilib, o cümlədən demək olar ki bütün hakimlər 150 illik inzibati ədliyyə təcrübəsi olan Türkiyədə təcrübə keçib.
 
Bizim islahatlarımızın yeni vacib mərhələsi prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli fərmanı oldu. Bu sənəd bizim sahədəki bütün mövcud problemləri əhatələməklə bizim üçün yol xəritəsinə çevrildi.
 
Həmin fərmanın yerinə yetirilməsi çərçivəsində qısa vaxt ərzində mühüm qanunverici, institusional və praktik addımlar atıldı, vahid məhkəmə praktikasının formalaşması üçün işlək mexanizmlər yaradıldı,  yeni kommersiya məhkəmələri təsis olundu, hakimlərin sayı artırıldı, məhkəmələrin, hakimlərin və məhkəmə işçilərinin maddi təminatı yaxşılaşdırıldı ki, bu da müstəqilliyin təmin olunmasında və korrupsiyaya qarşı heç də az əhəmiyyət kəsb etmir.
 
Bundan əlavə, fərmana müvafiq olaraq cəzaların humanistləşdirilməsi ilə bağlı cinayət qanunvericiliyinə dəyişikliklər edildi ki, bu da bir çox məhkumun taleyində öz əksini tapdı.
 
Ancaq mən ötən ay qüvvəyə minən qanunvericilik yeniliklərinin üzərində dayanmaq istərdim. Belə ki, Mülki-prosessual kodeksə görünməmiş sayda - 350 ədəd konseptual xarakterli dəyişikliklər edildi ki, onlar da birbaşa ədalət məhkəməsinin keyfiyyət və effektivliyinin yüksəldilməsinə, süründürməçiliyin aradan qaldırılmasına, məhkəmə araşdırmalarının tezləşdirilməsinə, mümkün sui-istifadə faktlarının qarşısının alınmasına yönəldilib. Üstəlik, xırda iddialar və yazılı icraatların dövrəsi genişləndirilib, prosessual müddətlər dəqiqləşdirilib və gərəksiz ləngitmələrlə mübarizənin əlavə mexanizmləri nəzərdə tutulub, həmçinin digər dəyişikliklər də tətbiq olunub.
 
Bu yeniliklərin sadəcə siyahısı belə onların məhkəmələrin effektivliyindəki əhəmiyyəti göstərir.
 
- Ancaq məhkəmə fəaliyyətinin şəffaflığının təmin olunması da vacib aspektdir...
 
- Şübhəsiz. Bu məsələyə artıq toxunmuşuq, indi isə daha ətraflı bəhs edək.
 
Cəmiyyətin etimadını qazanması üçün məhkəmə fəaliyyətinin şəffaflığı həmişə həlledici əhəmiyyət daşıyıb.  Bu istiqamətdə çox işlər görülüb, ancaq dövlət başçısının sərəncamı ilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması, habelə 10 il əvvəl tətbiq olunmağa başlamış Məhkəmə sisteminin vahid elektron portalı bu sahədə müqayisəolunmaz geniş perspektivlər açdı.  
 
Bu, ilk növbədə proseslərin audio və videoyazısının, habelə onların video konfransları yolu ilə keçirilməsinin, iddiaların elektron formatda təqdim olunmasının, proseslə bağlı bütün məlumatların əldə olunmasının, elektron kabinetin köməyilə işin materialları ilə tanışlığın, elektron sənəd dövriyyəsinin, hakimlər arasında işlərin avtomatik şəkildə bölüşdürülməsinin, qəbul olunan məhkəmə qərarlarının dərcinin və s. mümkünlüyü deməkdir.
 
Yeri gəlmişkən, proseslərin video konfranslar yolu ilə keçirilməsinin mümkünlüyü karantin şəraitində və qlobal pandemiya ilə bağlı xüsusi əhəmiyyət kəsb etdi.
 
Ölkədə fəaliyyətdə olan 117 məhkəmədən 77-də, yəni üçdə ikisində artıq “elektron məhkəmə” sistemi tətbiq olunur, gələn il isə bu sstemin bütün məhkəmələri əhatələməsi planlaşdırılır.
 
Məhkəmələrin əlçatanlığı və daha çox şəffaflığının təmin olunması kontekstində xüsusi olaraq məhkəmələrin müasir infrastrukturlarının yaradılmasını qeyd etmək lazımdır.
 
Dövlət başçısının tapşırıqlarına müvafiq olaraq paytaxtda və bölgələrdə artıq 35 məhkəmə üçün yeni bina və komplekslər inşa olunub, onlar müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchiz olunub, bir sözlə, “yüksək texnoloji” (hi-tech) məhkəmələr sayılır.
 
O cümlədən Dünya Bankı ilə layihə çərçivəsində inşa olunmuş bu binalar konseptual nöqteyi-nəzərdən tamamilə innovasiondur.  Orada ədalət məhkəməsinin keyfiyyətli icrası və vətəndaşların rahatlığı üçün bütün vacib şərait mövcuddur, bu vaxt tərəflərin hakimlərlə qeyri-prosessual münasibətləri üçün istənilən imkan istisna edilib.
 
Təkcə bu il ərzində Bakı şəhərində Suraxanı rayon məhkəməsi, həmçinin Sumqayıt və Masallıda məhkəmə kompleksləri istismara verilib.
 
Məhkəmə hakimiyyətinin roluna müstəsna əhəmiyyət verən dövlət başçısı bu bina və komplekslərin açılışında şəxsən iştirak edərək yerindəcə görülən işlərlə tanış oldu və müvafiq tapşırıqlar verdi.
 
Biz böyük ictimai marağı nəzərə alaraq media turları və həm inzibati binaların, həm də islahatların ictimai təqdimatını təşkil etdik. Sumqayıtda istismara verilən möhtəşəm məhkəmə kompleksində Milli Məclisin profil komitələri ilə birlikdə deputatlar üçün geniş ictimai təqdimat təşkil olundu, uğurlar və problemlərlə bağlı açıq söhbət baş tutdu.
 
Şəffaflığın təmin olunmasının vacib üsullarından birinə artıq toxunmuşuq - bu, məhkəmə qərarlarının dərcidir ki, məhkəmə praktikası ilə bağlı məlumatlılığı artırır və sistemli çatışmazlıqların aşkarlanmasında əhəmiyyətli rol oynayır.  Əlavə etmək istərdim ki, bir il ərzində elektron formada 250 minə yaxın məhkəmə qərarı dərc olunub. Onların sayı sürətlə artır.
 
Bununla bərabər, ədalət məhkəməsinin fəaliyyəti prosesinə ictimai etimadın demokratiyanın vacib komponenti olduğunu nəzərə alaraq məhkəmələrdə KİV-lərlə işlə bağlı spiker hakimlər müəyyən olunub ki bu da etimadın möhkəmlənməsinə, şəffaflığın artırılmasına, ictimaiyyətin daha çox məlumatlandırılmasına yönəldilib. Yeri gəlmişkən, yeni təyin olunan spikerlər bir çox KİV rəhbəri və jurnalistlərlə artıq görüşüb tanış olublar, həmçinin onlar üçün birgə treninq və seminarlar təşkil ediblər.
 
Qeyd edək ki, bizim informasiya sistemimiz məhkəmə fəaliyyətinin bir çox aspektlərinin elektron monitorinqinə və pozuntulara operativ  reaksiya göstərməyə imkan verir.  Gündəlik monitorinqlərin nəticəsində müəyyən olunan pozuntularla bağlı hakimlərə və məhkəmə sədrlərinə Məhkəmə-hüquq şurası tərəfindən bu cür əməllərinin yolverilməzliyi haqda 130 xəbərdarlıq məktubu ünvanlanıb.  Üç hakim, o cümlədən iki məhkəmə sədri təkrar pozuntulara görə intizam məsuliyyətinə cəlb edilib.
 
- Bəs hakim səhvlərinə qarşı hansı tədbirlər görürsünüz?  Hakimlərin məsuliyyət ölçüsünü artırmaq üçün nə edirsiniz? Axı onların əllərində insan taleləri və hətta həyatları var…
 
- Bilirizmi, heç bir hüquq sistemi məhkəmə səhvlərindən sığortalanmayıb.  Əks halda daha yuxarı instansiyalara - apellyasiya, Ali və Avropa məhkəmələrinə ehtiyac olmazdı.
 
Məhkəmə səhvlərindən danışarkən differensiallaşma aparmaq lazımdır - qanunun pozulması faktı varmı, varsa nə dərəcədə ciddidir və hansı nəticələrə apara bilər və s...  Çatışmazlıqlarla mübarizənin və hakimlərin effektiv fəaliyyətinin stimullaşdırılmasının əsas vasitəsi onların işinin dövri olaraq qiymətləndirilməsidir.
 
Fərmana müvafiq olaraq bizim tərəfimizdən nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə hakimlərin fəaliyyətinin yeni Hüquqi qiymətləndirilməsi Qaydaları hazırlanıb ki, o da hərtərəfliliyi, şəffaflığı, demokratikliyi və obyektivliyi ilə fərqlənir. Bu məqsədlə xüsusi proqram təminatı da işlənib hazırlanıb.
 
Bu Qaydalara uyğun olaraq hər bir hakimin qiymətləndirilməsi saytımızda yerləşdirilmiş vahid formanın əsasında aparılır.  Hakimlər özləri barədə materiallar təqdim edə, məsələnin müzakirəsinə qoşula, habelə qəbul olunan qərardan şikayə verə bilərlər.
 
Bu il ərzində 120 hakimin fəaliyyətinə qiymət verilib, nəticələrlə bağlı onların bir hissəsi yuxarı vəzifəyə çəkilib, 3 hakimin səlahiyyətləri dayandırılıb, 14 nəfərdə peşəkar nöqsanlar aşkarlanıb və onlara 6 ay müddətində nöqsanları aradan qaldırmaq üçün şans verilib, əks halda onların da səlahiyyətlərinin dayandırılması məsələsi qoyulacaq.
 
Qiymətləndirmənin nəticələri həmçinin bəzi hakimlərin treninqlərə cəlb olunmasının məqsədəuyğunluğunu göstərdi, bununla bağlı onlara müvafiq tövsiyələr verildi.  Yeri gəlmişkən, hakimlərin müstəqilliyini nəzərə alaraq onlar treninqlərə yalnız könüllülük əsasında cəlb olunurlar və treninqlərin proqramları hakimlərin özlərinin ixtisaslarının yüksəldilməsi istəkləri nəzərə alınaraq tərtib edilir.
 
Hakimlərin məsuliyyəti haqda sualınıza cavab olaraq bildirmək istərdim ki, onlar tərəfindən qanunun kobud şəkildə pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.  Onların müstəqil statusunu nəzərə alaraq bu, qanun tərəfindən ciddi şəkildə nizamlanır və çox demokratikdir.
 
Məhkəmə-hüquq şurası bütün fəaliyyəti dövründə 225 hakimi inzibati məsuliyyətə cəlb edib,  onlardan 16-sının məhkəmə səlahiyyətləri ləğv olunub, 33-ü daha aşağı vəzifəyə keçirilib, 104 nəfərə isə töhmət verilib.
 
Yalnız korrupsiya üçün şərait yarada biləcək faktlara görə 43 hakim inzibati məsuliyyətə cəlb olunub, 13 hakim vəzifəsindən kənarlaşdırılıb, 9 hakimin səlahiyyətlərinə vaxtındanəvvəl xitam verilib,  1 nəfər isə vasitəçilik funksiyası göstərmiş məhkəmə işçisi və vəkillə birlikdə korrupsiyaya görə məhkum edilib.  Bundan əlavə, yaxınlarda məhkəmə işində yardım göstərmək səbəbi ilə vətəndaşdan pul almış daha 2 məhkəmə əməkdaşı həbs olunub.
 
Ümumilikdə məhkəmə sistemindən mənfi motivlərə görə 167 hakim kənarlaşdırılıb. O cümlədən, inzibati cəza qaydasında, fəaliyyətlərinin qiymətləndirilməsinin nəticələrinə görə, səlahiyyət müddətlərinin uzadılmaması ilə.
 
Bəzi hakimlərin etik davranışı ilə bağlı da müəyyən problemlərimiz var, buna görə onları inzibati məsuliyyətə cəlb edirik.  Bu məsələyə vacib əhəmiyyət verərək hazırladığımız ilk normativ aktlardan biri Etik davranış kodeksidir və onun öyrənilməsi hökmən təhsil proqramına daxildir.  Bunda əlavə, hakimliyə namizədlərin estetik tərbiyəsinə diqqət ayıraraq təhsil proqramına muzeylərə, teatlara getmək və s. da daxil edirik.
 
Digər pproblemlərdən danışarkən qeyd etməliyik ki, məhkəmələrin əlçatanlığının yaxşılaşdırılması, həmçinin iqtisadi dövriyyənin inkişafı mülki xarakterli işlərin sayının kəskin artmasına səbəb olub.  Son 5 ildə ayrı-ayrı illərdə məhkəmələr tərəfindən baxılan işlərin sayı hətta 500 000-i ötüb. Bəzi hakimlər gündə 30-a qədər işə baxmalı olublar.  Əlbəttə bu cür yüklənmə keyfiyyətə təsir edir, burada çatışmazlıqlar və xətalar gözləniləndir.
 
Bu problemin həlli üçün məhkəmələrin yükünün azaldılması məqsədilə qanunverici və praktik addımlar atılıb.  Buraya bəzi kateqoriyadan olan işlərlə bağlı sadə icraatın təsisi, nümayəndəlik institutunun təkmilləşdirilməsi, bəzi az əhəmiyyətli məhkəmə səlahiyyətlərinin digər orqanlara ötürülməsi, rüsumların differensiasiyası və s. aiddir.
 
Habelə prezidentin məlum Fərmanı ilə ölkədəki hakimlərin sayı üçdə bir qədər, yəni 200 vahid artırılıb. Analoji addımlar əvvəllər də atılırdı, o cümlədən hər bir hakimə köməkçi ştatı ayrılıb ki, bu da baxılan işlərin keyfiyyətində və tezliyində özünü göstərir.
 
Bu gün ən vacib məsələlərdən biri hakim vakansiyalarının doldurulmasıdır və bu proses keyfiyyətə ziyan vurmamaqla gedir.
 
Yeri gəlmişkən, bizim hakimlərin seçimi prosedurumuz beynəlxalq qurumlar tərəfindən öyrənilib və nəticədə Avropa Şurası və Avropa İttifaqı tərəfindən şəffaflıqla bağlı ən yaxşı model praktikası olaraq digər ölkələrə tövsiyə olunub.  Fikrimcə, bu prosesin obyektivliyi ilə bağlı Azərbaycan cəmiyyətində rəy çoxdan formalaşıb.
 
Vakansiyaların dərin biliklərə və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla doldurulması üçün seçim prosesi təkmilləşdirilib - sənədlər fasiləsiz qəbul edilir, imtahanlarda isə müasir texnologiyaların tətbiqi təmin olunub: namizədlər testləri kompüterlə verir, sonra isə nəticələr dərhal elan olunur.
 
Hakimliyə namizədlər testlərdən əlavə yazılı və şifahi imtahanlar da verir, bundan sonra məhkəmələrdə bir neçə aylıq praktik tədris kurslarına buraxılır, sonra yenə imtahan verirlər.
 
Bu ilin əvvəlindən artıq müsahibə seçimini uğurla keçmiş 44 nəfər prezidentin fərmanı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin olunub.  Onların ilkin fəaliyyətinin müsbət qiymətləndirilməsi bizi sevindirir.  Hazırda müsahibə seçiminin müxtəlif mərhələlərində olan digər 230 namizədə də ümidlər bağlayırıq.
 
- Hakim heyətində yeni nəslin nümayəndələrindən neçə nəfər təmsil olunub, hakimlərin arasında onların sayı nə qədərdir?  Nəsillərin əvəzlənməsi prosesi gedirmi?
 
- Bütün hakim heyətinin 75%-dən çoxu şəffaf müsahibə yolu ilə seçilmiş yeni nəsil hüquqşünaslardır. Onların əksəriyyəti son vaxtlarda seçilmiş gənclərdir, o cümlədən qadınların da məhkəmə sisteminə marağı artır və nəticədə son seçimdəki namizədlərin  60%-ni məhz qadınlar təşkil edir.
 
Bundan əlavə, son ildə məhkəmə sistemində, o cümlədən bütün yuxarı instansiya məhkəmələrinin rəhbərliyində ciddi kadr dəyişiklikləri aparılıb,  daha gənc, peşə hazırlıqları yuksək olan kadrlar təyin olunub.  Və bu addımlar artıq bəhrəsini verir.
 
Bəzi statistik göstəriciləri sadalamaq istərdim.  Mülki  xarakterli işlərin 80%-də tərəflər məhkəmənin yekun qərarı ilə razılaşıb və şikayət verməyib. Ümumiyyətlə bu kateqoriyadan işlərin 95%-də qərarlar qanuni olub və yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməyib. Cinayət işlərində isə bu göstərici 91% təşkil edib.
 
Söylənilənlər ürəkaçan təəssürat yaratsa da, bu, bizə sakitləşmək üçün qətiyyən səbəb vermir. İnsanlar hələ də ədalətsizliklə və digər pozuntularla qarşılaşırlar.
 
Məhz buna görə bütün məhkəmələrin rəhbər işçiləri ilə video konfransı formatında xüsusi müşavirə keçirilib, orada nöqsanlar və onların təxirəsalınmaz şəkildə aradan qaldırılması, prezidentin tapşırıqlarına uyğun olaraq məhkəmə fəaliyyətinin keyfiyyətcə yeni səviyyəsini təmin etmək və cəmiyyətin lazımi etimadını qazanmaq  haqda çox açıq söhbət aparılıb.(Virtualaz.org)
Oxşar xəbərlər
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
18 Apr 2024 | 08:46
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
18 Apr 2024 | 08:41
Ağdamda minaatan qurğular aşkar edilib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
18 Apr 2024 | 08:46
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
18 Apr 2024 | 08:41
Ağdamda minaatan qurğular aşkar edilib