İlham Əliyevin yaratdığı yeni Kəlbəcər...
Cəmiyyət
Oxunub: 1678
25 Nov 2021 | 11:30
İlham Əliyevin yaratdığı yeni Kəlbəcər...
Kəlbəcər təbii və zəngin sərvətləri sayəsində tezliklə Azərbaycan iqtisadiyyatında əvəzolunmaz yerə sahib olacaq
 
Dədə-baba yurduna qovuşmağın misilsiz sevinci içərisində olan Kəlbəcər eli Vətən savaşının böyük Zəfərinin təntənəsinin qürurunu Ali Baş Komandana tükənməz ehtiramla yaşayır.
 
Qüdrətli liderimizin, qalib sərkərdəmizin möhtəşəm hərbi strateqliyi sayəsində 27 illik məcburi köçkün həyatına son qoyan camaatımız doğma Kəlbəcərin azadlığının bir ilini böyük coşqu ilə qeyd edir. Artıq bu diyarda genişmiqyaslı tikinti, quruculuq işlərinə start verilməsi isə xoşbəxtliyimizi birə-min artırır, daha aydın sabaha, daha güclü Kəlbəcərə inamımızı yüksəldir.
 
Şərqi Zəngəzur iqtisadi rayonunun əsas istinadı
 
Birinci Qarabağ savaşında 488 nəfər, Vətən müharibəsində isə 35 nəfər şəhid verən Kəlbəcərin bir güllə atılmadan azad olunması cənab İlham Əliyevin əzəmətli diplomatiyasının bariz nümunəsi, uğurlu nəticəsidir. Azərbaycanın Ermənistanla sərhədboyu ən uzun məsafəyə - 136 kilometrlik bu sərhəd xəttinə malik Kəlbəcərdə üçrəngli müqəddəs bayrağımızın dalğalanmasının həm də böyük rəmzi mənası, mühüm strateji əhəmiyyəti var.
 
25 noyabr 2020-ci ildən, Kəlbəcərin azadlığından ötən cəmi bir il ərzində cənab Prezident Kəlbəcərdə müstəsna əhəmiyyətə malik olan o qədər böyük layihələr həyata keçirib ki, əminliklə deyə bilərik ki, çox qısa zamanda kəlbəcərlilər doğma yurdlarında yeni və uğurlu həyata başlayacaqlar. Möhtərəm İlham Əliyev keçmiş məcburi köçkünlərlə görüşlərində daim vurğulayır ki, dövlətin əsas vəzifələrindən biri də bu insanların öz doğma yurdlarına ləyaqətlə qayıtmalarına nail olmaqdır. Kəlbəcər camaatı tam əmindir ki, böyük Liderimiz bu missiyasınıda tam miqyasında uğurla həyata keçirəcək.
 
Azərbaycan Prezidentinin şəxsi qətiyyəti və əzmi sayəsində işğaldan azad edilən bütün torpaqlarda, o cümlədən də Kəlbəcərdə çox qısa müddətdə quruculuq və bərpa işləri üçün siyasi qərarlar verilib, bütün güclər, texniki imkanlar səfərbər olunub, maliyyə vəsaiti təmin edilib, müxtəlif sahələr üzrə kadr potensialı formalaşdırılıb, bir sözlə, hərtərəfli işlər sürətlə aparılır.
 
Dövlət başçısının birbaşa nəzarəti və rəhbərliyi altında həyata keçirilən infrastruktur layihələr Kəlbəcərin Azərbaycan iqtisadiyyatına tez bir zamanda inteqrasiya olacağından xəbər verir.
 
Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərmana əsasən, Kəlbəcər Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxildir və coğrafi baxımdan düzgün olan bu bölgü həm də ona imkan verəcək ki, rayonun iqtisadi potensialı daha dəqiq qiymətləndirilsin və sərmayələr buna uyğun yatırılsın. Kəlbəcər Şərqi Zəngəzur bölgəsinin əsas iqtisadi istinadı, gücü olacaq.
 
Sovet dövründə Kəlbəcərin unikal imkanlarından tam istifadə edilmirdi
 
İşğaldan əvvəl Kəlbəcər rayonunun iqtisadiyyatı əsasən kənd təsərrüfatı və müalicəvi turizmdən ibarət olmuşdur. Həmin dövrdə fəaliyyət göstərmiş əsas müəssisələr İstisu Mineral Sudoldurma Zavodu, Şorbulaq Civə Zavodu, “Aqrotikinti” birliyi, Kəndtikinti və yol trestləri, 1 və 2 nömrəli İstisu sanatoriyaları, ət kombinatı təsərrüfatları, karxanalar və digərləri ibarət idi.
 
Lakin reallıq budur ki, təbii sərvətlərlə zəngin olan Kəlbəcər üçün yuxarıda göstərilən iqtisadi potensial olduqca az idi və yalnız bu sahələrlə məhdudlaşa bilməzdi. Rayonda iqtisadiyyatın əksər sahələri üzrə çoxşaxəli işlər görülməsi üçün münbit şərait olsa da, o dövrdə müəyyən subyektiv səbəblərdən bu sahələrin inkişafı üçün heç də tam şərait yaradılmamışdı.
 
Kəlbəcərdə qiymətli gil, kirəmit üçün əlverişli və hədsiz yararlı torpaq mövcud olmasına baxmayaraq, daş karxanaları, kirəmit istehsal edən sexlər açmaq üçün edilən təkliflər heç zaman reallaşdırılmadı.
 
Sovet dönəmində ermənilər “Zod aşırımı” deyilən yerin Göyçə üzündən, bizimkilər isə aşırımın bəri üzündən qızıl axtarışı həyata keçiriblər. Hətta Söyüdlü çayı səmtində geoloq və fəhlələr üçün qəsəbə də tikilmişdi. Lakin bir müddət sonra, guya, qızıl az olduğuna görə bizim tərəfdə kəşfiyyat işləri dayandırılmışdı. Ermənilər isə o zaman Kəlbəcər ərazilərinə tərəf tunellər qazaraq sərhədi keçdilər. SSRİ hökumətində rəhbər vəzifələrdə çalışan ermənilərin və onların havadarlarının Azərbaycana təzyiqi sayəsində ermənilər tunellər vasitəsi ilə qızılla zəngin xammalımızı daşıyıb aparmağa başladılar. Bu qanunsuz talanlar işğal dövründə də davam etdirildi.
 
Kəlbəcər rayonunun Ağyataq, Ağqaya və başqa ərazilərində həm də zəngin civə mədənləri aşkar edilmişdi. Rayonun Şorbulaq deyilən ərazisində civə istehsal edilən zavod tikilmiş, burada qəsəbə inşa olunmuşdu. Lakin sonradan bu iş də dayandırılmışdı. İşğal dövründə isə erməni talançıları qızılımız kimi, civə xammalımızı da arxayınca daşıyıb apardılar.
 
Ümumiyyətlə, nəinki dağ-mədən sənayesi, o cümlədən bir çox başqa sahələr üzrə Kəlbəcərin mövcud olan yüksək potensialından istifadə olunmurdu. Məsələn, Kəlbəcər rayonu ərazisində olan 4 mindən artıq müxtəlif növ bitkidən 200-ə qədəri dərman bitkisidir. Amma təəssüflər olsun ki, uzun illər boyu bu bitkilərin toplanmasına, qorunmasına, Kəlbəcərdə dərman fabriki yaradılmasına səy göstərilmədi.
 
Bu bir faktdır ki, hələ o zaman bir sutkada 4 milyon litrə qədər İstisu axaraq Tərtər çayına qarışırdı. O cümlədən də rayonda olan yüzlərlə narzan bulaqları da axıb çaylara qarışırdı. Və bu suların tam şəkildə qablaşdırılıb satılması ilə bağlı heç bir əməli iş görülmürdü.
 
İşğaldan əvvəlki dövrdə rayonda 10 minə yaxın qadının al-əlvan xalça, kilim, cecim, farmaş, xurcun, corab toxuduqları barədə məlumatlar var idi. Kəlbəcərin məharətli qadınları tərəfindən toxunan xalçalar, əl işləri adla deyilir, əl-əl gəzirdi. Vaxtilə Kəlbəcərdə Xalçaçılıq fabrikinin filialı açılsa da, təəssüf ki, sonradan bu müəssisə də ləğv olundu...
 
Bu cür faktların siyahısını xeyli uzatmaq olar, amma elə bu nümunələr də bəs edər söyləyək ki, o dövrdə hansısa subyektiv səbəblərdən Kəlbəcərdə iqtisadi inkişaf üçün mövcud olan unikal imkanlardan istifadə məqsədilə səy göstərilmir, sözün əsl mənasında, bu rayona ögey münasibət bəslənirdi.
 
Xəzinələr diyarı
 
44 günlük Vətən müharibəsi Kəlbəcərə azadlığı ilə yanaşı, geniş imkanlar, parlaq gələcək üçün də yollar açdı. Torpağının altı da, üstü də zəngin xəzinə olan Kəlbəcərin sərvətlərini saymaqla bitirmək mümkün deyil.
 
Rayonun işğalından əvvəl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şamil Əsgərovun (Dəlidağ) fədakarlığı hesabına və geoloqların köməyi ilə Kəlbəcər ərazilərindən 79 mineral, qiymətli daş, 36 süxur növü və digər zəngin eksponatlar toplanıb muzeydə nümayiş etdirilirdi. Rayonda bunların bir çoxunun böyük və zəngin yataqları mövcud idi. Obsidian, travertin, mərmər, bazalt, tuf, qabbro və digər yataqlar bunların, sadəcə, bir qismidir. Təkcə onu deyək ki, Kəlbəcərdə olan böyük obsidian (xalq arasında “dəvəgözü”) mədəni dünyanın ən zəngin yataqlarındandır. 1987-ci ildə Kəlbəcərin “Keçəldağ” yatağından Hollandiyaya 10 ton obsidian göndərilməsi faktı da mövcuddur. Rəngi ağ, ağ-sarı, ağ-göy olan tükənməz tuf mədənləri də bu ərazilərdə yerləşir. “Keçəldağ” həm də bütünlüklə perlit yatağıdır. Gün düşəndə qızıl kimi parıldayardı. Buranı bizim ulularımız “Qızıllı dağ” da adlandırırdılar. Bu da həqiqətdir ki, o zaman Ermənistanda olan Çini Qablar Zavodu bu xammalın hesabına fəaliyyət göstərirdi.
 
O cümlədən gümüş, xrom, mis, tellur, selen və digər qiymətli yataqları ilə zəngin olan rayonun sənaye əhəmiyyətli ehtiyatları həddən çox idi. Rayonun istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan “Ağduzdağ” və “Tutxun” kimi qızıl yataqları var idi. Sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 “Ağyataq”, “Levçay”, “Şorbulaq” və ehtiyatları 200 tondan çox olan “Qamışlı” və “Ağqaya” civə yataqları da bu ərazidədir.
 
Heç şübhəsiz ki, bu cür imkanlarla Kəlbəcər Azərbaycan iqtisadiyyatında sənayenin inkişafına böyük töhfələr verəcək. Burada digər sahələrlə yanaşı, dağ-mədən sənayesinin inkişafı, yüksək potensialı olan müxtəlif filiz yataqlarının tədqiqi və istismarı prioritet istiqamətlərdəndir. Bu sahələrə yerli və xarici investorların cəlb edilməsi də rayonda iqtisadi fəallığın artmasına birbaşa təsir göstərəcək.
 
Ən qədim insan məskənlərindən biri - “Çay üstündə qala”
 
Kəlbəcər unikal və fasiləsiz turizm imkanları baxımından da ölkədə əsas investisiya mərkəzlərindən biri olacaq. Azərbaycanın bu bölgəsi təkcə təbiətinin gözəlliyi ilə deyil, havasının, suyunun, otunun şəfaverici xüsusiyyətləri ilə də hər zaman diqqət çəkib. Rayon 30 mindən çox müalicəvi bulağı, 4 mindən artıq müxtəlif növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri, 4 min metrə qədər yüksəkliyi olan zirvələri, ucsuz-bucaqsız çəmənlikləri ilə mübaliğəsiz təkrarolunmaz təbiətə malikdir.
 
Düzdür, erməni barbarları işğal dövründə qırmızı palıd, qoz, nəhəng fındıq, fıstıq, çökə, vələs və digər ağac növləri ilə zəngin meşələrimizə amansız divan tutub, onları vəhşicəsinə qırıb aparıblar. Buna görə də qarşımızda duran ən mühüm vəzifələrdən biri Kəlbəcər meşələrini yenidən bərpa etməkdir.
 
Sağlamlıq turizmi üçün əvəzolunmaz mühitə malik Kəlbəcər, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları ilə dünyada şöhrət qazanıb.
 
Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə İstisu dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir. Vaxtilə ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil olan, erməni vandalları tərəfindən tamamilə dağıdılmış bu möcüzəli sanatoriya yenidən müasir səviyyədə tikilib istifadəyə verildikdən sonra hər il yüz mindən çox yerli və xairici ölkə vətəndaşları buraya gələcəklər.
 
Toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” demək olan Kəlbəcər həm də qədim insan məskənlərindən biridir. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
 
Kəlbəcər ərazisində təxminən 3500 qaya təsviri mövcud olmuşdur. Bu diyarda qədim qalalar, dini abidələr, daşlar üzərində yazılar, qəbirüstü qoçlar və atlar, daşdan yonulmuş insan fiqurları, bəzək daşları, daş üzərində atın günəşə qurban aparılması təsvirləri və tarixin bir çox qədim yadigarları olduqca çox idi.
 
Bu ulu diyarın xüsusilə də əcnəbi turistlərin diqqətini çəkəcək bir xəzinəsi isə qədim Alban məbədləridir. Burada olan VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilən Xudavəng məbədi, XIX əsrə qədər Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuş məşhur Gəncəsər məbədi xüsusilə qeyd olunmalıdır.
 
Kənd təsərrüfatının inkişafı üçün əvəzolunmaz bölgə
 
Kəlbəcər rayonu kənd təsərrüfatı, o cümlədən də heyvandarlıq və əkinçiliyin inkişafı baxımından əvəzolunmaz bölgədir. Vaxtilə rayon əhalisinin çox hissəsinin məşğuliyyəti bu sahə ilə bağlı olub. 83,2 min hektar örüş-otlaq və biçənək sahəsinə malik olması burada heyvandarlığın inkişafına mühüm yol açır. İşğaldan əvvəl Kəlbəcər yaylaqlarına hər il 22 rayonun mal-qarası gətirilirdi. Bu səfalı yerlərdə 2 milyona qədər qoyun bəslənilirdi. Əlverişli şəraitinə görə xüsusilə qoyunçuluğun inkişafı üçün Kəlbəcər yaylaqlarının əvəzi yoxdur.
 
Vaxtilə rayonda bitkiçilikdə tütünçülük xüsusi çəkiyə malik idi. Əhalinin böyük bir hissəsi işğalaqədərki dövrdə tütünçülüklə məşğul olub. Burada bağçılıq, meyvəçilik, kartofçuluq, taxılçılıq, arıçılıq, bostançılıq, balıqçılıq və müalicə turizminin inkişafı üçün də geniş imkanlar mövcuddur.
 
Kəlbəcərin təbii şəraiti arıçılıqla məşğul olmaq üçün çox əlverişlidir. Kəlbəcər balı yüksək keyfiyyəti ilə hər zaman seçilib. Bu il işğaldan sonra ilk dəfə olaraq pilot layihə çərçivəsində arıçılıq təsərrüfatları Kəlbəcər yaylaqlarına köçürülmüşdü.
 
Kəlbəcərə səfəri zamanı Prezident İlham Əliyev arıçılarla görüşmüş, Kəlbəcər balından nübar etmiş və bildirmişdi ki, bizim balımız da çox keyfiyyətlidir. İndi Kəlbəcər balı yəqin ki, bütün digər yerlərdən daha da keyfiyyətli olacaq. Ona görə də gərək həm daxili bazarı təmin edəsiniz, həm də ki, ixrac edəsiniz.
 
Yeri gəlmişkən, onu da xatırladım ki, Prezident cənab İlham Əliyev bu ilin 10 oktyabrında Xocavəndə səfəri zamanı rayonun ictimaiyyət nümayəndələri ilə görüşdə Kəlbəcər rayonuna səfəri zamanı arıçılarla olan görüşünü xatırlayarkən vurğulamışdı ki, “Kəlbəcərdə iki pətək bal bağışladılar, elə bil ki, çiçəkdi... Təbii baldı, unikal bir təbii bərəkəti var...”
 
Prezident cənab İlham Əliyev bu ilin 3 oktyabrında Tərtər rayonuna səfəri zamanı Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsi ilə görüşdə söyləmişdi ki, Kəlbəcər kimi gözəl yer bəlkə də dünyada yoxdur.
 
Sevindiricidir ki, bu il Bakıda keçirilən bal yarmarkasında dadlı və keyfiyyətli Kəlbəcər balı da piştaxtalara çıxarılaraq alıcılara təqdim olundu.
 
Dövlət başçısının vurğuladığı kimi, yüksək keyfiyyətlə sənaye üsulu ilə istehsal olunacaq Kəlbəcər balının xarici bazara ixracı da mühümdür. Bu cür keyfiyyətli bal ölkəyə yaxşı gəlir gətirə bilər. Yaxşı olardı ki, qarşıdakı müddətdə Kəlbəcərdə arıçılıq təsərrüfatları keyfiyyətli və məhsuldar bal əldə etmək üçün müasir texnologiyalardan faydalansınlar. Eyni zamanda bu balın markalaşdırılması, brendləşdirilməsi işləri aparılmalıdır. Əminik ki, bunun sayəsində tezliklə Kəlbəcər balı bütün dünyada adla deyilən keyfiyyət markasına çevriləcəkdir.
 
Genişçeşidli təbii sərvətlər
 
Kəlbəcərdə təbii sərvətlərin çeşidinə və həcminə görə geniş sənaye potensialı mövcuddur. Respublikada böyükmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi, inşaat sektorundakı inkişaf ölkədə tikinti materiallarına tələbatı artırmış, bu sahənin güclü, müasir sənaye kompleksi kimi formalaşmasına səbəb olmuşdur. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə geniş miqyasda quruculuq işlərinin aparılacağı da bu sənaye sahəsinin əhəmiyyətini xüsusilə artırır. Rayonda böyük miqdarda tikinti materialları xammal bazasının olması, bu növ məhsullara getdikcə artan tələbat Kəlbəcərdə inşaat materiallarının istehsalı müəssisələrinin yaradılmasına əlverişli zəmin yaradır.
 
Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Burada müasir standartlara cavab verən mineral və bulaq sularının qablaşdırılması zavodlarının inşası ölkəmizdə istehlakçıları şəfalı mineral isti su və bulaq suyu ilə təmin etməklə yanaşı, həm də ölkənin ixrac potensialının artmasına öz töhfəsini verəcək.
 
Bütün bunlarla yanaşı, Kəlbəcər rayonunda qiymətli və əlvan metalların hasilatı sənayesinin inkişafı üçün böyük potensial mövcuddur. Söyüdlü (Zod), “Ağduzdağ”, “Qızılbulaq”, “Qamışlı”, “Şorbulaq”, “Levçay”, “Ağyataq” kimi mədən sahələrində böyük miqdarda qiymətli və əlvan metalların müasir ekoloji normalara uyğun hasilata cəlb olunması, eyni zamanda bu sahə üzrə geniş çeşiddə emal müəssisələrinin yaradılması ölkəmizin metallurgiya sənayesinin daha da inkişafı ilə yanaşı, həm də onun qeyri-neft sənayesi üzrə ixrac potensialının yüksəlməsinə, əhalinin məşğulluğunun artırılmasına səbəb olacaqdır.
 
Həmçinin qoyunçuluq, maldarlıq, ovçuluq, meşə təsərrüfatı, bağçılıq, arıçılıq, quşçuluq, balıqçılıq və balıqyetişdirmə sahələrində, qida, içki və əczaçılıq məhsullarının istehsalı, metal filizlərinin hasilatı, mədənçıxarma sənayesinin digər sahələri, tikinti materiallarının istehsalı üçün rayonda geniş imkanlar var. Rayonda gələcəkdə müxtəlif sahələr üzrə müasir sənaye emalı müəssisələrinin, bununla yanaşı, gön-dəri sənayesinin yaradılması və bu sahələrdə xidmətlərin göstərilməsi işinin təşkili də məqsədəuyğun olardı.
 
Kəlbəcərdə turizmin inkişafı prioritetdir
 
Hazırda Kəlbəcərdə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən turizmin inkişafı üçün infrastruktur layihələri üzərində iş aparılır. Turizm potensialının artırılması və gələcəkdə turistlərin Kəlbəcərin şəhər və kəndlərinə, dağlarına əlçatanlığının təmin edilməsi üçün nəqliyyat xətləri genişləndirilməkdədir. Bu istiqamətdə Toğanalı - Kəlbəcər yolunun hazırlanması üzrə tikinti işləri aparılır. Toğanalı - Kəlbəcər yoluna alternativ və daha əlçatan yolun hazırlanması üzrə Göygöl-Kəlbəcər tunel yolunun hazırlanması işləri də sürətlə həyata keçirilir. Bununla yanaşı, Şərqi Zəngəzur iqtisadi rayonu ilə digər bölgələr arasında müvafiq yol əlaqələrinin qurulması turizm imkanlarının artırılmasına xidmət edəcəkdir. Layihələndirilən Kəlbəcər-Qorçu (Laçın) yolu Qorçu Hava Limanına gediş-gəlişin təmin olunmasına şərait yaradacaq. Daxili yol infrastrukturunun artırılması ilə bağlı Kəlbəcər-Zülfüqarlı-Laçın yolu istiqamətində rahatlığın təmin olunması məqsədilə tunel yollarının tikintisi nəzərdə tutulmuşdur.
 
Artıq Yuxarı İstisu-Minkənd və Alagöllər istiqamətində yeni çəkilmiş yüksəksəviyyəli geniş avtomobil yolları ilə nəqliyyat vasitələrinin hərəkəti təmin edilmişdir. Yaxın vaxtlarda Tərtər-Suqovuşan - Kəlbəcər, Tərtər - keçmiş Ağdərə - Kəlbəcər yollarının bərpası istiqamətində işlərin həyata keçirilməsi Kəlbəcərə müxtəlif istiqamətlərdən əhalinin rahat gediş-gəlişinə, turistlərin səfər etməsinə imkan yaradacaqdır. Yol xətlərinin çəkilişi turizm koridorunun formalaşmasına, həmin koridor üzərində isə turizm klasterlərinin yaranmasına əlverişli şərait yaradacaq. Yol infrastrukturundan əlavə olaraq, Kəlbəcər rayonunun enerji təminatının həyata keçirilməsi məqsədilə 110/35/10 kilovatlıq elektrik yarımstansiyaların və su-elektrik stansiyalarının tikintisi icra olunmaqdadır. Eyni zamanda su və kanalizasiya, rabitə və qaz təchizatının təmin edilməsi üzrə layihələrin icrasına başlanılacaqdır.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti hazırda Dəliməmmədli-Murov-Kəlbəcər istiqamətində Murovdan çəkiləcək tuneldən keçmək şərti ilə ilkin layihə üzərində iş aparır. Bu konseptual plan-layihə bölgənin turizm potensialının inkişafına xidmət etməklə yanaşı, həm də iqtisadi-ticarət imkanlarının genişlənməsinə, sərnişindaşımaya mühüm töhfə verəcək.
 
İnanırıq ki, möhtərəm Prezidentin göstərişləri əsasında yaxın gələcəkdə mülki, turizm və hərbi strategiya da nəzərə alınmaqla, Kəlbəcər rayonu ərazisində də, ya İstisu sanatoriyasının yaxınlığındakı Taxtadüzü, ya da Qaraçanlı-Başlıbel kəndləri arasındakı Ağcaqız-Qoçdaş yaylaqları, Keştək və Zar düzənlikləri, “Ceyran” bulağından Sarıyerə gedən yolda Qara Arxacdakı “Məşədi Tavat” bulağına tərəf olan böyük düz, Bəzirxana yaylağından “Ağduzdağa” olan istiqamət və s. kimi çoxlu əlverişli yerlərin birində müvafiq tutumlu təyyarələr üçün beynəlxalq hava limanı tikintisi həyata keçiriləcək. Buna böyük zərurət var.
 
Kəlbəcərdə beynəlxalq hava limanının tikintisi hələ 82 il bundan əvvəl planlaşdırılmışdı. Bununla bağlı  939-cu ildə “Kommunist” qəzetinin 14 may tarixli sayında qeyd olunub ki, Azərbaycan Xalq Səhiyyə Komissarlığının Baş Kurort İdarəsi bu il Bakı-İstisu arasında hava yolunu işə salmaq fikrindədir.
 
İlkin tikinti işləri üçün hazırlıq görülsə də, təəssüf ki, o zaman ermənilərin səyləri nəticəsində bu layihə kağız üzərində qaldı.
 
Kəlbəcər rayonu ərazisində dağ xizək və digər qış idman turizm növləri üzrə komplekslərin yaradılması, kanat yollarının çəkilişi qış turizmi üçün böyük imkanlar yaradacaqdır.
 
Tərtər çayı üzərindən Çiçəkli dağla Laçın qaya, Qaraçanlıdakı Uluxan qalası ilə Keşdək qalaları, Kəlbəcər - Qaraxan binəsi (Şaplar), Lök qalası ilə Qızıl qaya arasında Lev və Tutqu çayları boyunca kanat yollarının çəkilişi və istirahət mərkəzlərinin yaradılması turizmin inkişafına daha böyük təkan verəcəkdir.
 
Kəlbəcərdə qeyri-neft sektorunun inkişafı üçün yüksək potensial mövcuddur
 
Hündür dağlıq əraziləri və zəngin təbiəti ilə Kəlbəcər təbiət qoynunda dincəlməyi sevən yerli və əcnəbi turistlər üçün böyük potensiala malikdir. İlkin olaraq qısa və uzun məsafəli dağ piyada turizm marşrutlarının yaradılması və Kiçik Qafqaz dağ piyada cığırları ilə birləşdirilməsi məqsədəuyğun hesab edilir. Bundan əlavə, kempinq ərazilərinin salınması və digət təbiət əsaslı (raftinq, qayıqla təbiət səfəri, balıqçılıq və s.) turizm fəaliyyət növlərinin yaradılması üçün rayon daxilində geniş imkanlar vardır. Tərtərçayı boyunca cərgə ilə düzülmüş qədim mağaraların turizm obyektlərinə çevrilməsi mümkündür. Ərazidəki soyuq və dağ tundura iqlimi üstünlük təşkil etməsi və yanvar ayının orta temperaturunun 3 sels dərəcədən 10 sels dərəcəyə qədər enməsi qış turizminin inkişafı üçün əlverişli hesab edilir.
 
Kəlbəcərin orta dağlıq və dağ- ətəyi ərazilərində iqlim şəraitinə uyğun olaraq dəmyə əkinçiliyini, bağçılığı, üzümçülüyü, tərəvəzçiliyi və tütünçülüyü inkişaf etdirmək olar. Qeyd olunanlar kənd turizminin inkişafına nail olunması üçün də mühüm resurslar hesab edilir.
 
Rayon müalicəvi sağlamlıq resursları ilə bərabər, təbiət və mədəni turizm növlərinin inkişafı üçün önəmli təbii və antropogen ehtiyatlara sahibdir. Rayon ərazisində ilkin olaraq İstisu, Vəng, Qamışlı, Lev və Zülfüqarlı ərazilərində turizm və rekreasiya zonalarının yaradılması məqsədə- uyğun olardı.
 
Kəlbəcər rayonunda, o cümlədən Alagöllər ərazisi də daxil olmaqla təklif olunan turizm və rekreasiya zonalarının yaradılması və burada mehmanxana və digər turizm infrastruktur tikinti layihələrinin təşviq edilməsi yerli icmaları da turizm iqtisadiyyatına inteqrasiya etməyə imkan verəcəkdir.
 
Bir sözlə, Kəlbəcərdə qeyri-neft sektorunu inkişaf etdirmək üçün yüksək potensial mövcuddur. Prezident İlham Əliyevin birbaşa diqqəti və səyi nəticəsində həyata keçirilən bütün bu işlər Kəlbəcərin Azərbaycan iqtisadiyyatında böyük payı olmasına gətirib çıxaracaqdır.
 
Qurban SADIQOV,
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının məsul işçisi, 2-ci dərəcə dövlət müşaviri
Oxşar xəbərlər
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?