Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür
Oxunub: 744
25 Nov 2021 | 00:18
Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür
Bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür.
 
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.
 
Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzadıb.
 
İşğalçı Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
 
 
Ermənistan silahlı birləşmələrinin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Beynəlxalq təşkilatın qətnaməsində bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qalıb. Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildə sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı.
 
İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcəri tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
 
Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Bununla da 27 il işğal altında olan Kəlbəcər rayonu qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.
 
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
 
Bu il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb. Prezident və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunan 11,6 kilometrlik tunelin və Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikilən 3,4 kilometr uzunluğundakı tunelin təməllərinin qoyulması mərasimlərində iştirak ediblər, “İstisu” sanatoriyasında olublar. Daha sonra Prezident İlham Əliyev Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olub. Eyni zamanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak ediblər. Dövlət başçısı yarımstansiyanı işə salıb. Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. “Kəlbəcər” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib.
 
Qeyd edək ki, ermənilər tərəfindən enerji sistemi tamamilə dağıdılan Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilib. Murov dağını aşmaqla çəkilən xəttin bəzi anker dayaqları dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırılıb.
 
Həmçinin Prezident İlham Əliyev Kəlbəcər şəhərindəki “N” saylı hərbi hissədə yaradılan şəraitlə də tanış olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxıb.
 
Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Kəlbəcərin 71 000-dən çox əhalisi doğma yurda qayıdış gününün başlamasını səbrsizliklə gözləyir.
 
Qarabağ Azərbaycandır!
Oxşar xəbərlər
N.Tusi adına Klinika
21:22, Bu gün
"Siz Azərbaycanı Türkiyədən seçməyən aydınlarımızdansınız”
21:21, Bu gün
BMT-dən Azərbaycanla Ermənistana - Təklif
21:06, Bu gün
"Dünənki sənədlə biz Vətənimizin taleyini Əliyevə və Rusiya Federasiyasına ötürdük"
21:03, Bu gün
Səlcuq Bayraktarın yaxın dostu, PUA-ların mühəndisi ağır yol qəzasında həlak oldu - FOTO
20:50, Bu gün
ABŞ-ın Bakıdakı səfirinin erməni təəssübkeşliyi etiraz doğurdu
20:45, Bu gün
"Laçın rayonunun azad edilməsi tarixi əhəmiyyət kəsb edir"
20:22, Bu gün
Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazandı
20:18, Bu gün
Qərbin Belarusla bağlı məqsədi budur - Zaxarova
20:05, Bu gün
“Omikron” ştammı barədə bilmədikləriniz - Almaniyada yaşayan tanınmış azərbaycanlı alim danışır
20:02, Bu gün
Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - FOTO
19:58, Bu gün
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
19:54, Bu gün
“Soçi razılaşması dünəndən sabahımıza bir körpüdür...”
19:51, Bu gün
Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib - FOTO
19:48, Bu gün
Deputatlardan Soçi görüşünə REAKSİYA - “Nə oldu, Paşinyan, bəs qol çəkməyəcəkdin?”
19:47, Bu gün
Əgər Saakaşvilini məhkəməyə gətirməsələr... - Hakim
19:45, Bu gün
“Caliber”: Zaxarovanın Soçi görüşü ərəfəsindəki çağırışı - VİDEO
19:15, Bu gün
"Məsələnin həlli xaricdən yox, Azərbaycan və erməni xalqlarının özlərindən asılıdır" - VİDEO
19:10, Bu gün
“Türkiyənin Qazprom üzərində kifayət qədər təsir rıçaqları var...” - TƏHLİL
19:08, Bu gün
Əvəz Həsənov dəfn edilidi - FOTO
19:06, Bu gün
Əfqanıstanın Türkiyənin köməyinə ehtiyacı var - Taliban
18:47, Bu gün
“Məhəmməd Əsədov Azərbaycanda rus rəhbərlərdən  qorxu sindromunu sındırdı...” 
18:22, Bu gün
Xanımı bu ölkənin prezidentinin qulağını çəkdi - VİDEO
18:15, Bu gün
Pakistan ordusunda ilk: Qadın xidmət rəisi seçildi
18:07, Bu gün
"Gənclər mənim mahnılarımı düzgün oxumur, dəst-xəttimi pozurlar” - FOTO
17:35, Bu gün
Kürdəmirdə mikroavtobus beton lövhəyə çırpıldı - 10 yaralı var+FOTOLAR
17:33, Bu gün
“İlham Əliyev bu siyasi oyunu bir növ öz əlinə oynadı...”
17:30, Bu gün
“Bakıdakı universitetlərdə çalışan bir sıra müəllimlər ADAU-da ona görə işləmək istəyir ki...”
17:07, Bu gün
Azərbaycan daha bir nəfəri Ermənistana TƏHVİL VERDİ
16:54, Bu gün
Xüsusi əməliyyat: 16 “qanuni oğru” və avtoritet saxlanıldı - Hamısı ermənidir
16:50, Bu gün
DTX rəisi İtaliyanın Maliyyə Qvardiyasının baş komandanı ilə görüşüb
16:49, Bu gün
Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub
16:48, Bu gün
Peyvənd olunanların sayı açıqlanıb - FOTO
16:46, Bu gün
Bakıda 19 yaşlı qız özünü binadan atdı - FOTO
16:45, Bu gün
Azərbaycanda son sutkada 22 nəfər koronavirusdan ölüb - FOTO
16:35, Bu gün
Əjdər Olun Azərbaycan və Türkiyə sevgisi - İmdat Avşar
16:25, Bu gün
Ermənistanda hərbçilərin arvadları və qızlarını cinsi istismar edən “Əziz Muradov” - Film kimi CİNAYƏT
16:18, Bu gün
Qənirə Paşayeva bir qrup yeni nəsil aydını ilə görüşüb - FOTO
16:16, Bu gün
“Soçi görüşündə ön plana çıxan təşəbbüs Zəngəzur dəhlizidir” - Ceyhun Bayramov
16:15, Bu gün
Karantin qaydalarını pozan restoranlar cərimələndi - SİYAHI
16:10, Bu gün
İslamdan imtina etdi, çayda boğmaq istədilər - Diriykən yası verilən dahi azərbaycanlı
16:05, Bu gün
Türk PUA-ları üçün yeni raketlər - VİDEO
16:05, Bu gün
"Narkotiksiz Dünya Naminə" adlı tədbir keçirilib
16:03, Bu gün
İranda toqquşma, 120 nəfər həbs edildi: ölənlər var
15:35, Bu gün
“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”
15:29, Bu gün
Əliyev Lukaşenko ilə Soçi görüşünü müzakirə etdi
15:04, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər
15:02, Bu gün
Papikyan ordu rəhbərliyini topladı: islahatlar aparılır
15:00, Bu gün
Zaqatalada qadın vətəndaşların 90 min manatını mənimsəyib
14:58, Bu gün
Azərbaycana İrandan qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb
14:29, Bu gün
Çavuşoğludan Zəngəzur dəhlizi AÇIQLAMASI
14:27, Bu gün
Yol polisi: “Yük avtomobilləri yollarda tıxac yaradır”
14:25, Bu gün
Rusiyada hərbi zavodda partlayış olub
13:46, Bu gün
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
13:44, Bu gün
İsinmək üçün boş bildiyi evə girdi, qarşısına qadın çıxdı - Bakıda film kimi hadisə
13:40, Bu gün
Bakının bəzi küçələri bağlanıb
13:37, Bu gün
İşğaldan azad edilən Füzulinin Qoçəhmədli kəndi - VİDEO
13:26, Bu gün
“Türkiyə Soçi görüşündən narazı olsa idi, bu günə qədər bildirərdi...”
13:07, Bu gün
Nurlana ailə qurduqdan sonra Azərbaycandan köçüb?
12:46, Bu gün
Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib - FOTO
12:45, Bu gün
Bazar gününə olan hava proqnozu açıqlanıb
12:41, Bu gün
Azərbaycanlı Xalq artistinin qızına Nazirlikdə yüksək vəzifə verildi
12:21, Bu gün
“The New York Times”: ABŞ-ın bu gün Rusiya ilə bağlı dəqiq planı yoxdur...
12:21, Bu gün
Ölkə şokda: çevrilişə cəhd - Deputatlar, məmurlar həbs edildi
12:17, Bu gün
Şəmkir bazarında yanğın - VİDEO
12:13, Bu gün
Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb
12:03, Bu gün
"Uşaqlarını tək böyüdən və çoxuşaqlı bir qrup qadının işlə təminatı üçün sosial müəssisə yaradılacaq"
11:55, Bu gün
"Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi"
11:52, Bu gün
“Indi, görək, Putin Ermənistandakı müxalifətçi "KQB" dostlarının səsini kəsəcəkmi?..”
11:46, Bu gün
Komandolar Qubadlı döyüşlərindən danışır: “Düşmən qarşımızdan qorxaqcasına qaçırdı”
11:44, Bu gün
Arvadını izləmək üçün gizli kamera quraşdırdı, özünə cinayət işi açıldı
11:33, Bu gün
Stoltenberq Rusiyaya xəbərdarlıq etdi: “Ukraynaya qarşı istənilən zorakılıq...”
11:19, Bu gün
Ermənistanda koronavirusdan ölənlərin sayı 7 500-ə yaxınlaşır
11:15, Bu gün
“Xudayar da o mahnını dağıdılmış yerlərdə oxumuşdu...” - Xanəndə Xalq şairinin ittihamlarına cavab verdi...
11:10, Bu gün
"Bu prosesdə Vladimir Putinin səylərini, müsbət rolunu və töhfələrini də vurğulamaq lazımdır ki..."
10:55, Bu gün
Uşaqlara verilən pulu kimlər ala bilər? - RƏSMİ AÇIQLAMA - VİDEO
10:53, Bu gün
Əks-göstəriş sertifikatı ALANLAR
10:24, Bu gün
“Hamı məndən ANS-in açılıb-açılmayacağını soruşur” - Vahid Mustafayev
10:08, Bu gün
Türkiyə 5 ölkənin vətəndaşlarına sərhədlərini BAĞLADI
10:06, Bu gün
İmkanlı adam niyə oğurluq etsin ki? - “Bu, vərdişi olan...“
09:38, Bu gün
"Türkiyənin çalxalanmasını xaricdə marıta yatıb gözləyənlər var..."
09:25, Bu gün
Bu qidalar sizi qripdən qoruyacaq - SİYAHI
09:23, Bu gün
Bayden pandemiyanın bitmə vaxtını açıqladı
09:20, Bu gün
Xəzərdə zəlzələ oldu
08:24, Bu gün
Paşinyan Moskvada sülh vəd edərkən separatçı Araik əski parçasıyla İrəvana gəldi...-FOTO
07:25, Bu gün
"Allahı ən qəti şəkildə rədd edənlər də sonda vicdanlarına təslim olub Onu təsdiq etmişlər..."
06:06, Bu gün
Ayının hücumundan sağ çıxan kişi məktub sayəsində 20 gün sonra tayqada tapıldı - FOTO
06:01, Bu gün
Əfqanıstanın “Yaşıl gözlü qızı” da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOLAR
05:08, Bu gün
“Cavad adını mənə Şükriyyə nənəm verib, o dünyasını dəyişəndə 13 yaşım vardı...”
05:02, Bu gün
“Nazirlik ev vermir, heç olmasa 1700 manat ödəyib xəstəxanadan çıxmağımıza kömək etsin”
04:56, Bu gün
"Nikol Paşinyana ABŞ, Böyük Britaniya və Fransa tərəfindən ciddi təzyiqlər var..."
00:05, Bu gün
Zavallı Paşinyanın göz yaşları artıq kimsəni kövrəltmir...
00:00, Bu gün
"Sabah" qəzeti: Türk lirəsinin çöküşü Baydenin Ərdoğandan şəxsi qisas almasıdır...
26 Nov 2021 | 23:56
Ərdoğan Türkmənistana səfər edəcək
26 Nov 2021 | 23:54
"26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
26 Nov 2021 | 23:52
“Hücuma hazırlıq gedir” - Müdafiə naziri İranı hədələdi
26 Nov 2021 | 23:25
Soçi bəyanatı: Azərbaycan istədiyini aldı, Paşinyan isə yenə uğursuzluğa düçar oldu – ŞƏRH
26 Nov 2021 | 23:04
Putin Təhlükəsizlik Şurasının iclasını KEÇİRDİ
26 Nov 2021 | 22:38
Azərbaycan Prezidenti Putin və Paşinyanla söhbətin səmimi olduğunu bildirib
26 Nov 2021 | 22:29
Qarabağ üzrə üçtərəfli İşçi Qrupu gələn həftə Moskvada görüşəcək
26 Nov 2021 | 22:26
Putin: "Üçtərəfli görüşdən sonra bölgədə fərqli ab-hava yaranacaq"
GÜNLÜK
08:24, Bu gün
Paşinyan Moskvada sülh vəd edərkən separatçı Araik əski parçasıyla İrəvana gəldi...-FOTO
05:02, Bu gün
“Nazirlik ev vermir, heç olmasa 1700 manat ödəyib xəstəxanadan çıxmağımıza kömək etsin”
00:05, Bu gün
Zavallı Paşinyanın göz yaşları artıq kimsəni kövrəltmir...
00:00, Bu gün
"Sabah" qəzeti: Türk lirəsinin çöküşü Baydenin Ərdoğandan şəxsi qisas almasıdır...
11:52, Bu gün
“Indi, görək, Putin Ermənistandakı müxalifətçi "KQB" dostlarının səsini kəsəcəkmi?..”
04:56, Bu gün
"Nikol Paşinyana ABŞ, Böyük Britaniya və Fransa tərəfindən ciddi təzyiqlər var..."
05:08, Bu gün
“Cavad adını mənə Şükriyyə nənəm verib, o dünyasını dəyişəndə 13 yaşım vardı...”
11:15, Bu gün
“Xudayar da o mahnını dağıdılmış yerlərdə oxumuşdu...” - Xanəndə Xalq şairinin ittihamlarına cavab verdi...
09:38, Bu gün
"Türkiyənin çalxalanmasını xaricdə marıta yatıb gözləyənlər var..."
13:26, Bu gün
“Türkiyə Soçi görüşündən narazı olsa idi, bu günə qədər bildirərdi...”
HƏFTƏLİK
21 Nov 2021 | 14:27
Zəngəzur dəhlizi bu tarixdə işə başlayacaq – Sensasion iddia
24 Nov 2021 | 07:44
"Rusiya baş naziri İrəvanda təmiz ermənicə danışdı, ...lakin Paşinyan..."
23 Nov 2021 | 14:02
Kəlbəcərin bu kəndindəki  hər erməni arvad orta hesabla 8-12 uşaq doğub… - FOTOLAR
24 Nov 2021 | 19:15
“Paşinyan 20-25 min erməninin də Qarabağda qalıb yaşamaq şansını sıfıra endirdi...”
25 Nov 2021 | 12:29
“Yetiməm, amma tək deyiləm, evi də heç kəsə verməyəcəm”
21 Nov 2021 | 19:39
"Macar tərəfi Bakının təklifini məmnunluqla qəbul etdi" - Ramil Səfərovun ekstradisiyası...
21 Nov 2021 | 15:50
"Rüşvət almış, xalqdan pul oğurlamış adamlar namuzsuz və tərbiyəsiz adamlardır"
22 Nov 2021 | 02:04
Putinin sərhədləri müəyyənləşdirmək üçün bəhs etdiyi xəritələr üzə çıxdı: SENSASİYA...
22 Nov 2021 | 13:26
“İndən belə Rusiya “sülhməramlı”larını tərifləyəcəm– “5-ci kalon”un xoşuna gəlmir...”
23 Nov 2021 | 09:45
"Ehtiyata buraxılan hərbçilərin kirayə pulu büdcəyə əlavə yükdür" - Bəs nə etməli?
AYLIQ
08:24, Bu gün
Paşinyan Moskvada sülh vəd edərkən separatçı Araik əski parçasıyla İrəvana gəldi...-FOTO
05:02, Bu gün
“Nazirlik ev vermir, heç olmasa 1700 manat ödəyib xəstəxanadan çıxmağımıza kömək etsin”
00:05, Bu gün
Zavallı Paşinyanın göz yaşları artıq kimsəni kövrəltmir...
00:00, Bu gün
"Sabah" qəzeti: Türk lirəsinin çöküşü Baydenin Ərdoğandan şəxsi qisas almasıdır...
11:52, Bu gün
“Indi, görək, Putin Ermənistandakı müxalifətçi "KQB" dostlarının səsini kəsəcəkmi?..”
04:56, Bu gün
"Nikol Paşinyana ABŞ, Böyük Britaniya və Fransa tərəfindən ciddi təzyiqlər var..."
05:08, Bu gün
“Cavad adını mənə Şükriyyə nənəm verib, o dünyasını dəyişəndə 13 yaşım vardı...”
11:15, Bu gün
“Xudayar da o mahnını dağıdılmış yerlərdə oxumuşdu...” - Xanəndə Xalq şairinin ittihamlarına cavab verdi...
09:38, Bu gün
"Türkiyənin çalxalanmasını xaricdə marıta yatıb gözləyənlər var..."
13:26, Bu gün
“Türkiyə Soçi görüşündən narazı olsa idi, bu günə qədər bildirərdi...”