Mirqasımov küçəsində “Yaşıl vadi”də olay... - "Bizi gecə saat 12 də məhkəməyə çağırıblar"
Oxunub: 8382
28 Oct 2021 | 15:22
Mirqasımov küçəsində “Yaşıl vadi”də olay... -
Narazı sakinlər: “İlkin və apelyasiya məhkəmələrinin bizim xeyrimizə çıxardığı qərarı qanunsuz kassasiya şikayəti ilə ləğv etməyə çalışırlar; bizi gecə saat 12-də məhkəməyə çağırıblar”
 
Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yaşayan sakinlər bir tikinti şirkətinin onların gününü göy əsgiyə bükməsindən şikayətçidir. 
 
Sakinlər bildirir ki, hələ sovetlər vaxtından paytaxtın “Yaşıl vadi” adlanan məhəlləsində 5-6 ay öncəyədək firavan yaşasalar da, onların dincliyini “İnvest M. Construction” adlı tikinti şirkəti pozmaqda davam edir. 
Mediada daha öncələr də bu haqda yazılıb, lakin tikinti şirkəti sakinləri mülklərindən didərgin salmaqda israrlıdır. 
 
Sözügedən ərazidə yaşayan sakinlər növbəti dəfə ölkə rəhbərliyinə - Prezidentə, Birinci Vitse-Prezidentə müraciət edərək, onlara qarşı edilən qanunsuzluqların qarşısının alınmasını xahiş ediblər. 
 
Sakinlər müraciətində qeyd edir: “Nizamnamə kapitalı cəmi 100 manat olan, xidmət MMC kimi tanınan “İnvest M. Construction” bu layihəyədək tikinti işləri ilə məşğul olmayıb. Əmin deyilik ki, MMC başladığı layihəni icra edib sona çatdıra biləcək. Çünki bu ətrafda 500-dən çox sakin var, onların hamısını evlə, kompensasiya ilə təmin edə bilmək bir şirkətin həll edə biləcəyi iş deyil. Habelə bu, dövlətin pilot layihəsi olmadığı üçün sakinlər işin yekunlaşdırıla bilməsinə inanmırlar. Çünki ərazi çox böyükdür, gələcəkdə bu adamlar evsiz-eşiksiz qalan narazı kontingentə çevrilə bilər. Məsələn, elə təkcə Mirqasımov 4 ünvandakı binada 170 mənzil var.
 
MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilə var. Şirkət sadəcə BŞİH-dən bu ətrafdakı 1,55 hektar ərazidə tikinti aparmağa razılıq alıb, heç bir öhdəlik götürməyib. Ən pisi odur ki, BŞİH və Nəsimi İcra hakimiyyətinin nümayəndələri vətəndaşları qorxutmağa çalışırlar, şirkətin “vəkili” rolunda çıxış edirlər. 
 
MMC sakinlərdə xof yaratmaq üçün ərazidə bir neçə yaşayış olmayan mənzilin sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə həmin evlərin qapı-pəncərələrini söküb. Üstəlik qəsdən həmin yararsız hala saldıqları mənzillərdə heyvan iç-çalatı ataraq süni şəkildə üfunət qoxusu yaradıb, sakinləri didərgin salmağa çalışırlar. Həmçinin, burada qapı-pəncərəsi olmayan mənzillər narkomanların və qeyri-əxlaqi hərəkətlər edən ünsürlərin “yuvasına” çevrilib. Uşaqlarımızı həyətə buraxa bilmirik. 
 
Faktiki olaraq zorakı şəkildə - bizim razılığımız alınmadan, yaşıl vadinin taleyi sual altında qalaraq,  kompensasiya almadan və qanunsuz şəkildə Mirqasımov küçəsi 4 ünvandakı binanı sökməyə çalışırlar. Bunun qanunsuz olmasını məhkəmə də təsdiq edib və bizim məhkəməyə müraciətimiz təmin edilib. 
 
9 iyul 2021-ci il tarixli məhkəmənin (Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) qərardadında yazılır: “Mirqasımov küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən ərazidə tikintiyə hazırlıq işlərinin aparılması, yaşayış binasında köçürülmüş mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması, “İnvest M. Construction” MMC-yə qadağan edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında “İnvest M. Construction” MMC-nin istifadəsinə verilməsi haqqında” 274 saylı 18.02.2020-ci il tarixli sərəncamının icrası həmin hissədə dayandırılsın”.
 
Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (sədrlik edən və məruzəçi hakim Azər Hüseynov) da bu qərarı qüvvədə saxladı.
 
Şirkət isə qanunları pozmaqda davam edib, dövlətin qanununa, məhkəmənin qıərarına tabe olmamaq üçün hər vasitəyə əl atıb. Ərazini abadlaşdırmaq əvəzinə viran qoymaqda davam edib.  
 
İndi isə “İnvest M. Construction” və BŞİH absurd şəkildə kassasiya şikayəti verərək, bizim xeyrimizə çıxarılmış, tam qanini, əsaslı məhkəmə qərarını ləğv etdirməyə və qanunsuz tikinti-söküntü işlərini davam etdirməyə çalışır. 
 
Belə ki, MMC və BŞİH kassasiya şikayəti vermək hüququ olmadığı halda bu addımı atıb və üstəlik də işə baxacaq hakimin BŞİH rəhbərliyinin yaxın qohumu olması haqda bizə məlumatlar daxil olub. Qəribəsi odur ki, məhkəmə sanki biz vətəndaşları ələ salaraq, işə 3 noyabr 00:00-da baxılacağı barədə rəsmi bildiriş göndərib. Gecə saat 12-də bizləri məhkəməyə çağırıblar.
 
Həmin kassasiya şikayəti habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 403.1. maddəsinin pozulması ilə verilib. Belə ki, AR MPM-nin 403.1 maddəsinə görə işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı halda kassasiya şikayəti verə bilərlər. BŞİH Aparatı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verməyib və buna görə də apelyasiya instansiyasında onun tələbinə münasibət bildirilməyib. 
 
Məhz bu səbəbə görə də BŞİH Aparatının 22 sentyabr 2021-ci il tarixli kassasiya şikayətinə kassasiya instansiyasında baxıla bilməz.
 
Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)-49/2021 saylı, 26 avqust 2021-ci il tarixli qərardadı əsaslı və qanunidir, həmin Qərardadın hazırki məhkəmə tərəfindən ləğv edilməsi, işin mahiyyəti üzrə qəbul ediləcək Qərarın icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. O, formal mülahizələrə görə ləğv edilə, kassasiya şikayəti təmin edilə bilməz. Qanunun tələbi budur. Ancaq biz narahatıq ki, burada subyektiv meyarlar, sifariş, fərdi maraqlar rol oynaya bilər və biz sakinlərin müsibətləri dözülməz həddə çatar”.
 
Sakinlər ölkə rəhbərliyindən xahiş edir ki, bu iş nəzarətə götürülsün: “Rica edirik, bizim mənzil, yaşamaq hüquqlarımızın pozulmasına, habelə qarşıda baş verəcəyi ehtimal olunan qanunsuzluqların həyata keçməməsində yardımçı olasınız. Xahiş edirik, ərazinin “Yaşıl vadi” olaraq qorunması üçün müvafiq dövlət layihələrinin icrasına göstəriş verəsiniz”.
 
 
 
 
 
 
 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
01:00, Bu gün
II Yekaterinanın portreti 1.2 miltona satıldı - FOTOLAR
00:37, Bu gün
Ərdoğan bu tarixdə Ukraynaya səfər edəcək
00:29, Bu gün
“Şəxsi mövqedən çıxış etməməyim üçün susmağa üstünlük verirəm”
00:26, Bu gün
Rusiyanın təcavüzünə ən yaxşı cavab zəngin, azad və suveren Ukraynanın yetişdirilməsidir...
00:01, Bu gün
"Azerreyl"in prezidenti istefa verib
02 Dec 2021 | 23:58
Ofisdə seks skandalı: İşçisini istismar edən nazir istefaya göndərildi
02 Dec 2021 | 23:55
Moskvada baş nazir müavinlərinin üçtərəfli görüşü pozulub - Ermənistan Təhlükəsizlik Şurasının sədri
02 Dec 2021 | 23:34
Qənirə Paşayevanın təşəbbüsü ilə "Türkün taleyi" kitabının təqdimat mərasimi keçirilib - FOTO
02 Dec 2021 | 23:22
Türkiyədə yeni silahın sınaqları uğurlu oldu - FOTO/VİDEO
02 Dec 2021 | 23:20
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb
02 Dec 2021 | 23:18
Zaxarova Rusiyanın qırmızı xəttini açıqladı
02 Dec 2021 | 22:59
Qarabağ qaziləri idmana cəlb edilir - FOTO
02 Dec 2021 | 22:54
Erməni blogerdən ŞOK sözlər: "Yüzlərlə erməni hərbçi "generallar"ın əmri ilə öldürülüb"
02 Dec 2021 | 22:24
Səudiyyə Ərəbistanı “omikron”a görə ümrə şərtlərini dəyişdi
02 Dec 2021 | 22:18
Qaraheybətdə helikopterin qəzaya uğraması ilə bağlı deyilməyənlər
02 Dec 2021 | 22:11
Avstriyanın yeni kansleri istefa verib
02 Dec 2021 | 21:43
Delimitasiya məsələsində Azərbaycanın gözləntisi açıqlandı
02 Dec 2021 | 21:36
"Petrosyanın mövqeyi erməni cəmiyyətində oturuşub, getdikcə..."
02 Dec 2021 | 21:32
"İstəyirəm Azərbaycan yenə bizə həsəd aparsın" - Saakaşvili
02 Dec 2021 | 21:24
Sabah Zaqatalada qaz təchizatında fasilə yaranacaq
02 Dec 2021 | 21:16
MİT-dən uğurlu əməliyyat: PKK liderlərindən birinin cangüdəni Türkiyəyə gətirildi - VİDEO
02 Dec 2021 | 21:11
BDU-da “Dəmir yumruq - Qarabağ müharibəsi 2020-ci il” kitabının təqdimatı olub - FOTO
02 Dec 2021 | 20:52
Balakəndə karantin qaydalarını pozanlar cərimələnib - FOTO
02 Dec 2021 | 20:47
Yüksək vəzifəli məmur-oliqarxın bacısının “falına baxıb” 2 milyon manatını alanlar...
02 Dec 2021 | 20:40
"Azərbaycan üçün ən böyük təhlükə şantaj altındakı vəzifəlilərdir – onlar hər şey edə bilər...”
02 Dec 2021 | 20:13
Rəisinin yanında qoçuya dönən DSX mayoru – VİDEO
02 Dec 2021 | 20:12
Suriya parlamenti Türkiyəyə ərazi iddiası irəli sürdü
02 Dec 2021 | 20:08
Ötən gün 73 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb
02 Dec 2021 | 20:02
Sahil Babayev: "Azərbaycanda sosial müdafiə xərcləri artırılıb"
02 Dec 2021 | 19:55
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - VİDEO
02 Dec 2021 | 19:50
İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
02 Dec 2021 | 19:02
Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzusunda tədbir keçirilib
02 Dec 2021 | 18:54
UNEC İqtisadi Forumunun ikinci günü: “Postpandemiya dövründə elm və təhsil” və “İqtisadiyyatın rəqəmsal transformasiyası”
02 Dec 2021 | 18:48
Mövlud Çavuşoğlu ilə Sergey Lavrov görüşüb
02 Dec 2021 | 18:38
"Putin mənim doğma qardaşımdır" – Lukaşenko
02 Dec 2021 | 18:34
Rumıniyanın ölkəmizdəki yeni səfiri ilə görüş olub - FOTO
02 Dec 2021 | 18:33
İlham Əliyev dünya şöhrətli alim Əziz Sancarı qəbul edib
02 Dec 2021 | 18:30
Ermənilərdən qənimət olaraq götürülən silahların aqibəti AÇIQLANDI - VİDEO
02 Dec 2021 | 18:29
Ceyhun Bayramov: “Üçtərəfli bəyanatların tam şəkildə icra edilməsi vacibdir” - FOTO
02 Dec 2021 | 18:21
"Birliyimiz hər bir hədəfə yüksək səviyyədə çatmağımızı təmin edir" - FOTO
02 Dec 2021 | 18:15
Corc Dik: "Cənubi Qafqazda dayanıqlı sülh görmək istərdik"
02 Dec 2021 | 18:09
Bakıda narkotik satan daha 27 nəfər saxlanılıb - VİDEO
02 Dec 2021 | 18:08
Ceyhun Bayramov Entoni Blinken ilə görüşüb
02 Dec 2021 | 17:29
“Nar” Qaxda yenilənmiş mağazasını təqdim etdi
02 Dec 2021 | 17:18
“Azəriqaz” rəhbərliyi Lənkəranda vətəndaşlarla görüşüb - FOTO
02 Dec 2021 | 17:10
“Həmin strukturların iş bacarıqları daha dəqiq göstərəcək ki, biz hansı yolla gedirik...”
02 Dec 2021 | 17:08
Azərbaycan Britaniyanın qızıl-gümüş hasilatçısına "Vejnəli" yatağının istismarına icazə verib
02 Dec 2021 | 17:05
Helikopter qəzasının bəzi detalları ilk dəfə açıqlandı - VİDEO
02 Dec 2021 | 17:00
Maaş artımından danışırdı, Ərdoğanı görüb təkzib etdi - VİDEO
02 Dec 2021 | 16:50
Zəngəzur dəhlizindən neft-qaz kəmərləri də keçəcək
02 Dec 2021 | 16:49
Azərbaycanda daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
02 Dec 2021 | 16:41
Azərbaycanda universitet açmağı planlaşdırırıq - Erol Özvar
02 Dec 2021 | 16:37
Rafael Cəbrayılovun həyat yoldaşı: "Qaynım 7 milyon vergi ödənişindən yayınıb"
02 Dec 2021 | 16:32
Elmar Məmmədyarov: “10 kiloqram arıqlamışam” - FOTO
02 Dec 2021 | 16:30
Belarus Ukrayna sərhədində Rusiya ilə birgə hərbi təlim keçirəcək
02 Dec 2021 | 16:24
UNEC İqtisadi Forumu 2021: “Postpandemiya dövründə elm və təhsil”
02 Dec 2021 | 16:21
Gömrükçülər seminarda - VİDEO
02 Dec 2021 | 16:14
Şəhid kapitanın atası: “Tamamilə yanmışdı, bədəninin quruluşundan, dişlərindən tanıdım”
02 Dec 2021 | 16:09
Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI
02 Dec 2021 | 16:03
Azərbaycan Ordusu “Bayraktar”ları havaya qaldırıb təlim keçdi - VİDEO
02 Dec 2021 | 16:02
lham Əliyev bu agentliyə yeni səlahiyyət verdi
02 Dec 2021 | 15:55
Hikmət Hacıyev: "Soçi görüşünün nəticələri Azərbaycan tərəfindən müsbət qiymətləndirilir"
02 Dec 2021 | 15:49
Viktoriya Nuland: “Rusiyalıların çoxu Ukrayna kimi bir ölkədə yaşamaq istərdilər”
02 Dec 2021 | 15:43
“Ölkədə milli düşüncəli adamları nazir müavini təyin etmək lazımdır...”
02 Dec 2021 | 15:41
Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı
02 Dec 2021 | 15:38
"Helikopterin texniki çalışma sistemi, motoru, onu havada tutan sistemlərdə problemlər yarana bilər"
02 Dec 2021 | 15:02
Arvadının həkimlə münasibətini eşitdi, gecə yataq otağına girib... - Şok təfərrüat
02 Dec 2021 | 15:00
“SOCAR Petroleum”un baş direktoru dəyişdi
02 Dec 2021 | 14:17
Qənirə Paşayeva rəssam Yusif Mirzənin "Can Laçın” adlı fərdi sərgisinin açılış mərasimində çıxış edib
02 Dec 2021 | 14:16
Dünya Bankı Əfqanıstanın dondurulmuş aktivlərinin bir hissəsini qaytaracaq
02 Dec 2021 | 14:14
Elmar Məmmədyarov üzə çıxdı - FOTO
02 Dec 2021 | 14:12
“Əvvəllər bir əskini alırdın, yuyurdun, qoyurdun uşağın altına...” – Əməkdar artist
02 Dec 2021 | 14:09
Hikmət Hacıyev: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”
02 Dec 2021 | 14:07
Təhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"
02 Dec 2021 | 13:40
“Omikron” klinikasının təsisçisi yeni ştammın adına görə ÜST-ü məhkəməyə verdi
02 Dec 2021 | 13:35
“Qara qutu” açılmayınca hansısa rəsmi və ya qeyri-rəsmi şəxsin rəy verməsi doğru deyil...” 
02 Dec 2021 | 13:31
UFAZ-ın İcraçı direktoru Fransanın Akademik Palma Ordeninin Zabit dərəcəsi ilə təltif edilib
02 Dec 2021 | 13:18
Mobil cihazların orijinallığını onlayn yoxlamaq mümkündür
02 Dec 2021 | 13:10
"Təəssüf ki, sosial media məkanında biz buna nail olmadıq" - Hikmət Hacıyev
02 Dec 2021 | 13:08
Azərbaycanda İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər
02 Dec 2021 | 13:01
Ölkəsini SSRİ-yə daxil etmək istəyən lider – Xruşov və Brejnev Jivkovun təklifinə “yox” deyib
02 Dec 2021 | 12:52
Əziz Səncər: "Qarabağın azad olunması hər kəsdə özünəinam yaradıb"
02 Dec 2021 | 12:49
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı
02 Dec 2021 | 12:45
Sabahın hava proqnozu AÇIQLANDI
02 Dec 2021 | 12:42
Regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq
02 Dec 2021 | 12:40
Azərbaycanlı kriminal avtoritet həbs edildi
02 Dec 2021 | 12:32
“Pilotlarımızın hər biri bir diviziyanın əvəzidir”
02 Dec 2021 | 12:30
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib
02 Dec 2021 | 12:20
Kontakt Home işarət dili bilən əməkdaş axtarır - VAKANSİYA
02 Dec 2021 | 12:17
Fuad Nağıyev: “Təhlükəsiz səyahətlərin təmini əsas prioritetimizdir”
02 Dec 2021 | 12:10
“Paşinyan hərbi gücdən istifadənin yolverilməzliyi haqda mühüm dərs aldı” - Metyu Brayza
02 Dec 2021 | 12:07
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı - FOTO
02 Dec 2021 | 12:00
Petrosyan: "Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!" - VİDEO
02 Dec 2021 | 11:50
Əziz Səncər: "Son iki ayda işlədiyim universitetdə 4 tələbə pandemiyaya görə intihar edib"
02 Dec 2021 | 11:46
Helikopter qəzasında həlak olan DSX zabiti ilə Beyləqanda vida mərasimi keçirilir - FOTO
02 Dec 2021 | 11:44
Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb
02 Dec 2021 | 11:43
“İran Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetməsindən danışsa, Cənubi Azərbaycan...”
02 Dec 2021 | 11:30
“O vaxt Qarakənd faciəsində də bizim “qaymaqlarımızın” bir gülləylə hamısını qırdılar”
02 Dec 2021 | 11:26
"Artıq bizim mədəni irsimizə qarşı törədilən vandallığı dünya bilsin"
02 Dec 2021 | 11:23
ATƏT PA-nın Büro iclası keçirilib
GÜNLÜK
02 Dec 2021 | 07:55
"Dünən İrəvandan Bakıya təyyarə uçub - çoxlu sayda əsir gətirilməlidir..."
02 Dec 2021 | 12:00
Petrosyan: "Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!" - VİDEO
02 Dec 2021 | 10:26
Mətbuat Şurası DSX-nin ərköyün mayorunun qoçuluğunu pislədi
02 Dec 2021 | 11:43
“İran Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetməsindən danışsa, Cənubi Azərbaycan...”
02 Dec 2021 | 10:54
“Onlar hansı, kimlərin sərhədlərini qorumalı olduqlarını bir qədər unudurlar...”
02 Dec 2021 | 09:44
“COVİD-19”-un bütün ştammlarına qarşı universal peyvənd hazırlamağın üsulu TAPILDI!..
02 Dec 2021 | 16:09
Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI
02 Dec 2021 | 11:30
“O vaxt Qarakənd faciəsində də bizim “qaymaqlarımızın” bir gülləylə hamısını qırdılar”
02 Dec 2021 | 10:30
"Brüssel görüşü AB və Amerikanın Rusiyaya qarşı açdığı yeni bir cəbhəyə çevirilə bilər"
02 Dec 2021 | 11:26
"Artıq bizim mədəni irsimizə qarşı törədilən vandallığı dünya bilsin"
HƏFTƏLİK
02 Dec 2021 | 07:55
"Dünən İrəvandan Bakıya təyyarə uçub - çoxlu sayda əsir gətirilməlidir..."
29 Nov 2021 | 08:30
Erməni şirkəti Tərtərin bu kəndində qızılımızı çıxarmaqda davam edir?..-FOTOLAR+VİDEO
01 Dec 2021 | 19:08
“Ermənilər Ağdamı Ermənistana daşıdığı kimi, o da  Ağdərənin varını-yoxunu Dərbəndə daşıdı...”
30 Nov 2021 | 21:58
"Nəcməddin Sadıkov rusca dedi ki, sizə nifrət edirəm və Azərbaycanca da danışmayacam...”
28 Nov 2021 | 13:26
“Onlar 3 min əvvəl erməni çarı olmuş Tiqran barədə danışmağı sevirlər, amma bugünkü reallıq başqa söz deyir”
02 Dec 2021 | 12:00
Petrosyan: "Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!" - VİDEO
26 Nov 2021 | 09:55
“30 ildir, özümüzü aldatmışıq ki, Qarabağ Ermənistanındır”-  Paşinyan belə dedi?..
30 Nov 2021 | 09:20
Natiq, 1 nara görə ayaq itirib əlil olmağa dəyərdimi?
27 Nov 2021 | 08:24
Paşinyan Moskvada sülh vəd edərkən separatçı Araik əski parçasıyla İrəvana gəldi...-FOTO
27 Nov 2021 | 05:02
“Nazirlik ev vermir, heç olmasa 1700 manat ödəyib xəstəxanadan çıxmağımıza kömək etsin”
AYLIQ
02 Dec 2021 | 07:55
"Dünən İrəvandan Bakıya təyyarə uçub - çoxlu sayda əsir gətirilməlidir..."
02 Dec 2021 | 12:00
Petrosyan: "Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!" - VİDEO
02 Dec 2021 | 10:26
Mətbuat Şurası DSX-nin ərköyün mayorunun qoçuluğunu pislədi
02 Dec 2021 | 11:43
“İran Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetməsindən danışsa, Cənubi Azərbaycan...”
02 Dec 2021 | 10:54
“Onlar hansı, kimlərin sərhədlərini qorumalı olduqlarını bir qədər unudurlar...”
02 Dec 2021 | 09:44
“COVİD-19”-un bütün ştammlarına qarşı universal peyvənd hazırlamağın üsulu TAPILDI!..
02 Dec 2021 | 16:09
Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI
02 Dec 2021 | 11:30
“O vaxt Qarakənd faciəsində də bizim “qaymaqlarımızın” bir gülləylə hamısını qırdılar”
02 Dec 2021 | 10:30
"Brüssel görüşü AB və Amerikanın Rusiyaya qarşı açdığı yeni bir cəbhəyə çevirilə bilər"
02 Dec 2021 | 11:26
"Artıq bizim mədəni irsimizə qarşı törədilən vandallığı dünya bilsin"