Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”
Oxunub: 1126
22 Oct 2021 | 10:38
Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Sabiq Baş Qərargah rəisinin karton zavoduna şərikliyi və baş verən ilginc hadisələr...

6 il əvvəl Eldar Mahmudovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstə ifşa olunandan sonra xüsusən iş adamları dərindən nəfəs aldılar. Bu, səbəbsiz deyildi. Eldar Mahmudov ona göstərilən etimaddan sui-istifadə edib iş adamlarına qan uddururdu. Böyük rezonans doğuran bu ifşa prosesindən və ölkə rəhbərliyinin ortaya qoyduğu prinsipial mövqedən sonra bir daha oxşar cinayətlərin təkrarlanmayacağı ehtimal olunurdu. MTN-də yuva salan dəstənin ifşası Eldar Mahmudovun yolunu getmək istəyənlərə də bir dərs olmalı idi. Təəssüf ki, belə olmadı...

Baş redaktorun başına gətirilənlər

Tanınmış baş redaktor Emin Eminbəylinin üzləşdiyi cinayətə bərabər qanunsuzluqlara Müdafiə Nazirliyinin sabiq baş Qərargah rəisi Nəcməddin Sadıkovun və onun qudası Elçin Muradovun adı qarışıb.

Emin Eminbəyli  2001-ci ildə jurnalistikadan uzaqlaşandan sonra iş qurub, kiçik biznes fəaliyyətinə  başlamağı qərara alıb. Bir neçə yaxını ilə Almaniyada “EPT-Almaniya” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradıb. Həmin ili Almaniyada keçirilən hərracda sutkada  50 ton  kağız tullantılarından xrom-erzas karton istehsal edən zavod alıb. Şərikləri arasında alman, türk və bolqar iş adamları da olub. Müzakirələrdən sonra qərara alırlar ki, zavodu söküb Azərbaycana gətirsinlər. Bunun üçün onlara həm  maliyyə dəstəyi, həm də hakimiyyətlə münasibətləri tənzimləyə bilən adam lazım idi. Hakimiyyətə yaxınlığı və real maliyyə imkanı olan bir neçə iş adamı ilə görüşürlər. Onları karton istehsalının rentabelli olmasını təsdiqləyən hesablamalarla tanış edirlər. Emin Eminbəyli hələ birinci Qarabağ savaşından yaxın münasibətdə olduğu Nəcməddin Sadıkovla da görüşür. Bu o vaxtlar idi ki, müdafiə naziri Səfər Əbiyevlə münasibətləri gərgin olan Nəcməddin Sadıkovun Baş Qərargah rəisi vəzifəsində çıxarılması məsələsi gündəmdə idi. Nəcməddin Sadıkov ona edilən təkliflə razılaşır.

Emin Eminbəyli

Bir şərtlə ki, rəsmiyyətdə onun adı çəkilməsin, başqasının adı olsun. Şəriklər üçün bu, prinsipial əhəmiyyət daşımır. Uzun müzakirələrdən sonra karton zavodu tərəflər arasında dörd milyon ABŞ dolları ilə dəyərləndirilir və iki tərəf arasında 50-50 bölüşdürülür. Görüşdə Sadıkovun qaynı Gərayxan Gərayxanov da iştirak edir. Və bütün məsələlərdə onun təmsilçisi olacağı tərəflər arasında razılaşdırılır. Nəcməddin Sadıkov bu iş üçün 2 milyon ABŞ dolları sərmayə yatırmalı idi. Zavodun sökülüb gətirilməsi, himayədarlıq edilməsi də onun üzərinə düşürdü. Bu da qeyd edilməlidir ki, razılaşma imzalanana qədər qarşı tərəf Almaniyaya mütəxəssis göndərib zavodun texniki parametrləri, vəziyyəti, qiyməti ilə maraqlanmışdı. İtaliyadan olan həmin mütəxəssis zavodla bağlı geniş bir rəy yazıb sifarişçiyə təqdim etmişdi. İtalyan mütəxəssis zavodun texniki vəziyyəti ilə bağlı müsbət rəy vermiş və bildirmişdi  ki, zavodun real dəyəri 7 milyon ABŞ dolları civarındadır. Bu qədər vəsaitin ayrılması iqtisadi baxımdan sərfəlidir, dünya bazarındakı karton məmulatına artan tələbata görə  sərmayə riski  yox dərəcəsindədir.

Nəcməddin Sadıkovu da istefaya çağırdılar – 26 ildir ki... Yeni Sabah

Məhz bu rəydən sonra şəriklik təklifi Nəcməddin Sadıkovun qaynının adına nəzərdə tutulan kimi rəsmiləşir. İlkin olaraq texniki məsələləri həll etmək üçün 300 min ABŞ dolları vəsait xərclənir. Bu vəsaitlə  zavodu sökmək üçün 15 nəfərdən ibarət mütəxəssis və  fəhlə Azərbaycandan Almaniyaya ezam edilir. Drezden şəhərinin yaxınlığında yerləşən  zavod 6 ay müddətinə sökülüb, 44 ədəd yük konteyneri ilə Azərbaycana göndərilir. Abşeron rayonu ərazisində “Binəqədi Dəmir Beton ASC”nin bir hissəsini alıb zavodu oradakı korpuslardan birində quraşdırmaq üçün zəruri addımlar atılır.

Nəcməddin Sadıkov alınan istehsalat korpusunun bir hissəsinin qaynının və oğlunun adına keçirilməsini istəyir. Etiraz edilmir. Bir şərtlə ki, zavod quraşdırılıb qurtarana qədər o, tərəflərin razılığı olmadan heç kimə satıla bilməz. Təklif protokollaşdırılır və tərəflər onu imzaları ilə təsdiqləyir.

Dələduzluq etməkdə şübhəli bilinən şəxslər məsuliyyətə cəlb olunub -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gözlənilməz təklif

Zavod sökülərək ölkəyə gətiriləndən sonra Nəcməddin Sadıkov zavodun gəlirinin 80 faizinin “yuxarı”lara verilməsini “yuxarı”ların şərti kimi şəriklərə bildirir. Əks təqdirdə, zavodun işləməsi mümkünsüzdür. Şəriklər bu təklifi öz aralarında  müzakirə edir və təbii ki, təkliflə razılaşmırlar. Avadanlıq bir ildən artıq elə konteynerlərin içərisində qalır. Ondan sonra Nəcməddin Sadıkov zavodu Dərbəndə aparıb orada quraşdırmaq təklifini verir. Çıxış yolu olmayan şəriklərin razılaşmaqdan başqa əlacları qalmır. Tərəflər Dərbənddə “EPT- Dərbənd” birgə müəssisəsi yaradıb zavodu bu dəfə Dərbəndə daşıyır və Türkiyədən mütəxəssislər dəvət edib “Dərbənd Cilalayıcı Dəzgahlar Zavodu”nun bir korpusunda karton  zavodunu quraşdırmağa başlayırlar.

İldırım çaxdı, buludlar çəkildi, günəş hər tərəfi işıqlandırdı

 Zavod Dərbənddə quraşdırılıb, işlərin tamamlandığı vaxt  Nəcməddin Sadıkovun həyatında dəyişikliklər oldu.  Elçin Muradovla qohumlq onu Səfər Əbiyev təhlükəsindən qurtardı. Daha onun karton zavoduna ehtiyacı qalmadı. Müdafiə Nazirliyinin bir sahəsi onun ixtiyarına verildi. Bu, yüksəkliyə uçuşun hələ başlanğıcı idi.

president Elchin.jpg (15 KB)

Elçin Muradov

O, üzərinə götürdüyü öhdəlikləri bir anın içərisində unudur. Şərikləri ilə təmaslarını kəsir. Necə deyərlər, ayaqları yerdən üzülür. Yüksələ bildikcə səmalara yüksəlməyə başlayır. Amma bu arada imkan tapıb zavodun iki korpusunu oğlu və qaynının adına özəlləşdirməyi də unutmur. Şəriklərini yenə də aldada bilir. Bu dəfə general poqonuna and içir. Amma yenə sözünün üstündə durmur.

Karton istehsalından gələn gəlir nazirlikdə möhkəmlənmiş mövqeyinin dividentinin yanında onun üçün heç nəyə çevrilir. Başı daha ciddi işlərə qarışır. Hərbi hissələrin ərazisində mülklər tikməyə və s.

Şəriklər 19 ildir ki, Nəcməddin  Sadıkovun verdiyi “general sözü”nün ziyanını çəkməklə məşğuldurlar. “Qara gün” üçün nəzərdə tutulan zavod indiyədək Dərbənddə ağzı günə qalır.

Elçin Muradov Eldar Mahmudov rolunda

Dərbənddən əli üzülən Emin Eminbəyli respublikada Eldar Mahmudov təhlükəsi sovuşandan sonra  yenidən bir iş görmək qərarına gəlir. Nəcməddin Sadıkovun oğlu və qaynının (notarial şəkildə) razılığı ilə həmin korpusu abadlaşdırır. Dam örtüyünü təzələyir, işıq, qaz, su xətti çəkdirir. Yeri betonlayır. İnzibati idarə binası tikdirir. Bir sözlə, xeyli xərcdən sonra korpusu normal vəziyyətə salır. Bir neçə şəriki ilə birlikdə ağac yonqarlar pilitəsi (DSP) istehsal edən mini zavod quraşdırmağa başlayır. İrandan mütəxəssislər dəvət edir. Zavodu işə salmaq üçün olan-qalan əmlaklarını satmalı olur. İşlər başa çatmağa yaxın məlum olur ki, həmin istehsalat korpusunu  Nəcməddin Sadıkov qudası Elçin Muradovun adına keçirib...

Emin Eminbəyli Elçin Muradovla görüşür və bütün olanları ona danışır. Elçin Muradov sanki bütün olanlardan xəbərsiz kimi təəssüfləndiyini bildirir. Bundan sonra Elçin Muradov Nəcməddin Sadıkovun qaynını çağırtdırır və Emin Eminbəylinin dediklərinin həqiqət olduğunu dəqiqləşdirəndən sonra bu işdə onların haqsız olduqlarını söyləyir. Bundan sonra Emin Eminbəyliyə öz işini davam etdirməyi, heç kimin onun işinə müdaxilə edə bilməyəcəyinə söz verir.

Bundan sonra Emin Eminbəyli  zavodu işə salmaq üçün bu sahədə səriştəli olan bir firma ilə uzunmüddətli müqavilə bağlayır. Yüksək keyfiyyətli məhsul istehsal etmək üçün iranlı mütəxəssislər zavodun müxtəlif sahələrini müasir tələblərə uyğunlaşdırmaq təklifini verirlər. Bu təkliflər reallaşdırılmağa başlanır. İşlər yekunlaşan vaxtı...

Təkrar göy guruldayır və...

Bu dəfə meydana Elçin Muradovun özü atılır. Qudası Nəcməddin Sadıkovun 20 il əvvəl açdığı oyunu bu dəfə özü təkrarlamaq  istəyir.  Daha bilmir ki, artıq iş adamlarının arxasında Azərbaycan Prezidentinin özü dayanıb. Və dəfələrlə bunu iş adamlarına elan edib.

Bu çıxışları izləsəydi, bu qəbildən olan vərdişindən və xasiyyətindən əl çəkərdi. Ən azından yaxşı nəticə verməyəcək səhvini təkrarlamazdı. Və bir də Elçin Muradov Eldar Mahmudovun yerişini yeriyə bilməsə də, heç olmasa ayaqqabısını geyməyə cəhd etməzdi.

Daha ölkədə “kim nə istəyir edə bilər” dövrü arxada qalıb. Nəcməddin Sadıkovun hərbidə “at oynatdığı” zamanlar da tarixə çevrilib. İndən sonra onun etdiklərinin istintaqı zamanı əməllərinin cavabının verilməsi vaxtı gəlir.

44 günə arxalı düşmənin arxasını yerə vuran Azərbaycan Prezidenti bu gün iş adamlarının arxasındadır. Elçin Muradov, Nəcməddin Sadıkovun düşdüyü vəziyyətdən nəticə çıxarmırsa, ən azı Prezidentin qətiyyətindən nəticə çıxarmalıdır. Yoxsa axırı qudası kimi olacaq. Bəlkə ondan da pis...(musavat.com)

Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib