Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyətdin Əliyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Qubanın Qımıl kəndində Vətən Müharibəsi şəhidi Mirzəyev Nuran Akif oğlunun il mərasimində iştirak etmişlər.
Nuran Mırzəyev 28 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağrılmış və 29 sentyabr 2020-ci ildə Vətən müharibəsinə yollanmışdır. Füzuli,Cəbrayıl və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.19 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.Ölümündən sonra “Vətən uğrunda”,”Cəbrayılın azad olunmasına görə”,”Qubadlının azad olunmasına görə”və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.Millət vəkili Vahid Əhmədov rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər şəxslərlə birlikdə kənddə yaradılan şəhid Nuran bulağı ilə də tanış olmuşlar.
Həmin gün Quba rayonunun ucqar dağ kəndi olan Çimi kəndində əhalinin içməli su ilə təminatını yaxşılaşdırılması məqsədi ilə millət vəkili Vahid Əhmədovun təşəbbüsü ilə 11.000 metr məsafədən mürəkkəb relyefli ərazidən keçməklə çəkilmiş su xəttinin açılışı mərasimi olmuşdur. Burada bulaqlardan gələn suyu toplamaq üçün 10 və 30 tonluq iki su anbarı tikilmiş, kollektor quraşdırılaraq kəndin səkkiz məhləsinin hamısına su xətləri çəkilmişdir.Kəndin müxtəlif yerlərində ümumi istifadə üçün dörd bulaq tikilmiş, onlardan ən böyüyü Şəhidlər bulağı adlandırılmışdır. Su xəttinin və bulağın açılış mərasimində millət vəkili Vahid Əhmədovla yanaşı rayon İcra Hakimiyyətinin başçısı Ziyətdin Əliyev ,kənd sakinləri iştirak etmişdir.
Mərasimdə əslən Cimi kəndindən olan, Vətən Müharibəsində “Topçu Vüsal” kimi məşhurlaşmış Vüsal Şahkərimov da iştirak etmişdir.