Həbs edildi, 6 ayını ruhi xəstəxanada keçirdi, teatrdan ayrılıb insult oldu... – MARAQLI
Oxunub: 3438
19 Oct 2021 | 14:57
Həbs edildi, 6 ayını ruhi xəstəxanada keçirdi, teatrdan ayrılıb insult oldu... – MARAQLI
Moderator.az Kulis.az-a istinadla Xalq artisti Baba Mahmudoğlu haqqında maraqlı faktları təqdim edir.
 
Baba Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də Qazax rayonunun Muğanlı kəndində sadə bir ailədə anadan olub. O, orta məktəbi əla qiymətlərlə başa vurub. 16 yaşında Bakıya gəlib, daha sonra o vaxtkı Sənaye İnstitutunun mexanika fakültəsinə imtahansız qəbul olunub.

1961-ci ildə institutu bitirib mühəndis ixtisasına yiyələnib və Səttarxan adına zavodda aparıcı konstruktor kimi işləməyə başlayıb. Hələ tələbəlik illərində institutun, işə daxil olduğu vaxtdan isə zavodun Mədəniyyət sarayının mahnı və rəqs ansambllarının solisti kimi fəaliyyət göstərir.

Baba Mahmudoğlu gənclik illərində

Elə həmin illərdə Amaliya adlı qızla tanış olub onunla ailə həyatı qurur. Bu evlilikdən onların iki övladı doğulur. Xanəndə ailəsi ilə birlikdə 16 il bir otaqlı, darısqal mənzildə yaşamalı olublar. Həyat yoldaşı Amaliya xanım xatirələrində deyir:

"Baba Mahmudoğlu ilə tanışlığımı heç vaxt unutmaram. İndiki Azadlıq prospektindəki yataqxanamız Neft-Kimya İnstitutunun yataqxanası ilə üzbəüz idi. Bir çox tələbələr kimi, mən də Babanı tanıyırdım. Çünki bəzən axşamlar onun səsi nəinki yataqxanaları, ətraf evləri də başına götürürdü. Tanışlığımız da elə ordan başladı. Birinci görüşümüzdəcə mənə evlənməyi təklif etdi. Baba sözü qıpqırmızı, adamın gözünün içinə deyirdi. Uşaq kimi təmiz və səmimi idi. Mən onun üçün yaşayırdım. Qohum-əqrəba da çox istəyirdi onu. Nəsimi bazarının yanında darısqal birotaqlı evimiz var idi. 1962-78-ci illərdə orada yaşamışıq. Ömrünün ən gözəl çağları olub o illər... Hara gedirəm səsi qulağımdadır. Televizorda yaxşı nə görürəm, Baba yadıma düşür. Çətindir onsuz, çox çətindir".

***

Sənaye İnstitutunda oxuduğu illərdə tələbə yoldaşlarının tövsiyəsi ilə A. Zeynallı adına Musiqi Texnikumunun səs sinfinə gələrək, Seyid Şuşinskinin muğam dərslərində iştirak etmişdi. Həmin vaxt o, Asəf Zeynallı adına Musiqi Məktəbində Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə muğamları öyrənir.

Soldan: Baba Mahmudoğlu, Bəhram Mansurov və Nəzakət Məmmədova

Onun zirvəyə doğru gedən sənət yolu, professional səhnə taleyi isə Opera və Balet Teatrından başlayıb. Mərhum sənətkar öz xatirələrində deyir: "Bir gün eşitdim ki, Opera və Balet Teatrında "Gözəl səslər" müsabiqəsi keçirilir. Açığı özüm buna çox can atırdım, dostlarım da məsləhət gördülər ki, həmin müsabiqədə iştirak edim. 1962-ci ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən həmin müsabiqədə iştirak edən 153 nəfər içərisindən 1-ciliyi qazanaraq, Opera və Balet Teatrına solist qəbul olundum".

***

1979-cu ilə kimi hamı onu xanəndə Baba Mirzəyev kimi tanıyır. 1979-cu ilin sentyabr ayında isə özünə "Dastan" folklor ansamblı yaradaraq, o andan Baba Mahmudoğlu kimi çıxış etməyə başlayır. B. Mahmudoğlu sənət yolunu bu ansamblla davam etdirib. "Dastan" folklor ansamblı ilə o, bir çox xarici səfərlərdə də çıxış etmiş və Azərbaycan musiqisinin gözəlliyini digər xalqların nümayəndələrinə ən gözəl şəkildə çatdırmışdı.

Baba Mahmudoğlu tamaşa zamanı

Baba Mahmudoğlu taleyinə, bəxtinə, uğurlarına arxayın olub heç vaxt qürrələnmir, özünü yuxarı tutmur, yolunu azmır və öz keçmişini, uşaqlıq dövrünü, kasıb yaşadıqları zamanı unutmur. Ağır, məşəqqətli 1941-1945-ci illər müharibə illərində, ondan sonrakı çağları xatırlayır, heç bir şəraiti olmayan, qazmada yaşadıqlarını yaddan çıxarmır.

***

1962-ci ildə Niyazi Opera və balet teatrında baş drijor olan zaman qəzetlərdə Məcnun rolu üçün yeni ifaçı axtarışı elan verilir. Baba bu müsabiqəyə qatılır və 153 nəfər arasından birinci olur. Elə həmin ildən teatrln solistinə çevrilir. 8 il orda təmənnasız çalışır, baş rollar ifa edir. O, Məcnuun obrazının ruhi aləmini mənimsəmək və tamaşaçıya çatdırmaq üçün o, altı ay ruhi xəstəxanya gedir, ruhi xəstələrin davranış tərzini öyrənməyə çalışır. Tamaşa zamanı obrazı necə ifa edirsə, izləyənlər elə bilir ki. O, həqiqətən də dəli olub. Hətta bir dəfə Məcnun özünü qayadan atan səhnəsində hündürdən atılır və huşunu itirir. Bir dəfə isə az qalır orkestrin üstünə düşsün.

***

Leyli obrazı üçün gənc Nəzakət Məmmədova ilə məşqlər aparır və Məcnun rolunda da daha bir gənci görmək istəyir. Nəzakət xanım sevincək ona belə bir ifaçının olduğunu bildirir: "Səhnə görkəmi Məcnuna uyğun, səs imkanları çox geniş, sənətə böyük həvəsi olan bir oğlan var, Baba Mirzəyevdir. Çox istedadlıdır".

Soldan: Baba Mahmudoğlu, Qəndab Quliyeva, Səkinə İsmayılova, Yaqut Abdullayeva, Bəhram Mansurov

Baba Məcnun obrazının mətnini, Füzuli yaradıcılığını dərindən dərk etsin deyə ədəbiyyatşünas alimlərdən Həmid Araslı və Əli Fəhmi ilə görüşür. Bu böyük alimlər, xeyirxah insanlar bu işdə Babaya kömək edirlər. Gənc xanəndə Opera Teatrının müşayiətçi tarzəni, böyük muğam bilicisi Bəhram Mansurovla məşqlərdə onun çalğısı, tövsiyə və tapşırıqları vasitəsi ilə çox şey əxz edir, səsini muğam parçalarına uyğunlaşdırır, Məcnun roluna aid olan oxuma üslubunu mənimsəyir. Firudin Səfərov Babanı yoxlamaq üçün bir ay sınaq müddətinə iki həftə də əlavə edir və çox gözəl nəticə alınır. Baba əsl Məcnun kimi səhnəyə çıxarılır. İlk tamaşa uğurlar qazanır.

***

Baba Mahmudoğulunu qəribə xasiyyətlərindən biri də oxuyarkən gözlərini yumması idi. Bir gün Filarmoniyada konsert vermək üçün məşq etdiyi zaman Baba yenə gözlərini yumur. Musiqiçilər görür ki, Baba yenə gözlərini yumub, səsini də uzadır, tez alətləri yerə qoyub bayıra çıxırlar. Sən demə, onlar əvvəlcədən öz aralarında danışıblar ki, Baba ifa edəndə durub getsinlər. Baba təsnifə keçəndə gözlərini açır, baxır ki, otaqda bəstəkardan başqa heç kim yoxdur. Zarafatı başa düşən xanəndə şaqqanaq çəkib gülür.

Baba Mahmudoğlu

Canəli Əkbərov isə xatırlayır:

“Bir dəfə "ezamiyyət vaxtıdır" dedik, bizim kəndimizə getdik. Baba çox aktiv adam idi. Bir yerdə durmurdu. Həyətimizə çatandan az sonra gördük yoxa çıxdı. Arif Babayev dedi ki, əə, bura hara getdi? Evimizin arxasına keçib gördük ki, yoncalıqda uzanıb yatıb. Yonca o qədər hündür idi ki, Baba içində itib-batırdı. Arif dedi ki, sən tut ayağından, mən də başından, bunu yaxınlıqdan keçən kanala ataq. Elə də yatıb daş kimi. Nəysə, bunu qaldırdıq, apardıq kanala tərəf, birdən ayıldı. Başladı bizə yalvarmağa: "Başınıza dönərəm, məni kanala atmayın".

O qədər saf idi ki, o dəqiqə inanmışdı”.

***

Əməkdar artist Süleyman Abdullayev müsahibələrinin birində deyir:

"Baba Mahmudoğlunun istedadına söz ola bilməzdi. O qədər savadlı idi ki, hardan deyirdin ordan cavab verirdi. Dünya klassiklərin əzbər bilirdi. İnanın ki, Füzulinin qəzəllərini elə gözəl təhlil edirdi ki, biz ona öz aramızda "Kəllə" deyirdik. O vaxtı hər adamın işi deyildi ki, Füzulini dərindən bilsin. Həyat yoldaşı Amaliya xanım da özü qədər savadlı qadın idi. Sovet höküməti vaxtında kooperativ ev aldığına görə onu həbs etmişdilər. Baba da mənim yaxın dostum idi deyə, tez-tez yanına gedirdim. Bir dəfə də çətin vaxtlarında cibinə yüksək məbləğdə pul qoydurmuşdum. Hər dəfə müsahibələrində onu söyləyirdi ki, "Süleyman Abdullayev kimi sənətkar mənim ən çətin günümdə yanımda olub".

"Aşıq Qərib" operasından kadr

B. Mahmudoğlu 2005-ci ildə Opera və Balet Teatrından təqaüdə göndərilir. Sənətkar elə həmin ilin noyabr ayında xəstələnib, insult keçirir. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşir. Həkimlər ona rayonda yaşamağı məsləhət görürlər. Bu səbəbdən B. Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində yaşamalı olur. Daha sonra Bakıya qayıdır. 2006-cı il dekabrın 6-da Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edir.

Oxşar xəbərlər
22:27, Bu gün
Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb
22:24, Bu gün
Fuad Hüseynəliyev: “Ermənistan hökumətinin siyasətini Fransadan aldığı illüziyalar müəyyənləşdirir” - VİDEO
22:22, Bu gün
Amerikada ərə gedən aparıcı oğlan DANIŞDI – NİYƏ? / FOTO
22:20, Bu gün
Damla şəxsi təyyarə alıb? – VİDEO
22:08, Bu gün
“60 yaşlı kişinin əlinə silah verib qoyublar səngərə...”
22:04, Bu gün
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
21:58, Bu gün
Gürcüstanda iğtişaşlar: Parlament qarşısında etirazlar davam edir - VİDEO
21:51, Bu gün
Bakıda dar küçədə böyük dərd: Nə təcili tibbi yardım maşını gəlir, nə də taksi - VİDEO
21:40, Bu gün
Xarıbülbülü Cəlilabada gətirən Xalq artisti DANIŞDI: “Belə bir gülün olduğunu bilmirdim” - VİDEO
21:17, Bu gün
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
21:15, Bu gün
"İsrail Baydenə böyük siyasi problemlər yaradıb" - "The Wall Street Journal"
21:12, Bu gün
Brüsseldəki Ədliyyə Sarayında bomba təhlükəsi: İşçilər təxliyə edildilər
21:06, Bu gün
Meyityuyan: “Heç biri yuxuma da girməyib” - VİDEO
20:58, Bu gün
"Nədən İordaniyanın hava hücumundan müdafiə qüvvələri İran raketlərini vurub?.."
20:51, Bu gün
Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO
20:48, Bu gün
2000-ci illərdə reperlərin geyindiyi cinslər qadınlar üçün dəbə çevrilib - FOTO
20:36, Bu gün
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
20:33, Bu gün
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
20:24, Bu gün
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
20:19, Bu gün
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
20:07, Bu gün
Səhər asanlıqla necə oyanmaq olar?
20:04, Bu gün
Biləsuvarda əmək yarmarkası keçiriləcək
19:56, Bu gün
Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?
19:50, Bu gün
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:45, Bu gün
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
19:37, Bu gün
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19:35, Bu gün
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
19:34, Bu gün
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
19:27, Bu gün
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
19:24, Bu gün
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
19:23, Bu gün
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
19:20, Bu gün
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
19:18, Bu gün
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
19:14, Bu gün
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
19:05, Bu gün
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
18:57, Bu gün
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
18:54, Bu gün
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
18:49, Bu gün
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
18:47, Bu gün
Bakıda külək elektrik stansiyası tikiləcək
18:45, Bu gün
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:38, Bu gün
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
18:33, Bu gün
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
18:30, Bu gün
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:24, Bu gün
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:18, Bu gün
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:16, Bu gün
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
18:10, Bu gün
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
18:08, Bu gün
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
18:07, Bu gün
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
18:03, Bu gün
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
17:57, Bu gün
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
17:54, Bu gün
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
17:48, Bu gün
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
17:46, Bu gün
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
17:45, Bu gün
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
17:42, Bu gün
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
17:40, Bu gün
Qan laxtalanması riski kimlərdə olur?
17:38, Bu gün
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
17:35, Bu gün
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
17:30, Bu gün
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
17:26, Bu gün
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
17:23, Bu gün
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
17:19, Bu gün
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
17:19, Bu gün
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
17:15, Bu gün
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
17:10, Bu gün
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
17:05, Bu gün
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
17:00, Bu gün
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16:56, Bu gün
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16:52, Bu gün
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
16:48, Bu gün
"ABŞ İran dronları kimi Rusiya dronlarını vurmayacaq" - Con Kirbi
16:44, Bu gün
Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”
16:40, Bu gün
Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO
16:35, Bu gün
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir - FOTO
16:30, Bu gün
YAP Xətai rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir
16:25, Bu gün
Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
16:22, Bu gün
Tiktoker "Semka" həbs edildi
16:20, Bu gün
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək - FOTOLAR
16:15, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi
16:11, Bu gün
BDU-da təlim: “Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili” - FOTO
16:07, Bu gün
"Əl-ayağımı, ağzımı bağlayıb, 10 min manat istədi"
16:05, Bu gün
“Bakcell” böyük yeniliklərə hazırlaşır
16:04, Bu gün
Vladimir Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - FOTO
16:02, Bu gün
Brüssel “sxodka”sının ŞOK gizlini açılır – Tələdəki pendir yemək üçün deyil!
16:00, Bu gün
Bakıda evdən meyit tapıldı
15:57, Bu gün
Xəzərdə süni torpaq sahəsinin yaradılması parlamentdə müzakirə olundu - FOTO
15:53, Bu gün
50 milyardlıq iş müqabilində 16 milyon əmək haqqı alan əsirlər – SENSASİON DETALLAR
15:48, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:43, Bu gün
BDU-da “Gənclik həftəsi” keçirilir - FOTO
15:39, Bu gün
"Elə müasir silahlarımız var ki, İranı daş dövrünə qaytara bilər..."
15:36, Bu gün
BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir - FOTO
15:32, Bu gün
"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə
15:30, Bu gün
Maksimum bal toplayan Bakı məktəbliləri - FOTO
15:28, Bu gün
Şimal-qərb regionunun daha 2 məktəblisi maksimum nəticə göstərdi
15:23, Bu gün
ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib - FOTO
15:19, Bu gün
FHN qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
15:15, Bu gün
Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər
15:13, Bu gün
Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy və…
15:12, Bu gün
Elşad Qarayev canlı efirdə AĞLADI: Ürəyi daş... - FOTO
15:10, Bu gün
Danimarkanın 400 illik mədəni irsi alovlar içində - VİDEO
GÜNLÜK
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 22:32
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
15 Apr 2024 | 22:48
Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - VİDEO
15 Apr 2024 | 22:39
Tikinti şirkəti məhkəyə verildi
15 Apr 2024 | 22:45
Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU
15 Apr 2024 | 22:52
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
15 Apr 2024 | 22:37
Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 22:32
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
15 Apr 2024 | 22:48
Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - VİDEO
15 Apr 2024 | 22:39
Tikinti şirkəti məhkəyə verildi
15 Apr 2024 | 22:45
Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU
15 Apr 2024 | 22:52
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
15 Apr 2024 | 22:37
Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır