Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tarix yazaraq əbədiyyətə qovuşan məzunu
Oxunub: 718
18 Oct 2021 | 17:55
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tarix yazaraq əbədiyyətə qovuşan məzunu
Xətai rayonunda Vətən müharibəsi şəhidi Elşən Salayevin adını daşıyan parkın və xatirə lövhəsinin açılışı olub
 
Oktyabrın 18-də Bakının Xətai rayonunda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan polad biləkli, mübariz ruhlu qəhrəmanımız Elşən Fuad oğlu Salayevin yaşadığı ərazidə onun adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi keçirilib.
 
Şəhidin vaxtilə yaşadığı Səməd bəy Mehmandarov küçəsi 26 ünvanında keçirilən tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri, eləcə də mədəniyyət xadimləri iştirak ediblər.
 
Mərasim ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpası, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhlarına dualar oxunub.
 
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, bu gün həm Elşən qardaşımızın adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi 18 oktyabr- Müstəqilliyin bərpasının otuzuncu ildönümünə təsadüf edir: “30 il idi ki, biz hər il bu tarixi qeyd edəndə deyirdik və arzulayırdıq ki, Allah qismət eləsin torpaqlarımızı azad edək, bu tarixi bütöv Azərbaycan olaraq qeyd edək. Nəhayət ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri hərb meydanında haqq savaşı apararaq düşmənin başını əzib ərazi bütövlüyümüzü bərpa etdi. Qəhrəman zabit və əsgərlərimizin şücaəti sayəsində, Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın tarixi Zəfərinin, gücünün, qüdrətinin şahidi oldu. Azərbaycan xalqı hər zaman Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçərək şəhadətə ucalan Elşənin timsalında bütün qəhrəman və mübariz oğullarımızın şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur və tutacaqdır.”
 
R.Quluyev xatırladıb ki, şəhidlərimizin şücaəti, döyüş yolu, savaş əzmi, ölümün gözlərinə dik baxaraq düşmənlə son nəfəsədək vuruşması gələcək nəsillərə çatdırılmalı və gənc nəsillərimiz Vətənimizin hər qarışının şəhidlərin qanı ilə yoğrulduğunu bilməli, vətənpərvər böyüməlidirlər: “Ənənəvi olaraq rayonumuzdan Birinci və İkinci Qarabağ müharibələrində öz canları bahasına Qələbəni bizə yaşadan şəhidlərimizin adlarını müxtəlif formatlarda anır, xatirələrini əbidiləşdirmək üçün tədbirlər keçiririk. Əsas məqsədimiz şəhidlərimizin adını və xatirəsini əbədiləşdirmək, onların ailə üzvlərinə, yaxınlarına təskinlik vermək və qəhrəmanlıqlarını gənc nəslə nümunə olaraq onların yaddaşlarına həkk etməkdən ibarətdir. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə və yaxınlarına isə səbir diləyirəm.”
 
Mərasimdə YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, bu gün Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsini yazan igidlərimizdən biri olan Elşən Salayevin xatirə lövhəsinin açılış mərasimi üçün müqəddəs ocağa, ziyarətgaha toplaşmışıq: “Hər birimizin and yerimiz olacaq bu xiyabanı vətəndaşlarımız, gənclərimiz, Xətai rayon sakinləri həmişə ziyarət edəcək və şəhidlərimizin əziz xatirəsini ehtiramla anacaqlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun əsgər və zabitləri sonsuz cəsarət və şücaət göstərərək həyatları bahasına 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşməndən azad ediblər. Bununla da ərazi bütövlüyümüz bərpa olundu, bizim qürurumuzun, şücaətimizin varlığı bir daha öz təsdiqini tapdıq. Torpaq bizim üçün namus və qeyrətdir. Ona görə də torpağa “Ana Vətən” deyirik. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimizin Vətən yolundakı fədakarlığı, torpaq sevgisi, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir. Şəhidlərimizin əziz xatirəsinə olan ehtiram hər birimizin vətəndaşlıq borcumuz, həyat amalımız olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimiz bu ideya və prinsiplərlə böyüməlidirlər. Şəhidlər hər birimizin qardaşı, əzizi, eyni zamanda, Azərbaycan xalqının baş tacıdır.”
 
V.Rəhimzadə vurğulayıb ki, şəhidlərimizin valideynləri qürur hissi keçirməlidirlər ki, onlar vətənpərvərlik, Vətənini, dövlətini, xalqını sevmək nümunəsini ortaya qoyan, qəhrəmanlığından əsrlər boyu danışılacaq, filmlər çəkiləcək, kitablar yazılacaq belə mərd və qorxmaz oğullar böyüdüblər: “Elşən qardaşımızın timsalında bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Vətən sevgisini, xalqa məhəbbəti, yurda bağlılığı özündə ehtiva edən bu cür cəsur oğullar böyüdən valideynlərin də qarşısında baş əyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə cansağlığı arzu edirəm.”
 
Çıxış edən Əməkdar artist, bədii qiraətçi Azad Şükürov şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə görülən işlərə, keçirilən tədbirlərə, anım mərasimlərinə görə öz adından və mərasim iştirakçıları adından Xətai Rayon İcra Hakimiyyətinin, eləcə də YAP Xətai rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirib: “Hər dəfə şəhidlərimizin xatirə lövhələrinin açılışında iştirak edəndə çox qürur hissi keçirirəm və şad oluram. Ən azından ona görə ki, Vətənimiz, qeyrətimiz, namusumuz yolunda vuruşub qan tökən, gözünü qırpmadan canından keçən şəhidlərimizə sayğı və sonsuz ehtiram göstərərək anım tədbirlərinin keçirilməsi, xatirə lövhələrinin, bulaqlarının açılması onların da əziz ruhunu şad edir. Xalqımızın igid övladları “Vətən”, “xalq” deyərək ən şirin nemət olan canını Vətən uğrunda qurban verdilər. Bu gün üzümüz ağ, başımız ucadır. İndi biz Vətən torpağına ayağımızı möhkəm basırıq. Şəhidlərimizin və qazilərimizin hər birinə bir ömür borcluyuq. Qoy Vətənimizin bütün övladları bu abidəni gördükcə, parkı ziyarət etdikcə hiss etsinlər ki, torpaq uğrunda canlarını fəda edənləri xalqımız necə hörmətli, əziz və müqəddəs tutur.”
 
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nuru bildirib ki, fəxr edirəm Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz ildırım sürəti ilə torpaqlarımızı mundar ermənilərin tapdağından azad etdi: “Qəhrəmanlarımız can verdi ki, yurdumuz yaşasın. Döyüşən əsgər kəfəni boynuna dolayır, o heç zaman fikirləşmir ki, atası, anası, övladı var. Onun bir amalı var: Vətən, Torpaq, Qələbə. Belə tədbirlərin keçirilməsini alqışlayıram. Bu, həm də bir Zəfər tədbiridir.”
 
264 nömrəli məktəb-liseyin direktoru Sevda Qocayevaya çıxışında bildirib ki, Elşən məktəb illərində özünü çalışqan, savadlı, intellektual şagird kimi tanıtmışdı: “Şərəfli və qürurluyam ki, belə şagirdim olub. O, gələcəyin savadlı tarixçisi olacaqdı. Elşən magistratura pilləsində təhsil almaq üçün xarici dövlətlərdən dəvət almışdı. Lakin o, Vətən qarşısında borcunu yerinə yetirmədən magistratura təhsilini davam etdirmədi. Elşən tarixə adını yazayaraq əbədiyyətə qovuşdu.”
 
Daha sonra tədbirdə şəhidin ailə üzvləri, müəllimləri, döyüş yoldaşları çıxış edərək Elşənlə bağlı xatirələrini bölüşüb, şərəfli həyat yolundan, igidliyindən söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Göstərdikləri diqqət və qayğıya görə Xətai Rayon İcra Hakimiyyətinə, YAP Xətai rayon təşkilatının rəhbərliyinə təşəkkür ediblər.
 
Şəhidin atası Fuad Salayev qeyd edib ki, hər bir şəhidin öz taleyi, valideyni, şərəfli döyüş yolu var: “Oğlum haqqında danışmaq nə qədər şərəfli olsa da, eyni zamanda, çətindir. Elşən həyat eşqi ilə dolu gənc idi və bunu onu tanıyan hər kəs hiss edirdi. Özünə qapanan deyildi, əksinə ünsiyyəti sevən idi. Bundan xüsusi zövq alırdı. Xarici dillərə marağı var idi, buna vaxt sərf edirdi. Ona təcrübə qazandıracaq, inkişafına pay qatacaq seminarlara, başqa fəaliyyətlərə önəm verirdi. Universitetə də yüksək balla qəbul olunmuşdu. Elşən tarixi çox sevirdi. Müəllimləri onu “arxeologiya dəlisi” adlandırırdılar. Hətta ordu sıralarına yollanmazdan əvvəl müəllimlərindən birinə mesaj yazmışdı: “Ümid edirəm ki, hərbi xidmətdən sonra daha çox qazıntı təcrübəm olacaq.” Hərbi xidmətə çox həvəsli idi. Vətənini sevən gənc idi. Bunun da əyani sübutu, məhz onun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsi, şəhid olması oldu. Elşənlə sonuncu dəfə oktyabrın 15-də danışdıq. Ondan sonra artıq əlaqə kəsildi. ”
 
Daha sonra 264 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
 
Sonda tədbir iştirakçıları şəhid Elşən Salayevin xatirə lövhəsinin qarşısına tər güllər düzüblər.
 
Qeyd edək ki, Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2015-ci ildə 264 nömrəli məktəb-liseyi bitirib, elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olunub. İkinci kursda Elşən "Erasmus +” proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində yarım il təhsil alıb. Rus və ingilis dillərini mükəmməl bilən Elşənin Vətən sevgisi onun təhsil sevgisindən üstün idi. Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq o əsgər getməyi özünə borc bildi. Elşən Salayev 2019-cu ildə ali məktəbi bitirmişdi. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdı. İkinci Qarabağ savaşı başlayan andan döyüşün iştirakçılarından olur. Tərtər rayonunun Talış kəndi istiqamətində olan ağır döyüşlərdə iştirak edir. 15 oktyabr tarixindən sonra Elşəndən heç bir xəbər almaq mümkün olmur. Təxminən 1 ay sonra Elşən Salayevin Vətən müharibəsində qəhrəmancasına şəhid olduğu xəbəri gəlir. 18 noyabrda Bakı şəhərində dəfn edilir.
 
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elşən Fuad oğlu Salayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
 
 
Oxşar xəbərlər
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin