Cəmiyyət
49785
18 Oct 2021 | 12:34

"Aygün, Röya kimi barlarda oxuyanlar Xalq artisti oldu, Eyyub ermənicə oxuyub fəxri ad aldı..."

Xəbər verdiyimiz kimi müğənnilər Elton Hüseynəliyev və Xəyyam Nisanovun Əməkdar artist fəxri adı alması müğənnilər arasında birmənalı qarşılanmayıb. İllərin sənətkarı olan Əməkdar artist Firuzə İbadova haqqı olan Xalq artisti fəxri adını ala bilmədiyinə görə sərt fikirlər səsləndirib. Bununla yanaşı, müğənni Nadir Qafqazadə də xidmətlərinə görə diqqətdən kənarda qaldığını bildirib:
 
Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev fəxri adların bu şəkildə verilməsiylə gözdən salındığını bildirib:
 
“Məni bu siyahıya qatmayın, bizə bu ad düşmür. Qulu Əsgərova, Anatoli Qəniyevə, Novruz Feyzullayevə fəxri ad vermədilər. Bizə bu saat yalvarıb fəxri ad versələr də, onu götürməyəcəyik. Çünki bu ad artıq öz qüvvəsini itirdi, onu səviyyədən saldılar. Aygün Kazımova, Röya kimi barlarda oxuyanlar Xalq artisti fəxri adı aldı. Eyyub Yaqubov ermənicə oxuyub fəxri ad aldı. Eyyub oxuyur ki, “Ağabala çaykovski, naskısı Maskovski” bu nədir. Miryusif kimilər fəxri ada layiq görüldü”. 
 
Ə.Mirəliyev deyib ki, toylarda oxumaq göstərici deyil:
 
“Xəyyam Nisanovun atası nağara çalan olub, dostumdur, onun da əmisi Moskvada imkanlı şəxslərdən biridir. Bir sözlə, iş görüblər. Xəyyam axı heç muğamı bilmir. Yəni ki, bu adam xalqa yaxın oxumur. Bu gün fəxri ad adı altında alver edirlər. Bunlar harda işləyiblər ki, fəxri ad da alırlar? Mən dövlət filarmoniyasında Mahnı Rəqs ansamblında işləmişəm, təqdimat bu idi. Bunlar hamısı şərtdir. Biz dövlətimizə, xalqımıza xidmət etmişik. Bunlar isə toylarda oxuyublar və bu da göstərici deyil axı. Biz toyu da konsert kimi aparmışıq. Firuzə xanım düz deyir. Bunlar adını şanson qoyub küçə mahnıları oxuyurlar və ona görə də bu adlara layiq olurlar. Çünki bu gün küçə mahnıları, toy bazarına işləmək dəbdədir. Gedin Şəbnəm Tovuzlunun və digərlərinin oxumağına fikir verin”. 
 
Müğənni deyib ki, vəzifə başında olanların musiqidən anlayışı olmadığı üçün bu cür yanlış təqdimatlar edilər:
 
“Mədəniyyət naziri ancaq Əli Mirəliyev olmalıdır, onda bu iş düzələcək. Mən nazir olmasam, bu iş düzəlməyəcək. Çünki bu gün musiqini məndən yaxşı bilən yoxdur. Hamı ölüb və bir nəfər mən qalmışam. Estradanı, muğamı mən bilirəm. Amma bu gün o vəzifədə oturanlar heç nə bilmir. Kimi vəzifəyə qoysalar xeyri olmayacaq. O vaxt Polad Bülbüloğlunu nazir qoymuşdular və çatana da Əməkdar artist fəxri adı verirdi. Poladdan sonra Əbülfəs Qarayev gəldi və bir dəyişiklik olmadı. İndiki nazirin isə heç adını, Mədəniyyət Nazirliyinin binasının heç ünvanını bilmirəm. Demək istəyirəm ki, bunlar musiqini bilməyən insanlardır. Əgər musiqidən xəbərdar olsaydılar, Sevda Ələkbərzadə o boyda Üzeyir bəyin “Sənsiz” romansını o günə qoymazdı. Bir adam çıxıb demədi ki, ay Sevda, “Sənsiz”i niyə o günə qoydun? Ona görə də Azərbaycan musiqisində reformalar lazımdır. Musiqini bilən adamı o vəzifəyə təyin etmək lazımdır və onu da bilən adam mənəm, Əli Mirəliyev”.
 
Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər