Sevda Ələkbərzadə: “Atamı şərləyib tutdurdular”
Oxunub: 1255
17 Oct 2021 | 11:46
Sevda Ələkbərzadə: “Atamı şərləyib tutdurdular”
Bu gün yazıçı Çingiz Ələkbərzadənin doğum günüdür.
 
Moderator.az Kulis.az-a istinadla  bu münasibətlə yazıçının qızı, müğənni Sevda Ələkbərzadə ilə söhbəti təqdim edir.
 
- Sevda xanım, yazıçı Çingiz Ələkbərzadənin ailəsində necə bir mühit var idi? Hələ babanız Əbülhəsən də yazıçı idi…
 
- “Baksovet”də evimiz var idi. Babamgillə eyni meydançada. Sonra atamın işi ilə əlaqədar İsmayıllıya köçdük. Babam da bizimlə idi. Sonra babam rəhmətə getdi. Nənəm əlbəttə, bizimlə qaldı…
 
Atam azadlığı sevən bir insan idi. Evdə oturduğunu heç görməmişdim. Hər zaman iş başında idi. Özümdən bilirəm ki, yaradıcı adamlar gecə işləməyi sevir. O da gecələr oyanıb səhərə kimi yazı makinası ilə işləyirdi. Səhərlər isə atamın ifasına oyanırdım; adətən adamı yuxudan kal oyadanda kefi pozulur, əsəbiləşir, amma mən gülümsəyirdim - atamın gözəl səsi var idi, həm də musiqini ədəbiyyatdan az sevmirdi.
 
Atamın dostları çox idi, deyib-gülən adam idi, amma ailədə çox ciddi idi. Onu sevirdik, həm də ondan çəkinirdik.
 
- Atanızı yazıçı kimi ilk dəfə hansı əsərindən tanıdınız?
 
- Səhv etmirəmsə, “Vulkan” əsərindən... Hətta uşaq vaxtı bacımla o əsərdən kiçik səhnəciklər oynayırdıq. Mən rus məktəbində oxumuşam, o isə Azərbaycan dilində yazırdı. Həmişə narazı idi ki, niyə mən rus məktəbində oxuyuram…
 
Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
 
- Çingiz Ələkbərzadə ədəbiyyatda ilk növbədə mövzu fərqliliyi ilə seçilib. Bəzən onun həbsini bu mövzulara bağlayırlar. Bu həbs necə oldu, nələr baş verdi?
 
- Atam realist yazıçıdır. Həmişə gördüklərini yazıb. O, həm də yeddi rayonun müxbiri idi və sırf jurnalist fəaliyyətinə görə həbsə düşdü. O zaman bircə televiziya – Az TV var idi və mənim atam kimlərinsə xoşuna gəlməyən bir süjet hazırladı. Ona görə də tutdular. Sifariş yuxarıdan gəlmişdi, yalançı şahidlər də var idi. Düzdür, sonra bəraət qazandı, ondan üzr istədilər hətta, amma 2 il yarım həyatı getdi. Atam kimi bir adam üçün bu, böyük faciə idi. Həm də bu həbs elə bir vaxtda oldu ki… Babam Əbülhəsən rəhmətə getmişdi, heç qırxı da çıxmamışdı… Bilirsiniz, mənim babam nüfuzlu yazıçı idi, deyirdilər ki, nə qədər Əbülhəsən sağdı, Çingizə toxuna bilmərik. Elə babam ölən kimi, heç 40-ı da gözləmədən atamı tutdurdular. Guya atam rüşvət alıbmış – 400 rubl. Cibinə salıb çıxardılar. Ad çəkmək istəmirəm, amma elə onda məlumatımız var idi . Bilirsiniz, sizdən bir şey soruşum, hamının üzünə gülən, hamıya yaltaqlanan, hamını sevən, hamı ilə gözəl münasibətdə olan adamın başına belə şey gələr? Mənim atam elə adamlardan deyildi…
 
Amma bütün hallarda ailəmiz üçün ağır oldu. 3 uşaqla anam qaldı tək…
 
- Atanız tutulanda neçə yaşınız var idi?
 
- İkinci sinifdə oxuyurdum. 1986-cı ildə tutmuşdular. 1988-də çıxdı. Hər şey dəqiqliyi ilə yadımdadır. Nənəm depressiya keçirirdi.
 
Atamla işləyən bir operator var idi, yaxın idilər, sonra onu da qorxutdular, o da üzünə durdu. Atam həbsdən çıxanda gəlib üzr istədi, diz üstə düşüb dedi ki, bağışla, məni qorxutdular, heç nə edə bilmədim… Nə bilim, insanıq dəə…
 
Gallery
 
- Həbsdə olanda getmişdiniz yanına?
 
- Gedirdim. Anam atama həmişə dəstək olub. Heç olmadı ki, atamı tək buraxsın.
 
- Həbsdən sonra atanız dəyişmişdi?
 
- Əslində çox dəyişmişdi. Şərə düşmək insanı çox qırır. Nahaq pis şeydir. Təbii ki, oradan çıxanda tam başqa bir adam idi. Bir az aqressivləşmişdi, bir az həyatdan küskün idi. İnsan başa düşür ki, bu dünyada ədalət yoxdur. Noolsun ki, bəraət verdilər, 2 il yarım həyatını geri qaytardılar? Yox.
 
- Deyirlər, “Dünyanın qopduğu yer”də ona şər atanların obrazını yaradıb?
 
- O roman babam Əbülhəsənin “Dünya qopur” əsərinin davamı kimi yazılıb. Atam həmişə gördüklərini yazıb. “Qumarbaz”da, “Vulkan”da, “Dünaynın qopduğu yer”də, “Zindan”da – hamısında. Siz bayaq düz dediniz, onun mövzuları fərqli idi. Mən ədəbiyyatçı deyiləm, bu prizmadan danışa bilmərəm. Amma deyə bilərəm ki, atamın kitabı 30 min tirajla çıxırdı və bir neçə günə satılıb qurtarırdı…
 
…Belə baxanda hansı yazıçıların, hansı rəssamların gözəl həyatı olub ki? Hamısının əziyyət çəkdiyi anlar olub. Bu əziyyətlər sənətlə bağlıdır. Atam həbsə düşəndən sonra nə qədər kitab yazdı. Onsuz da hamımız bir vaxt dünyadan gedəcəyik, amma kitablar qalacaq. Atam 40-50 yaşına kimi çox gözəl həyat sürüb. Babam SSRİ Yazıçılar Birliyinin üzvü idi, yadımdadır, Moskvaya gedəndə bizi musiqi ilə qarşılayırdılar. Heyf ki, axırda belə oldu. Adamda illər getdikcə, yanğı olur ki, niyə onunla belə oldu? Niyə yaradıcı bir adam kiminsə vəzifəsinə görə həbsdə yatmalıdır? O vəzifə ki, onu tutan adam unudulur, amma sənətkar unudulmur...
 
Bacım da mən də, eyni sahə olmasa da yaradıcılıqla məşğuluq və onun sənətini davam etdiririk. Nə qədər ki mən yaşayıram, atam mənimlə yaşayır. Hər səhnəyə çıxdığımda atam mənimlədir. Mən belə fikirləşirəm.
 
...Atam şair deyil, yazıçıdır, amma “Türmə mənim ahımdır” kitabında çox gözəl şerləri var. Onu da deyim ki, “İntro” adlanan yeni albomum atamın sözlərinə bəstələdiyim musiqini salmışam. Mahnı “Salam, Allahım!” adlanır. İlk dəfədir ki, atamın şeririnə mahnı oxuyuram - Buna heç mahnı da demək olmaz, əsər deyim. Mahnıya adətən yüngül şeirlər gəlir, amma onlar fəlsəfi, ağır şerlərdir, musiqiyə çətin oturur…
 
Gallery
 
- Həbsdən çıxandan sonra atanız nə işlə məşğul oldu?
 
- “Azərnəşr”də işləyirdi. Əvvəl Az TV-də işləmişdi, düzdü, ora qayıtdı. Amma orada əvvəlki kimi deyildi. Bizdə belə qayda var: adam bir az dara düşsə, heç kimi yanında tapmaq olmur. Bizim insan əlindən yer olmayan evimizə atam həbsə düşəndən sonra heç kim gəlmədi. Həbsdən çıxanda da ortada yox idilər. İllər keçdi, mən efirə çıxdım, yenə toplaşdılar evimizə. Amma mənim yadımda idi axı hamısı...
 
- Yazıçı dostları kim idi?
 
- Dostları o qədər çox idi, heç indi sadalayıb çatdıra bilmərəm, amma o həbsə düşəndən hamısı yox oldu. Bəlkə də kimsə gəlib, amma mən görməmişəm. Atam əl tutan adam idi, yaxşılıq edən idi, amma sonra insanlara inamı itdi. Məncə yaxşılıq itmir. Məsələn, atamın kiməsə etdiyi yaxşılığı başqa insanlar başqa yerlərdə bizə qaytarırlar yəni...
 
- Dustaq yoldaşları dostları var idi?
 
- “Limanda” mahnısını yazan bəstəkar Rəşid Nəsiboğlu ilə dostluq edib. Atam danışırdı ki, türmədə özünə taxtadan piano düzəldib çalırmış...
 
Gallery
 
- Çingiz Ələkbərzadənin xəstəliyi nə idi, nədən vəfat etdi?
 
- Stressdən, əsəbdən səhhətində problem yarandı. Skleroz deyirdilər, amma mən son vaxtlar oxudum ki, bu Parkinson xəstəliyi imiş. Hər şeyi unudurdu. Amma kim olduğunu heç vaxt unutmadı.
 
Həbsdən çıxanda o xəstəlik onda başlamışdı. Əvvəlcə, biz başa düşmürdük, elə bilirdik stressdəndir. Amma illər sonra xəstəlik şiddətləndi, skleroza çevrildi. Onda biz anladıq ki, atam elə həbsxanadan o xəstəliklə çıxmışdı. Həkimə də aparmaq mümkün deyildi, imtina edirdi. 1999-cu ildə vəfat etdi.
 
Mən oxumuşam ki, bir çox yazıçılarda belə xəstəlik olub. Mənim babam da, babamın qardaşı da skleroz idi. Hətta qorxurdum ki, mən də elə olaram, amma deyəsən bu xəstəlik yalnız kişilərə keçir. İndi baş verən hər şeyi unudurdu amma illər əvvəlin hadisələri yadında idi.
 
- Son günlərini, vəfat etdiyi günləri necə xatırlayırsınız?
 
- Ona dərmanlar verirdilər ki, sinir sistemi sakit olsun. Üzündə qəribə nur əmələ gəlmişdi. Bir həftənin içində vəziyyəti pisləşdi. Mən çıxışdan gəlmişdim, gördüm təcili yardım çağırıblar... Bilirsiniz, atam dünyadan kişi kimi getdi. Biz onun ətrafında oturub qorxudan əsirdik. O isə bizə deyirdi ki, qorxmayın. Bir də dedi ki, gedirəm e... Gözləri aydınlandı, hiss elədim ki, yaddaşı qayıdıb. Üzündə bir damcı da qorxu yox idi...
 
Gallery
 
- Həbsxanadakı günlərindən nə danışırdı? İncitmək filan...
 
- Yox, onun orada çox böyük hörməti var imiş, “Şair” çağırırmışlar. Onun xətrini o qədər istəyirlərmiş ki... Deyəsən, Ağdamın prokuroru restorana aparıb qonaq etmişdi onu. Məhbusa qarşı belə münasibət harada görünüb? Bilirsiniz, kişi hər yerdə kişidir. Həbsxanada da, azadlıqda da... Hər kəs bu situasiyaya düşə bilər. Əsas odur ki, sən o situasiyadan necə çıxacaqsan? Kişi kimi, yoxsa alçaq kimi? Mənim atam ilk növbədə kişi olub, mərd olub, heç kimi satmayıb, heç kimə pislik etməyib. Atamla fəxr edirəm.
 
- Çap olunmayan əlyazmaları qaldımı?
 
- Son illərdə bir kitab yazmaq istəyirdi: “Mən kiməm?” adında. O kitabdan bir iki səhifə yazdı, yarımçıq qaldı. Yəqin ki, avtobioqrafik bir kitab olacaqdı. Atamın yubileyi olanda Yazıçılar Birliyi ilə danışdıq ki, əsərləri latın qrafikası ilə çap olunsun. Danışdıq, amma heç mən də bu işin dalınca getmədim. Vaxt lazımdı, məşğul olmaq lazımdır. Öz-özünə heç nə olmur...
 
Gallery
 
- Sizin oxumağınıza münasibəti necə idi?
 
- Oxumağımı bəyənirdi, amma səhnəyə çıxmağımı istəmirdi. Evdə bunun üstündə mübahisələrimiz olurdu. Hərəmiz bir tərəfdən yalvarırdıq. Axırda razılaşdı. Dedi ki, allah sənə səs verib, səndən onu ala bilmərəm, get oxu... O, başa düşürdü ki, mən səhnəyə özümü göstərməyə yox, musiqini bildiyim və sevdiyim üçün çıxmaq istəyirəm. Bir dəfə gördüm ki, o, oturub mənim oxuduğum “Dəli ceyran” mahnısına qulaq asa-asa ağlayır... O, görmədi ki, mən onu gördüm...
 
Vətənini sevən adam idi. Başqa yerə köçməkdən danışmaq belə istəmirdi. Tez-tez deyəsən Musa Yaqubdan bir misranı deyirdi: “Bəlkə də borcundan çıxmadım, Vətən…” Onun əsərinə film çəkmək istəmişdilər, azərbaycanlı yox, rus aktyorları çəkirlər deyə razılaşmamışdı. Halbuki oradan alacağımız qonorara ehtiyacımız var idi.
 
Gallery
 
- Özünüz ədəbiyyatla nə qədər maraqlanırsınız?
 
- Çox maraqlıdır mənə ədəbiyyat. Uşaqlıqdan düşünürdüm ki, müğənni olmasaydım, ya yazıçı, ya da jurnalist olacaqdım. Hərdən belə xırda hekayələr, şerlər də yazıram. Əvvəllər əsər-filan daha çox oxuyurdum. Son vaxtlar vaxtım yoxdur elə də. Başım musiqiyə qarışıb...
 
Xorxe Lui Borxesi çox sevirəm, əsərlərində dərindir. Bir də, əlbəttə ki, Heminqueyi. Azərbaycan ədəbiyyatında sevdiyim şair Ramiz Rövşəndir. Ruhən mənə çox yaxındır. Bəlkə də cavan şairlərdən mənim xəbərim yoxdur. Elçin Səfərlini tanıyıram, oxuyuram. Ramiz Rövşəni atam da çox sevirdi.
 
Gallery
Oxşar xəbərlər
N.Tusi adına Klinika
12:29, Bu gün
Həkimə Kliniki Tibbi Mərkəzdə yüksək vəzifə verilib - FOTO
12:20, Bu gün
“Ata Abdullayevə quzu təklif etdim, 10 min manat istədi”
12:17, Bu gün
Azərbaycanda hərbi helikopter qəzaya uğradı: Həlak olanlar və yaralananlar var
12:15, Bu gün
Polis aktrisanın avtomobilinə hücum etdiyi deyilən şəxsi tapdı: Bir manat pul istəyirmiş - VİDEO
12:07, Bu gün
Gənclər və idman nazirinin yeni müavini... - FOTOLAR
11:49, Bu gün
HHM bölmələrinin döyüş atışları keçirildi - VİDEO
11:42, Bu gün
Qənirə Paşayeva yazıçı Mahir Qabiloğlu ilə görüşüb
11:34, Bu gün
Vatikan lideri qondarma "erməni soyqırımı" haqda film çəkən erməniyə medal verdi...
11:28, Bu gün
Jirinovski ilə namaz qılan azərbaycanlı danışdı - VİDEO
11:19, Bu gün
“Əlbəttə ki, təqdimat olmalıdır, gecə klubunda oxuyanlar necə Xalq artisti ola bilər?”
11:16, Bu gün
Əcnəbi qızın sevgisinə “yox” deyən azərbaycanlı həbs olunub - VİDEO
11:13, Bu gün
Dövlət Komitəsində BMqT-nin Cenevrədəki Baş Qərargahının departament direktoru ilə görüş olub
11:10, Bu gün
Türkiyədə 5,1 bal gücündə zəlzələ
11:03, Bu gün
Avropa İttifaqının Azərbaycandakı Səfiri Taleh Qaraşovla görüşüb
11:01, Bu gün
Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb
11:00, Bu gün
“Azəriqaz” Lənkəranda sahibkarlarla görüş keçirəcək
10:47, Bu gün
Gorus icmasının rəhbəri Aruş Aruşanyanın məhkəməsi davam edir
10:45, Bu gün
Ermənistana qarşı iddia: Qərar bu tarixdə açıqlanacaq
10:41, Bu gün
Kəlbəcərin Qılınclı kəndinin görüntüləri - VİDEO 
10:39, Bu gün
"İran və Azərbaycan prezidentləri əlaqələri inkişaf etdirmək istəyirlər" - XİN başçısı
10:07, Bu gün
Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib
10:04, Bu gün
“Dəfələrlə olub ki, şəhərdə gəzəndə teatr bağlı olduğu üçün hara gedəcəyimi bilməmişəm...”
10:00, Bu gün
Gülağa Quliyev dünyasını dəyişdi
09:56, Bu gün
Azərbaycan neftinin yükləndiyi 1 000-ci tanker Supsa terminalından yola salınıb
09:52, Bu gün
Azərbaycanda şou-biznes əhlinin gecə əyləncəsinin görüntüləri yayıldı - VİDEO
09:51, Bu gün
Rusiyada şaxtada daha 18 nəfərin meyiti tapılıb
09:45, Bu gün
Azərbaycanda 67 nazir müavinindən 6-sı qadındır... - Onlar kimlərdir?
09:43, Bu gün
Kamaləddin Qafarov: “Azərbaycanın tarixi qələbəsi İƏT-nin gələcək fəaliyyəti üçün yeni perspektivlər açıb”
09:28, Bu gün
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı senarini pozmaq üçün dayandırıldı?..
09:20, Bu gün
Natiq, 1 nara görə ayaq itirib əlil olmağa dəyərdimi?
08:12, Bu gün
Ermənistan prezidenti Konstitusiyanın dəyişdirilməsinin vacibliyindən danışdı...-NİYƏ?
07:07, Bu gün
Allahın mahiyyətini ağılla qavramaq olarmı?..
06:56, Bu gün
Kişi həyat yoldaşına toylarının ildönümünə "Tac Mahal"ı hədiyyə etdi...
01:19, Bu gün
"Dəniz olan səhnə sentyabrın sonlarında çəkilib, soyuqdan ikimiz də əsirdik..."
01:13, Bu gün
“Atdanıb-düşməklə rəqs olmur, elə bilirlər, kənardan baxanlara yaxşı təəssürat bağışlayır”
01:11, Bu gün
“İstəyirsən xalq artisti ol, bu heç nəyi dəyişmir, özünü təsdiq etməlisən...”
00:32, Bu gün
Ermənistanda ehtiyatda olan 70 həkim hərbi xidmətə ÇAĞIRILIR
00:30, Bu gün
20 yaşlı polis VƏFAT ETDİ
29 Nov 2021 | 23:17
Amerikalı general: “Rusiya və Çin hərbi əməkdaşlıqları ilə Baydenə istehza edirlər...”
29 Nov 2021 | 23:13
İstanbulda məktəblər bağlandı - VİDEO
29 Nov 2021 | 23:08
İstanbulda dəhşət: maşınlar aşdı, evlərin damı qopdu - VİDEO
29 Nov 2021 | 23:07
“Nüvə sazişindən kənar tələbləri qəbul etməyəcəyik” - Abdullahiyan
29 Nov 2021 | 23:02
“21-ci əsr Türkiyənin əsri olacaq” demişdim... - Ərdoğan
29 Nov 2021 | 22:42
Şəhid Daşqının “Qarabağ alınsın, səni özüm alacam” dediyi Nigar... - VİDEO
29 Nov 2021 | 22:39
Rəisi ilə Ərdoğan razılaşdı, Tehran səfəri olacaq
29 Nov 2021 | 22:35
Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa hazırdır - XİN
29 Nov 2021 | 21:46
Rusiya vətəndaşı atasını diri-diri basdırdı
29 Nov 2021 | 21:43
“Dedi, gün o gündür, uşaqlar sənə əmanət...” - VİDEO
29 Nov 2021 | 21:41
“Tərəflərin bu mövzuda mövqeyi sözsüz ki, fərqlidir, ona görə də, bəyanatda da göstərilir ki...”
29 Nov 2021 | 21:20
"Paşinyan Soçidə danışıqlar masası arxasında yox,  hardasa masanın altında olub..." 
29 Nov 2021 | 20:47
Britaniya İranın nüvə dövləti olmasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək
29 Nov 2021 | 20:44
Maqdalena Andersson yenidən İsveçin baş naziri seçilib
29 Nov 2021 | 20:36
Tviterin baş direktoru istefa verib, əvəzinə yenisi təyin olunub
29 Nov 2021 | 20:10
Azərbaycanlı məşhur model: “Oğlum atasının kim olduğunu bilmir” - VİDEO
29 Nov 2021 | 19:52
İranda helikopter qəzaya uğrayıb
29 Nov 2021 | 19:41
İşdən çıxarılan nazir müavini: “Prezidentimizin quluyam...”
29 Nov 2021 | 19:39
COVID-19-la bağlı sertifikatlar təsdiqləndi
29 Nov 2021 | 19:24
Dövlət Gömrük Komitəsi ilə Mərkəzi Asiya üzrə Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi arasında əlaqələr genişləndiriləcək
29 Nov 2021 | 19:19
"Özgüvəni, alt yapısı olmayan, təsadüfən bu sahəyə gələnlər..."
29 Nov 2021 | 19:19
“İlham Əliyev Soçi görüşü ilə bağlı mənə dedi ki...” - Ərdoğan
29 Nov 2021 | 19:13
Ruhi : “Cəbhədə atılan top məni çevirdi” - VİDEO
29 Nov 2021 | 19:12
Azərbaycanda Yeni il şənliklərində karantin qaydalarına nəzarət gücləndiriləcək - FOTO
29 Nov 2021 | 19:11
"Kinoteatrlar yerli filmlərə güzəştə getmirlər"
29 Nov 2021 | 19:06
Koreyalı Stalinin qızı... - Şamanların cazibəsi, milyonlarla rüşvət və həbsxana...
29 Nov 2021 | 19:03
Ramiz Mehdiyevin məhkəmədə dindirilməsi istənildi
29 Nov 2021 | 19:01
Bunun ağır qlobal nəticələri ola bilər - Medvedyev
29 Nov 2021 | 18:53
Beynəlxalq qran-pri mükafatçısından Cıdır düzündə möhtəşəm ifa!
29 Nov 2021 | 18:41
“Çaldıran döyüşü dini məzhəbçiliklə əlaqəli idi, yoxsa geosiyasətlə...”-ARAŞDIRMA
29 Nov 2021 | 18:31
Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
29 Nov 2021 | 18:27
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir
29 Nov 2021 | 18:20
Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI
29 Nov 2021 | 18:05
“Ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasətinin nəticəsidir”
29 Nov 2021 | 18:00
"Azərbaycan bu gün qürurludur ki, tarixi torpaqlarına sahibdir"
29 Nov 2021 | 17:57
Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ
29 Nov 2021 | 17:55
Vətəndaş Həmrəyliyi Partiyası Saleh Rüstəmliyə azadlıq istəyir
29 Nov 2021 | 17:35
Gənclər və idman nazirinin yeni müavini - DOSYE
29 Nov 2021 | 17:34
Bakıda intim videoları ilə şantaj edildiyi üçün özünü binadan atan qızla bağlı RƏSMİ AÇIQLAMA
29 Nov 2021 | 17:28
"Paşinyan hakimiyyəti bir reallığı sonadək hesablamadı ki..."
29 Nov 2021 | 17:19
İntiqam Babayev və İsmayıl İsmayılov işdən çıxarıldı
29 Nov 2021 | 17:16
Baş prokuror Koreya səfiri ilə görüşüb - FOTO
29 Nov 2021 | 17:13
“IMEI” kod nədir və nə üçün lazımdır? - Elə indi telefonunuzda *#06# yığın
29 Nov 2021 | 17:06
Müharibə başlasa Belarus kimin tərəfində olacaq?
29 Nov 2021 | 17:00
Rusiya ordusu üç keçmiş sovet respublikasını 96 saata ələ keçirə bilər
29 Nov 2021 | 16:55
"Rusiyanın AES-ləri raketlə vurulsun" - Ukraynadan QORXUNC TƏKLİF
29 Nov 2021 | 16:53
“Paşinyanın atdığı hər addım Azərbaycanın maraqlarına xidmət edir“
29 Nov 2021 | 16:48
Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqlədi
29 Nov 2021 | 16:48
Peyvənd olunanların sayı açıqlanıb
29 Nov 2021 | 16:45
Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
29 Nov 2021 | 16:32
Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub - FOTO
29 Nov 2021 | 16:21
Maliyyə piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən şəxslər saxlanılıb - VİDEO
29 Nov 2021 | 16:18
Akademik Milli Dram Teatrı beynəlxalq forumda təmsil olunur
29 Nov 2021 | 16:16
“Əgər bu ada layiq deyiliksə, desinlər, məktub yazıb kağız sənayemizə zərbə vurmayım...”
29 Nov 2021 | 16:14
Türkiyə Rusiya və Ukrayna arasında böhranın həllində iştirak etmək istəyir
29 Nov 2021 | 16:03
Cəbrayılda 41 yaşlı kişi minaya düşdü: Ayağı amputasiya olundu
29 Nov 2021 | 16:01
Masazırda üçmərtəbəli ev yandı - VİDEO
29 Nov 2021 | 15:59
Azərbaycanda “Omicron” təhlükəsi - Sərhədlər bağlanacaq?
29 Nov 2021 | 15:57
Azərbaycan Ordusunun minaatan və artilleriya bölmələri taktiki təlimlər keçirib - VİDEO
29 Nov 2021 | 15:45
Erməni ordusundan qovulan general Rusiyaya gedir – Şok qərar
29 Nov 2021 | 15:42
"İndiki nəsil mənə səndən çox hörmət qoyur" - Tolikdən Cavanşir Məmmədova
29 Nov 2021 | 15:39
Qaribaşvili dekabrda istefa verəcək?
GÜNLÜK
29 Nov 2021 | 13:10
Azərbaycanlı ilə evli olan erməni: “Bütün Qarabağ – Azərbaycanın ərazisidir” - VİDEO
29 Nov 2021 | 15:03
“Ya mən bir pillə qalxım, ya da o adı üstümdən götürsünlər...”
29 Nov 2021 | 13:37
“Soçi görüşünün gizli nəticələrini anlamaq üçün yazılmayanı oxumaq, deyilməyəni eşitmək lazım"
29 Nov 2021 | 16:16
“Əgər bu ada layiq deyiliksə, desinlər, məktub yazıb kağız sənayemizə zərbə vurmayım...”
29 Nov 2021 | 14:01
“Ondan sonra özümü öldürmək istəyirdim, amma oğlum dedi ki…” - Milli Qəhrəmanın anası…
29 Nov 2021 | 19:06
Koreyalı Stalinin qızı... - Şamanların cazibəsi, milyonlarla rüşvət və həbsxana...
29 Nov 2021 | 12:34
“Müharibə dövründə hərə öz işini görürdü, ayrı-ayrılıqda biz bunun fərqində deyildik, amma...”
29 Nov 2021 | 17:00
Rusiya ordusu üç keçmiş sovet respublikasını 96 saata ələ keçirə bilər
29 Nov 2021 | 18:41
“Çaldıran döyüşü dini məzhəbçiliklə əlaqəli idi, yoxsa geosiyasətlə...”-ARAŞDIRMA
29 Nov 2021 | 12:54
"BDU tələbələrinin bu addımı digər universitetlərdə təhsil alanlara da nümunə olacaq"
HƏFTƏLİK
24 Nov 2021 | 07:44
"Rusiya baş naziri İrəvanda təmiz ermənicə danışdı, ...lakin Paşinyan..."
23 Nov 2021 | 14:02
Kəlbəcərin bu kəndindəki  hər erməni arvad orta hesabla 8-12 uşaq doğub… - FOTOLAR
25 Nov 2021 | 12:29
“Yetiməm, amma tək deyiləm, evi də heç kəsə verməyəcəm”
24 Nov 2021 | 19:15
“Paşinyan 20-25 min erməninin də Qarabağda qalıb yaşamaq şansını sıfıra endirdi...”
29 Nov 2021 | 08:30
Erməni şirkəti Tərtərin bu kəndində qızılımızı çıxarmaqda davam edir?..-FOTOLAR+VİDEO
28 Nov 2021 | 13:26
“Onlar 3 min əvvəl erməni çarı olmuş Tiqran barədə danışmağı sevirlər, amma bugünkü reallıq başqa söz deyir”
25 Nov 2021 | 17:50
"Bu həm də onu göstərir ki, Paşinyanın ya başı çatmır, ya da həyasızlığının ölçüsü yoxdur..."
26 Nov 2021 | 09:55
“30 ildir, özümüzü aldatmışıq ki, Qarabağ Ermənistanındır”-  Paşinyan belə dedi?..
27 Nov 2021 | 08:24
Paşinyan Moskvada sülh vəd edərkən separatçı Araik əski parçasıyla İrəvana gəldi...-FOTO
27 Nov 2021 | 05:02
“Nazirlik ev vermir, heç olmasa 1700 manat ödəyib xəstəxanadan çıxmağımıza kömək etsin”
AYLIQ
29 Nov 2021 | 13:10
Azərbaycanlı ilə evli olan erməni: “Bütün Qarabağ – Azərbaycanın ərazisidir” - VİDEO
29 Nov 2021 | 15:03
“Ya mən bir pillə qalxım, ya da o adı üstümdən götürsünlər...”
29 Nov 2021 | 13:37
“Soçi görüşünün gizli nəticələrini anlamaq üçün yazılmayanı oxumaq, deyilməyəni eşitmək lazım"
29 Nov 2021 | 16:16
“Əgər bu ada layiq deyiliksə, desinlər, məktub yazıb kağız sənayemizə zərbə vurmayım...”
29 Nov 2021 | 14:01
“Ondan sonra özümü öldürmək istəyirdim, amma oğlum dedi ki…” - Milli Qəhrəmanın anası…
29 Nov 2021 | 19:06
Koreyalı Stalinin qızı... - Şamanların cazibəsi, milyonlarla rüşvət və həbsxana...
29 Nov 2021 | 12:34
“Müharibə dövründə hərə öz işini görürdü, ayrı-ayrılıqda biz bunun fərqində deyildik, amma...”
29 Nov 2021 | 17:00
Rusiya ordusu üç keçmiş sovet respublikasını 96 saata ələ keçirə bilər
29 Nov 2021 | 18:41
“Çaldıran döyüşü dini məzhəbçiliklə əlaqəli idi, yoxsa geosiyasətlə...”-ARAŞDIRMA
29 Nov 2021 | 12:54
"BDU tələbələrinin bu addımı digər universitetlərdə təhsil alanlara da nümunə olacaq"