"Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısıdır"
Oxunub: 911
20 Sep 2021 | 10:34
“Azərbaycanın iqtisadi tərəqqisinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açan, əbədi müstəqilliyimizi, xalqımızın yüksək rifahını təmin edən və dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirakı ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan sazişin imzalanmasından 27 il otür. O vaxtdan bu günədək ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası uğurla icra edilir. Bu strategiyanın uğurla reallaşması fonunda Azərbaycanın enerji sektorunda mühüm hadisələr baş verir, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ölkəmizin hərtərəfli inkişafını təmin edir. Sabitliyin, normal iqtisadi mühitin mövcudluğu ölkəmizə investisiya axınını sürətləndirir. Bir sözlə, beynəlxalq arenada Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi gündən-günə möhkəmlənir.
 
Əgər 1994-cü ildən indiyədək ölkəmizin neft-qaz sektorunda inkişafın xronologiyasına nəzər yetirsək bunun yalnız uğurlar xronologiyası olduğunu görərik. Ümummilli Liderin adı ilə bağlı olan Azərbaycanın yeni neft strategiyasının uğurlu icrası qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır. 27 illik təcrübə göstərir ki, "Əsrin müqaviləsi" Azərbaycanın bugününü və gələcəyini təmin etməyə qadir olan yüksək potensiala malik layihədir. Artıq bu unikal sazişin reallaşdırılmasının ikinci mərhələsi başlayıb. Söhbət təbii ki, 2017-ci il sentyabrın 14-də Bakıda imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş, "XXI əsrin kontraktı" adlandırılan “Yeni əsrin müqaviləsi”ndən gedir. Həmin sənədə uyğun olaraq “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. Bu, şübhəsiz, Azərbaycanın gələcəyinə, ölkəmizdə uğurla həyata keçirilən, müəllifi ulu öndər Heydər Əliyev olan sabitlik və tərəqqi siyasətinə inamın göstəricisidir.”
 
Bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
V.Rəhimzadə qeyd edib ki, sonrakı illərdə xarici şirkətlərlə “Əsrin müqaviləsi”nin davamı kimi imzalanan yeni neft və qaz sazişlərinin, Anlaşma memorandumlarının say tərkibinə diqqət yetirməklə iqtisadi müstəqilliyini təmin edən Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolunu və yerini açıq-aydın görmək olar. "Əsrin müqaviləsi" hazırda həm məzmununa, mahiyyətinə, həm də regionda və dünyada əməkdaşlığın inkişafına verdiyi yeni nəfəsə görə regional, eyni zamanda, qlobal geosiyasi proseslərdə öz əhəmiyyətini qoruyub saxlayır. Məhz “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın o vaxtadək regional çərçivədə başlanan əməkdaşlığının coğrafiyası genişlənərək beynəlxalq miqyas aldı.
 
YAP Xətai rayon təşkilatının sədri iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsini müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin göstəricisi kimi diqqətə çatdırıb: “Ümummilli Lider yeni neft strategiyasını işləyib hazırlamaqla, dünya təcrübəsinə istinad edib səylərin, təcrübə mübadiləsinin birləşdirilməsi fonunda “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla xalqımızın illərdir ürəyində yaşatdığı öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsi arzusunu gerçəkləşdirdi. Bu sazişin reallaşması sayəsində Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Məhz bu uğurlarımıza söykənərək bu gün böyük inamla və uca səslə bəyan edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal iqtisadi layihənin icrasından danışmaq qeyri-mümkündür.”
 
V.Rəhimzadə ulu öndər Heydər Əliyevin yüksək dühasının, siyasi uzaqgörənliyinin və qətiyyətinin nəticəsi olan “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olduğunu diqqətə çatdırıb: “Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə neft siyasətinin uğurla həyata keçirilməsi enerji layihələrinin xronologiyasında da özünü qabarıq şəkildə göstərir. Belə ki, möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə- “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ilin mayında bu unikal layihənin rəsmi açılışı oldu. 2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi.
 
Göründüyü kimi, Azərbaycanın enerji sektorunda qazanılan uğurlar bu sahədə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqləyir. Bu uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), ölkəmizin çoxminli neftçilər ordusunun öz payı, rolu vardır. Ümummilli Liderin Fərmanı ilə “Əsrin müqaviləsi”nin imzalandığı tarixin-20 sentyabrın Neftçilər Günü peşə bayramı kimi təsis edilməsi özündə bütün məqamları ehtiva edir. Qəhrəman Azərbaycan neftçiləri bu bayramı hər il yüksək göstəricilərlə qeyd edirlər. Onu da xüsusi vurğulamaq gərəkdir ki, dövlət başçısı İlham Əliyev SOCAR-ın qarşısında beynəlxalq transmilli şirkətlər cərgəsinə qoşulmağı mühüm vəzifə kimi qoymuşdur. Məhz bu tapşırığı əldə rəhbər tutan SOCAR bu gün ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi uğurlu investisiya layihələri ilə beynəlxalq nüfuzunu gündən-günə möhkəmləndirməklə modern quruma çevrilib.”
 
“Atılan hər bir addımın əsasında Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması, sosial təminatın yüksəldilməsi, iqtisadi inkişafın dayanıqlı olması dayanır” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü, neft gəlirlərini qeyri-neft sektorunun inkişfına yönəltməklə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyini açıqladı: “Heç də təsadüfi deyil ki, "Əsrin müqaviləsi" Azərbaycanın hər bir regionunun inkişafında təkanverici rol oynayıb. Məhz neft gəlirlərini ölkənin tərəqqisinə, xalqın, xüsusilə bölgələrdə yaşayan əhalinin maddi rifah halının daha da yüksəldilməsinə yönəltmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul olunub. Onlardan üçü artıq uğurla reallaşdırılıb. Dövlət proqramları çərçivəsində regionlarda müasir infrastruktur formalaşdırılıb, yeni iş yerləri açılıb.”
 
Hazırda ölkəmizin həyatında yeni mərhələnin başlandığını diqqətə çatdıran Vüqar Rəhimzadə qeyd edib ki, erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında ulu öndər Heydər Əliyevin yeni neft strategiyası müstəsna rol oynadı: “Fərəhli haldır ki, bu gün qalib ölkədə enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur. Uli Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunda toplanan, Azərbaycan xalqının bügünkü və gələcək nəsillərinin rifahına xidmət edən bu vəsaitlər hesabına ölkənin hərtərəfli inkişafını şərtləndirən sosial-iqtisadi layihələr uğurla həyata keçirilir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edərkən son 27 ildə görülən genişmiqyaslı işlərə, xüsusilə xalqımızı bütün dünyada şöhrətləndirən İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizə əsaslanaraq sonsuz qürur hissi və fəxrlə deyirik ki, “Əsrin müqaviləsi” Azərbaycanın nəhəng iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Bir sözlə, "Əsrin müqaviləsi" bu gün Azərbaycana əldə etdiyi uğurları daha da inkişaf etdirmək imkanı qazandırır və gələcəkdə də belə olacaqdır.”
Oxşar xəbərlər
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub
28 Mar 2024 | 15:40
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub
28 Mar 2024 | 15:40
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL