ABŞ-ın master diplomunu aldı, Azərbaycana köçmək istəməyən arvadından boşandı...
Cəmiyyət
Oxunub: 11960
15 Sep 2021 | 13:58
ABŞ-ın master diplomunu aldı, Azərbaycana köçmək istəməyən arvadından boşandı...
Moderator.az Kulis.az-a istinadla ötən gün dünyasını dəyişən Əməkdar artist, müğənni Yaqub Zurufçunun həyatından maraqlı faktları təqdim edir.
 
Yaqub Qulu oğlu Zurufçu 1956-cı il - aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Atası Qulu kişi iş dalınca İrandan əvvəlcə Naxçıvana, sonra da Bakıya gələrək burda bir-neçə il işlədikdən sonra Təbrizə qayıdır. Təbrizdə çətinliklə də olsa, Bakı radiolarının dalğalarını "tutub", azyaşlı oğlu Yaquba Bülbülün, Rəşid Behbudovun, Rübabə Muradovanın, Şövkət Ələkbərovanın və digər müğənnilərin ifalarını, Azərbaycan mahnılarını dinlədir. Bu fakt Yaqubun həyatında ciddi rol oynayır.
 
***
 
Azərbaycan mahnılarını hərdən atası ilə birgə, hərdən də öz-özünə zümzümə edən balaca Yaqub sonralar bu mahnılarsız qala bilmir. Bir müddət sonra atası Qulu kişi ona yaxşı səsi olduğunu deyir və onu musiqi sənətinə həvəsləndirir. Atasının sözündən həvəslənərək həyətdə-bacada mahnılar oxumağa başlayan, qəlbəyatan səsi ilə artıq 7 yaşından sevilən balaca müğənni çox keçmədən Təbriz radiosunun uşaqlar proqramında iştirak edir, şövqlə oxuduğu "Cücələrim" mahnısı ilə İranda tanınır, dillər əzbəri olur.
 
 
Sonralar Tehran Universitetində iqtisadçı təhsili almaqla yanaşı eyni zamanda Tehranın Opera xorunda öz musiqi fəaliyyətini də davam etdirir, lakin 1979-cu ildə İranda baş verən gözlənilməz "İslam inqilabı"ndan sonra İranda musiqi qadağan olunur. Musiqi ilə məşğul olanlar isə həbs edilir. 1985-ci ilə qədər İranda yaşayan müğənni günlərin birində oranı tərk etmək qərarına gəlir. Universiteti başa vuran kimi Almaniyaya üz tutur. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başlayır və vokal sənəti üzrə Amerikanın Florida ştatında Miami Universitetində vokal sənəti üzrə master diplomu alır.
 
***
 
İlk dəfə böyük konsert proqramı ilə tamaşaçılar qarşısına çıxan müğənni "Vətənimdir", "Dəniz", "Evləri var xana-xana", "Qaragilə", "Sarı gəlin" mahnıları ilə qəlbləri nə qədər coşdursa da, "Ana" mahnısı ilə salondakıların hamısını kövrəldir, hətta ağladır da.
 
 
1989-cu ildə müğənniyə Almaniyada yaşayanda Huşəng adlı dostu zəng vurub bildirir ki, Gülağa Məmmədov Almaniyadadır: “Burdadır, sənin “Ayrılıq” mahnının klipinə baxıb, çox bəyənib”. Bundan sonra müğənni özü telefonda Gülağa müəllimlə danışıb görüşür. Onlar səhərə qədər söhbət edirlər. Gülağa Məmmədov onun “Ayrılıq” mahnısına çəkilmiş klipin video yazısını Bakıya gətirir. Bundan sonra bu mahnı Azadlıq hərəkatının simvoluna çevrilir.
 
***
 
Yaqub Zurufçu Gülağa Məmmədovun və Elçin Əfəndiyevin dəvəti ilə Bakıya gəlir. Müğənni həmin günləri müsahibələrinin birində belə xatırlayır:
 
“Azərbaycana Moskvadan uçdum, təyyarədə bir nəfər mənə yaxınlaşdı ki, siz Yaqub Zurufçusuz? Dedim, bəli. Bu getdi, Moskvadan Bakıya uçan azərbaycanlılara nə dedi, nə demədisə, bir də gördüm, bütün azərbaycanlılar axışdı başıma, az qalırdım oturduğum yerdə sıxılıb öləm. Üstümə elə töküldülər ki, pilot dedi xahiş edirəm keçin oturun yerinizdə. Təyyarədən düşəndə də gördüm bütün xanəndələr - Arif Babayev, Şövkət Ələkbərova və başqaları, hamısı məni qarşılamağa gəliblər. Necə kövrəldim!”
 
 
Yaqub Zurufçu Bakıya gələndən bir neçə gün sonra oktyabrın 29-da Azadlıq Meydanında konsert verməyə hazırlaşır. Həmin gün KQB-dən onun yanına gəlib irad bildirirlər, deyirlər ki, sənin konsert verməyə haqqın yoxdur, SSRİ-də insanların bir yerə toplanması qadağandır. Yaqub Zurufçu qaldığı “Azərbaycan” mehmanxanasının pəncərəsindən meydana yığılan insanları göstərib deyir:
“Mən bunlara söz vermişəm. Nəyin bahasına olursa-olsun, meydana çıxıb konsert verəcəm. Siz qadağan etsəniz də, çıxacam”.
KQB əməkdaşları ona deyirlər ki, konsert zamanı sənə atəş aça bilərlər. Biz isə səni qoruya bilməyəcəyik. Öz dilindən məktub yaz ki, məsuliyyəti üzərinə götürürsən. Daha sonra Elçibəy otelə onun yanına gəlir və deyir:
 
“Biz özümüz səhnənin arxasında sənin yanında olacağıq, narahat olma.”
 
Konsert baş tutur. Heç bir hadisə, ixtişaş baş vermir. Onunla yanaşı səhnədə Yusif Səmədoğlu, Anar, Elçibəy, Bəxtiyar Vahabzadə, Xəlil Rza və başqaları olur. Konsertdən yığılan 70 min manat pul isə Xalq Cəbhəsinə verilir. Sonradan Elçibəy ona fars dilində təşəkkür məktubu yazır.
 
 
Yaqub Zurufçu iki dəfə ailəli olub. İlk xanımı əslən Təbrizdən olub. Bu evlilikdən onların Dəniz adlı qızı, Tamerlan adlı oğlu dünyaya gəlib. Lakin xanımı Azərbaycanda yox, Amerikada yaşamaq istədiyindən müğənni ondan ayrılmalı və Bakıya köçməli olur.
 
***
 
İTV-də Yaqub Zurufçu "Körpü" adlı proqram hazırlayır. Gələcək həyat yoldaşı Aynur xanım isə onunla birgə işləyir. Bir-birləri ilə daim mübahisə etsələr də, günlərin birində onlar ailə qururlar. Aynur xanım müsahibələrinin birində bu haqda deyir:
“Mən onda İTV-də işləyirdim. Orada tanış olduq. Sonra Yaqub bəylə işləməyə başladım. Çəkilişlər əsnasında çox mübahisələrimiz oldu. Sonra yavaş-yavaş bir-birimiz tanıdıq. Amma heç vaxt ağlıma gətirməzdim ki, bir vaxtlar həyat yoldaşım olacaq. Çünki çox mübahisə edirdik. Mən bir də baxdım ki, bu insana bağlanmışam. Ondan ayrı yaşaya bilmirəm. Ancaq düşünürdüm ki, bəlkə ailəm qəbul etməz. Uzun müddət hisslərimi, münasibətimizi dilə gətirməyə qorxdum. Sonra gördüm ki, həyatımı onsuz təsəvvür etmirəm. Başqası ilə ailə qursam da, xoşbəxt olmayacam. Yaqub bəyi tanıyanda 26 yaşım var idi. Körpə bir insan necə mehrini salırsa, mən də Yaqub bəyə elə öyrəşmişdim. Ancaq iş əsnasında məni çox incidirdi, kobud davranırdı. "Onu niyə belə etdin, bunu niyə belə etmədin?" Hətta məni ağladıb da”.
 
 
Bir müddət əvvəl Yaqub Zurufcu haqqında xoşagəlməz söhbətlər yayılır. Belə ki, müğənni Roza Zərgərli iddia edir ki, Xalq artisti Şövkət Ələkbərova 1990-cı ildə Almaniyaya müalicə üçün gedərkən Yaqub Zurufçunun evində qalır. Bir neçə aydan sonra Yaqub Zurufçu ona müalicə olunması üçün pul lazım olduğunu deyir və bunun üçün Şövkət xanımı konsert verməyə məcbur edir. Lakin Yaqub Zurufcu bu iddiaları rədd edərək müsahibələrinin birində deyir:
 
“Bizim evdə bir neçə ay qaldı. Sonra dedi ki, gəl konsert edək. Bu da düşdü 20 Yanvar hadisəsinə. Mən də ona əvvəlcədən dedim ki, o konsertdə iştirak etməyəcəm. Doğrudan da zalda oturdum, oxumadım. O, məni tamaşaçılara təqdim elədi, səhnəyə dəvət etdi. Mən də çıxıb "Ana" mahnısını oxudum. Sonra da yola saldım gəldi. Amma yenə deyirəm ki, mən 20 Yanvar hadisəsi ərəfəsində Şövkət xanımın səhnəyə çıxıb konsert verməsinə qarşı olmuşam”.
 
 
Xatırladaq ki, bu barədə Şövkət Ələkbərovanın gəlini də öz müsahibəsində danışaraq bildirib ki, konsert vermək Şövkət xanımın öz istəyi ilə bağlı olub. O, bununla Azərbaycanda 20 yanvar zamanı baş vermiş hadisələr zamanı şəhid və yaralıların ailəsinə maddi dəstək olmaq istəyib.
 
***
 
Beləliklə Yaqub Zurufcu ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını da alır. 17 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülür.
 
 
Yaqub Zurufçu 9 sentyabr 2021- ci ildə koronavirusa yoluxaraq “Yeni Klinika”ya yerləşdirilir. 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edir.
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA