Azərbaycanda ŞOK OLAY: 3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - VİDEO
Oxunub: 2075
14 Sep 2021 | 14:37
Azərbaycanda ŞOK OLAY: 3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - VİDEO
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
R.Quliyev barəsində Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu - zor tətbiq etməklə törədildikdə) maddəsi ilə açılmış iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə maraqlı məqamlar üzə çıxıb.
 
Özündən 10 yaş böyük xanıma gözü düşdü
 
Bəlli olub ki, 1989-cu il təvəllüdlü R.Quliyev evlidir və 3 uşaq atasıdır. Bir müddət əvvəl ailədaxili münaqişə səbəbindən onun həyat yoldaşı evi tərk edib və Cəlilabad rayonuna – ata evinə gedib. Uşaqlar isə Qaracəmirlidə Rəşadın yanında qalıb. İş üzrə zərərçəkmiş şəxs qismində tanınan R.Quliyevin qonşusu, 1979-cu il təvəllüdlü Flora Muradova (ad və soyad şərtidir) isə 2000-ci ildə ailə həyatı qurub. Lakin 2005-ci ildə boşanaraq ata evinə qayıdıb və hazırda 16 yaşlı qızı var.
 
Flora Muradova istintaqa ifadəsində bildirib ki, Rəşadın ona olan istəyindən xəbərdar olub. Lakin heç vaxt özündən 10 yaş kiçik olan Rəşadı sevməyib. Boşanıb ata evinə qayıtdıqdan sonra qonşuluqda yaşayan Rəşadla münasibəti olmayıb. Buna baxmayaraq, 6 il əvvəl evli olan Rəşad Quliyev onun yaşadığı evin həyətinə qanunsuz olaraq daxil olduğu üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər və həmin hadisə prokurorluqda araşdırılıb.
 
Saçımdan tuta-tuta maşını sürürdü
 
Zərərçəkmiş qadın ifadəsində hadisəni belə təsvir edib: “14.12.2020-ci il tarixdə saat 17 radələrində evdən çıxıb kəndin mərkəzində yerləşən aptekə xəstə anama dərman almaq üçün təxminən 300-400 metr küçə ilə piyada hərəkət etdikdən sonra Rəşad idarə etdiyi sarı rəngli “VAZ 21011” markalı avtomobilini yanımda saxlayıb avtomobilə əyləşməyimi dedi. Rəşada yanımdan getməyini deyib irad bildirdim, sonra yola davam edib aptekə getdim. Aptekdən dərman alıb evə qayıdanda Rəşadın avtomobillə yenə kənardan getdiyini gördüm, lakin fikir vermədim. Evə çatmağıma təxminən 200 metr qalmış artezianın yanında Rəşad avtomobilini qarşımda saxladı. Həmin vaxt Rəşad avtomobildə tək idi. Mən yoluma davam etdim və bu vaxt Rəşad avtomobili arxaya doğru hərəkət etdirib qarşımda saxladı. Bundan sonra Rəşad sükanın arxasından düşdü və mənə yaxınlaşıb qolumdan və kürək nahiyəmdən hər iki əlləri ilə tutub avtomobilin sağ arxa qapısına tərəf gətirdi, sonra əli ilə arxa qapını açıb məni çəkişdirdi və zorla avtomobilə əyləşdirib qapının bağlanması üçün düyməni basdı. Sonra Rəşad sükana tərəf getmək istədi, mən isə qapını açıb düşmək istədim, lakin Rəşad imkan verməyib yenidən qapını bağladı. Həmin vaxt qapının çərçivəsi ilə ayna hissəsi mənim sifətimin sağ nahiyəsinə dəydiyindən ağrı hiss edib əlimlə başımı tutdum. Rəşad isə dərhal qabaq sağ oturacaqdan salona daxil olub əli ilə mənim saçımdan tutmaqla sükanın arxasında əyləşdi və avtomobili tək əli ilə işə saldı. Sonra Rəşad bir əli ilə mənim saçımdan tutmaqla digər əli ilə başımı aşağı saldı ki, heç kəs məni avtomobildə görməsin, digər əli ilə isə avtomobili idarə edirdi. Yolda gedərkən Rəşad məni hədələdi ki, bu barədə sonradan heç kəsə məlumat verməyim, əks halda onu şərlədiyimi deyəcəyini və buna görə də ona heç kəsin inanmayacağını bildirdi. Təxminən 100-200 metr Rəşadın avtomobilində kəndin çıxış hissəsinə doğru hərəkət etdik, həmin vaxt Rəşaddan məni buraxmasını tələb etsəm də, buraxmadı. Mən isə düşməyə cəhd etdiyimdən, eləcə də Rəşad bir əli ilə məni saxladığından sükanı sağa-sola döndərirdi. Bu vaxt avtomobil təpə kimi bir az yüksək yerə çıxıb dayandı, qapılar öz-özünə açıldı, tez avtomobildən düşmək istədim. Həmin vaxt Rəşad yenə əli ilə məni tutmaqla avtomobildən düşməyə icazə vermədi. Sonra Rəşad yenə təxminən 100 metr avtomobili idarə etdi və həmkəndlimiz İlhamın evinin qarşısında avtomobil yenidən öz-özünə dayandı. Bu vaxt qabaq sağ qapı açıldı, həmin vaxt Rəşad məni buraxmalı oldu. Çünki Rəşad bir əli ilə avtomobili işə salmaq istəyərkən və digər əli ilə sükanı tutduğundan əlini çəkdi. Mən də bundan istifadə edərək arxa qapını açaraq avtomobildən düşdüm. Həmin vaxt Rəşad arxamca düşməsə də, çağırıb dedi ki, “əşyan qaldı, əşyan qaldı”. Mən isə oradan iti addımlara qaçmaqla yaşadığım evə doğru hərəkət etməyə başladım. Təxminən 100 metr məsafə qət etdikdən sonra Rəşadın avtomobillə yenidən yanıma çatdığını görüb, dərhal oradakı döngədən dönməklə bibimin evinə doğru hərəkət etdim. Düşündüm ki, yaşadığım evə doğru getsəm, yenidən Rəşad məni avtomobilinə zorla mindirəcək. Rəşad da döngədən dönməyimi görüb çıxıb getdi”.
 
Zərərçəkən qadın qeyd edib ki, utandığı üçün hadisə barədə valideynlərinə heç nə deməyib, lakin az sonra bu barədə bacısına bildirib. O da əsəbiləşərək Rəşadgilin evinə gedib və polisə hadisə haqqında məlumat verib. F.Muradova izahat verdikdən sonra bədənində xəsarətlər olduğuna görə tibbi müayinədən keçib, həmçinin onun iştirakı ilə hadisə yerinə baxış keçirilib.
 
Onu uşaq vaxtından sevmişəm
 
Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Floranı uşaqlıqdan sevdiyini, hadisədən 4 ay əvvəl həyat yoldaşının evdən çıxaraq getdiyini və 3 körpə uşağının onun öhdəsində qaldığını, yenidən evlənmək niyyətində olduğunu deyib. Həyat yoldaşından rəsmi qaydada boşanmayan R.Quliyev qaçırılma hadisəsini əvvəlcədən Flora ilə birlikdə planlaşdırdıqlarını deyib: “Şəmkir rayonu Qaracəmirli kəndində anam və azyaşlı övladlarımla birlikdə yaşayıram, arvadımla təxminən 4 ay əvvəl qeyri-rəsmi ayrılmışıq. Özümə məxsus “Vaz 21011” markalı avtomobillə fərdi taksi fəaliyyəti göstərib övladlarıma baxıram. Zərərçəkmiş şəxs mənim qonşumdur. Lakin buna baxmayaraq, hər ikimiz ailə qurmamışdan əvvəl bir-birimizi sevmişik. Valideynlərimiz bizim ailə qurmağımıza imkan verməyib, daha sonra Flora ailə qurub, lakin bir neçə ildən sonra boşanıb atasının evində yaşamağa başlayıb. Bundan sonra bir müddət əlaqələrimiz olub, təxminən 5-6 il əvvəl Flora məni evinin hamam otağında olan böyük ölçülü vedrəni götürməkdə ona köməklik etməyi xahiş etdi və həmin vaxt da onun ailə üzvləri bunu səhv anlayıb barəmdə Şəmkir rayon prokurorluğuna şikayət etdilər. Bundan bir müddət sonra Flora ilə danışmışıq, təxminən 4 ay əvvəl isə arvadım məndən ayrılıb getdiyindən 3 azyaşlı uşaq himayəmdə qalıb. Mən də övladlarıma baxmaqda çətinlik çəkirdim və buna görə də ailə qurmağı planlaşdırırdım. Bununla bağlı Flora ilə danışdım və o da mənimlə ailə qurmağa razılıq verdi. 14 dekabr 2020-ci il tarixdə, saat 16 radələrində mən Flora ilə yaşadığım evin giriş qapısının qarşısında söhbət edərkən mənə bir saatdan sonra anasına kənddə yerləşən aptekdən dərman almaq üçün gedəcəyini, həmin vaxt gəlib onu aparmağımı bildirdi. Mən də razılaşdım və həmin gün saat 17 radələrində idarə etdiyim “Vaz 21011” markalı avtomobillə dükana gedib ərzaq alaraq yaşadığım evə gəldim. Sonra isə idarə etdiyim avtomobillə kəndin mərkəzinə doğru hərəkət edərkən Floranın küçə ilə aptekdən yaşadığı evə doğru tək piyada getdiyini gördüm və avtomobili arxaya doğru sürüb onun yanına yaxınlaşdım. Avtomobildən düşüb Floraya yaxınlaşdım və avtomobilə minməsinə dedim. Həmin vaxt Flora məndən öz istəyi ilə getməsini kiminsə bilməməsi üçün onu zorla avtomobilə mindirməyimi xahiş etdi. Flora ərindən boşanmışdı və kənddə adına söz yayılmasını istəmirdi. Buna görə də onun qolundan və sinəsindən tutmaqla dartışdırıb idarə etdiyim avtomobilin arxa oturacağına mindirdim və qabaq sərnişin oturacağından avtomobilə daxil olub qabaq sürücü oturacağında əyləşdirdim, sonra isə Floranı yaşadığım evə aparmaq üçün avtomobili hərəkət etdirdim. Təxminən küçə ilə yaşadığım evə doğru 100 metr məsafə qət etdikdən sonra Flora mənə getmək istəmədiyini və onu buraxmağımı dedi. Bundan sonra avtomobili saxlayıb qapısını açıb, Floraya getməsini dedim. Sonra evə gəldim, bir neçə dəqiqədən sonra Floranın bacısı gəlib məni bacısını zorla qaçırmaqda günahlandırmaqla söyüb təhqir etdi və avtomobilimin arxa şüşəsini daşla vurub sındırdı. Mən Floranı zorla qaçırmamışam, ona xəsarət yetirməmişəm, onun öz xahişi ilə zorla aparmasını nümayiş etdirmək məqsədilə avtomobilə mindirmişəm”.
 
Mənim pulumla aldığı maşınla...
 
Məhkəmədə ifadə verən həbs edilmiş şəxsin həyat yoldaşı deyib ki, olay o, Cəlilabadda olarkən baş verib: “Təqsirləndirilən şəxslə 2010-cu ildə ailə qurmuşam, birgə nikahdan 3 övladımız var. Zərərçəkmiş şəxs isə qonşumuzdur. Təxminən 5-6 il əvvəl Flora Rəşadı evinə daxil olmasına görə şərləyib və buna görə də onunla aralarında narazılıq yaranıb. Təxminən 2020-ci ilin yay aylarında mənim iş yerimdən aldığım pulların müqabilində Rəşad özünə “Vaz 21011” markalı, sarı rəngli avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmağa başladı. 2020-ci il sentyabr ayının əvvəllərində isə Rəşad ilə aralamızda narazılıq yarandığından uşaqları da Rəşadın yanında qoyaraq ondan qeyri-rəsmi ayrılıb valideynlərimin yanına getmişəm. Təxminən 2020-ci ilin dekabr ayının 20-də ata evindən Qaracəmirli kəndinə gələndə eşitdim ki, Rəşad qonşuları Floranı qaçırmaq istədiyinə görə polis əməkdaşları tərəfindən tutulub. Bundan sonra “Vaz 21011” markalı avtomobili satmaq qərarına gəldim və bu barədə qonşulara məlumat verdim. Həmin vaxt avtomobilin arxa pəncərəsi sındırılmış vəziyyətdə idi, mənə dedilər ki, şüşəni Floranın bacısı daşla sındırıb. Həmin pəncərəni də təmir etdirib maşını 1400 manata satdım”.
 
Məhkəmə prosesinin yekununda hadisəni lentə alan kamera görüntüləri, F.Muradovanın bədənindəki xəsarətlər və digər sübutlar nəzərə alınaraq R.Quliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(publika.az)
 

 

Oxşar xəbərlər
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub