"İndi bütün bunlardan sonra yalan-dolan məlumatların tirajlandırılması insaf və vicdan mizanından çox-çox uzaqda dayanır"
Oxunub: 827
02 Aug 2021 | 10:27
Yenə də şaiyələr baş alıb getməkdə, yenə də kimlərsə öz dar və cılız maraqlarından çıxış edərək, suyu bulandırmaqda, süni gundəm yaratmaqda və onun ətrafında manipulyasiyalar, spekulyasiyalar etməkdədir…
Gah ölkədə Konstitusiya dəyişiklikləri ilə bağlı referenduma gediləcəyi, gah da son bir il yarımda uğurlu fəaliyyəti ilə seçilən yeni tərkibli 6-cı çağırış Milli Məclisin vaxtından əvvəl buraxılacağı, növbəti növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə, bəzi saytlarda əsası, həqiqətlə, gerçəkliklə yaxından-uzaqdan bağlılığı olmayan “məlumat”lar, dezinformasiyalar dövriyyəyə buraxılmaqda, tirajlanmaqdadır.
Bu “məlumat”ları oxuduqca, bu şaiyələri eşitdikcə də, məşhur atalar, el məsəlimiz yada düşür: "Qız evində toydur, oğlan evinin xəbəri yoxdur!"
Bəli, illərdir siyasətin, ictimai-siyasi proseslərin içərisindəyik, çoxumuzun uzun müddətlik parlament, parlamentarilik təcrübəsi var, indi necə ola bilir, yaxud necə ola bilər ki, bizim bunlardan xəbərimiz yoxdur və ya olmasın, amma siyasətdən, proseslərdən, parlamentdən çox-çox kənarda dayanan bəzi “çoxbilmişlər”in, münəccimlik, siyasi falçılıq iddiasında olanların bunlardan xəbəri olmuş olsun?!...
Mümkündürmü???  Və yaxud gülməlidir, deyilmi?!
Görünür ki, kimlərəsə, sadəcə və sadəcə, süni gündəm, ölkə reallıqlarını təhrif, təftiş etmək, ağa qara, qaraya da ağ demək lazımdır və sərfəlidir.
Yəni, təki onların “bazar”i işləsin, tək onların “könlü”nə xoş olsun, başqa heç kim, heç nə, dövlətçilik və milli maraqlar umurlarında deyil.
Ancaq faktlar da çox aydın və sərt olan amillərdir,  necə deyərlər, ƏLAHƏZRƏT faktdan başqa FAKT yoxdur!
Faktlar isə deyir ki, Azərbaycanda nə Konstitusiya dəyişikliklərinə ehtiyac var, nə deputat yerlərinin artırılması zərurəti ortadadır, nə proporsional seçki sisteminin bərpası gerçəkliyi ciddi şəkildə qapımızı döyür, nə ciddi referendum hazırlıqları gedir, nə də il yarım öncə formalaşdırılmış yeni tərkibli və yeni ruhlu 6-cı çağırış Milli Məclisin buraxılması, növbəti parlament seçkilərinin keçirilməsi zərurəti mövcuddur. Bunların olmasını, baş verməsini gərəkdirən səbəb və ya səbəblər ortada yoxdur, mövcud deyil. Xüsusilə də, Milli Məclislə bağlı ortaya atılan iddialar tam əsassız və gülüncdür.
2020-ci ilin fevralında demokratik əsaslarla formalaşdırılan və ötən ilin mart ayının 10-unda fəaliyyətə başlayan 6-cı çağırış Milli Məclis ötən dövr ərzində istər qanunvericilik bazasının təkmilləşdirilməsi, istərsə parlamentlə birbaşa bağlı olan digər məsələlərin həlli baxımından öz üzərinə, çiyinlərinə düşən vəzifə və missiyanın öhdəsindən tam və layiqincə gəlib desək, yanılmarıq. Son parlament seçkilərindən təqribən bir neçə ay əvvəl - 2019-cu ilin noyabr ayında Prezident Administrasiyasında yeni şöbənin - Siyasi Partiyalar və Qanunverici Hakimiyyətlə Əlaqələr şöbəsinin yaradılması və bu şöbənin rəhbərliyinə təcrübəli, peşəkar ictimai xadim, dəyərli ziyalımız Ədalət Vəliyevin təyin edilməsi, Azərbaycan Parlamentinin öz işini daha səmərəli və faydalı şəkildə qurmasında, parlamentarilərin öz fəaliyyətlərini daha təsirli və effektli şəkildə həyata keçirməsində əhəmiyyətli rol oynadı.
Əlbəttə, fəaliyyətimiz daha da geniş, daha da görünən, daha da əlçatan ola bilərdi, amma təəssüflər olsun ki, 6-cı çağırış Milli Məclis fəaliyyətə başlayar-başlamaz dünyanı cənginə alan və  “gizli düşmən” kimi qiymətləndirilən koronavirus adlı bəla bütün qabaqlayıcı tədbirlərə rəğmən ölkəmizdən, bizlərdən də yan keçmədi, bizim də qapımızı “çağırılmamış qonaq” kimi döydü və bu da nəticə etibarı ilə istər-istəməz fəaiyyətimizə  müəyyən təsirlər göstərdi, necə deyərlər, fors-major bir vəziyyətdə, situasiyada işləmək məcburiyyətində qaldıq.
Amma bununla belə, istər qanunların təkmilləşdirilməsi, yenilənməsi, istər yeni qanunların hazırlanması, müzakirələrə çıxarılması, istər parlament qarşısında hesabatlılığı olan qurumların hesabatlarının dinlənilməsi, istər növbəti ilin dövlət büdcəsinin hərtərəfli müzakirəsi və qəbulu,  istər əhalini, seçiciləri maraqlandıran, istər ölkəmizi və dünyamızı narahat edən məsələlərin dilə gətirilməsi baxımından 6-cı çağırış parlamentin bir il yarımlıq fəaliyyəti yetərincə qənaətbəxş oldu, onun iki yaz, iki növbədənkərar, bir payız sessiyası  olduqca səmərəli və məhsuldar keçdi. 
Ölkənin, Azərbaycan insanı və vətəndaşının koronavirus bəlasının təsirlərinə az məruz qalması, ondan minimum itkilərlə ötüşməsi baxımından gərəkən və lazım olan bütün addımlar atıldı, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Cinayət Məcəlləsinə, sosial sığorta ilə bağlı qanunvericiliyə və digər qanunlara önəmli və vaxtında dəyişikliklər edildi, 2020-ci ilin dövlət büdcəsi xərclərinin daha 600 milyon manat həcmində artırılmasına qərar verildi. Hər halda nəticələr də göz qarşısındadır və bunları danmaq, etiraf etməmək ən azı insafsızlıqdır.
Ən əsası 6-cı çağırış Milli Məclis tarixi İkinci Vətən Müharibəsində, müqəddəs Qələbə və Zəfərimizdə öz sözünü deyə bildi, hələ ötən ilin payız sessiyasının başlamasından bir neçə gün öncə, sentyabrın 27-sində parlament təcili toplaşaraq, xüsusi iclas keçirərək, tarixi qərar layihəsi qəbul etdi, ölkədə hərbi vəziyyətin elan olunması məsələsinə, əslində isə Qələbə və Zəfərimizə öz xeyir-duasını verdi.
6-cı çağırış parlament həm də Qələbə, Zəfər və Qalibiyyət parlamenti oldu.
Həm də təqribən 30 ilə yaxın bir müddət ərzində ilk dəfə Qələbə və Zəfər büdcəsini müzakirə və qəbul edən parlament kimi tarixə düşdü, tarixə özünü qızıl hərflərlə həkk etdirdi.
Bəli, bizləri son yaz sessiyası və növbədənkənar sessiyadan da çox böyük olmayan zaman məsafəsi ayırır. Cəmi bir müddət öncə parlament, daha doğrusu parlamentarilər bu dövr üçün işlərinə yekun vuraraq, fəaliyyətlərinə mövcud prosedurlara uyğun olaraq ara verərək, yay tətilinə yollanıb.
Amma bununla belə, hər gün millət vəkilləri bu və ya digər önəmli məsələlərlə bağlı mövqe ortaya qoyur, mətbuatda məqalələrlə çıxış edir, açıqlamalar verir, seçiçilərlə görüşür, onların problemlərini dinləyir, qaldırdıqları məsələləri aidiyyatı qurumlarla qanuna uyğun şəkildə həll etməyə çalşır. Yeri gəlmişkən parlament rəhbərliyinin, hörmətli sədrimiz Sahibə xanım Qafarovanın hər gün çoxsaylı qəbullar, görüşlər keçirdiyini, ölkə və parlament reallıqlarını bir daha dünyaya çatdırdığını mütləq qeyd etməliyik.  
Cəmi bir neçə gün öncə qardaş Türkiyə və Pakistan parlament sədrlərinin Azərbaycana yüksək səviyyəli səfərləri, Milli Məclisdə keçirilən görüşlər və ən əsası Bakı Bəyannaməsinin imzalanması bir daha Milli Məclisin fəaliyyətini, bu fəaliyyətin Azərbaycanın maraqlarına tam mənada cavab verdiyini bütün açıqlığı ilə gözlər önünə sərir.
İndi bütün bunlardan sonra yalan-dolan məlumatların, dezinformasiyaların dövriyyəyə buraxılması, tirajlandırılması insaf və vicdan mizanından çox-çox uzaqda dayanır.
Bəli, iş, fəaliyyət olan yerdə problemlər də, nöqsanlar da olur, parlament və parlamentarilər də bundan xali deyil. Amma başqa bir atalar məsəlində deyildiyi kimi, insaf da dinin yarısıdır. Ədalətli olmağın,  həqiqəti danmamağın özü də imandandır. 
Bir sözlə, 6-cı Çağırış Milli Məclis  zamanında,  5 illik müddətinin başa çatdığı tarixdə, yəni 2025-ci ildə öz işini bitirəcək, yekinlaşdıracaq və yerini, estafeti 7-ci çağırış Milli Məclisə təhvil verəcək.
Hər kəs buna əmin olsun! 
 
Jalə ƏLİYEVA
Millət vəkili,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini,
Filologiya elmləri doktoru, professor
Oxşar xəbərlər
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA