BDU-nun əlaçı məzunları danışır
Oxunub: 1132
29 Jul 2021 | 14:45
BDU-nun əlaçı məzunları danışır
BDU-nun fərqlənən məzunu: “Uğura gedən yol təkcə çox oxumaqdan keçmir, tələbə gərək akiv fəaliyyət göstərib təcrübə əldə etsin”
 
Bakı Dövlət Universitetinin builki əlaçı bakalavr məzunları öz uğurlarının səbəbləri, məqsədlərinə çatmaq üçün gördükləri fəaliyyət barədə danışıb. Bu tələbələr 4 illik təhsil illərini müvəffəqiyyətlə başa vurdular.
 
Biologiya fakültəsinin məzunu Cavahir Hacıbabazadə: “Bu il Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr səviyyəsinin ingilis bölməsini fərqlənmə ilə bitirmişəm. Ümumi orta müvəffəqiyyət göstəricim (ÜOMG) 98.73 bal oldu. Oxuduğum bu 4 il ərzində fakültədə ümumi orta müvəffəqiyyət göstəricisinə görə həmişə birinci olmuşam. Ailəm və müəllimlərim məni həmişə dəstəkləyiblər. Bunun üçün onlara çox minnətdaram.
 
Təhsil illərimin ilk günlərindən bəri bütün fənlərin ən xırda detallarına qədər mənimsəyirdim. Çünki gördüyüm işləri yüksək səviyyədə yerinə yetirmək mənim əsas prinsipimdir. Ona görə də mühazirələrə həvəslə qulaq asır, müəllimlərimin fikirlərini qeyd edirdim. Bakı Dövlət Universitetinin müəllimlərinin hər biri həm də öz sahəsində görkəmli mütəxəssislərdir. İmtahanlarımı yüksək nəticələrlə başa vurmağımın əsas səbəblərindən biri mühazirələrlə kifayətlənməyib əlavə mənbələri də araşdırıb istifadə etməyimdir. Təhsildə göstərdiyim nailiyyətlərə görə Karlov Universitetində təşkil olunan iki həftəlik təcrübə proqramında iştirak etmişəm. Təcrübə zamanı Çexiyanın bir çox tədqiqat institutlarında böyük təcrübə topladım. Bundan sonra öyrəndiyim elmlər mənə daha maraqlı gəldi. 3-cü kursda oxuyanda təcrübəni Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda keçdim. Həmin təlimi uğurla başa vurdum. Əldə etdiyim təcrübələr mənə yeni ideyalar qazandırdı, lakin pandemiya ilə əlaqədar olaraq hələ ki, yerinə yetirə bilmirəm.
 
Buna baxmayaraq, mən öz müəllimlərimin rəhbərliyi ilə elmi fəaliyyətlə məşğul olmağa davam etdim. COVID-19 infeksiyası ilə mübarizəyə həsr olunmuş konfransda iştirak edərək öz tezislərimi təqdim etdim. Bununla bərabər müəllimlərimlə birlikdə 2 tezisin müəllifi oldum. Hal-hazırda həm yerli, həm də xarici alimlərlə əməkdaşlıq edirəm.
 
Öz üzərimdə daim işləyir, biliyimi zənginləşdirib yaxın gələcəkdə təhsilimi davam etdirmək istəyirəm. Bütün gənclərimzə məsləhət görürəm ki, arzuları uğrunda mübarizə aparsınlar. Bakı Dövlət Universitetində təhsil aldığım müddətdə şəxsən əmin oldum ki, bizim elm ocağımız, alimlərimiz və təhsilimiz bəzi xarici ölkələrdən də irəlidədir. Biologiya ən vacib və fundamental elmlərdən biridir. Gələcəyimiz elmin inkişafından asılıdır.
 
Sonda Bakı Dövlət Universitetinin rəhbərliyinə, Biologiya fakültəsinin rəhbərliyinə, mənə dərs deyən dəyərli müəllimlərimə və ailəmə minnətdarlığımı bildirirəm.
 
Fizika fakültəsinin məzunu Nigar Əhmədova: “2017-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin ingilis bölməsinə daxil olmuşam. Uşaq yaşlarımdan astronomiya elminə çox böyük həvəsim olub və 8-ci sinifdən fizika sahəsini dərindən öyrənməyi qarşıma məqsəd qoymuşam. İndi isə Universitetdəki dörd ilim haqqında qısa danışmaq istəyirəm.
 
Birinci tədris ilim mənim üçün çox çətin idi. İlk növbədə, fənlərin ingilis dilində olmağı çətinlik yaradırdı (terminləri, elmi cümlələri anlamaq asan deyildi). İkinci çətinliyim isə mühitlə bağlı idi. Universitet mühiti məktəb mühitindən inanılmaz dərəcədə fərqli idi. Daha sonra öz üzərimdə çalışmağım və Universitetə adaptasiya olmağım bütün problemlərimi aradan qaldırdı. 4 illik tədris ilimi fərqlənmə ilə başa vurdum. Bakı Dövlət Universiteti məni ixtisaslı kadr kimi yetişdirmişdir. Ailəmə və Universitetin professor-müəllim heyətinə dərin minnətdarlığımı bildirirəm.”
 
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Orxan İsmayılov: “2017-ci ildə 604 balla Bakı Dövlət Universitetinin dünya iqtisadiyyatı ixtisasına (tədris ingilis dilində) qəbul olunmuşam. Dünyada baş verən proseslər və onların bir-biri ilə əlaqələri mənim hər zaman diqqətimi cəlb edib. Eyni zamanda müxtəlif şirkət və təşkilatların bu prosesdə hansı rol oynadıqlarını dərindən mənimsəmək istəmişəm. Ona görə ixtisas seçimim Bakı Dövlət Universiteti Beynəlxalq münasitbətlər və iqtisadiyyat fakültəsi olub.
 
Tələbələrə məsləhətim odur ki, İT, siyasət, coğrafiya, riyaziyyat və s. sahələr barədə dərindən məlumat əldə etsinlər. Həmçinin, uğur qazanmaq üçün tələbənin fəaliyyəti ancaq universitet auditoriyası ilə yekunlaşmamalıdır. Tələbə aktiv sosial həyat sürməlidir. Mən təcrübə proqramlarında iştirak etmişəm, hətta Milli BMT Modeli Konfransı MilliMUN-da iştirak etmişəm. Həm işləmişəm, həm də boş vaxtlarımda dillərə marağım
 
olduğuna görə tələbəlik zamanı İngilis, Yapon və Koreya dillərini də öyrənmişəm. Əlbəttə, dörd il hər şeyə nail olmaq üçün çox az bir müddətdir və mən daha da təkmilləşmək arzusu ilə yaşayıram. Müxtəlif konfranslar, müsabiqələr, görüşlər və s. tələbənin müxtəlif bacarıq və təcrübə əldə etməsinə böyük töhfə olur. Bir də deyərdim ki, professor-müəllim heyətinin dəstəyinə arxalansınlar. Onlar bizim köməyimizə çatmağa və bizlərə yol göstərmə həmişə hazırdırlar. Bizim fakültənin dekan müavinin dediyi kimi, fakültə rəhbərliyi və müəllim heyəti öncə bizim üçün ailə, sonra müəllim olmağa çalışırlar.”
 
Ekologiya və torpaqşünaslıq fakültəsinin məzunu Ramiz Qulamov: “Mən 2017-ci ildə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin ekologiya ixtisasına qəbul olunmuşam. Uşaqlıqdan təbiət, onun inkişafı, təkamül, flora və faunannın xüsusiyyətləri ilə maraqlanmışam. Böyüdükdə mən dünyadakı iqlim dəyişikliyi, flora və faunanın, su ehtiyatlarının məsuliyyətsiz şəkildə məhv edilməsini narahatlıqda izləmişəm. Universitetə qəbul olunandan əvvəl də fakültəmizin istedadlı və xeyirxah müəllimləri haqqında çox gözəl fikirlər eşitmişdim. Məhz buna görə də Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinə sənədlərimi verdim. Müəllimlərimizin bizə təqdim etdiyi materiallar, onların geniş və hərtərəfli təqdimatı və çox çalışmağım sayəsində təhsilimi yüksək nəticə ilə başa vurdum. Buna görə Bakı Dövlət Universitetindəki bütün müəllimlərinə minnətdarlığımı bildirirəm.”
 
Jurnalistika fakültəsinin məzunu Pəri Abbaslı: “Məni Jurnalistika fakültəsinə gətirən 12 yaşımdan məndə olan jurnalistika həvəsi və arzusu idi. 4 il ərzində müəllimlərimdən maksimum çox şey öyrənmək, özümü yalnız praktikaya yox, həm də nəzəriyyəyə uyğunlaşdırmaq istəyirdim. Eyni zamanda gələcək qayğısı məni narahat edirdi, çünki iki xarici universitetə sənəd vermək istəyirdim. İmtahanlarıma var gücümlə hazırlaşmağımın əsas səbəblərindən biri də bu idi.
 
Tələbə yoldaşlarıma demək istəyirəm ki, dərslərin ağırlığı səbəbindən gəncliklərini stress və gərginlik altında keçirməsinlər. Həm yaxşı tələbə olub, həm də əyləncəli gənclik keçirməyin yolu mütləq ki var. Əsas odur ki, o yolu tapsınlar. Hazırda Facemark.az saytında jurnalist, redaktor vəzifəsində çalışıram. Tələbə olduğum dövr ərzində "3-cü mərtəbə", "Xod ver" radioverlişlərinin və "Atəşçalan Prometey" podkastının aparıcısı, "MUZA" elektron incəsənət jurnalının layihə meneceri, "3-cü küçə" bloqunun yazıçısı kimi
 
fəaliyyət göstərmişəm. Jurnalistika fakültəsində oxuyan və oxuyacaq tələbələrə məsləhətim budur ki, nəzəriyyə ilə kifayətlənməsinlər, özlərini daim inkişaf etdirsinlər.”
 
Biz də Bakı Dövlət Universitetinin fəxri olan məzunlarını uğurları münasibəti ilə təbrik edir, bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər əldə etmələrini arzu edirik
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO