Təzələnən ruhun məkanında - Çölçü ilə ana təbiətdən reportaj...
Oxunub: 3421
21 Jul 2021 | 23:01
Təzələnən ruhun məkanında - Çölçü ilə ana təbiətdən reportaj...
İlk dəfə olaraq adını eşitdiyim “Qafqaz televiziyası”nın qonağı idim. Nə yalan deyim, televiziyanın binası Qubada yerləşdiyi üçün bu bölgəyə məxsus xüsusi bir televiziya olduğunu, turizm məqsədli layihələr həyata keçirildiyini zənn edirdim. Mən saydığımı sayım, törəçilər nələr sayırmış... Burada “Birini seç” layihəsinin qonağı olduq. Hər dəfə biz media nümayəndələri  müsahibə almağa öyrəşdiyimiz halda bu dəfə bizi qonaqpərvərlikdə qarşılayan Xatun xanımın sualları ilə qarşılaşdıq. Bu layihə bizim öyrəncəli olduğumuz ənənəvi verilişlərdən də deyildi.
 
Qeyd edim ki, Qafqaz Televiziyası sizin bildiyiniz təkcə binadan və yaradıcı heyətdən ibarət deyil. Burada internet vasitəsi ilə dünyaya yayımlanan layihələr mövcuddur. Kanalın əməkdaşları rahat, sərbəst şəkildə öz layihələrini həyata keçirmək imkanına sahibdir. Burada rəhbər işçi münasibəti yoxdur. Televiziyanın  daxili dekoru təbiətlə iç-içədir. Binanın divarları taxtalardan hazırlanmış bəzək və istifadə üçün nəzərdə tutulmuş əşyalardan hazırlanıb. Bura sözün əsl mənasında yaradıcılıq mərkəzidir.
Çölçü ilə ilkin tanışlıq
 
Qonağı olduğumuz kanalda veriliş bitdikdən sonra televiziyanın icraçı direktoru  Eltən Törəçi bizi qarşılayıb televiziya ilə tanış etdi.
 
Tanışlıqdan sonra meşəyə - “Çölçü”-nün pavilyonuna doğru yol aldıq. Bura ilkin baxışdan bir neçə ildir izlədiyim “Kuruluş Osman” filmini xatırlatdı. Hazırlanan pavilyonda bizim qədim icmaların istifadə etdiyi ağac məhsullarından ibarət oturacaqlar, səhnə, məşəllər, çadır və sair dəzgahlar hazırlanmışdı. Tonqalı qalamaq üçün onun ətrafından xüsusi bir dəlik açılmışdı ki, bu da tonqalın tüstüsünün bu dəlikdən çıxmasına və təbiətə çox tüstü buraxmamağa vəsilə olurdu. Eltən Törəçi deyir ki, burada nəyi istifadə edirlərsə, sonra ana təbiətin yaratdığı kimi yenidən bərpa etməyə çalışırlar: “Misal üçün, tonqal qalamaq üçün yeri qazaraq tonqalı qalayır sonra üzərini basdırırıq”. Müsahibimiz tam bir çöl adamı idi. Bura onun evi, doğulduğu, yaşadığı məkanı, evi kimi rahat idi. Tonqalı da yandırmaq üçün heç bir bitkiyə zərər vermədən çör-çöpdən ocaq qaladı.
Tarix və təbiətlə qarşı -qarşıya 
 
Kənardan görünən mənzərə tariximizlə bağlı çəkilən köhnə filmləri xatırladır. Yavaş- yavaş tanımağa çalışdığım çölçü çox özgür, yaradıcı, qəliblərə sığmayan bir adamdır. “Niyə çölçü?”-deyə sual verirəm: “Bəzən görürük ki, insanlar öz aralarında “çıxaq, çöldə danışaq” deyirlər. Yəni, çöl əslində bütün səmimiyyətin, bütün səmimiliyin çölə çıxdığı yerdir. Çölçü, həmçinin Yer kürəsinin orbitindən çıxıb, kainatdan yerə baxa bilən, həmçinin qarşısındakını anlamaq bacarığı daha üstün olan bir insandır. Məsələn, çölçü olaraq bizim törəmizdə belə bir şey var - bir yerdən baxan insan bir şeyi, hər yerdən baxan isə hər şeyi görür. Yəni, hər hansı olaya, qavranışa hər tərəfdən baxmaq lazımdır. Məsələyə bütün baxış bucaqlarından baxmaq lazımdır ki, gerçəyi görə biləsən. Həmçinin, çölçü bütün olanlara həm mikroskopik, həm də teleskopik baxan insandır. Çünki bəzən bir şeyi çox uzaqdan görəndə, ya da lap yaxından baxanda daha yaxşı qavrayırsan. Çünki insan beyninin qavranma qabiliyyəti çox fərqlidir. Çölçü olmaq istəyən və yaxud çölçü tərzini yaşayanlar daha çevik, daha diribaşdır, həyatda qalma bacarıqlarına malikdir”.
 
O, tək deyil. Danışdıqca aydın olur ki, “Çölçü klubu” yaradıb. Onlar təbiəti sevir, təbiətdə daha çox olduqca axınlarda harmoniya tapırlar. Çölçü ilə axına doğru getdicə bu harmoniyanı daha yaxından duyurlar.  Onlar bu klubun üzvləri olmağa başlayıblar. Bura gələn insanlar dörd divarı, sərhədi sevmir, özünü gəldiyi yerə təbiətə, torpağa həvalə edirlər. Onlar öz qədim yaşayış biçimini araşdırırlar. Çölçü axınları “Çölçü” klubunun təşkil etdiyi dağ-meşə gəzintiləridir. Çölçü axınları zamanı axına qoşulan çölçülərə ənənəvi türk oxçuluq təlimləri keçirilir, vəhşi təbiətdə davranma, unudulmaqda olan gələnəksəl oyunlar öyrədilir. Bundan əlavə, axınlarda iştirakçılarda iradə, hədəfə yetmək üçün çətinlikləri aşa bilmə kimi psixoloji hazırlıq bacarıqları da aşılanır. Yarandığı gündən bu günə qədər “Çölçü” klubu çölə – dağlara, dağ çaylarına, şələlə və bulaqlara, meşələrə onlarla axın təşkil edib. Bu günə qədər axınlara 700-dən çox insan, yaradıcı və elm adamları, eləcə də iş adamları qatılıb. Müsahibim böyük şəhərlərin nəhəng mexanizmlərində sivil insan üçün çölə axının bir xilas olmasından danışır.  Çölü rahatlıq adası adlandırır. Burada təbiətlə insan iç-içə olur. Çölə qayıtmaq məsələ deyil məsəslə yaşadığın problemə çöldən baxmaq, anlamaqdır. 
 
İnsanı duruldan, yeniləyən, təzələyən- çöl
 
Burada qəribə bir aura var. Ana təbiət və səni oradan gəlib, özünü, rahatlığını orada tapacağına inandıran bir çölçü. Həmkarımla yavaş-yavaş dünyagörüş, həyata baxış tərzimiz, bucağımızın dəyişdiyinin fərqinə varıram. Xalidəyə sual dolu baxışlarla “deyəsən zərrə-zərrə biz də çölçü oluruq axı” zillənirəm. Xalidə uzun sürən susqunluğna reaksiya verir:
 
- Çöl özünü tapmaqdır. Təbiətə toxunmayan özünü kəşf edə bilməz. Biz təbiətdən yaranmışıq təbiətin bir parçasıyıq. Dörd divarda ömrümüz bitir, təbiətin bir parçası ilə yenilənirik, özümüz oluruq. Çöldə insanlar özünü tapır, çölü hiss edir. Çölə insanlar özü ilə tək qalmağa deyil,  çöldə hamrmoniyanı tutanda çölün bir hissəsi olduğunu daha çox hiss edirsən. Çöl insanı duruldur, yeniləyir, ruhunu təzələyir.
 
Biz daim müsahibələrimizi 4 divar arasında alır, müsahibi qapalı qapılar arxasında danışdırırdıq. Təbiət qoynunda, çöl adamı ilə söhbət bizdə də bir ilk, bir yenilik idi. İstər-istəməz bizim yanaşma tərzimizə də özünü göstərməyə başlamışdı.  
 
Müsahibimiz bizə qədim tarixə malik olan oxatma öyrədir. Qədim dövrdən insnaların ov əldə etmək və özlərini düşməndən qorumaq üçün ən əlverişli silah olduğundan bəhs edir. Bu sənəti daha çox yetişən gənc nəslə, eyni zamanda uşlqara öyrətməyə daha maraqlı olduğunu vurğulayır. Çünki  bu gün yetişn nəsil öz tarixindən, kökündən, milli kimliyindən xəbərdar olmalıdır: “Həmçinin, uşaqlar üçün oxçuluq kurslarına başlamışıq. Məqsədimiz qədim gələnəksəl türk oxçuluğumuzu uşaqlara öyrətməkdir. Azərbaycanda Olimpiya Oxçuluq Federasiyası olsa da ənənəvi oxçuluq federasiyası yoxdur. Biz gələcəkdə bu federasiyanı da qurmaq istəyirik. Eyni zamanda, “Çölçü”nün uşaq təşkilatını yaratmaq istəyirik. İngiltərədə bu cür skaut təşkilatı var.  Beləliklə, istəyirik ki, bu cür təşkilat yaradıb, uşaqlara öz ənənələrimiz, folklorumuzu öyrədək, onları milli, vətənə faydalı, doğaya duyarlı ruhda böyüdək”.
 
Eltən Törəçi bizimlə söhbətində milli mənəvi dəyəyrlərimizə sahib çıxmağımızın vacibliyindən danışaraq dünyada yalnız bu üsulla özümüzü, milli kimliyimizi tanıda biləcəyimizdən bəhs edir: “Mən irqçi deyiləm. Mən bir hindlinin öz geyimini geyinməsini ancaq alqışlayıram. Biz geyimlərə qəribə baxırıq. Hər ay Azırbaycana nə qədər geyim gətirilir. Bu da elə belə gəlmir. Siz modaya uyğunlaşmağa çalışdıqca başqalarına pul xərcləyirsiniz. Biz paltarımızı özümüz tikə bilmirik, özümüzün milli paltarını geyinməkdən utanırıq, başqa millətin istehsal etdiyi geyimi geyinirik. Avropa geyimi geyinməklə heç kim avropalı olmur”.  
 
Bəlkə də teatrşünas olduğumdan yaşadıqlarım məndə bir tamaşa təsiri bağışlayırdı. “Çölçü” tamaşası... Çıxış edir, Eltən Törəçi, Xalidə Gəray və Xəyalə Rəis. Bir də bu anı ölümsüzləşdirən fotoqraf, operator, rejissor Zahid Tağı...
 
Çöldə görüşənədək...
 
Xəyalə Rəis
 
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO