"Anam məni həmin gün ona görə məzarlığa apardı ki, gözüm daha atamın ardınca qalmasın"
Oxunub: 5126
21 Jul 2021 | 22:19
Moderator.az Kulis.az-a istinadən “Atamın xatirəsi” layihəsində məşhur aktyor, böyük sənətkar Yusif Vəliyevin qızı Bahar Vəliyeva ilə müsahibəni təqdim edir.
 
- Bahar xanım, atanız rəhmətə gedəndə səkkiz yaşınız olub. Xatirələriniz diridir, ya solğunlaşıb?
 
- Bir səhnəciyi heç vaxt unutmuram. Onunla əl-ələ küçədə gəzişəndə səkinin kənarı ilə gedirdik. Onda niyə isə atam qəfildən mənə tərəf çevrilib dedi, “qızım, yadında saxla, bu dünyada insan üçün ən yaxın adam, vacib dost onun anasıdır. Ana insan üçün hər şey deməkdir”. Mən onun bu sözlərinə əhəmiyyət vermədim, amma bir az getmişdim ki, ayağım sürüşdü yıxıldım, özümdən asılı olmayaraq – “mama” dedi. Onda dedi, “gördün, bayaq dediklərimə əhəmiyyət vermirdin, amma indi yıxılanda ananı yadına saldın”. O, rəhmətə gedəndə mənim səkkiz yaşım vardı. Səkkiz yaşlı uşaqla ata nə söhbətlər edə bilərdi ki. O, öz həyat tərzi ilə nümunə olurdu.
 
Gallery
 
- Atanız evdə necə adam idi?
 
- Atam filmlərdəki obrazları ilə çox ciddi təsir yaradıb. Amma mənimlə çox vaxt keçirərdi, oynayırdı, gəzərdi. Bütün bayramlarda, Novruz, Yeni il şənliklərinə, sirkə, tamaşalara aparardı. Onun tamaşalarının çoxunda olmuşam. Yadıma gəlir ki, “Komsomol poeması” tamaşası zaman mən də zalda idim. Atam orda Gəray bəy rolunu ifa edirdi. Gəray bəy axırda öldürüləndə mən qışqırmışdım ki, atamı öldürməyin. Onda çox böyük qorxu keçirmişdim. Tamaşadan sonra anam məni qrim otağına aparmışdı ki, onun sağ olduğuna inanım. Teatrla ilk tanışlığım atamın “ölümü” ilə başlamışdı.
 
Evdə atam məni çox əzizləyirdi. Mənim üçün quraşdırdığı, bəstələdiyi mahnıları oxuyur, lay-lay deyirdi. Ailədə təbii ki, səhnədəki adam olmurdu. Hətta hərdən mənə elə gəlir ki, onun efirdən eşidilən qaltanlı, bir az da xırıltılı səsi evdə xeyli mülayim olurdu.
 
- Ananızla müsahibəmizdə Zemfira xanım belə bir ifadə işlətmişdi ki, “mən Yusifi çox sevirdim, amma onun məni mənim onu sevdiyim qədər sevdiyinə əmin deyildim”. Sizcə hansının sevgisi daha güclü idi?
 
- Onların sevgisi mənim bugünkü kimi yadıma gəlir. Təbii ki, hər kəs ürəyində olanları özü daha yaxşı bilir. Ancaq onlar bir-birlərini çox sevirdilər. Sevməsəydilər, o boyda yaş fərqinə rəğmən bir ailə kimi formalaşa bilməzdilər. Atamla anamın arasında 24 yaş fərqi vardı. Bu isə az fərq deyil.
 
Gallery
 
- Atanız sizə yaşlı görünməyib?
 
- Yox, açığı bu haqda fikirləşməmişəm. Həm də atam daxilən cavan insan idi. Mən həmişə onun yanında cavan aktyorları görmüşəm. Atam həm də çox səliqəli geyinərdi. Mənim yadıma gəlir ki, o bir köynəyi ikinci dəfə geyinməzdi. Paltarları həmişə səliqə ilə qarderobundan asılardı. Bir də atam dəhşətli dərəcədə ayaqqabı sevən idi. Hətta ayaqqabı xəstəsi idi desəm, daha dəqiq olar. Anam səliqə-səhman barədə çox diqqətli idi. Atam işdən gələn kimi anam dərhal onun ayaqqabılarını təmizləyib bir kənara qoyardı. İndi bu mənə də keçib. Çirkli ayaqqabı görəndə qıcıqlanıram (gülür).
 
- Atanızdan hansı xüsusiyyətlər sizə keçib?
 
- Anam həmişə mənə balaca Yusif deyir. Sözü çəkinmədən, sıxılmadan üzə demək xüsusiyyəti atamdan keçib. Ağa ağ, qaraya qara deyərdi atam həmişə. Kiməsə sözünü deməli idisə, mütləq deyərdi. O, heç zaman vəzifəyə, rütbəyə görə kimsədən çəkinməzdi, sözünü deyərdi. Bunu mədəni formada edərdi, amma edərdi.
 
- Heç belə situasiyanın şahidi olmusunuz?
 
- Bu haqda yalnız özümlə bağlı deyə bilərəm ki, o, məni heç zaman danlamazdı. Yəni məni əksinə çox ərköyün böyütmüşdü. Atam rəhmətə gedəndən sonra məni tərbiyə etmək anam üçün çox çətin oldu. Atam sağ olanda mən nəyisə istəsəm, o, dərhal həll olunardı. Zahirən də atama çox bənzəyirəm. Atamın gözləri mavi, saçları isə sarışın idi. Ona görə onu da, elə indi məni də rusa oxşadırlar.
 
Gallery
 
- Ananızdan əvvəl atanız iki dəfə ailəli olub. Bildiyim qədəri o biri ailəsindən bacılarınız da var? Onlarla münasibətləriniz necə olub?
 
- Bacım Nata ilə əlaqəm olub. O, atamın ilk xanımından olan qızı idi. Atam rəhmətə getməzdən əvvəl onun yanına gedib gəlirdi, məni də özü ilə aparırdı. O, da atama çox bənzəyirdi, yaşda da məndən xeyli böyük idi. Yəni atam sağ olanda əlaqələrimiz vardı. Sonralar siz deyən qədər də get-gəl olmayıb.
 
Gallery
 
- Atanızın ananıza və ya sizə qarşı hansısa mühafizəkarlığı, qadağaları var idi?
 
- Mənim üçün heç bir qadağa yox idi. Amma anama da qadağalar qoyduğunu xatırlamıram. Buna heç ehtiyac da yox idi. Zemfira xanım özü bilirdi, nə olar, nə yox.
 
- Bahar xanım, atanız rəhmətə gedəndə situasiyanı dərk edirdiniz?
 
- Edirdim. Bizdə bilirsiniz ki, insan dəfn olunan gün qəbirüstünə qadınlar və uşaqlar getmir. Amma mənim yadıma gəlir ki, anam məni həmin gün əlimdən tutub atamın məzarına apardı.
 
Mən atama çox bağlı idim. O həmişə işdən gec gəlsə belə, mənim qayğıma qalardı, mənimlə oynayardı. Məncə anam məni həmin gün ona görə məzarlığa apardı ki, gözüm daha atamın ardınca qalmasın.
 
Gallery
 
- Xəstəxanada olanda da yəqin ki, atanızın yanına aparırdı...
 
- Gedirdik. Anam məni aparırdı. Hətta bir dəfə atamla anam xəstəxanada yanaşı oturanda onlara yaxınlaşıb demişdim ki, öpüşün, öpüşün! (gülür).
 
- Bahar xanım, atanızın ölümünə yaxın xəstəxanada ağlamasını görmüşdünüz?
 
- Yox. Onu görməmişdim. Amma sizin kimi mən də anamdan bunu eşitmişəm. Elə o əhvalatın sabahısı günü atam rəhmətə getdi. Bəlkə də mən onun yanında olanda da ağlayıb, amma elə ağlayıb ki, bunu görməmişəm. Bilirsiniz, çox qəribədir ki, atam rəhmətə gedəndə ağlamadım. Mən bildim ki, ağlamaq olmaz. Amma onu da bilirdim ki, atam artıq bu həyatda yoxdur. Bəlkə də o, ölən gün ağlasaydım, daha yaxşı olardı. O günün şokunu bu günə qədər də yaşayıram. Həmin gündən sonra mənim ürəyimdə narahatlıqlar yarandı, sonralar isə ürək xəstəliyi tapdım. Anam sonralar məni beş il müalicə etdirdi. Hərdən düşünürəm ki, gərək o, ölən gün ağlayaydım. Necəsə bunu bacarmalıydım...
 
Gallery
 
- Atanız rəhmətə gedəndən sonra ailə olaraq ən çox hansı çətinlikləri yaşadınız?
 
- İlk növbədə onu anladım ki, anam həm ana, həm də ata olmalıdır. Anam məni də qardaşımı da elə böyütdü ki, biz bacarmıram, istəmirəm sözünü tərgitdik. Yeməyimizi, dərslərimizi vaxtlı-vaxtında etməliydik. Əgər bizə bir iş tapşırılıbsa, hətta biz onu bacarmasaq belə, bacarmıram deməməliydik. Ərköyün uşaqlıq dövründən sanki birdən-birə hərbi xidmət dövrünə keçid etmişdik. Çərçivəli həyata alışmaq çox çətin olmuşdu. Anamı da başa düşürəm. Məni ərköyün böyütmək olmazdı, onun üçün çox çətin olardı. Bu gün mən özüm ana olandan sonra anamı daha yaxşı başa düşürəm.
 
- Səkkiz yaşından sonra atasız böyüdünüz. Həyatınızın hansı mərhələlərində gözünüz onu daha çox axtardı.
 
- Ən çox ailə quranda onu axtardım. Övladlarım anadan olanda da (kövrəlir)... O, məqamlarda həmişə ürəyimdən keçirdi ki, atam yanımda olsun. Bəzən elə məqamlar olur ki, fikirləşirəm, görəsən, atam mənim yerimdə olsaydı, necə edərdi, hansı qərar qəbul edərdi.
 
Gallery
 
- Hansı qərarı qəbul edəcəyini hiss edirsiniz?
 
- Bilmirəm. Amma mənə elə gəlir ki, o, dözərdi, amma geri çəkilməzdi. Ona görə ki, o, çox möhkəm xarakterli adam idi.
 
- Evinizdə atanız dostlarından ibarət məclislər qurulardı?
 
- Əlbəttə. Atam qonaq qara sevən idi. Həmişə məclislər keçirərdilər evimizdə. Atamın ən çox yaxınlıq etdiyi aktyorlardan Tariyel Vəliyev yadıma gəlirdi. Sonra Eldar adlı bir aktyorla da çox mehriban idilər. O, adam da dünyasını tez dəyişdi. Bizim ailəvi dostlarımız sənətə aidiyyatı olmayan adamlar idilər. Atam hər təbəqədən olan insanlarla dostluq edirdi.
 
- Rollarını evdə məşq edirdi?
 
- Rəhmətə gedəndən sonra onun evdə olan çoxlu rol dəftərlərini tapdım. Evdə məşq elədiyini görməmişəm. Ola bilsin ki, edib, amma mən olmayanda və yaxud da yatanda. O. Evə gələndə iş qalırdı qapının o biri tərəfində. Ancaq bizimlə məşğul olurdu.
 
- Atanızın ən çox hansı obrazını sevirsiniz?
 
- Kinoda ən çox “Arxadan vurulan zərbə” filmindəki Fəttah dayı, bir də “Nəsimi” filmindəki Teymurləng obrazlarını sevirəm. Teatrda isə ən çox bəyəndiyim rolu “Komsomol poeması” tamaşasındakı Gəray bəy olub. O, sənətində, teatrda çox peşəkar idi. Bu fikirlərimə görə çox üzr istəyirəm. Amma bu günə qədər onun səviyyəsində olan peşəkar aktyor görmədim. Şahmar Ələkbərov da pis aktyor deyildi, Hamlet Xanızadə də yaxşıydı. Amma atam səhnədə tamam başqa cür idi.
 
- Yusif müəllim boydan balaca adam olub...
 
- Elədir. Amma səhnəyə girəndə nəhəng təsir bağışlayırdı. Son illər teatrlara getmirəm. Çünki səhnədə elə böyük aktyorları görmüşəm. İndi sənət çox ucuzlaşıb, aktyorlar da cılızlaşıb. Misalçün, mənim qızım, ya oğlum burada aktyor olmaq istəsəydilər, qoymazdım. Mən özüm rejissor olmaq istəyirdim, hətta bir, iki dəfə Ayaz Salayevin dərslərində də iştirak etdim. Amma bir gün anam bu barədə mənimlə ciddi söhbət etdi. O, mənə bu sənətin çətinliyini bir neçə kəlmə ilə izah edə bildi.
 
Gallery
 
- Nə dedi sizə?
 
- O, mənə dedi ki, sənin normal həyat tərzin olmayacaq. Başqa insanlar kimi yaşaya bilməyəcəksən. Sualtı daşlar sənin ayağına toxunub həmişə səni incidəcək. Özünə normal bir sənət seç, onunla məşğul ol. Mən də onu dinlədim.
 
- Yusif müəllimin, vətən, millət anlayışı necə idi?
 
- O, vətənpərvər insan idi. Mənə elə gəlir ki, sovet dövründə vətənpərvər olmamaq mümkün deyildi. Amma atam partiya üzvü deyildi. Nə anamın, nə də atamın partiya bileti olmayıb. Böyük sənətkar olduğu üçün atamın bu hərəkətinə göz yumurdular.
 
- Amma onu teatrda da incitdilər. On il tamamilə rolsuz qaldı.
 
- Elədir. Onu teatrda incidirdilər. Belə olanda atam içkiyə bağlandı. Daim içirdi deməzdim, amma içirdi. Amma hiss olunurdu ki, ona qarşı olunanları qəbul edə bilmir və ürək ağrısını içki ilə sakitləşdirir. İndi başa düşürəm ki, o stress keçirdiyi üçün içkiylə “relaks” olurdu. İnanmıram ki, içki ona necəsə kömək olsun. Amma içirdi... Bir də yadıma gəlir ki, pivəni çox sevirdi. Mən də həmişə ona noxud verirdim ki, pivə içəndən sonra yesin.
 
Gallery
 
- Qadınlar da onu çox seviblər. Rəhmətə gedəndən sonra məzarının üstünə gedəndə kimlərinsə gəldiyini hiss etmirdiniz?
 
- Atamın qəbrinin üstündə qırmızı güllər görmüşəm, amma ola bilsin atamın o biri xanımdan olan qızı, Naira qoyurdu o güləri. Mən atamı başqa qadınlarla görməmişəm. Təbii ki, ailə müstəvisində qısqanclıq da, söz-söhbət də ola bilər. Amma mənə elə gəlir ki, onlar bir-birlərini hədsiz dərəcədə qısqanmaq üçün elə ciddi səbəbləri olmamışdı. Bu səbəbi yaratmamışdılar. Onlar hər ikisi hansı sənətdə olduqlarını yaxşı bilirdilər. Atam evdə dominantlıq etməyi xoşlamazdı. Kənardan elə görünərdi ki, hər şeyi anam həll edir. Ancaq sükan həmişə atamda olurdu. Onu bir sözü vardı. Həmişə deyirdi ki, kişinin cibindən bazarlıq setkası çıxar. O, bu sözə əməl də edirdi. Anam o, sağ olanda çörək almaq üçün belə mağazaya getməyib. Hamısını atam özü həll edərdi. Özü də qəşəng bazarlıq edərdi.
 
- Mətbəxi necə sevirdi?
 
- Çox sevirdi. Anamla atam ailə quranda anam yemək bişirməyi bacarmırmış. Xörək bişirməyi ona elə atam öyrətmişdi. Atam çox gözəl kabab bişirərdi. Evdə nə isə xarab olanda da özü təmir edirdi. Desəm ki, atam həmişə çəkilişlərdə olub, evdə tapılmayıb, biz onun qayğısını görməmişik, bu yalan olar. O, həmişə bizimlə olmağa vaxt tapıb. Novruz bayramını çox sevirdi. Mən martın iyirmisində dünyaya gəlmişəm. O da bu münasibətlə adımı Bahar qoyub.
 
- Elə Novruz bayramı ərəfəsində də rəhmətə gedir...
 
- Hə. Martın 18-də halı pisləşir vəfat edir. Mənim ad günümdə isə onu dəfn etdilər.
 
Gallery
 
- Sonralar ad günlərinizi keçirə bildiniz?
 
- Bilirsiniz, mən ölümü həm haqq kimi, həm də bir az adi hal kimi qəbul edirəm. Ölüm cismani ayrılıqdır. Mənən o, həmişə mənimlədir. Yuxularıma tez-tez gəlir. Həmişə də onu yuxuda görəndən sonra nə isə yaxşı əhvalat baş verir.
 
- Axırıncı dəfə atanızı yuxuda necə görmüsünüz?
 
- Mən onu yuxuda həmişə rəhmətə getməzdən əvvəl necə idisə, elə görürəm. Həmişə də özümü onun yanında balaca görürəm. Ya mənim əlimdən tutub gəzdirir, ya nə isə söhbət edir. Heç vaxt olmayıb ki, özümü onun yanında indiki yaş dövründə görüm. Bəzən olub ki, heç atamın üzünü yuxuda görməmişəm, amma varlığını, əlinin istisini hiss etmişəm. Və bilmişəm ki, bu adam atamdır.
 
- Son günlərini necə xatırlayırsınız?
 
- Çox çətin... Xəstə olduğu üçün anam hər gün onun yanına gedirdi. Ona qədər atam ilk dəfə idi xəstəxanaya düşmüşdü. Ümumiyyətlə o, möhkəm adam idi, nadir hallarda xəstələnərdi. O zaman anamın keçirdiyi sarsıntıları hiss edirdim. Atam rəhmətə gedəndən sonra biz möhkəm qucaqlaşıb bir birimizə sığınardıq. Bir dəfə anam məni qucaqlayanda dedi ki, heç vaxt kimin qızı olduğunu unutma. Varlı da olsan, kasıb da olsan insanları olduğu kimi qəbul et, onları dəyişməyə çalışma.
 
P.S. Müsahibənin baş tutmasına görə Dövlət Film Fondunun Kino arxiv şöbəsinin müdiri Rəşad Qasımova təşəkkür edirik.
Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb