Təhsil Nazirliyi və Milli Konservatoriya "birləşib" qosqoca tikinti şirkətini iflasa sürükləyir...
Cəmiyyət
Oxunub: 10065
05 Jul 2021 | 10:40
Təhsil Nazirliyi və Milli Konservatoriya
Ölkədə şirkətlərin bir-birinə borcu, şirkətlərin fəhlələrə, əhaliyə borclarına adət etmişik. Amma, məmurların, həm də çox səlahiyyətli məmurların günahı ucbatından dövlətin şirkətə borclu qalması və dövlət üçün böyük məbləğ sayılmayan, amma illərdir ödənməyən borcu haqqında xəbər gələndə.., təəccüb və təəssüf etməmək mümkün deyil.
 
Söhbət hansısa mənzil-istismar idarəsiin borcundan getmir, söhbət Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Milli Konservatoriya rəhbərliyinin və ayrı-ayrı məsul şəxslərin vəzifə borclarına məsuliyyətlə yanaşmaması səbəbindən çoxsaylı işçisi olan bir şirkətin ağır duruma düşməsindən gedir.
Yəqin, hər kəs Hüseyn Cavid prospektində yerləşən Azərbaycan Milli Konservatoriyasının möhtəşəm binasını görüb.  Konservatoriyanın yeni Kompleksinin tikilməsi barədə Azərbaycan Respublikasının Prezidenti 2006-cı ildə sərəncam verib və tikintinin inşaat sahəsində kifayət qədər təcrübəsi olan “Caspian Service” MMC-yə tapşırılıb. Elə həmin il Azərbaycan Respublikası Təhsil Nazirliyinin Milli Konservatoriyası ilə “Caspian Service” MMC arasında müqavilə imzalanır və şirkət rəhbərliyinə təxirə salınmadan layihələndirmə və tikinti işlərinə başlanılması barədə tapşırıq verilir. “Caspian Service” MMC qısa müddət ərzində Konservatoriyanın 4 blokdan ibarət inzibati-tədris kompleksinin layihələndirilməsi işlərini başa çatdırır və sifarişçiyə  təqdim edir.
 
Kompleksin iki il müddətində başa çatdırılması nəzərdə tutulsa da maliyyə vəsaitinin məhdud həcmdə ayrılması tikinti işlərinin uzanmasına səbəb olur, yəni uzanmanın tikinti şirkətinə aidiyyatı yoxdur və sifarişçi də bu səbəbdən hər dəfə layihə-smeta sənədlərində dəyişikliklərin edilməsini xahiş  etmiş, bu da obyektin təhvil verilmə müddətinin uzanmasına səbəb olmuşdur. Nəticədə şirkətlə 4 müqavilə imzalanmış və 29 milyonluq iş icra edilmişdir.
 
2013-cü ilin sentyabrında Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi şirkət rəhbərliyinə bildirir ki,  tədris kompleksinin təhvili 2014-cü ilin fevral ayı üçün Respublika prezidentinin iştirakı ilə keçirilən obyektlərin açılışı proqramına daxil edilib.  Rektor kompleksin tikintisi üçün büdcədə nəzərdə tutulmuş maliyyə vəsaitinin kifayət etmədiyi səbəbindən çatışmayan vəsaitin bankdan kredit götürməklə təmin edilməsini xahiş edir və açılışdan sonra görülmüş işlərin dəyərinin tam ödəniləcəyinə söz verir. Yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq “Caspian Service” şirkəti Bank “BTB” ASC-dən kredit götürüb, “A”, “B”, “D” bloklarını tam həcmdə sifarişçiyə təhvil verib. “E” blokunda daxili-tamamlama işləri yekunlaşmasa da, nəzərdə tutulduğu kimi kompleksin əhəmiyyətli hissəsinin 13 fevral 2014 – cü ildə cənab Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə rəsmi açılışı olub və görülmüş işlər yüksək qiymətləndirilib.
Göründüyü kimi “Caspian Service” MMC ciddi dövlət tədbirinin zamanında baş tutması üçün ağır kredit şərtlərinə girərək obyekti zamanında təhvil verməyə müvəffəq olub. Təəssüf ki, tikinti şirkətinin anlayışla qarşıladığı və situasiyaya uyğun xoş məram nümayiş etdirməsi  dövlət strukturlarının eyni addım atmasına səbəb olmayıb. Rəqəmlərə müraciət edərək vəziyyətin dəqiq mənzərəsini sizlərə təqdim edirik: Kompleksin təsdiq olunmuş layihə sənədləri üzrə ümumi smeta dəyəri 34 752 740 AZN təşkil edir. Bu günə qədər 29 733 565 AZN dəyərində iş həcmi yerinə yetirilmişdir. Bu məbləğdən 26 867 462 AZN sifarişçi Milli Konservatoriya tərəfindən ödənilmişdir. Qalan 2 866 103 AZN debitor borc isə 7 ildən çoxdur ki, tikinti şirkətinə ödənməyib. Nəticədə 2 839 000 AZN BTB Bank tərəfindən  faiz və dəbbə pulu hesablanıb və bu günədək də bank kreditini ödəmək mümkün olmayıb. İndi təsəvvür edirsinizmi niyə bu işə təəccüb və təəssüflə yanaşırıq. Və onu da təsəvvürə gətirmək lazımdır ki, Azərbaycan tikinti sektorunda özünəməxsus yeri olan, 21 illik tarixə malik, hazırda çoxsaylı işçisi olan “Caspian Service” MMC hansı ağır duruma salınmışdır.
Bu illər ərzində tikinti şirkəti dəfələrlə Təhsil Nazirliyinin keçmiş və indiki rəhbərliyinə müraciət etsə də, demək olar ki, dövlətin idarəçilik sisteminin böyük bir qolu olan Təhsil Nazirliyi heç bir tədbir görməmişdir. Bütün bunlar azmış kimi Təhsil Nazirliyi şirkətin haqlarına da hörmətlə yanaşmır, daha doğrusu qanun pozuntusuna şərait yaradır. Təhsil Nazirliyi kompleksə daxil olan “E” blokunun başa çatdırılmasının 2020-ci ilin investisiya proqramına daxil edilmədiyini rəsmi məktubla bildirsə də, təhsil nazirinin müavini Firudin Qurbanov 2020-ci ilin sentyabr ayında şirkət rəhbərliyi və rektor Siyavuş Kərimi ilə görüşdə deyir ki, “E” blokunun tamamlanması üçün 2 milyon AZN vəsait ayrılıb və işlərin görülməsi başqa tikinti təşkilatına həvalə edilib. Odur ki, “Caspian Service” MMC həmin bloka nəzarət edən mühafizəçilərini obyektdən götürsün. Bildirəndə ki, görülən işlərə görə nazirlik şirkətə borcunu ödəməyib və “E” bloku hələ də şirkətin balansında və məsuliyyəti altındadır, ona görə başqa təşkilata verilməsi düzgün deyil,  nazir müavini: “ nazirin tapşırığı belədir”-deyib şirkətin hüquqlarını görməzdən gəlib. Sual yaranır ki, necə olur ki, “Caspian Service” MMC-nin borcunu qaytarmaq lazım gələndə vəsait 2020-ci ilin dövlət büdcəsinə salınmır və vəsait olmur, amma şirkətin balansında olan “E” blokunun tamamlanmasının başqa təşkilata həvalə edilməsinə 2 milyon manat ayrılır?    
Qeyd olunan blok demək olar ki, “Caspian Service” MMC-nin vəsaiti hesabına tikilib, amma sifarişçi tərəfindən görülmüş işlərin dəyəri ödənilməyib. Üstəlik, “Caspian Service” şirkətinə borc ödənilmədən qalıq işlərinin təmir adı altında başqa şirkətə həvalə edilməsi, eyni zamanda həmin şirkət haqqında məlumatların gizlədilməsi Təhsil Nazirliyinin qərəzli münasibətinin açıq göstəricisidir. Onu da deyək ki, 2019-cu ildə rektor Siyavuş Kəriminin xahişi ilə şirkət kompleksin icbari sığortasının da haqqını ödəmiş və bu günə kimi həmin vəsaiti almamışdır. Hazırda həmin sığortanın müddəti bitmişdir və baş verə biləcək arzuolunmaz hadisə nəticəsində dövlətə böyük məbləğdə zərər dəyə bilər. 
 
Yuxarıda qeyd olunan problemlərin həlli üçün dəfələrlə Təhsil Nazirliyinə, Milli Konservatoriya rəhbərliyinə müraciət olunmasına baxmayaraq 7 il ərzində halal və heç bir mübahisə predmeti olmayan iş öz müsbət həllini tapmayıb. Təsəvvür edin ki, “Caspian Service” vacib dövlət tədbirinin  məsuliyyətini dərk edib anlayış göstərir, obyekti təhvil verir, amma bu işi ondan xahiş edən və görülən işin dəyərinin tezliklə ödənəcəyini vəd edən dövlət strukturları 7 ildir ki, verdikləri vədə əməl etmirlər. Hətta Təhsil Nazirliyi şirkətin 02.10.2020-ci ildə olan məktubuna da cavab vermir. Məcbur qalaraq şirkət Təhsil Nazirliyini İnzibati məhkəməyə vermişdir ki, 15 iş günü ərzində cavab almalı olduğu məktuba 8 aydan sonra cavab ala bilsin.  
Adətən ədalət məhkəmədə bərpa olunur. “Caspian Service” MMC Kommersiya məhkəməsinə  müraciət edərək Milli Konservatoriyasından görülmüş işlərin dəyəri kimi 2 886 103 manat vəsaitin  tutulmasını xahiş etsə də, iddiası təmin edilməmişdir.
Belə ki, şirkətin çoxsaylı vəsatətləri, rektorun məhkəmədə şəxsən iştirakı təmin edilməmiş, məhkəmə-tikinti və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təmin edilməmişdir. İş həcmlərinin rektor Siyavuş Kərimi tərəfindən qəbul edilməsi barədə akt olsa da, hakim Leyla Əliyeva iddianı təmin etməmişdir. Hazırda şirkət işi Bakı Appelyasiya məhkəməsinə şikayət edir və ümid edir ki, apellyasiya məhkəməsinin daha təcrübəli və ixtisaslaşmış hakimləri qanuni qərar qəbul edəcək.
21.06.2021-ci ildə Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi şirkətin mühafizəsini obyektdən çıxarmışdır. Belə çıxır ki, “Caspian Service”-in balansında olan “E” blokunun tamamlama işləri şirkətin borcu ödənilmədən başqa təşkilata sifariş edilir. Bu isə şirkətin maraqlarına zidd olsa da, əlindən bir şey gəlmir. Özəl bir şirkətin heç bir inzibati resursu yoxdur ki, Təhsil Nazirliyi və ya digər məmurlarla mübarizə aparsın. Məcbur qalıb məsələ ictimailəşdirilməlidir ki, bəlkə səlahiyyətli şəxslər problemin həllinə diqqət ayırsın.       
 
Yuxarıda qeyd olunan problemlər əmrlərin, müqavilələrin, müraciətlərin vaxtını, nömrəsini göstərən konkret rəqəmlərlə uyğun sənədlərdə öz əksini tapıb, amma rəqəmlərlə sizləri yormaq istəmədik və aydın bir məsələnin necə problemə çevrilməsinin səbəblərini göstərdik. İnanmaq istərdik ki, adıçəkilən strukturlar tezliklə məsələnin müsbət həllinə nail olacaqlar.
 
Redaksiyamız məsələni gündəmdə saxlayacaq, hadisələrin gedişatından asılı olaraq oxucuları yeni məlumatlarla tanış edəcək.
 
 
 
Oxşar xəbərlər
10:54, Bu gün
Bakıda 10 yaşlı oğlan itkin düşüb
10:53, Bu gün
Taleh Kazımov: "Azərbaycanda sığorta sektoru son 3 ildə 34 % böyüyüb"
10:36, Bu gün
Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı
10:35, Bu gün
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
10:34, Bu gün
Naxçıvanda I rübdə 2 mindən çox daşınmaz əmlaka çıxarış verilib
10:28, Bu gün
"İqtisadiyyat uzunmüddətli şou qəbul eləmir"- İQTİSADÇI EKSPERT 
10:25, Bu gün
Bayram günlərində 32 avtoqəza olub, 9 nəfər ölüb
10:18, Bu gün
Kriştianu Ronaldu 2 oyunluq diskvalifikasiya ediləcək
10:11, Bu gün
Türkiyə HƏMAS ilə danışıqlar aparacaq
10:00, Bu gün
MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ: "Avtomobillərimiz buna görə tez-tez xarab olur"
09:52, Bu gün
Yerin dərinliyində nəhəng okean tapıldı: Bu nəzəriyyə dağıldı, aimlər çaş-baş qalıb
09:44, Bu gün
Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
09:42, Bu gün
Qobudakı qəzalı hamamla bağlı rəsmi açıqlama: “Biz də maraqlıyıq...”
09:34, Bu gün
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
09:29, Bu gün
Şəkərin yeni təhlükəsi aşkarlanıb
09:25, Bu gün
Cəfəri və şüyüd xərçəngə qarşı- Yeni kəşf
09:19, Bu gün
Bu gecə Ukrayna ordusu ölkə ərazisinə atılmış bütün İran dronlarını məhv etdi...-RƏSMİ
09:15, Bu gün
Cəbrayılda minalar aşkarlanıb
09:11, Bu gün
Bu BÜRCLƏR ciddi sağlamlıq problemləri ilə üzləşəcək
08:58, Bu gün
İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
08:49, Bu gün
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?
08:39, Bu gün
İran İsrailə raket atdı, öz şəhərini vurdu
08:29, Bu gün
Yaşıl bananın faydaları nələrdir?
08:20, Bu gün
Rusiya irəliləyə bilər, özümüzü müdafiə etməliyik
08:17, Bu gün
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
08:04, Bu gün
ABŞ Ukraynaya dəstəyi DAYANDIRIR?
07:50, Bu gün
Çətir şimşəkdən qoruyurmu?
07:38, Bu gün
KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir
07:32, Bu gün
Bu ölkə Tehrandakı konsulluğunu bağladı
07:25, Bu gün
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
07:22, Bu gün
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
07:14, Bu gün
Zibil sanıb atdığınız - Dərdlərə dərman
07:03, Bu gün
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
06:48, Bu gün
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
00:05, Bu gün
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:58
Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
15 Apr 2024 | 23:52
Gürcüstanda "xarici agentlər" haqqında qanuna qarşı kütləvi etirazlar baş verib
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 23:42
Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - VİDEO
15 Apr 2024 | 23:33
DİN: Tbilisidə aksiyada təxribat törətmək istəyənlər var  
15 Apr 2024 | 23:31
Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşir, saxlanılanlar var
15 Apr 2024 | 23:29
91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi - VİDEO
15 Apr 2024 | 23:27
Amerikada yaşayan məşhur aparıcı pişik kafeyə gedib, VİDEO hazırladı-MARAQLI
15 Apr 2024 | 23:22
ABŞ Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib
15 Apr 2024 | 23:04
Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” - VİDEO
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
15 Apr 2024 | 22:52
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
15 Apr 2024 | 22:48
Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - VİDEO
15 Apr 2024 | 22:45
Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU
15 Apr 2024 | 22:39
Tikinti şirkəti məhkəyə verildi
15 Apr 2024 | 22:37
Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb
15 Apr 2024 | 22:32
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 22:25
Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
15 Apr 2024 | 22:23
Naxçıvanın keçmiş maliyyə naziri və DGK-sinin sabiq şöbə rəisinin məhkəmə prosesi keçirilib
15 Apr 2024 | 22:23
“Şuşa sadəcə elmi və tarixi deyil, həm də dini mədəniyyətimizin ən parlaq nümunəsidir”
15 Apr 2024 | 22:20
Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib
15 Apr 2024 | 22:15
Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi
15 Apr 2024 | 22:12
Gürcüstan DİN aksiyaçıları ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb
15 Apr 2024 | 22:03
2024-cü ilin ən dəbli şalvar modeli
15 Apr 2024 | 22:02
Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb
15 Apr 2024 | 21:55
100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - VİDEO
15 Apr 2024 | 21:48
Ərdoğan: İslam dünyası birlik üçün səylərini artırmalıdır
15 Apr 2024 | 21:43
Bakıda məşhur həkim telefon nömrəsini şok qiymətə SATIR – FOTO
15 Apr 2024 | 21:42
“Azəralüminium”la şüşə zavodu arasında alqı-satqı qalmaqalı
15 Apr 2024 | 21:33
Polşa Avropanın raketdən müdafiə sisteminə qoşulmağı planlaşdırır
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 21:20
“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı
15 Apr 2024 | 21:17
Fahriye və Burakın oğlunun 5 yaşı tamam oldu - FOTO
15 Apr 2024 | 21:16
Onun fırçası şəhid atasının xatirələrini çəkir: Qanı ilə boyanan torpağı qızı kətana hopdurur - VİDEO
15 Apr 2024 | 21:15
Türkiyənin İQ-sü ən yüksək şəhərləri - SİYAHI
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:11
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
15 Apr 2024 | 21:09
Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:58
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
15 Apr 2024 | 20:56
39 yaşlı azərbaycanlı müğənninin toyudur: “Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” - VİDEO
15 Apr 2024 | 20:47
Seneqalda bir tondan çox kokain ələ keçirilib
15 Apr 2024 | 20:45
Ayın sonu ilə bağlı MÜJDƏ - Bu bürc sahibləri çoxlu pul qazanacaq
15 Apr 2024 | 20:39
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 20:13
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
15 Apr 2024 | 20:09
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
15 Apr 2024 | 20:03
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
15 Apr 2024 | 20:01
Şakiradan tamaşaçılarına xoş xəbər
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 19:50
İsrail Rəfaha hərbi hücumunu təxirə saldı
15 Apr 2024 | 19:42
O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? - VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:31
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15 Apr 2024 | 19:29
Çexiya İran səfirini XİN-ə çağırıb
15 Apr 2024 | 19:20
“Əgər Beynəlxalq Ədalət Məhkəməsindən ədalətli qərar çıxmasa...”
15 Apr 2024 | 19:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
15 Apr 2024 | 19:09
"İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, Azərbaycan...”
15 Apr 2024 | 19:08
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
GÜNLÜK
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 11:48
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu - YENİLƏNİB
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 11:56
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb - YENİLƏNİB + FOTO
15 Apr 2024 | 13:23
Maaş və pensiyalarda yeni artımlar olacaq? - VACİB AÇIQLAMA - VİDEO
HƏFTƏLİK
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
09 Apr 2024 | 13:44
Pensiya alanların DİQQƏTİNƏ: "Yaxın günlərdə..." - RƏSMİ
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
09 Apr 2024 | 15:13
“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”-ÖZƏL+FOTO
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
AYLIQ
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 11:11
Həyatınızı məhv edə biləcək yemək mifləri
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 11:48
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu - YENİLƏNİB
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 11:56
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb - YENİLƏNİB + FOTO
15 Apr 2024 | 13:23
Maaş və pensiyalarda yeni artımlar olacaq? - VACİB AÇIQLAMA - VİDEO